Məhkəmə qərarları › İş №2-1(103)-100/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-100/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-100/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 mart N0NN-ci il tarixli, N-N(NNN)-NN3/N0NN saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi XNN İdarəsinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx N955-ci il tarixdə Kürdəmir rayonunun Qocalı kəndində doğulmuşdur. Ailəlidir, ali təhsillidir. N99N-ci ilin avqust ayının N8-dən N996-cı ilin noyabr ayının N6-dək Kürdəmir Rayon Hərbi Komisarlığında Səfərbərlik və qeydiyyat şöbəsinin rəisinin baş köməkçisi vəzifəsində kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olmuşdur. N99N-ci ildə Respublikada qismən səfərbərlik elan olunmuşdur. N993-cü ilin noyabr ayında bütün rayonlarda olduğu kimi, Kürdəmir rayonunun motoatıcı bölüyünün komplektləşdirilməsində və şəxsi heyətin Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsinə döyüş tapşırığını yerinə yetirmək üçün təhsil verilməsində yaxından iştirak etmiş, hərbi hissəni müxtəlif səbəblərdən özbaşına tərk etmiş əsgərləri və onlardan toplanmış silah və sürsatları adlı siyahı və qaimələrlə hərbi hissəyə və müxtəlif yerlərdə yerləşən təlim toplanış məntəqələrinə təhvil vermişdir. Bütün bunları Kürdəmir rayonunun bütün ictimaiyyəti və onunla bir şöbədə işləmiş və hazırda həmin şöbədə işləyən şəxs (X7) də təsdiqləyə bilər. Bütün sənədlər hal-hazırda Kürdəmir Rayin Hərbi Komissarlığında (SHXÇD Xidmətinin Kürdəmir rayon şöbəsi) saxlanılır. Dəfələrlə Kürdəmir Rayon Hərbi Komissarlığına rəsmi müraciət etsə də, öna müvafiq köməklik göstərilməmiş, hətta ərizələrə cavab verilməmişdir. İddiaçı bundan sonra ona köməklik göstərilməsi üçün Kürdəmir RİH-ə müraciət etmişdir. RİH-də ərizə nəzarətə götürüldükdən sonra nəzərdə tutulan sənədlərin bir hissəsi ona cavab məktubu ilə göndərilmişdir. Cavab məktubunda göstərilir ki, ezamiyyət jurnalı məhv edildiyi üçün onun barəsində heç bir məlumat yoxdur. Lakin bu işə o (iddiaçı), məsuliyyət daşımır. O, zabitdir, əmrə tabedir, əmri yerinə yetirmişdir. Həmin şəraitdə verilən əmr müzakirə olunmur. İddiaçı bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna, Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və həmin Xidmətin Kürdəmir rayon şöbəsinə müraciətlər ünvanlamış və ona köməklik göstərilməsini xahiş etmişdır. Lakin həmin qurumlar ona bəsit cavab verməklə kifayətlənmiş və onun faktiki qanuni tələbini yerinə yetirməmişlər. O (iddiaçı), N-ci ilin fevral ayından N999-cu ilin fevral ayınadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Füzuli – Cəbrayıl istiqamətində Respublikanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirən əməliyyat alayında siyasi şöbədə kapitan rütbəsində ön mövqedə Arazboyu, Cocuq Mərcanlı, Lələtəpə və adsız yüksəkliklər uğrunda döyüş şəraitində xidmət etrmişdir. Bununla əlaqədar o, Daxili İşlər Nazirliyinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsin xahiş etmişdir. Ona atəşkəs dövründə dislokasiya Füzuli rayonu – döyüş bölgəsi olmuş müvafiq hərbi hissədə xidmət etdiyi bldirilmiş və bu səbəbdən qaldırdığı məsələnin müsbət həlli mümkün olmamışdır. Vətəndaşlara veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli NN6 nömrəli qərarının tələblərinə əsasən (əlavə və dəyişiliklər nəzərə alınmaqla) tənzimlənir. Bu Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevral ayının Ndən N994-cü ilin may ayının NN-dək, həmçinin N994-cü ilin may ayının NN-dən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olan vətəndaşlara müharibə veteranə adı verilir. Müvafiq qanunvericiliyin tələblərindən aydın olur ki, “müharibə veteranı” adı və vəsiqəsi N fevral N988-ci il tarixdən NN may N994-cü il tarixədək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində xidmət keçmiş, döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara verilir. Bundan başqa, o (iddiaçı), hərbi xidmətdə olarkən ürək çatışmazlığı, stenokardiya, şəkərli diabet, hipertoniya və digər xəstəliklərə düçar olmuş, bu gün də onlardan əziyyət çəkir. Cavabdeh inzibati orqan etirazında göstərmişdir ki, Sabiq hərbi qulluqçu İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən təqdim olunmuş arxiv arayışında vətəndaş İddiaçı atəşkəs dövründə dislokasiya yeri Füzuli rayonu – döyüş bölgəsi olmuş N saylı hərbi hissədə xidmət etməsi qeyd olunsa da, onun döyüş əməliyyatlarında iştirakı barədə hər hansı məlumat aşkar olunmamışdır. Bundan əlavə, arxiv arayışında X3 3N yanvar N000-ci il tarixli 6 nömrəli əmrinə əsasən İddiaçı N saylı hərbi hissə komandirinin N fevral N000-ci il tarixli 40 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə müvafiq olaraq tutduğu vəzifədən azad edilərək, hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla, Silahlı Qüvvələrə ehtiyata buraxılaraq N4 fevral N000-ci il tarixdən Kürdəmir RHK-yə göndərilməsi qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 8 iyun N0N0-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 8 sentyabr N0N0-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 8 iyun N0N0-ci il tarixli qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsinin qərardadında məhkəmə kollegiyası vurğulamışdır ki, iş üzrə birinci instansiya məhkəməsi qərardad qəbul edərkən iddia ərizəsində bir neçə inzibati orqanın birgə cavabdehlər kimi göstərildiyini, işin xüsusatlarının, o cümlədən iddiaçının gətirdiyi dəlil və əsasların isə İPM-in 30-cu maddəsində təsbit olunmuş “birgə iştirakçılıq” meyarları ilə uzlaşmadığını qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən İPM-in N3-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya cavabdeh orqanların dəqiqləşdirilməsi barədə təklif edilməmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdehlərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin N sentyabr N0NN-ci il tarixli qərardadı ilə hazırkı inzibati məhkəmə icraatına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi cavabdeh kimi cəlb edilmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi XNN İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və həmin Xidmətin Kürdəmir rayon şöbəsinin hazırkı inzibati məhkəmə icraatında cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 mart N0NN-ci il tarixli, N-N(NNN)-NN3/N0NN saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 mart N0NN-ci il tarixli, N-N(NNN)-NN3/N0NN saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Tələbdən də göründüyü kimi iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il NN sentyabr tarixli, NN6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə SDövlət Xidməti, Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin İddiaçı ünvanlanmış 7 dekabr N0N8-ci il tarixli məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olan 70N nömrəli hərbi hissə komandirinin 0N.0N – 3N.NN.9N-ci il, 0N.05 – 3N.NN.93-cü il tarixli nizami hissə üzrə əmrlərində xidmətiniz barədə məlumat aşkar olunmamışdır. 70N saylı hərbi hissə komandirinin yanvar – may N994-cü il tarixli nizami hissə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında xidmətiniz barədə məlumat aşkar olunmamışdır. Kürdəmir Rayon Hərbi Komissarlığının Qeydiyyat və Səfərbərlik şöbəsinin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın İddiaçı ünvanlanmış N oktyabr N0N8-ci il tarixli məktubunda bildirilmişdir ki, sizə “müharibə veteranı” vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakınızı təsdiq edən sənədlər (hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surətini, şəxsiyyət vəsiqəsinin surətini, olduğu təqdirdə hərbi xidmətiniz haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etmənizi qeyd etməklə ətraflı ərizənizlə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul oluna bilər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı ünvanlanmış N oktyabr N0N8-ci il tarixli məktubunda bildirilmişdir ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı aklarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli NN6 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri vətəndaşların hansı qoşun növündə xidmət etməsindən asılı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) Azərbaycan Respublikasının Müdafiə, Daxli İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəziliyi, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyanın rəyi ilə verilir. Odur ki, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmağınızı təsdiq edən sənədlərinizi Xidmətin Kürdəmir rayon şöbəsinə təqdim etməlisiniz. Tələb olunan sənədlər toplandığı təqdirdə Sizə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin N63 nömrəli N mart N0N9-cu il tarixli arxiv arayışında arxiv sənədlərinə istinadən kapitan İddiaçı dislokasiya yeri Füzuli rayonu – döyüş bölgəsi olmuş N saylı hərbi hissənin və N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən aşağıdakı məlumatlar bildirilir: N) XN N4 fevral N-ci il tarixli N4 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N mart N-ci il tarixli 68 nömrəli əmrilə Silahlı Qüvvələrdə “Zabit heyətinin xidmətkeçmə” Əsasnaməsinə uyğun olaraq həqiqi hərbi xidmətə qəbul edilib, hərbi hissədə siyasi və sosial işlər üzrə təlimatçı vəzifəsinə təyin edilmişdir; N) XN N5 fevral N999-cu il tarixli NN nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N6 fevral N999-cu il tarixli N0 nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən azad edilərək N saylı hərbi hissəyə keçirilmişdir; 3) XN N5 fevral N999-cu il tarixli NN nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N9 fevral N999-cu il tarixli 49 nömrəli əmrilə N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, XNN üzrə təlimaçı vəzifəsinə təyin edilmişdir; 4) XN 30 iyun N999- cu il tarixli 54 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N iyul N999-cu il tarixli N80 nömrəli əmrilə tutduğu vəzifədən azad edilərək hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, 7 iyul N999-cu il tarixdən XN sərəncamına göndərilmişdir; 5) XN N3 oktyabr N999-cu il tarixli 8N nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin NN noyabr N999-cu il tarixli 307 nömrəli əmrilə XN sərəncamından gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, əməliyyat taborunda XNN üzrə təlimatçı vəzifəsinə təyin edilmişdir; 6) XN 3N yanvar N000-ci il tarixli 6 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N fevral N000-ci il tarixli 40 nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq tutduğu vəzifədən azad edilərək, hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla, Silahlı Qüvvələrə ehtiyata buraxılıb, N4 fevral N000-ci il tarixdən Kürdəmir RHK-ya göndərilmişdir. AR Daxili İşlər Nazirliyi XNN İdarəsinin İddiaçı ünvanlanmış 3 mart N0N0-ci il tarixli məktubunda bildirilmişdir ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı AR Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciətinizə baxılmışdır. Daxili Qoşunların Baş İdarəsindən təqdim olunmuş arxiv arayışında məhz atəşkəs dövründə dislokasiya yeri Füzuli rayonu – döyüş bölgəsi olmuş N saylı hərbi hissədə xidmət etdiyniz qeyd olunmuşdur. Bu səbəbdən də, «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli NN6 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə əsasən qaldırılan məsələnin müsbət həlli mümkün olmamışdır. Odur ki, müraciətə baxılması dayandırılmışdır. Kollegiya işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı DİO-da xidməti N4 fevral N-ci il tarixdən başlandığından, onun həmin dövrdən sonrakı xidməti üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş zonasında döyüş əməliyyatlarında iştirakı və yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olması zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması barədə hər hansı sübut və dəlil təqdim edilməmiş, eləcə də məhkəmə icraatında bununla bağlı hallar müəyyən olunmamışdır. Bundan başqa, iddiaçının sonuncu xidmət yeri Daxili İşlər Nazirliyi olsa da, onun əvvəlki xidməti üzrə orqanda fəaliyyəti (SHXÇD Xidməti) zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın NNdək erməni millətçi dəstələrinə qarşı müvafiq rayonların ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etməsi, habelə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlara konkret olaraq döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə tutarlı sübut da təqdim edilməmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə İddiaçı dair 70N nömrəli hərbi hissənin N99N-N994-cü illərə aid 70N nömrəli hərbi hissədə xidmət keçməsi barədə əmrlərin, hərbi uçot kartının, arxiv arayışının və digər zəruri sənədlərin təqdim olunması barədə sorğu ünvanlanmış, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin N3 dekabr N0NN-ci il tarixli N835 saylı cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.N955-ci il təvəllüdlü İddiaçı xx.xx.N0N5-ci il tarixdə pasport qeydiyyatını Abşeron rayonuna dəyişən zaman 50 yaşı tamam olduğu üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən hərbi vəzifəli kimi qeydiyyata alınmamışdır. Odur ki, xx.xx.N955-ci il təvəllüdlü İddiaçı barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin arxiv uçot sənədlərində heç bir məlumat aşkar edilməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı da iddianın təmin edilməsi üçün əsaslı hesab oluna biləcək sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 mart N0NN-ci il tarixli, N-N(NNN)-NN3/N0NN saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar