Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-999/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2022-ci il tarixli, 2-1(105)-6 51/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzili xx.xx.2006-cı il tarixdə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarış verilmişdir.
2. İddiaçının deməsinə görə, 1995-ci ildə o, həmin yaşayış sahəsində qapı açdıraraq, oranı qeyri-yaşayış sahəsinə çevirmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
3. İddiaçı vergi ödəyicisi olmaqla (VÖEN **********) xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr üzrə 530 667,56 manat dövriyyəyə malik olmuş, 1 3 314,9 manat vergi ödəmişdir.
4. Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin fasadının yenidən qurularaq rekonstruksiya işləri aparılan zaman iddiaçı həmin ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa davam etmişdir.
5. Bundan sonra, iddiaçı xx.xx.2014-cü il tarixdə ərizə ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə müraciət edərək Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişdir.
6. Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2014-cü il tarixli, İ-16 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilərək bildirilmişdir ki, binanın fasadı yenidən qurularaq razılaşdırılmış layihəyə uyğun olaraq rekonstruksiya işləri aparılır, bu səbəbdən mənzilin yan fasadında və baş fasadında pəncərənin qapı ilə əvəz olunaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi mümkün deyildir.
7. Bundan sonra, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin fasadı yenidən qurularaq rekonstruksiya işləri yekunlaşdırılmış, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektin pəncərə yerindən açılan qapısı hörülərək bağlanmışdır.
8. İddiaçı cavabdehə yenidən eyni tələblə müraciət etsə də, cavabdehin 22 aprel 2015-ci il tarixli J-30/2 saylı məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir.
9. Bundan sonra, iddiaçı cavabdehə qarşı Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 22 avqust 2016-cı il tarixli, 2-1(85)-818/2016 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2016-cı il tarixli 2-1(105)-330/2016 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qərarı ləğv edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinə yenidən baxılması öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2017-ci il tarixli, 2-1(102)-822/2017 nömrəli qərarı ilə Sum qayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2016-ci il tarixli qərarı dəyişdirilmiş, cavabdehin 22 aprel 2015-ci il tarixli J-30/2 saylı imtinası qanunsuz hesab edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinə baxılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2017-ci il tarixli qərarının icrası ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətində yaradılmış komissiyanın 22 avqust 2017-ci il tarixli 8 saylı qərarı ilə iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılmas ı barədə ərizəsi qanunsuz və əsassız hesab edildiyindən təmin edilməmiş, yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən özbaşına aparılmış yenidən qurulması və yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş texniki norma və qaydalara uyğun olmadığına, qonşuların həyat və sağlamlığına təhlükə yaratdığı üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.2.2-ci maddəsinə uyğun olaraq iddiaçıdan həmin yaşayış sahəsinin 3 ay müddətində əvvəlki vəziyyətinin bərpa edilməsinin tələb edilməsi qərara alınmışdır.
13. İddiaçı 27 oktyabr 2018-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 22 avqust 2017-ci il tarixli, 8 saylı qərarının etibarsız hesab edilməsi və S umqayıt şəhəri, 36-cı məhəllə, Sülh küçəsi 1/2 saylı evin xüsusi mülkiyyətində olan 32 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
14. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)147/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2020-ci il tarixli 2-1(105)-87/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İ nzibati Kollegiyasının 25 avqust 2020-ci il tarixli 2-1(102)-1214/2020 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.
17. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, artıq cavabdeh tərəfindən onun tələbi tam təmin edilmiş, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 5 aprel 2021-ci il tarixli 97 saylı sərəncamına əsasən, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 32 saylı yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi qərara alınmış, həmçinin istismara qəbul aktı imzalanmışdır.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli 2-1(105)-139/2021 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tari xli, 2-1(085)-147/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.
19. İddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı 25 yanvar 2022-ci il tarixdə cavabdehə müraciət etmişdir.
20. Cavabdeh 7 fevral 2022-ci il tarixli, İ-16-150 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, İcra Hakimiyyəti tərəfindən məhkəmə kollegiyasının yekun qərarı qəbul edilənədək tələbi tam təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli 2-1(105)139/2021 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
21. İddiaçı cavabdehə qarşı iddia ər izəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus olan Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin girişinin cavabdeh tərəfindən hörülməsi nəticəsində dəyən maddi zərərin əvəzi olaraq 70.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
22. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 36-cı məhəllə 1/22 saylı evin 1-ci mərtəbəsində yerləşən 32 saylı mənzil onun xüsusi mülkiyyətindədir. 1995ci ildə o, həmin yaşayış sahəsində qapı açdıraraq, oranın təmirinə xeyli pul xərcləmiş, onu qeyri-yaşayış sahəsinə çevirmişdir. Bu hərəkəti etməzdən əvvəl o, Sumqayıt Şəhər İcra Hakimiyyətinə şifahi olaraq müraciət edərək qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün şifahi icazə almışdır. Be ləcə o uzun illər həmin sahədə sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. O, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsini rəsmiləşdirmək üçün dəfələrlə müraciət etsə də, bürokratik maneələr səbəbindən bunu həyata keçirə bilməmişdir. 2014-2015-ci ildən Sumqayıt şəhər icra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin işçiləri “şəhərin yenidənqurulması və abadlaşdırılması’’ adı altında ona hədə-qorxu gələrək, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin göstərişi ilə qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi mağazanın qarşısını hörərək bağlamışlar. Lakin həmin sahənin ətrafındakı digər qeyri-yaşayış sahələri fəaliyyət göstərməyə davam etmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. O, məcbur olub məhkəməyə müraciət etmişdir. Uzun sürən məhk əmə çəkişmələrindən sonra Sumqayıt Apellyasiya Məhkəməsi 24 dekabr 2021-ci ildə iş üzrə icraata xitam vermişdir. Belə ki, işə baxılan dövrdə cavabdehin 5 aprel 2021-ci il tarixli 97 saylı sərəncamına əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 32 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qeyri-dövlət qurumlarının, fiziki şəxslər tərəfindən inşa edilmiş bina və tikililərin istismara qəbul edilməsi üzrə komissiyanın 22 dekabr 2021-ci il tarixli, 24 saylı Qəbul aktına görə, komissiyanın keçirdiyi texniki baxış zamanı ona məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı binanın, ümumi sahəsi 41.64 kv.m olan 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keç irilməsi məqsədə uyğun hesab edilmişdir. Həmçinin cavabdeh tərəfindən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi haqqında 2404 saylı, 23 dekabr 2021-ci il tarixli bildiriş təqdim edilmişdir. Göründüyü kimi, cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində o, 2014-cü ildən indiyə qədər obyektindən istifadə edə bilməmişdir. 2014-cü ildə obyektində xeyli sayda ayaqqabı var idi. Cavabdeh ona obyektdən istifadə etməyə icazə vermədikdə obyektin qapısını daşla hörmüşlər və onun ayaqqabıları obyektin daxilində qalmışdır. Cavabdeh yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar verdikdən sonra o, xərc çəkib hörgünü sökmüş və içəri daxil olduqda ayaqqabıların sıradan çıxdığının şahidi olmuşdur. Obyekt 7 il ərzində bağlı vəziyyətdə qaldığından içəri nəmişlik olmuş və orada təmir işlərini aparmağa məcbur olmuşdur. Obyektin bu vəziyyətə düşməsində cavabdehin əməkdaşlarının rolu var. Çünki onlar obyektin qapısını 2014-cü ildə bağlamışlar və həmin vaxtdan obyektə daxil ola bilməmişdir. O, obyektə dəyən zərəri ümumilikdə 70.000 manat qiymətləndirir. Bu məbləğə həm obyektin təmirinə çəkilən xərclər, 2014-cü ildə ora yığdığı və sıradan çıxan ayaqqabıların xərci, həmçinin 7 il ərzində işləmədiyinə görə əldən çıxan fayda daxildir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, 70.000 manat ziyan çəkmişdir. O, cavabdehə müraciət edərək ona dəyən zərərin əvəzi olaraq 70.000 manat məbləğin ona ödənilməsini xahiş etmişdir. Cavabdeh 7 fevral 2022-ci ildə ona məktub göndərərək müraciətinin təmin edilməsindən imtina etmişdir.
23. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçının cavabdehə qarşı qaldırılmış Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerində qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi məhkəmə baxışı predmeti olmuşdur. Məhkəmə prosesi davam edərkən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 97 saylı sərəncamına əsasən vətəndaşın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 32 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi 22 dekabr 2021-ci il tarixli, 24 saylı qəbul aktından da görünür ki, qəbul komissiyasının keçirdiyi texniki ba xış zamanı qeyd olunan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda vətəndaşa yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında 2404 saylı, 23 dekabr 2021-ci il tarixli bildiriş təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəmə kollegiyasının yekun qərarı qəbul edilənədək vətəndaşın tələbi tam təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2-1 (105)139/2021 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh tərəfindən hər hansı mağazanın qarşısının hörülməsinə dair heç bir inzibati akt qəbul edilməmiş və İcra Hakimiyyətinin işçiləri tərəfindən belə bir iş icra edilməmişdir. Əksinə, iddiaçı tə rəfindən təyinatı mənzil olan yaşayış sahəsində qanunsuz olaraq küçə istiqamətində mənzilin pəncərələrində və mənzilin döşəmə və zirzəmi hissəsində qanunsuz və icazəsiz konstruksiya dəyişikliyi etməyə cəhd edilmiş, lakin ona izah edilmişdir ki, mənzildə yenidənqurma və yenidən planlaşdırma işləri yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparıla bilər. İddiaçının guya mənzilə daxil ola bilməməsi də əsassız və həqiqətə uyğun deyildir. Belə ki, mənzilə giriş qapısı binanın ümumi istifadədə olan və bina sakinlərinin də hamısının istifadə etdiyi ümumi girişdən (blok) olduğu halda iddiaçının hansı səbəbdən mənzilinə daxil olub, iddia etdiyi kimi mənzilində olan “ayaqqabılarını” götürə bilməməsi təəccüb doğurur və bir daha onun tələbinin əsassız və süni olduğunu təsdiq edir.
24. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(118)-1267/2022 nömrəli qərarı (hakim L.E.Mirzəyeva) ilə iddia rədd edilmişdir.
25. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı obyektinə məxsus qapının qarşısının cavabdeh tərəfindən hörülməsini iddia etsə də buna dair hər hansı sübutu, qeyd edilən mübahisə ilə bağlı cavabdeh inzibati orqanın qəbul etdiyi hər hansı aktı iş materiallarına əlavə etməmiş, eyni zamanda məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh inzibati orqan tərəfindən bununla bağlı hər hansı aktın qəbul olunduğu müəyyən edilməmişdir.
26. Bundan başqa, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin qapısı hörülən zaman ona həmin sahənin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair hər hansı icazə verilməmişdir. Yəni ona məxsus mənzil yaşayış sah əsi statusuna malik bir mənzil olmuşdur. Yalnız 23 dekabr 2021-ci il tarixində iddiaçıya yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında icazə verilmişdir. Belə olan halda həmin tikintinin aparılması iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.
27. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
28. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2022-ci il tarixli, 2-1(105)-651/2022 nömrəli qərarı (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, F.Ə.Məmmədov və Z.T.Məmmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(118)-1267/2022 nömrəli qərarı dəyi şdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
30. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
31. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Bundan başqa, iddiaçı şikayətində qeyd edir ki, cavabdeh bundan əvvəlki məhkəmə çəkişmələrində verdiyi etirazda mənzilin yerləşdiyi binanın fasadında 2014-cü ildə əsaslı yenidən qurulma işlərinin aparılması, binanın fasadının yeni örtüklə üzlənməsi qeyd edilmişdir. Bu da onu təsdiq edir ki, binada hörgü işləri məhz cavabdeh tərəfindən aparılmışdır. Digər tərəfdən, iddiaçı 1995-ci ildən həmin mənzili cavabdehin şifahi razılığına əsasən qeyri-yaşayış sahəsi kimi işlədib. Bu zaman həmin sahənin giriş qapısı digər obyektlər kimi binanın Sülh küçəsinə baxan hissəsində olmuşdur. İcra hakimiyyətinin əməkdaşları 2014-cü ildə binada aparılan yenidənqurma işləri zamanı həmin qapını hördüyündən iddiaçı obyektdə olan ayaqqabıları götürə bilməmişdir.
32. Sumqayıt Apellyasiya Məhkəməsi 2014-cü ildə Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində abadlaşdırma işlərinin kim tərəfindən aparıldığını, binaların dam və üz örtüklərinin dəyişdirilməsi, obyektlərin fasad və konstruksiyasının zahiri görkəmlərinin yaxşılaşdırılmasını müəyyən etməmiş və bununla bağlı iddiaçı tərəfindən təqdim edilən sübutlara əhəmiyyət verməmiş, eyni zamanda iddiaçının obyektdə hansı zə rərə məruz qalması ilə bağlı arqumentlərini nəzərə almamış və qərarda ona qiymət verməmişdir. Beləcə məhkəmə maddi hüquq normalarını pozaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
33. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikay ət verə bilər.
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəx sə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən ye ni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlu matlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən işə baxılan zaman tələb olunan kompensasiya məbləğinin əldə çıxmış fayda ilə bağlı hissəsində hazırkı qərarın 31(a) bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
40. Belə ki, iddia tələbinin və kassasiya şikayətinin dəlillərinə əsasən müəyyən edilir ki, iddiaçının tələb etdiyi 70 000 manat kompensasiya məbləğinə obyektin girişinin bağlanması nəticəsində obyektə daxil ola bilməməsinə görə orada qalan və sıradan çıxan ayaqqabıların dəyəri, həmçinin havasızlığa və nəmişliyi görə obyektin yenidən təmirinə çəkdiyi xərclər, eyni zamanda 7 il ərzində işləmədiyinə görə əldən çıxan fayda daxildir. Yəni iddia tələbində mülki hüquq pozuntusu (delikt) ilə b ağlı real zərər və hüququ pozulmasaydı, iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) cəm şəklində göstərilmişdir.
41. İddiaçı öz tələbində real zərərlə əldən çıxmış faydanı bir-birindən ayırmamış, hər iki xüsusata görə ümumi məbləğdə kompensasiya tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi də iddiaçının tələbinə ümumi qaydada baxmış, iddiaçıya dəyən real zərəri və əldən çıxmış faydanı ayrı-ayrılıqda araşdırmadan iş üzrə yekun nəticəyə gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarını iki aspektdən – real zərər və əldən çıxmış fayda baxımından araşdırılmasını zəruri hesab edir.
42. İlk öncə, işin mübahisəsiz hallarına görə qeyd edilməlidir ki, Sumqayıt şəhəri 36-cı məhəllə, 1/2 2 saylı evin 32 saylı mənzili (yaşayış sahəsi) xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Vergi ödəyicisi olan iddiaçı 1995-ci ildən həmin yaşayış sahəsində qapı açdıraraq, oranı qeyri-yaşayış sahəsinə çevirmiş və 2014-cü il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur (iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2013cü il tarixədək olan dövr üzrə 530 667,56 manat dövriyyəyə malik olması və 13 314,9 manat vergi ödəməsi öz təsdiqini tapmışdır).
43. Bundan sonra, 2014-cü ildə mübahisələndirilən mənzilin yerləşdiyi binada yenidənqurma və təmir işləri aparılmış, binanın üzlüyü dəyişdirilmişdir. Bu zaman iddiaçının qapı açdıraraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektin həmin qapısı hörülmüş və girişi bağlanmışdır. Cavabdeh mağazanın qarşısının hörülməsinə dair heç bi r inzibati akt qəbul edilmədiyini və işçiləri tərəfindən belə bir işin icra edilmədiyini qeyd etsə də, iş materiallarına əlavə edilmiş binanın fotoşəkillərindən görünür ki, iddiaçının qeyd etdiyi divar onun obyektinə məxsusi olaraq deyil, binanın ümumi fasadının təmiri nəticəsində çəkilmişdir.
44. Mübahisələndirilən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması tələbinə dair iddiaçı və cavabdeh arasında başlayan inzibati məhkəmə mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2017-ci il tarixli, 2-1(102)-822/2017 nömrəli qərarı ilə yekunlaşmışdır. Həmin qərara əsasən cavabdehin 22 aprel 2015-ci il tarixli J-30/2 saylı imtinası qanunsuz hesab edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinə baxılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
45. Lakin cavabdeh tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 15 mart 2017-ci il tarixli qərarının icrası həyata keçirilməmiş, 22 avqust 2017-ci il tarixli 8 saylı qərarı ilə iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsi qanunsuz və əsassız hesab edildiyindən təmin edilməmişdir.
46. Cavabdehin qeyd edilən qərarının mübahisələndirilməsi ilə bağlı iddiaçı və cavabdeh arasında yenidən başlayan inzibati məhkəmə mübahisəsinin gedişatında cavabdehin 5 aprel 2021-ci il tarixli 97 saylı sərəncamı ilə mübahisələndirilən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmış, həmçinin istismara qəbul aktı imzalanmışdır. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli 2-1(105)-139/2021 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.
47. Beləliklə, işin hallarına görə, iddiaçı mübahisəli mənzildə 1995-ci ildən 2014-cü ilə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, cavabdeh iddiaçının həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciətindən 22 aprel 2015-ci il tarixli J-30/2 saylı məktubla imtina etmiş, inzibati məhkəmə mübahisəsinin nəticəsi olaraq cavabdehin 22 aprel 2015-ci il tarixli J-30/2 saylı imtinasının qanunsuz hesab edilməsinə baxmayaraq cavabdeh məhkəmə qərarını icra etməmiş, davam edən digər məhkəmə mübahisəsinin gedişatında 5 aprel 2021-ci il tarixli 97 saylı sərəncamla iddiaçının müraciətini təmin etmiş və istismara qəbul aktı imzalanmışdır. İddiaçı da hal-hazırda 2014cü ildən etibarən ona dəymiş zərərin (həm real zərərin, həm də əldən çıxmış faydanın) əvəzinin ödənilməsini tələb edir.
48. İlk öncə, real zərərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 30cu bəndində göstərilən normaya əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi q anundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.
49. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hü quqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
50. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
51. İddia tələbində qeyd edilən kompensasiya məbləğinə daxil olan, obyektin girişinin bağlanması nəticəsində iddiaçının obyektə daxil ola bilməməsinə görə orada qalan və sıradan çıxan ayaqqabıların dəyəri, həmçinin havasızlığa və nəmişliyi görə obyektin yenidən təmirinə çəkdiyi xərclərlə bağlı məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının 19952014-cü illər ərzində ona məxsus olan yaşayış sahəsindən qeyri-qanuni olara q qeyriyaşayış sahəsi kimi istifadə etməsi işin mübahisələndirilməyən halıdır. İddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı ilk dəfə rəsmi olaraq cavabdehə 2014-cü ildə (obyektin küçəyə açılan qapısı bağlandıqdan sonra) müraciət etmişdir. Yəni iddiaçı da sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektin rəsmi olaraq yaşayış sahəsi olduğunu bilmiş, həmin binada yerləşən digər yaşayış sahələri kimi giriş qapısının binanın ümumi girişində olmasına baxmayaraq həmin qapını məhz özü bağlamışdır. Yəni cavabdeh tərəfindən qeyri-rəsmi açılan yeni giriş qapısının bağlanması nəticəsində yaşayış sahəsinin havasız qalaraq yararsız hala düşməsi və içərisindəki malların məhv olması cavabdehin təqsiri ucbatından deyil, iddiaçının özünün davranışının nəticəsində baş vermişdir. Y əni, iddiaçı binanın ümumi girişində yaşayış sahəsi üçün nəzərdə tutulan qapını bağlamamış olsaydı, cavabdehin mübahisələndirilən əməli nəticəsində mənzilə daxil ola, oradakı malları çıxarda və həmin binadakı digər yaşayış sahələri kimi mənzili havalandırmaqla nəmişliyin qarşısını ala bilərdi.
52. Ona görə də, məhkəmə kollegiyası iddiaçının kompensasiya tələbinin mənzilə daxil ola bilməməsinə görə mənzilin yararsız hala düşməsi və içərisindəki malların məhv olması hissəsində aşağı instansiya məhkəmələrinin iddianın rədd edilməsi ilə bağlı gəldikləri nəticəni əsaslı hesab edir.
53. Bununla belə, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin qərarının kompensasiya tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci mad dələrinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarının tam və hərtərəfli araşdırılmadığını qeyd edir.
54. İlk öncə qeyd edilməlidir ki, aşağı instansiya məhkəmələri cavabdehin mağazanın qarşısının hörülməsinə dair heç bir inzibati akt qəbul edilməməsi və işçiləri tərəfindən belə bir işin icra edilməməsi dəlilini qəbul etsə də, bu dəlilin əsasını araşdırmamış, cavabdehin hərəkətlərinin birbaşa iddiaçıya qarşı yönəlməsi və ya iddiaçının mənzili yerləşən binanın fasadının ümumi təmirinin cavabdeh tərəfindən aparılması xüsusatlarını araşdırmamışdır. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçının qeyri-rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yaşayış sahəsinin (obyektin) əsas girişini bağlamaqla iddiaçının mülkiyyət və sahibkar lıq hüquqlarının pozulubpozulmamasını araşdırmamış, cavabdehin qeyd edilən hərəkətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamamışdır.
55. Bundan başqa, iddiaçı və cavabdeh arasında 2016-cı ildən başlayan məhkəmə mübahisələri nəticəsində iddiaçının xeyrinə çıxmış və qanuni qüvvəyə minmiş yuxarıda qeyd edilən məhkəmə qərarlarının cavabdeh tərəfindən uzun illər ərzində icra edilməməsinə qiymət verilməmiş, cavabdehin 22 aprel 2015-ci il tarixli J-30/2 saylı imtinasının qanunsuz hesab edilməsi işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır.
56. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, cavabdehin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən 22 aprel 2015-ci il tarixli imtinası məhkəmə qaydasında qanunsuz hesab edildiyindən, buna baxmayaraq cavabdeh tər əfindən iddiaçının müraciəti yalnız 2021-ci ildə təmin olunduğundan keçən müddət ərzində iddiaçının ona məxsus obyektdə sahibkarlıqla bağlı fəaliyyəti məhdudlaşdırılmışdır.
57. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, işin təkrar apellyasiya baxışı zamanı cavabdehin binanın fasadında apardığı təmir və yenidənqurma işləri ilə əlaqədar məhz iddiaçıya məxsus obyektin girişini bağlamaqla müşayiət olunan hərəkətinin qanuni olub-olmaması, həmin obyektin yaşayış sahəsi olmasına baxmayaraq küçəyə açılan qapını bağlamaqda cavabdehin səlahiyyətli olub-olmaması tam və hərtərəfli araşdırılmalı, qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında cavabdehin üzərinə qoyulan öhdəliyin icra edilməməsində iddiaçının hüquqlarının hansı dərəcədə pozulması müəyyən edilməli və bu halın onun sahibkarlıq ilə bağlı fəaliyyətinə mənfi təsiri yoxlanılmalıdır.
58. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulan yardım etmək vəzifəsini düzgün icra etməmişdir. Belə ki, qeyd edilən normaya əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
59. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının tələb etdi yi kompensasiya məbləğinin konkret olaraq hansı hüquqlarının pozulmasına mütənasib qaydada əsaslandırması, iddiaçıya real zərərin və əldən çıxmış faydanın dəqiqləşdirilməsi ilə bağlı yardım etməmişdir.
60. Belə ki, iş materiallarında iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı dövriyyəsi və ödədiyi vergilərlə bağlı məlumat olsa da, apellyasiya məhkəməsi iddiaçının məhz hüququnun pozulduğunu iddia etdiyi ana qədər həmin obyektdən əldə etdiyi gəliri araşdırmamış, həmin gəlirə mütənasib qaydada iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddiaçıya yardım etməyə borclu olduğu halda bunu etməmişdir.
61. Apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını iddiaçının k ompensasiya tələbinin əldən çıxmış faydaya münasibətdə yuxarıda qeyd edilən məzmunda araşdırmalı və qiymət verməli olduğu halda, bu, baş verməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 13, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edilmişdir.
62. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2022-ci il tarixli, 2-1(105)651/2022 nömrəli qərarı kompensasiya tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
63. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.
64. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2022-ci il tarixli, 2-1(105)-651/2022 nömrəli qərarı kompensasiya tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2022-ci il tarixli, 2-1(105)-651/2022 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.