Məhkəmə qərarları › İş №2-1(102)-998/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-998/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-998/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1962, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət S osial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-424/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxxx 1962-ci il tarixdə anadan olmuşdur.

2. İddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə elektrovozun maşinist köməkçisi peşəsi üzrə məktəbin tam kursunu bitirərək ona elektrovozun təmir çilingəri 3-cü dərəcə peşəsi üzrə ixtisas verilmişdir.

3. İddiaçı xx.xx.1981-xx.xx.1983-cü il tarixlərdə həqiqi hərbi xidmətdə olmuşdur.

4. İddiaçının əmək k itabçasına əsasən o, "xxxx" QSC-də xx.xx.1980xx.xx.1981-ci illərdə təmir üzrə çilingər vəzifəsinə qəbul edilmiş, daha sonra maşinist köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.1983-xx.xx.1997-ci illərdə elektrovoz maşinistin köməkçisi, elektrovoz maşinistin dublyoru, elektrovoz maşinisti, xx.xx.1998-xx.xx.2005-ci il illərdə “Oilmashservis LTD” firmasında yığma sahəsinə avadanlıqların təmiri üzrə briqadir işləmişdir. 5. “Azərbaycan Dəmir Yolları" QSC-nin 03 aprel 2019-cu il tarixli 208 nömrəli arayışında qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1980-xx.xx.1981-ci il tarixlərində Cəmiyyətin Biləcəri lokomotiv deposunda elektrovozların təmiri üzrə çilingər, xx.xx.1981-xx.xx.1981-ci il tarixlərində, həmçinin xx.xx.1983-xx.xx.1989-cu il tarixlərində elektrovoz maşinist köməkçisi və xx.xx.1989- xx.xx.1997- ci il tarixlərində elektrovoz maşinisti peşələrində işləmişdir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur (21.4-cü bənd) və bu peşələr üzrə iddiaçının iş stajı 14 il 6 ay 7 gün təşkil edir.

6. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, “Oilmashservis LTD” firması ünvanı AZ1052 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küç., ev 3A, mən. 43 olmaqla xx.xx.1998-ci il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır (VÖEN: **********).

7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəf indən bildirilmişdir ki, xx.xx.2021-ci il tarixə olan uçot məlumatlarına əsasən, “Oilmashservis LTD” firması (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. Həmçinin 1998-2006-cı illər ərzində firmanın fəaliyyətdə olub-olmaması barədə hər hansı məlumat aşkar edilməmişdir. “Oilmashservis LTD” firmasının (VÖEN: **********) xx.xx.2021-ci il tarixə olan uçot məlumatlarına əsasən, əsas fəaliyyət növü “Mədənçıxarma sənayesinin digər sahələrində xidmətlərin göstərilməsi” (09900), əlavə fəaliyyət növləri isə “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması” (43112), “Su qurğularının tikintisi” (42910) və “Dağ-mədən çıxarma, neftçıxarma sənayesi, karxana işləri və tikinti üçün maşın və avadanlıqların istehsalı” (28920) kimi qeyd olunmuşdur. Eyni zamanda, “O ilmashservis LTD” firması (VÖEN: **********) ilə hal-hazırda qüvvədə olan əmək müqaviləsi bağlamış 15 işçi sayı müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, firmanın hüquqi ünvanı ünvan 2 alınmışdır. 8. “Oilmashservis LTD” firması tərəfindən 1998-2005-ci il tarixlərdə iddiaçıya hesablanmış əmək haqları barədə məlumat vərəqələri, işə daxil olma, işdən çıxma əmrləri, məzuniyyət əmrləri, eləcə də 1998-2006-cı illərdə hesablanmış və ödənilmiş sosial-sığorta haqlarının dinamikası haqqında arayış təqdim edilmişdir.

9. İddiaçı tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə cavabdehə müraciət olunmuş, cavabdeh orqan tərəfindən təqdim olunmuş 03 mart 2021-ci il tarixli **********2 saylı imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublika sı Qanununun 1.0.2, 1.0.8, 9.1, 9.8, 21.1-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13- cü maddəsinin “b” bəndinə istinad olunmaqla qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı orqan tərəfindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (14 il 6 ay 24 gün) təşkil edir. Eyni zamanda iddiaçının 15 iyul 1983-ci il tarixli əmək kitabçasında qeyd olunan xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Oilmashservis” LTD-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sis temi (monitorinq)” proqram təminatında araşdırma aparılmış, sözügedən müəssisənin xx.xx.2006-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olduğu məlum olmuşdur. Onun işlədiyi dövrdə həmin müəssisə Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü onun iş stajına daxil etmək mümkün olmamışdır. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşa ğı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 44400,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22188,59 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 57 yaşının tamam olduğu 1 0 fevral 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və pensiya fərqinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiа onunla əsaslandırılmışdır ki, iddiaçı 1978-ci ilin sentyabr ayının 1-də əmək fəaliyyətinə başlamış, 1983-cü ildən 1997-ci ilə kimi fasiləsiz olaraq Azərbaycan Dəmir Yollarında əmək şəraiti xüsusilə zərərli və ağır olan işdə elektrovoz maşinisti vəzifəsində işləmişdir. Qeyd etdiyi işdə əmək fəaliyyəti 14 il 1 ay 21 gün təşkil edir. Ümumi stajı isə 25 il 1 ay 05 gündür. Bu səbəbdən hazırda qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ona əmək pensiyası yaşa görə 57 yaşda, yəni 10 fevral 2019-cu ildə təyin olunmalı idi. Ancaq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 59 ya şı tamam olmasına baxmayaraq təyin olunmamışdır. Bu səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi xahişi ilə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin həmin qurum tərəfindən 03 mart 2021-ci il tarixli, **********2 nömrəli məktubla onun qanuni xahişindən imtina edilmişdir. Cavabdehin imtina məktubu əsassız olduğundan ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş illərdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

12. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair etiraz imtina məktubu ilə eyni məzmunda əsaslandırılmışdır.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6572/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilərək iddiaçıya 57 yaşının tamam olduğu 10 f evral 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuş və iddiaçıya 10 fevral 2019-cu il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən “Oilmashservis LTD” firmasının iddiaçı ilə əmək münasibətlərinə daxil olmamışdan (xx.xx.1998-ci il tarixdə) əvvəl hüquqi şəxs kimi qeydə alındığı müəyyən edilmiş (xx.xx.1998-ci il tarixdə), iddiaçının əmək kitabçasında 1998-2005-ci il tarixlərində həmin firmada işlədiyinə dair qeydlər mövcuddur, məhkəmə sorğusuna cavab olaraq “Oilmashservis LTD” firması tərəfindən 1998-2005-ci il tarixlərdə İddiaçı hesablanmış əmək haqları barədə məlumat vərəqələri, işə daxil olma, işdən çıxma əmrləri, məzuniyyət əmrləri, eləcə də 1998-2006-cı illərdə hesablanmış və ödənilmiş sosial-sığorta haqlarının dinamikası haqqında arayış təqdim edilmişdir. Odur ki, qeyd edilən sənədlərə məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, 1998-2006-cı illər ərzində firmanın fəaliyyətdə olub-olmaması barədə hər hansı məlumat aşkar edilməməsi iddiaçı ilə “Oilmashservis LTD” firması arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensi ya təminatına imkan verməsi şərti iddiaçıya münasibətdə tətbiq edilməməlidir və buna əsasən, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-424/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6572/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

17. Apell yasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (14 il 6 ay 24 gün) təşkil edir. İddiaçının 15 iyul 1983-ci il tarixli əmək kitabçasında qeyd olunan xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Oilmashservis" LTD-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılmış, sözügedən müəssisəsinin xx.xx.2006-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olduğu məlum olmuşdur. Onun işlədiyi dövrdə həmin müəssisə Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxanda qeyd olunan dövrü onun iş stajına daxil etmək mümkün deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz işin faktiki hallarına və iddia ərizəsinə uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜ QUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. --------------------------------------------------------------------------------------------------9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:..... b) əmək şəraiti zərərli və ağır olan digə r işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD №li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tər əfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tu tulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Məlum olduğu kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 29. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasının 13-cü maddəsində müəyyən olunmuşdur ki, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. 30. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

31. Qanunvericiliyin sözügedən normalarının tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. 32. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

33. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına daxil edilməlidir. 34. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Resp ublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir.

35. İddiaçının 1998-2005-ci illərdə işlədiyi “Oilmashservis LTD” firmasında işlədiyi dövr üzrə müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edildiyindən həmin dövr onun stajına hesablanmaması barədə şikayətin dəlili ilə bağlı kollegiya qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 ya nvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq ed ilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər, (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavi lələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

36. Eyni zamanda hazırki iş üzrə müəyyən edilir ki, “Oilmashservis LTD” firması tərəfindən 1998-2005-ci il tarixlərdə iddiaçıya hesablanmış əmək haqları barədə məlumat vərəqələri, işə daxil olma, işdən çıxma əmrləri, məzuniyyət əmrləri, eləcə də eləcə də 1998-2006-cı illərdə hesablanmış və ödənilmiş sosial-sığorta haqlarının dinamikası haqqında arayış təqdim edilmişdir.

37. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.1980-xx.xx.1981-ci il tarixlərində Cəmiyyətin Biləcəri Lokomotiv Deposunda elektrovozların təmiri üzrə çilingər, xx.xx.1981-xx.xx.1981-ci il tari xlərində, həmçinin xx.xx.1983-xx.xx.1989-cu il tarixlərində elektrovoz maşinist köməkçisi və xx.xx.1989xx.xx.1997-ci il tarixlərində elektrovoz maşinisti vəzifələrində çalışmışdır ki, qeyd edilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarının XXVİİİ Nəqliyyat bölməsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (23001000—14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) uyğundur.

38. Eyni zamanda "xxxx" QSC X1 tərəfindən təqdim edilmiş 24 yanvar 2022-ci il tarixli, 03 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının elektrovoz maşinisti və elektrovoz maşinisti köməkçisi peşəsində iş stajı 14 il, 4 ay, 17 gün təşkil edir. Bu da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı i lə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğundur.

39. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və peşələr qeyd olunan Siyahılarda nəzərdə tutulmuşdur və 01 yanvar 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıq olmuşdur. 40. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunu r.

41. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən təqdim edilmiş arayışlarda iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir.

43. Göründüyü kimi iddiaçının 57 yaşının tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının və 12 il 06 aydan artıq güzəştli iş stajının olması iş materiallarına əlavə edilmiş əmək kitab çası və güzəştli arayış ilə təsdiq edilmiş, cavabdeh inzibati orqanının imtinasının əsasları mövcud qanunvericilik normalarına zidd, əsassız və qanunsuz olmuşdur.

44. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-424/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar