Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-100/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil (Bakı şəhəri 5 saylı Vəkil Bürosu), Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X9, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili X8 (Bakı şəhəri 9 saylı Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1946-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər- "xxxx" MMC, "xxxx" MMC) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2702/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 03.07.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.03.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən iddiaçının qanuni istifadəsində olan 0,0208 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evinin birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 139,7 kv. metr fərdi yaşayış evi, 12.03.2015-ci il tarixli, RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Çıxarışdan göründüyü kimi, fərdi yaşayış evinin yerləşdiyi 0,0208 ha torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. Həmin torpaq sahəsinin üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi və onda yerləşən fərdi yaşayış evi ilə birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq, İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə 31.05.2019-cu il tarixli ərizəyə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 25.06.2019-cu il tarixli, **********05 saylı məktubu ilə cavab verilərək, ərizənin təmin edilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Buna görə də, ərizədə göstərilmiş inzibati aktın qəbulu məhkəmə qərarı ilə cavabdehə həvalə edilməlidir. 12.03.2015-ci il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın “torpaq sahəsi üzərində hüququn növü” qrafasında yazılmış “istifadə” sözü, həmin torpağın iddiaçının qanuni istifadəsində olduğunu təsdiq edir. Beləliklə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq, həmin torpaq sahəsi dövlət tərəfindən iddiaçının əvəzsiz istifadəsinə verilmişdir. Həmin torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmək iddiaçının hüququdur. Cavabdeh orqan tərəfindən iddiaçının qanuni tələbindən imtina edilməsi isə əsassızdır. Məhkəmənin 29 avqust 2019-cu il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 2702/2019 nömrəli qərarı ilə (hakim R.Daşdəmirov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “12.03.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən iddiaçının qanuni istifadəsində olan 0,0208 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi və ona (mətnə uyğun) yerləşən fərdi yaşayış evinin birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2702/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı hüquq münasibətlərinə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını tətbiq edə bilməz. Həmin hüquq münasibətlərinə yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun müddəaları tətbiq edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2839/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər V.Məmmədov, S.Seyidova, İ.Əhmədov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2702/2019 nömrəli iş üzrə 10 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-668/2020 saylı, 10.03.2020-ci il tarixli qərarı ilə (hakimlər K.Bədəlov, İ.Hüseynov, S.Hüseynova) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2839/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Əlavə olaraq, iddiaçı torpaq sahəsinin hasarın daxilində yerləşdiyini, lakin ətrafında heç bir tikili olmadığını, boş olduğunu bildirdi. Əlavə olaraq iddiaçının vəkili məhkəməyə 25.09.2020-ci il tarixli, **********27№-li məktubun surətini təqdim etmişdir, məktubda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, habelə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli, 2-1(82)-2745/2015 nömrəli qərardadı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanılmış barışıq sazişinin şərtlərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrindən məlumatların alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular təqdim edilməlidir. Sənədlərin surəti məhkəmə sorğusu əsasında verilə bilər. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq arayışların verilməsi ilə bağlı xidmət haqqının ödənilməsi barədə sənəd əlavə edilməlidir. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin vəkili izahat verərək, həmin ərazidə hazırda tikinti işlərinin aparılmadığını, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə münasibətdə verilmiş sərəncamın ləğv edildiyini bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin vəkili izahat verərək, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə müvafiq ərazidə 0,38 ha torpaq sahəsinin icarəyə verildiyini, daha sonra tərəflərindən bu torpaq sahəsinin 0.18 ha-nın "xxxx" MMC-nin icarəsinə verildiyini, lakin sonradan razılaşma olmadığından "xxxx" MMC tərəfindən torpaq sahəsinin geri qaytarıldığını, "xxxx" MMC tərəfindən orada heç bir tikinti işlərinin aparılmadığını, hazırda 0,38 ha torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsində olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Məsələyə hərtərəfli hüquqi qiymət verilməsi üçün mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində hüquqların ilkin qeydiyyatının hansı tarixdə aparıldığının müəyyən edilməsi zəruridir. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən məsələnin həlli məqsədilə yenidən ətraflı araşdırma aparmalı, zərurət olduğu təqdirdə əlavə sübutlar tələb etməli və yalnız bundan sonra tələbə hüquqi qiymət verməlidir” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı: - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu ünvanlanaraq, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının qəbul etdiyi 189 nömrəli, 16.04.2003-cü il tarixli sərəncamın İddiaçı münasibətdə təsdiq edilmiş surətini, sərəncamın verilməsinə əsas olan sənədlərin surətlərini, sərəncamın hazırda qüvvədə olub-olmaması barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq, RX № ******* seriya və nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı istifadəsində olan 0.0208 ha torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 22.10.2007-ci il tarixli, 490 №-li Sərəncamı ilə "xxxx" MMC-nin istifadəsinə verilmiş 0,18 ha torpaq sahəsinin daxilində yerləşib-yerləşməməsi barədə, mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində hüquqların ilkin qeydiyyatının hansı tarixdə aparıldığı, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportun mövcud olub-olmaması barədə məlumatları, iş materiallarında olan 199 №li, 27.05.1963-cü il tarixli Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışın surətindən göründüyü kimi ünvan 6 ünvanında yerləşən mülkün 1/3-nin iddiaçının anası X2 məxsus olması qeyd edilmişdir, bununla bağlı 1963-cü ildən X1 başqa həmin ünvanla bağlı hazırda başqa payçıların mövcud olub-olmaması, mövcuddursa həmin payçılar barədə məlumatları, eyni zamanda ünvan 6 ünvanı ilə bağlı olan bütün məlumatların Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur. - Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanaraq, RX № ******* seriya və nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı istifadəsində olan 0.0208 ha torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 22.10.2007-ci il tarixli, 490 №-li Sərəncamı ilə "xxxx" MMC-nin istifadəsinə verilmiş 0,18 ha torpaq sahəsinin daxilində yerləşib-yerləşməməsi barədə, qeyd edilən sərəncamların hazırda qüvvədə olub-olmaması barədə, ərazinin söküntü zonasına aid olub-olmaması barədə bütün məlumatların Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin rəisi Lalə xanım Cəfərovaya sorğu ünvanlanaraq, İşin obyektiv həlli məqsədilə üçüncü şəxs "xxxx" MMCnin (VÖEN **********) qanuni təmsilçisi, qanuni təmsilçinin ev ünvanı, əlaqə nömrəsi, müəssisənin hüquqi ünvanı, müəssisənin ləğv edilib-edilməməsi, hazırda fəaliyyət göstərib-göstərməməsi barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının birinci müavininin 13.06.2019-cu il tarixli, 1/704 nömrəli məktubuna (birinci müavin Ş.İbadov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, qeyd edilən fərdi ev Bakı şəhərinin Bakı planına əsasən əsaslı şəkildə yenidənqurulması, həmçinin müxtəlif təyinatlı (yaşayış və qeyri-yaşayış) obyektlərinin tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşdiyindən, eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Bakı Şəhər İcra hakimiyyətinin birgə layihəsi əsasında həmin ərazidə hazırda köçürülmə işləri aparıldığından vətəndaş İddiaçı məxsus evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasını məqsədəuyğun hesab etmirlər. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 16.02.2021-ci il tarixli, **********41 №-li cavab məktubuna əsasən elektron kadastr baza məlumatlarına əsasən İddiaçı istifadəsində olan 0.0208 ha torpaq sahəsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 22.10.2007-ci il tarixli, 490 saylı sərəncamı və 06.03.2008-ci il tarixli, 0826 saylı icarə müqaviləsi əsasında "xxxx"MMC nin adına verilmiş 0.18 ha torpaq sahəsi daxilində yerləşir. Həmin torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Palmed"MMC nin adına A№ 038977 nömrəli, 09.04.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 77 saylı fərdi yaşayış evi ilkin olaraq X17 və X7 adlarına qeydiyyatdan keçmişdir (sənəd əsaslarında qeydiyyata alınma tarixi qeyd edilməmişdir). Ünvana dair 1969-cu il tarixində tərtib edilmiş ilkin texniki pasport İdarənin Arxivində mövcuddur. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 77 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin X10 məxsus olmuş hissəsi 77A saylı ünvan alaraq ümumi mülkdən ayrılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda idarədə olan reyestrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi, ev 2-dlr. Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru Azərbaycan Respublikası vətəndaşı qeydiyyat ünvanı Bakı şəhən Nərimanov rayonu, Salamzadə küçəsi, ev 46 olan X5r. Eyni zamanda idarədə olan reyestrdə "xxxx" MMC-nin ləğv olunması ilə bağlı məlumat aşkar edilməmişdir. Əlavə olaraq müəssisənin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14 1- ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış, 02.02.2021-ci il tarixli, 98 №-li vət. İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nərimanov rayon İH-nin arxiv fondu üzrə 16.04.2003-cü il tarixli, 189 saylı sərəncamının və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 15.02.2021-ci il tarixli, 7-200/17 №-li cavab məktubunda "xxxx" MMC-nin 15.12.2011-ci il tarixli, 01/12 saylı razılıq məktubu və "xxxx" MMC-nin 26.12.2011-ci il tarixli, 05 saylı müraciəti nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 023 nömrəli 23.01.2012-ci il tarixli sərəncamı ilə 22.10.2007-ci il tarixli, 490 nömrəli sərəncam ləğv olunmuşdur. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27.07.2005-ci il tarixli, 203 №-li Sərəncamına əsasən Nərimanov Rayon İcra Hakimiyyətinin 22.07.2005-ci il tarixli, 1/555 saylı razılıq məktubu, "xxxx" MMC-nin 10.01.2005-ci il tarixli , 01 saylı müraciəti, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 25.10.2004-cü il tarixli, 003694 saylı şəhadətnaməsi və Bakı şəhəri 1 saylı və 41 saylı notariat kontorlarının müvafiq alqı-satqı müqavilələri nəzərə alınaraq, Nərimanov rayonu, Təbriz küçəsi, 858 məhəllədə ofis-yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,38 ha torpaq sahəsi icarə əsasında həmin MMC-nin istifadəsinə verilmişdir. "xxxx" MMC tikinti işlərinə başlayana qədər mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 22,0 kv.m. torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə icarə müqaviləsi bağlanması qeyd edilmişdir. - "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 15.12.2011-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 490 saylı, 22 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27 iyul 2005-ci il tarixli, 203 saylı sərəncamı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 858-ci məhəllədə ayrılmış 0,38 ha ərazidən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə əsasında xəstəxana binasının tikintisi üçün verilmiş 0,18 ha torpaq sahəsi ilə əlaqədar olaraq bildirirlər ki, həmin 0.18 ha-lıq torpaq sahəsi "xxxx" MMC tərəfindən hal-hazırdakı dövrə qədər istifadə olunmamışdır və gələcəkdə də istifadə olunması nəzərdə tutulmur. Bunu nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 490 saylı 22 oktyabr 2007-ci il tarixli sərəncamının, 12 dekabr 2007-ci il tarixli 12164 saylı inşaat pasportunun ləğv edilməsinə, o cümlədən bunlar əsasında Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 06 mart 2008-ci il tarixli, 0826 № li torpaq sahəsinin icarəyə verilməsi haqqında tərəfər arasında imzalanmış olan icarə müqaviləsinə xitam verilməsinə, həmin 0,18 ha-lıq torpaq sahəsinin "xxxx" MMC yə qaytarılmasına etiraz etmirlər. - İNAM-H” MMC tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 26.12.2011-ci il tarixli, 05 №-li məktubda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27 iyul 2005-ci il tarixli, 203 saylı sərancamı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 858-ci məhəllədə ayrılmış 0.38 hektar torpaq sahəsində ofis yaşayış binasının lahiyyələşdirilməsi və tikintisi üçün sərancam vermişdir."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət icarə müqaviləsi əsasında "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətə xəstəxana binasının tikintisi üçün 0.18 hektar torpaq sahəsi vermişdir. Bakı Şəhər İcra Hakimiyyəti də icarə əsasında verilmiş 0,18 hektar torpaq sahəsinə 22 oktyabr 2007-ci il tarixli, 400 saylı sərəncam vermişdir. "xxxx" MMC-nin "xxxx" MMC-yə 15.12.2011-cı il tarixli , 01/12 saylı və Bakı Şəhər İcra Hakimiyyətinə 15.12.2011ci il tarixli, 02 /12 saylı müraciət məktubuna əsasən ayrılmış 0.18 hektar torpaq sahəsindən istifadə edilməmiş, tikinti quraşdırma isləri aparılmamış və gələcəkdə də aparılması nəzərdə tutulmamasını ona xitam verilməsini və həmin torpaq sahəsinin "xxxx" ММС-yə qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Odur ki, 27 iyul 2005-ci il tarixli 203saylı sərəncamı qüvvədə saxlanılmasını və yaxud "xxxx" MMC-nin adına ayrılmış 0.38 hektar torpaq sahəsinə yeni sərancam verilməsini xahiş edirlər. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23.01.2012-ci il tarixli, 023 №-li Sərəncamına əsasən "xxxx" MMC-nin 15.12.2011-ci il tarixli, 01/12 saylı razılıq məktubunu və "xxxx" MMC-nin 26.12.2011-ci il tarixli, 05 saylı müraciətini nəzərə alınaraq, "xxxx" MMC-yə dair Bakı Şəhər İcra Hakimiyyətinin 22.10.2007-ci il tarixli, 490 saylı sərəncamı ləğv edilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 05.12.2003-cü il tarixli verilmiş ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunun kserosurətinə əsasən ev sahibi – İddiaçı, torpaq sahəsinin planı üzrə eksplikasiya – həyətin sahəsi – 703,2 kv. m, cəmi tikintinin sahəsi – 458,4 kv. m., cəmi meydançanın sahəsi 1161,6 kv.m –dir. 12.03.2015-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışa uyğun texniki pasport əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etdiyi 0,0208 ha torpaq sahəsi 05.12.2003-cü il tarixli texniki pasportdan müəyyən edilmir. Həmçinin iş materiallarında olan MH ******* seriya və nömrəli çıxarışda Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində İddiaçı istifadəsində olan torpaq sahəsi 0,02189 ha göstərilmişdir. Eyni zamanda iş materiallarında olan 03.03.2015-ci il tarixli qanun üzrə vərəsəlik haqqında Şəhadətnamədə qeyd edilmişdir ki, 30 dekabr 2006-cı il tarixdə vəfat etmiş X3 vərəsəsi qardaşı İddiaçıdur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 03.03.2015ci il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin reyestr № **********72-10301, qeydiyyat № **********, 27.12.2008-ci il tarixli reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 77 ünvanlnda yerləşən 9 otaqlı fərdi yaşayış evindən paylı mülkiyyət hüquq üzrə X6 məxsus olan A tikilisi- (ü/s 42.3 kv.metr) hissədən ibarətdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İş materiallarından müəyyən edilir ki, İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 15 ünvanında yerləşən yaşayış evinə və torpaq sahəsinə vahid əmlak kimi dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, lakin inzibati orqan ərizəyə cavab olaraq 25 iyun 2019-cu il tarixli, **********05 saylı məktubla bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən sözügedən ərizəyə digər hüquqi şəxsin adına keçmiş DTXK tərəfindən kadastr plan verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı istifadəsində olan 0.0208 ha torpaq sahəsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 22.10.2007-ci il tarixli, 490 saylı sərəncamı və 06.03.2008-ci il tarixli, 0826 saylı icarə müqaviləsi əsasında "xxxx" MMC nin adına verilmiş 0.18 ha torpaq sahəsi daxilində yerləşməsi iş materialları ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27.07.2005-ci il tarixli, 203 №-li Sərəncamı ilə Nərimanov rayonu, Təbriz küçəsi, 858 məhəllədə ofis-yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,38 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti də icarə əsasında verilmiş 0,18 hektar torpaq sahəsinə 22 oktyabr 2007-ci il tarixli, 400 saylı sərəncam vermiş, lakin "xxxx" MMC ona ayrılmış 0.18 hektar torpaq sahəsindən istifadə etmədiyindən, tikinti quraşdırma işləri aparmadığından və gələcəkdə də aparılmasını nəzərdə tutmadığından ona xitam verilməsinə etiraz etmədiyini bildirmiş və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23.01.2012-ci il tarixli, 023 №-li Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin 22.10.2007-ci il tarixli, 490 saylı sərəncamı ləğv edilmişdir. Göründüyü kimi Bakı Şəhər İcra Hakimiyyətinin 22.10.2007-ci il tarixli, 490 saylı sərəncamı ləğv edilsə də, Nərimanov rayonu, Təbriz küçəsi, 858 məhəllədə ofisyaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,38 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27.07.2005-ci il tarixli, 203 №-li Sərəncamının ləğv edilməsi iş materialları ilə müəyyən edilmədiyindən mübahisəli torpaq sahəsinin "xxxx" MMC-nin və ya başqa şəxsin istifadəsinə verilməsini istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində hüquqların ilkin qeydiyyatının iddiaçıya məxsus olması iş materialları ilə təsdiqini tapmadığından, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olan hüquqmüəyyənedici sənədləri iş materiallarında mövcud olmadığından hazırkı iddia tələbi əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1 və 8.0.8-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; Həmin Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd; Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının hazırkı tələbi əsassız olduğundan, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmaldır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 2702/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-100/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-100/2021
11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver