Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-997/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehsalat zədəsi aktının tərtib edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs X1) bədbəxt hadisə barədə İZ (istehsalat zədəsi) aktının tərtib olunması tələbinə dair iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(103)-364/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2020-ci il tarixdə iş vaxtı, iş yerində yıxılaraq xəsarət alması ilə (sağlamlığının pozulması) nəticələnmiş bədbəxt hadisə barədə İZ (istehsalat zədəsi) aktın tərtib olunmasının və ona təqdim edilməsini barədə ərizə ilə üçüncü şəxsə müraciət etmişdir.
2. İddiaçının müraciətinə cavab olaraq üçüncü şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı Nazirliyin aidiyyəti şöbələri tərəfindən təqdim edilmiş məktublara əsasən onun xəsarət alması ilə nəticələnmiş hə r hansı hadisənin baş verməsi öz təsdiqini tapmamışdır. Həmçinin xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, aparılmış araşdırma zamanı Nazirliyin aidiyyəti şöbələri tərəfindən təqdim edilmiş məktublardan iddiaçının 8 may 2020-ci il tarixdə Nazirliyə çağırılmadığı, həmin gün Nazirlik aparatının əməkdaşlarının birinin səhhətinin pisləşməsi ilə əlaqədar çağırışa gəlmiş təcili tibbi yardım xidmətinin əməkdaşları inzibati binanın 15-ci mərtəbəsində olduğu vaxt polislər tərəfindən həmin mərtəbəyə gətirildiyi, həkimlər tərəfindən müayinə edildiyi və onunla hər hansı hadisənin baş vermədiyi göstərilmişdir. Eyni zamanda, Yasamal rayon prokurorluğunun 07 dekabr 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsinə dair Qərar”ının təsviri hissəsində Nazirliyin inzibati bi nasında xidmət aparan polis serjantı X2 tərəfindən iddiaçının 16-cı mərtəbədən aşağı düşməyi xahiş olunduğu vaxt, onun süni şəkildə yerə yıxıldığı, bununla bağlı inzibati binanın 15-ci mərtəbəsində tibbi yardım aldıqdan sonra evə getdiyi qeyd edilmişdir. İddiaçı 4 may 2021-ci il tarixdə Xidmətin vəzifəli şəxsləri tərəfindən qəbul edildiyi vaxt istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları barədə ona ətraflı məlumat verilmiş, qanunvericiliyin tələbləri izah olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.2, 1.3, 1.5 bəndlərini rəhbər tutaraq xx.xx.2020-ci il t arixdə iş vaxtı, iş yerində yıxılaraq xəsarət alması ilə (sağlamlığının pozulması) nəticələnmiş bədbəxt hadisə barədə İZ (istehsalat zədəsi) aktın tərtib olunmasının və ona təqdim edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, aprel ayının 30-da ona töhmət barədə əmr verilmiş, lakin həmin əmrin verilməsi əsaslarından və səbəblərindən məlumatlı olmamışdır. Bu halın araşdırılması ilə bağlı bir neçə vəzifəli şəxsə müraciət etmiş, hər hansı məlumat əldə edə bilmədikdən sonra sonuncu olaraq Əmək və Əhalinin Sosial Müdafiə nazirinin qəbuluna getmişdir. Nazirin qəbul otağında olarkən iki polis əməkdaşı ona yaxınlaşmış və otaqdan çıxarmaq istəmişlər. Bu zaman isə polislərdən biri onu qolundan möhkəm itələmiş, nəticədə müvazinətini itirmiş və y ıxılmışdır. Yıxılan zaman başında küt ağrını hiss etmiş, daha sonra olanlardan məlumatlı olmamışdır. Həmin vaxt nazirliyə çağırılmış təcili tibbi yardım həkimlərinin ona kömək etmişlər. Lakin, həkimlərə şəxsiyyət vəsiqəsini verməyə, o cümlədən ona vurulan dərmanlar barədə məlumat almağa maneçilik törədilmişdir. Qeyd edilənlərə baxmayaraq, şikayət əsasında cinayət işinin rədd edilməsi barədə əsassız qərar qəbul edilmiş, həmçinin istehsalat zədəsi ilə bağlı aktın verilməsindən imtina edilmişdir.
5. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən nazirlik yanında X1 Xidmətinin mərkəzi laboratoriyasının işçisi olmuşdur. O, töhmət alması ilə əlaqədar şəxsi mənafeləri üçün iş yerini özbaşına tərk edərək, icazə almadan, hər hansı bir əmək fu nksiyasının icrası ilə bağlı olmadan Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova 85 ünvanında yerləşən nazirliyin inzibati binasına getmişdir. Göründüyü kimi İddiaçı iş yerində və ya işəgötürənin mənafeyi üçün və ya əmək funksiyasının, əmək vəzifələrinin icrası ilə əlaqədar hər hansı işi görərkən xəsarət almamışdır. Belə olan halda əgər xəsarət almışsa da, iddiaçının aldığı xəsarət istehsalatda baş verən bədbəxt hadisə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, to xumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən işçinin səhhətinin pozulması təhqiq edilməlidir. Eyni zamanda, iddiaçının göstərdiyi hallar ilə bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılmış və xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən iddiaçıya polis əməkdaşı tərəfindən xəsarət yetirilməsi öz təsdiqini tapmamış və müraciətində göstərdiyi faktlar rədd edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2-1(112)-7377/2021 nömrəli qərarı ilə (hakim G.A.Se vdimalıyeva) iddia rədd edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yerləşdiyi ünvan 3 ünvanı iddiaçının iş yeri olmadığından və bilavasitə rəhbəri tərəfindən həmin inzibati binada əmək funksiyalarının icrası ilə bağlı təlimat aldığı (tapşırığı yerinə yetirmək və xidməti vəzifələrini icra etmək üçün göndərildiyi) müəyyən edilmədiyindən işçilərin səhhətinin pozulmasının təhqiq edilməli olan halın baş verdiyi və nəticə etibarilə iddiaçının xx.xx.2020-ci il tarixdə nazirliyin inzibati binasında baş vermiş hadisənin təhqiq edilməsi və bədbəxt hadisə barədə İZ (istehsalat zədəsi) formalı aktın tərtib olunması ilə bağlı iddiaçının qanunla qorunan hüquqları yoxdur.
8. İddiaçı həmin qərardan apellyasiya şika yəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(103)-364/2022 nömrəli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və H.Ü.Həmidov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassa siya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayətində qeyd olunur ki, məhkəmə kollegiyası işə baxarkən və qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Belə ki, o, əmək vəzifələrini yerinə yetirərkən hadisə baş vermişdir. İşçi olaraq barəsində qanuna zidd hərəkətlərə aydınlıq gətirilməsi üçün işəgötürəninə müraciət etmək, işəgötürənindən müvafiq arayış almaq hüququndan istifadə etmək məqsədi ilə, iş vaxtı ərzində, işəgötürənin iş yerində olduğu vaxt xəsarət almış və həmin xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmişdir. Həmçinin iddiaçı qeyd edir ki, “S.Əsgərova 85-də” yerləşən i nzibati bina Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasıdır. Əmək müqaviləsinin surətindən görünür ki, onu rəsmi olaraq işə götürən qismində nazirdir. Əgər işə götürən nazirdirsə, deməli iş yeri də nazirliyin inzibati binasıdır, eyni zamanda müfəttişlik rəsmi qaydada ona cavab məktubu göndərərkən etiraf edir ki, o, xəsarət aldığı zaman rəsmi iş yerinin yerləşdiyi ünvan nazirliyin və müfəttişliyin yerləşdiyi S.Əsgərova 85-dir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(103)-364/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” 1.2-ci bəndinə əsasən, işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: - əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; - müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; - müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; - keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməcilik tədbirləri keçirildiyi müddətdə; - işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; - istehsal avadanlıqları və obyektlərində qəza zamanı; - növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamın a əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; - əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; - əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. 1.3. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. 1.4. İstehsalatda bədb əxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü;
15. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya q ismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏM ƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab etməklə, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
21. Bu qərarın 14-cü bəndində qeyd olunanlara əsasən işçilərin səhhətinin pozulması, o cümlədən xəsarət almaları halı araşdırılarkən, birinci növbədə, onların əmək vəzifələrini yerinə yetirərkən, həmçinin, müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən təhqiq edilməlidir. Başqa sözlə, işçinin zədələnməsi və ya sağlamlığının pozulması onun əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqə dar olmalıdır ki, həmin hadisə istehsalatda bədbəxt hadisəsi kimi və bunun nəticəsində işçinin aldığı xəsarət istehsalat zədəsi kimi qiymətləndirilə bilsin.
22. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının ona “töhmət” verilməsi məsələsini aydınlaşdırmaq üçün iş yerini tərk edərək nazirin qəbuluna getməsi və orada “polisin onu itələməsi nəticəsində yıxılaraq xəsarət alması” - bütün bunlar istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi üçün əsas vermir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərli k tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
24. Beləliklə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2-1(103)-364/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.