Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-10/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Müseyib qızının Cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “istifadəsində olan mənzilə 3-cü şəxsin qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X9 ibarət tərkibdə, X14-Yusiflinin katibliyi ilə, İddiaçı Müseyib qızının cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “istifadəsində olan mənzilə 3-cü şəxsin qeydiyyatının ləğv edilməsi” barədə tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-503/2020 saylı 17 mart 2020-ci il tarixli qərarından 3-cü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Səbail rayon polis idarəsinin 03 mart 2020-ci il tarixli 065-7255-1220 №li məktubu ilə məhkəməyə göndərilmiş Səbail rayon İcra hakimiyyəti başçısının “İddiaçı Müseyib qızının pasport qeydiyyatı haqqında” 5535 №li 23 dekabr 1992- ci il tarixli sərəncamın surətindən görünür ki, İddiaçı Ermənistan, Allahverdi rayonundan qaçqın düşməsi, həyat yoldaşının olmaması, mənzil şəraitinin olmamasından sığınacaq kimi yerləşdirilmiş Petrov küçəsinin 12 №li evinin 31 №li mənzilində 16 aydan yuxarı yaşaması, Bakı şəhər İcra hakimiyyətinin məktubu nəzərə alınaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə və Azərbaycan Respublikası Ali Sovetinin 06 noyabr 1991ci il tarixli qərarına uyğun olaraq aşağıdakılar qərara alınmışdır: 1) Qaçqınların pasport qeydiyyatı komissiyasının təklifi təsdiq edilsin və İddiaçı 4 nəfərdən ibarət olan ailəsi xüsusi hal kimi Petrov küçəsindəki 12 №li evin 31, 32 №li mənzilinə pasport qeydiyyatına alınsın. 2) Sərəncamın surəti icra üçün rayon Dİİ-nin pasport bölməsinə göndərilsin. Səbail rayon İcra hakimiyyəti başçısının “Təsərrüfat otağının verilməsi haqqında” 1844 №li 05 dekabr 1997-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, F.Qurbanov küçəsi 12 №-li evin 31/32 №li mənzilinin sakini İddiaçı Müseyib qızının xahişi nəzərə alınaraq, F.Qurbanov küçəsi 12 №-li evin altında sahəsi 20 kv.m. olan yarım zirzəminin 31/32 №li mənzilin sakini İddiaçı Müseyib qızına təsərrüfat otağı kimi qaz cihazlarının qoyulmaması şərtilə istifadəsinə verilməsi, sahəsi 20,8 kv.m. olan yarım zirzəmi qeyri-yaşayış sahəsi üçün icarə müqaviləsinin bağlanmasının RMKTBnə tapşırılması qərara alınmışdır. Səbail rayon İcra hakimiyyəti başçısının “vət. İddiaçı order verilməsi haqqında” 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, vət. İddiaçı 1993-cü ildən 4 nəfər ailə üzvü ilə F.Qurbanov küç. 12 №li evin 31/32 №li mənzilində yaşayır. O, göstərilən sığınacağa Səbail rayon İHB-nın 23.12.92-ci il tarixli 5535 №li sərəncamı ilə pasport qeydiyyatına alınmışdır. İddiaçı yaşadığı mənzilinə daimi order verilməsini xahiş etmişdir. Səbail rayon İHB-nın mənzil məsələlərinə dair komissiyasının 18 mart 1998-ci il tarixli (pr. № 09) rəyi təsdiq edilərək, İddiaçı 4 nəfər ailə üzvü (İddiaçı Müseyib qızı, X22, X15 və X19) ilə yaşadığı F.Qurbanov küçəsi, 12 saylı evin, yaşayış sahəsi 31,0 kv.m. olan 2 otaqlı 31/32 saylı mənzilinə order yazılması qərara alınmışdır. 047907 №li xx.xx.1998-ci il tarixli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, qeyd olunan order Səbail rayon İcra hakimiyyəti başçısının 25 mart 1998-ci il tarixli 410 №li sərəncamı əsasında İddiaçı Müseyib qızına F.Qurbanov küçəsi, 12 saylı evin, yaşayış sahəsi 31,0 kv.m. olan 2 otaqlı 31/32 saylı mənzilini tutmaq (köçmək) üçün verilmiş, orderdə sonuncu ilə yanaşı, X22, X15 və X10 adları da qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********59 №li xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 12, 31/32 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 018-15066-1219 №li xx.xx.2019-cu il tarixli məktubda müraciətçiyə bildirilmişdir ki, İddiaçı qanunsuz olaraq Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 12, mənzil 31/32 ünvanından qeydiyyatdan çıxarılmasını və Sevil Cabbarovanın əsassız olaraq həmin ünvana qeydiyyata alınmasını həyata keçirmiş Səbail rayon polis idarəsinin əməkdaşları DİN-nin rəhbərliyi tərəfindən intizam məsuliyyətinə cəlb edilmişdir. Vət. İddiaçı müraciət etdiyi təqdirdə qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyata alınacaqdır. Vət. S.Cabbarovanın həmin ünvandan qeydiyyatdan çıxarılması məsələsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9.6-cı maddəsinə (qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında) əsasən məhkəmə baxışı predmeti olduğundan aidyyəti üzrə məhkəmə orqanına müraciət etmək məqsədəmüvafiqdir. “Asan 3” xidmət mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışdan müəyyən olunur ki, xx.xx.1959-cu ildə Ermənistan, Alaverdi şəhərində doğulmuş İddiaçı Müseyib qızı 16 mart 2004-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır və onunla yanaşı həmin mənzildə xx.xx.1969-cu il təvəllüdlü X18 da qeydiyyatdadırlar. İddiaçı Müseyib qızı ona məxsus ünvan 11 saylı mənzilində qeydiyyatda olan 3-cü şəxs X11 qeydiyyatının ləğv edilməsi vəifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Bakı şəhəri Səbail rayon polis idarəsi tərəfindən müraciətlə bağlı verilmiş 065-32330-1219 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı Müseyib qızı cavabdeh Səbail rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “X11 ona məxsus ünvan 11 saylı mənzilindən qeydiyyatının ləğv edilməsi vəifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısının 23 dekabr 1992-ci il tarixli 5535 nömrəli sərəncamı ilə o, 4 nəfər ailə üzvü ilə birlikdə ünvan 11 saylı mənzilinə pasport qeydiyyatına alınmışlar. Səbail rayon İcra hakimiyyəti başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəncamı ilə ona 4 nəfər ailə üzvü ilə birlikdə Fərman Qurbanov küçəsi, 12 saylı evin, 31/32 saylı mənzilinə order yazılmışdır. 2009-cu ilin sonlarında mənzilin yerləşdiyi yaşayış evində qəzalı vəziyyət yarandığı üçün Səbail rayon İcra hakimiyyətinin əməkdaşları evə baxış keçirərək, mənzilin boşaldılmalı olduğunu bildirmişlər. Təklif olunmuşdur ki, sakinlər müvəqqəti olaraq kirayədə yaşasınlar, tezliklə təmir-bərpa işləri görüləcəkdir. Bundan sonra o, bir müddət kirayədə yaşamış, oğlunun Yunanıstanda ölməsi ilə bağlı o, Yunanıstana getmişdir. 2019cu ilin yanvar ayında Bakı şəhərinə qayıdarkən ona məlum olmuşdur ki, özünə məxsus Səbail rayonu, Fərman Qurbanov küçəsi, 12 saylı evin, 31/32 saylı mənzilindən pasport qeydiyyatından çıxarılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh Səbail RPİnin X1 12 oktyabr 2017-ci il tarixli məktubu əsasında qeydiyyatdan çıxarılmış və üçüncü şəxs X18 isə mənzilə qeydiyyata alınmışdır. Qeyd olunan qanunsuz hərəkətlərlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyi müraciətlərinə cavab olaraq, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2019-cu il tarixli, 018-15066-1219 nömrəli məktubda onun qanunsuz olaraq ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmasını və Sevil Cabbarovanın əsassız olaraq həmin ünvana qeydiyyata alınmasını həyata keçirmiş Səbail rayon polis idarəsinin əməkdaşlarının DİN-in rəhbərliyi tərəfindən intizam məsuliyyətinə cəlb edildiyi qeyd olunmuş, ona müraciət etdiyi təqdirdə qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyata alınacağı bildirilmiş və Sevil Cabbarovanın həmin ünvandan qeydiyyatdan çıxarılması məsələsi məhkəmə baxış predmeti olduğundan aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Bakı səhəri Səbail RPİ-nin tərəfindən verilmiş 25 oktyabr 2019-cu il tarixli, 065-32330-1219 nömrəli məktubda onun müraciətinə baxıldığı, ünvan 5 ünvanında qeydiyyatda olan Sevil Cabbarovanın göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət etməsinin məqsədə müvafiq olduğu qeyd olunmuşdur. Onun xəbəri olmadan, Səbail RPİ-nin X1 əməkdaşları tərəfindən üçüncü şəxs X11 ünvan 11 saylı mənzilinə qeydiyyata alınması qanunsuz olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. 3-cü şəxs tərəfindən verilmiş iddiaya dair etirazın dəlilləri: 3-cü şəxs tərəfindən verilmiş iddiaya dair etiraz onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanda yerləşən yarımzirzəmini və onun üstündə yerləşən yararsız halda olan mənzili 2000-ci ilin əvvəlində rus əsilli olan bir şəxsdən etibarnamə əsasında almışdır. Həmin yarımzirzəmidə yaşaya-yaşaya yararsız halda olan və mənzil fondundan çıxarılmış mənzili Səbail rayon İcra hakimiyyətinin razılığı ilə yararlı vəziyyətə gətirmiş və hal-hazırda həmin mənzildə də yaşayır. İddiaçı Müseyib qızı 1999-cu ildən Yunanıstanda yaşayır. Yunanıstana köçərkən həmin mənzili qeyd etdiyi rus əsilli olan şəxsə etibarnamə əsasında satmışdır. Onun həmin mənzildə 15 ildən çox yaşadığını qonşuları da subut edə bilər. İddiaçı Müseyib qızı ilk öncə mənzildə qeydiyyatda qalmışdır. Onu qeydiyyatdan çıxarmaq istərkən sonuncu ondan xahiş edərək, müvəqqəti olaraq qeydiyyatda saxlamağını və qeydiyyatdan çıxarılacağı təqdirdə ona Yunanıstanda oturum izni almağın çətin olacağını bildirmişdir. Uzun müddət belə qaldıqdan sonra qeydiyyatda qalmağının bəhanə olduğunu bildikdə Səbail rayon polis idarəsinə müraciət edərək İddiaçı qeydiyyatdan çıxarılmasını xahiş etmiş və bunun əsasında sonuncu mübahisəli evdən qeydiyyatdan çıxarılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-503/2020 saylı 17 mart 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, X11 ünvan 8 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X18 tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, pasport qeydiyyat şöbəsinin əməkdaşları mənzilinə gələrək qonşuları çağırmış, onlardan qonşuluq aktı almış və daha sonra onu pasport qeydiyyatından çıxarmışdır. Bu yaxınlarda o, Türkiyə Respublikasına əməliyyat olunmağa getmişdi. Evinə qayıdanda qonşulardan eşitmişdi ki, iddiaçı 21 ildən sonra gəlib evinin olmasını bildirmış, mənzilinə isə hazırkı 2020-ci ilin yanvar ayında hansısa qanundankənar üsulla pasport qeydiyyatına alınmışdır. Məhkəmənin qərarını qanunsuz və ədalətsiz qərar hesab edir. Belə ki, məhkəmənin qəbul etdiyi qərar tamamilə əsassız, qanunsuz qərardır, qəbul edilərkən maddi, xüsusən prosessual hüquq normalarını kobud şəkildə pozulmuş, ətraflı araşdırma aparmadan qərar qəbul edilmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı Müseyib qızının, cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin nümayəndəsinin və 3-cü şəxs X11 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2008-ci ildə həmin mənzili Sevil Cabbarova tikmiş, o, mənzili Kobziyev Viktordan etibarnamə əsasında almış, mənzili alan zaman həmin yer xarabalıq idi. Order həmin mənzilin orderi deyil. Həmin mənzil yoxdur, zəlzələ nəticəsində yox olub. Yeni mənzil 2008-ci ildə tikilib. İddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Mənzil Dövlət Mənzil Fondunun balansında olan mənzildir, o mənzilin mülkiyyətçisi yoxdur. Bununla bağlı 3-cü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmiş və bununla bağlı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı Müseyib qızının cavabdeh Səbail rayon Polis İdarəsinə qarşı tələbi “X11 ona məxsus ünvan 11 saylı mənzilindən qeydiyyatının ləğv edilməsi vəifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Qeyd olunan tələblə bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırması zamanı 3-cü şəxs X11 İddiaçı Müseyib qızına məxsus ünvan 8 ünvanında qeydiyyatda olması müəyyən olunsa da, S.Cabbarovanın həmin ünvana qanuni əsaslarla (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında) qeydiyyata alınmasına dair nə cavabdeh orqan, nə də ki 3-cü şəxs tərəfindən məhkəməyə heç bir sübutun təqdim olunmamasına, onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanuni əsasın (qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə) mövcud olmasına və sonuncunun qeydiyyatdan çıxarılmaması ilə qanunvericiliyin tələblərinin pozulmasına istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri Səbail rayon polis idarəsinin 065-7255-1220 saylı 03 mart 2020-ci il tarixli məktubundan görünür ki, X11 ünvan 10 ünvanına qeydiyyata alınma əsasları saxlama müddəti bitdiyindən müvafiq qaydada məhv edilmişdir. Hazırda iddiaçı göstərir ki, Sevil Cabbarova sözügedən mənzilə onun icazəsi olmadan qanunsuz şəkildə qeydiyyata alınmış, bu qanunsuzluqla bağlı bəzi şəxslər barəsində müvafiq tədbirlər də görülmüş, lakin həmin şəxsin ona məxsus mənzildə qanunsuz olaraq qalması onun həmin mənzillə bağlı müvafiq qanunla qorunan hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, odur ki, həmin şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur, cavabdeh Sabunçu rayon Polis İdarəsinin isə onun tələbinin təmin olunmasından imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). 45. Baxılan iş üzrə üçüncü şəxsin iddiaçının evində qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. Hazırki işin apellyasiya baxışı zamanı 2-1(103)-1304/2020 saylı 09 sentyabr 2020ci il tarixli qərardadla iş üzrə icraat iddiaçı X3 cavabdeh X16 qarşı “mənzildən çıxarılma və köçürülmə” barədə ilk, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı X11 cavabdeh X5 qarşı “yaşayış sahəsinə iştifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-74/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh X16 qarşı “mənzildən çıxarılma və köçürülmə” barədə ilk, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cabbarova Sevil Əli qızının cavabdeh X5 qarşı “yaşayış sahəsinə iştifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qərara alınmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8333/2021 saylı 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Səbail rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1978/2022 saylı 11 may 2022-ci il tarixli qərarı ilə qətnamənin ləğv edilməsi qərara alınmışdır. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5204/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilərək, Səbail rayon Məhkəməsinin 2(009)-74/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsinin qismən, ilk iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilərək, ilk iddia tələbinin təmin olunması barədə yeni qətnamənin qəbul edilməsi, X11 ünvan 11 ünvanında yerləşən 2 otaqlı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi, cavabdehlər X11, X8, X13, X4, X2, X6 həmin mənzildən qeydiyyatdan çıxarılmaları, X3 həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5204/2022 saylı 17 yanvar 2023-cü il tarixii məktubundan görünür ki, sözügedən qətnamə qanuni qüvvəsini aldığından 09 yanvar 2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. Belə olan halda məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, iddiaçı 3-cü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş və onun bu iddiası düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilməsi üçün əsas yaratmır. Nəzərə alınmaladır ki, apelyantın artıq sözügedən mənzildən istifadə hüququna olmaması mülki məhkəmə icraatı qaydasında qəbul olunmuş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və həmin qətnamədən 3-cü şəxs kassasiya şikayəti vermədiyi üçün qətnaməsi qanuni qüvvəsini almış və bu barədə müvafiq icra vərəqəsi də verilmişdir. Belə olan halda sadalanan hallar 3-cü şəxsin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması üçün birbaşa əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs X18 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-503/2020 saylı 17 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
3-cü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-503/2020 saylı 17 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov