Məhkəmə qərarları › İş №2-1(102)-997/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-997/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-997/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X28 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X23 və Uçotunun Təşkili Baş İdarəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunma, prosessual müddətin bərpasına dair vəsatət Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hü seyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X28 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X23 və Uçotunun Təşkili Baş İdarəsi) qarşı “qərarların ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2-1(103)-1521/2024 saylı qərarından cavabdeh tərəfindən kassasiya şikayətinə əsasən işə, İddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanı nda Dövlət Vergi Xidməti Bakı şəhəri X28 üzrə Baş İdarəsinin “X23nin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: hazırlıq kursları fəaliyyəti) həyata keçirdiyi ünvan 1 ünvandakı obyektdə “Meridian kursu”nda (**********-13001) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarix daxil olmaqla) X23 tədbirinin keçirilməsi qərara alınmışdır.

2. İddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 11 nəfər fiziki şəxsin işlərin yerin ə yetirilməsinə cəlb etdiyinə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla 22.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə “COVİD-19”la bağlı yoxlama adı ilə iddiaçının fəaliyyət göstərdiyi obyektdə X23 tədbiri həyata keçirilərək 11 nəfər haqqında əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının a şkar edilməsi haqqında akt (seriya DVX № 005915) tərtib edilmişdir. Lakin X23 Vergi Məcəlləsinin 50-ci maddəsinin tələbləri pozulmaqla həyata keçirilmiş, vergi nəzarətinin həyata keçirilməsi başlayan zaman vergi orqanı əməkdaşları tərəfindən “X23nin həyata keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış, “X23nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə iddiaçıya təqdim edilməmişdir. Yalnız xx.xx.2022-ci il tarixli akt tərtib olunduqdan sonra iddiaçıya “X23nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə aktla birlikdə təqdim edilmişdir. Vergi əməkdaşlarının tələbi ilə iddiaçı onlara tələb olunan bütün sənədləri təqdim etmişdir. Obyektdə X23 keçirilən zaman iddiaçı orada iştirak etmiş, lakin ona izahat verməyə imkan verilməmiş, etiraz edəndə isə iddiaçı polislə hədələnmiş və 1600 manat cərimə olunacağını bildirilmişdir. Onlara İİ qrup əlil və xəstə olduğunu bildirsə də, iddiaçını danışmağa qoymamışlar. Orada olan adamları isə (qadınları) hədələyərək onlardan həqiqətə uyğun olmayan izahatlar alınmışdır. Belə ki, həmin 11 nəfərdən 2 nəfərin xidməti müqaviləsini (Şahid2 və Şahid4), 2 nəfər tələbənin tədris müqaviləsini (X3 və X2), 5 nəfərin əmək müqaviləsini vergi orqanı əməkdaşlarına təqdim etmiş, 3 nəfərin əmək müqaviləsinin (X13, X1 və X4) portala qeydiyyata düşməməsinin səbəbinin iddiaçının Asan imzasının və şəxsiyyət vəsiqəsinin deaktiv olması, 2 nəfərin isə (X5 və X6) əmək müqaviləsinin olmadığı və 01 fevral 2022-ci il tarixdə bağlandığını bild irmiş, lakin təqdim etdiyi sənədlər nəzərə alınmamış, Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbləri pozularaq mübahisələndirilən qərar qəbul olunmuşdur.

5. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, X23 tədbiri gedişində tərtib edilmiş bütün sənədlər, o cümlədən “X23nin həyata keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış, “X23nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinə təqdim edilmiş və sonuncu tərəfindən “tanış oldum" qeydi ilə imzalanmışdır. Ümumiyyətlə, X23 vergi qanunvericiliyinin tələblərinə tam əməl etməklə keçirilmişdir. Belə ki, həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə X23ni həyata keçirirlər. Göründüyü kimi vergi orqanı qanunla ona verilən hüquqlardan istifadə etməklə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini keçirdiyi obyektdə tam qanuni əsaslarla X23 tədbiri həyata keçirmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2-1(112)-6928/2022 nömrəli qərarı ilə (hakim X8) iddia tələbi rədd edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərar vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunmuş və əsaslandırılmışdır. Qərarda iddiaçıya hesablanmış vergi məbləğinin yaranma əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq edən sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar göstərilmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1462/2023 nömrəli iş üzrə 17 may 2023-cü il tarixli qərarı ilə (hakimlər X16 (məruzəçi), X17 və X14) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tar ixli, **********7017 nömrəli qərarı İddiaçı 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6928/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarı digər hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdi ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, aparılmış istintaqla X2 Nümayəndə1 fəaliyyətinə rəhbərlik etdiyi «MERİDİAN» kurslarında çalışmadığı, onunla «MERİDİAN» kursları arasında bağlanmış Tədris müqaviləsinə əsasən həmin kursda tələbə olduğu, operator işini öyrənmə k üçün kursa getdiyi müəyyən edilmişdir. Həmin qərarla X2, Nümayəndə1 sahibkarlıq fəaliyyəti göstərdiyi “Meridian" kurslarında işləməsi öz təsdiqini tapmadığından, qeyd olunan şəxs barəsində hesablanmış maliyyə sanksiyası ləğv edilmiş və qərarın surəti icra üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 üzrə Baş İdarəsinə göndərilmişdir. Lakin qeyd olunan hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə olan halda həmin şəxslə əlaqədar iddiaçının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır.

11. İddiaçı həmin qərardan kass asiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2334/2023 nömrəli iş üzrə 02 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X20 (məruzəçi), X9 və X15) Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1462/2023 nömrəli iş üzrə 17 may 2023-cü il tarixli qərarı iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, müəssisədə çalışan şəxslərin məhkəmədə verdikləri ifadələrlə inzibati icraat materiallarında olan ifadələri uzlaşmır. Odur ki, mübahisənin düzgün həlli üçün əhəmiy yət kəsb edən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığından, bununla da, İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələbləri təmin olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və qeyd olunan prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1521/2024 nömrəli iş üzrə 27 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər X21 (məruzəçi), X10 və X11) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6928/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarı hazırkı apellyasiya baxışı zamanı yoxlanılan hissədə qismən ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni İddiaçı 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6928/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarı hazırkı apellyasiya baxışı zamanı yoxlanılan digər hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Şahid4 və X18 vergi orqanında qeydiyyatda olduqlarından və onlarla xidmət müqaviləsi bağlanıldığından iddiaçının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasə n Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır.

16. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar apellyasiya instansiya məhkəməsinin məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı nə iddia ərizəsində, nə də ki apellyasiya şikayətinin dəlillərində xx.xx.2022-ci il tarixli **********7017 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 8 nəfərə münasibətdə qanunsuz olmasına dair sübutlar təqdim edə və əsaslandıra bilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Cavabdehin kassasi ya şikayətinin dəlilləri

17. Şikayətdə Vergi Məcəlləsinin 23.1.1, 24.0.1, 24.0.2, 50.6, 50.1.7, 58.10-cu maddələrinə, Əmək Məcəlləsinin 4-1, 5-1, 7 və 49-cu maddələrinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.

18. Bildirilmişdir ki, iddiaçının verdiyi şikayətlərə baxdıqda görünür ki, o, 10 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanmamasının səbəbini şəxsiyyət vəsiqəsinin aktiv olmaması ilə əsaslandırmışdır. Bununla özü də əmək müqaviləsi bağlamalı olduğu halda bağlamamasını etiraf etmiş və təsadüfi deyildir ki, həmin 2 nəfər Şahid4 və X12 münasibətdə hesablanmış işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları və məcburi dövlət sosial sığorta haqları da fərdi sahibkar tərəfindən Vergi Cinayətlərinin İbtidai Araşdı rılması Baş İdarəsinin depozit hesabına tam şəkildə ödənilmişdir.

19. Məhkəmənin Şahid4 və X7 OVN tədbirinin keçirilməsi dövrdə sadəcə VÖEN-nin olmasını əsas götürməklə həmin hissədə iddianı təmin etməsi tamamilə əsassızdır. Belə ki, işə cəlb olunan işçilərin VÖEN-nin olması işəgötürən fərdi sahibkarla həmin işçilər arasında əmək münasibətinin olmasını, onlarla əmək müqaviləsinin bağlanmasını istisna etmir. Məhkəmə qərarında da qeyd olunduğu kimi iddiaçı izahatların məcburi olaraq alınmasını, izahatların psixoloji təsir altında alınmasını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə tərəfindən həmin hallar öz təsdiqini tapmamışdır. İnzibati icraat zamanı alınmış ifadələrin isə özləri tərəfindən yazıldığı və heç bir təzyiqə məruz qalmadıqları imzaları ilə təsdiq edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Müddət bərpasına dair vəsatət və onun dəlilləri

21. İddiaçı kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təqdim etmiş, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

22. Həmin ərizədə qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün sonuncu tarix xx.xx.2025-ci il olmuş, iddiaçı xx.xx.2025-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bu tarixdən əvvəlki bir ay ərzində iddiaçı ancaq müddətli hərbi xidmətə çağırılması ilə əlaqədar müxtəlif komissiyalardan keçməklə məşğul olmuş, bu səbəbdən də qərardan kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

50. X23 50.1. X23 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüq uqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. X23nin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifay ət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. X23 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X23 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X23nin müddəti və X23ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. X23 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X23ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. X23ni həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödə yicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. X23nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X23 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39–49-cu maddələrinin müddəaları tətbiq edilir. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar...

8. İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.

9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə

7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi...

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Maddə

43. Əmək müqaviləsinin məzmunu

1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı, ünvanı və fərdi identifikasiya nömrəsi (FİN); b) işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin v əzifəsi, soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, fərdi identifikasiya nömrəsi (FİN); c) əsas və ya əlavə iş yeri olması barədə qeydlə birlikdə işçinin iş yerinin ünvanı, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;... Maddə

49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi

1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyi şiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqd im edildiyi gündən başlanır.... Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdar lıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Müddət bərpasına dair vəsatətlə əlaqədar olaraq kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

27. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

28. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2-1(103)-1521/2024 saylı qərarı 06 dekabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirilmiş (iş vər 27), kassasiya şikayəti isə 1 (bir) aylıq prosessual müddət ötürüldükdən sonra, yəni 05 mart 2025-ci il tarixdə elektron kabinetə yerləşdirmişdir.

29. İddiaçı özü də müddətin ötürülməsini mübahisə etmir. Mübahisələndirilən hal müddətinin ötürülməsinin üzrlü və ya üzrsüz səbəblərdən baş verməsi ilə bağlıdır.

30. İddiaçı kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsini etiraf edərək müddətin ötürülməsinin üzrlü hesab olunmasını xahiş etmişdir. Qeyd edilmişdir ki, iddiaçı hərbi xidmətə getməsi ilə əlaqədar müxtəlif komissiyalardan keçdiyindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.

31. Məhkəmə kollegiyası qeyd edir ki, vəsatətdə qeyd edilmiş hal müddətin bərpa edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İddiaçı müddətin bərpasına dair qeyd etdiyi dəlillə bağlı, o cümlədən 06 dekabr 2024-cü il tarixdən 5 yanvar 2025-ci il tarixədək olan dövr üçün müddətin üzrlü sayılması üçün h ər hansı sübut təqdim etməmişdir.

32. Lakin hazırkı iş üzrə müddətin iddiaçının təqsiri olmadan ötürüldüyü müəyyən edilmir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.

34. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaç ı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

35. Cavabdeh tərəfindən kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apelyasiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmi ş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarını işi hall arını düzgün araşdırılmaması əsası ilə qanuni hesab etmir. Bildirilir ki, apellyasiya instansiya məhkəməsi Şahid4 və X7 VÖEN-nin olmasını əsas götürməklə həmin hissədə iddianı təmin etməsi tamamilə əsassızdır. Belə ki, işə cəlb olunan işçilərin VÖEN-nin olması işəgötürən fərdi sahibkarla həmin işçilər arasında əmək münasibətinin olmasını, onlarla əmək müqaviləsinin bağlanmasını istisna etmir.

40. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, şikayətdə qeyd edilmiş hallar apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə icraatı zamanı ətraflı şəkildə araşdırılmış, Şahid4 və X18 ilə əlaqədar məsələdə iddiaçının hər hansı hərəkətsizliyi və ya qanunla qadağan edilmiş hərəkəti müəyyən edilməmişdir.

41. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən sə bəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X28 üzrə Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2-1(103)-1521/2024 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının ərizəsi təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2-1(103)-1521/2024 saylı qərarından iddiaçının verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar