Məhkəmə qərarları › İş №2-1(103)-100/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-100/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-100/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4597/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, İddiaçı “Çernobıl AES-də 30 kilometrlik zona (köçürülmə zonası daxilində) qəza nəticələrini aradan qaldırmaq işində iştirak etmiş şəxslərə bəzi əlavə güzəştlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 20 dekabr 1990-cı il tarixli, 577 saylı qərarına əsasən, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək (166 gün) Çernobıl AESdə qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 2992.00 rublun 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. xx.xx.1991-ci il tarixdən İddiaçı 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin İddiaçı əmək pensiyası təyin edilərkən orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınmamışdır. İnzibati orqana pensiyanın yenidən hesablanması üçün müraciət etmiş, lakin inzibati orqan müraciətinə imtina etmişdir. Qanunvericilik normalarından göründüyü kimi, pensiyanın orta aylıq əmək haqqından faiz nisbi ilə hesablanması müəyyən edilmişdir. Orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənclərə sığorta haqları hesablanan bütün gəlirlər aid edilmişdir. Xüsusi qayda kimi isə gəlirlərə birdəfəlik ödənclərin aid edilməməsi və pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqının nəzərə alınması qeyd edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın imtinası əsassız hesab olunmalı və İddiaçı “Çernobıl AES-də 30 kilometrlik zona (köçürülmə zonası) daxilində qəza nəticələrini aradan qaldırmaq işində iştirak etmiş şəxslərə bəzi əlavə güzəştlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 20 dekabr 1990-cı il tarixli, 577 saylı qərarına əsasən, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək (166 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 2992.00 rublun 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə əmək pensiyası məbləği yenidən hesablanmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində İddiaçı “Çernobıl AES-də 30 kilometrlik zona (köçürülmə zonası) daxilində qəza nəticələrini aradan qaldırmaq işində iştirak etmiş şəxslərə bəzi əlavə güzəştlər haqqında Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli, 577 saylı qərarına əsasən xx.xx.1986-cı ildən xx.xx.1986-cı il tarixədək (166 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 8611.51 rublun 4 qat məbləği 25.4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin AR ƏƏSMN-nin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4597/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1042/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4597/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmuş və iş üzrə yeni qərar qəbul olunmuş və İddiaçı iddiası təmin edilmişdir. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-296/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1042/2022 nömrəli qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, lakin məhkəmə tərəfindən həmin ərizəyə hər hansı münasibət bildirilməmişdir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin təkrar apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4597/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - 19 yanvar 2007-ci ildə verilmiş 53 №-li “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, 1952-ci il təvəllüdlü İddiaçı 22.02.-xx.xx.1988-ci il tarixdə Çernobıl AES-də baş verən qəzanın aradan qaldırılmasında iştirak etmişdir (əsas: hərbi komissarlığın təqdim etdiyi 52 saylı 25.12.06- cı il tarixli arayış). Qəza zonasının 30 km-də işləyərkən şüalanma dozası almışdır. Bundan sonra baş ağrıları, baş gicəllənmə, əsəbilik, ümumi zəiflik şikayətləri əmələ gəlmişdir. xx.xx.1991-ci il tarixdə xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AESdə qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurası tərəfindən «Radiasion toksiki ensefalopatiya . NSD hipertenziv tip.Astenonevrotik vəziyyət. Xroniki xolesistit» diaqnozu qoyulmuş və «Xəstəlik Çernobıl AES-də qəzanın ləğvi işləri zamanı radioaktiv şüalanma ilə əlaqəlidir» rəyi verilmişdir. 09.07.- xx.xx.1993-cü ildə Bakı şəhər 5 saylı klinik xəstəxanada «Qabarıq asteno-nevrotik vəziyyət. Serebral araxnodit, hipertonik sindromla» diaqnozu ilə stasionar müalicə alıb. Diaqnozun və ekspert rəyinin dəqiqləşdirilməsi üçün MN ştatdankənar baş nevropatoloqu, baş psixiatrı və baş kardioloqu ilə konsultasiya aparılmışdır. Diaqnoz və xəsarətin (travmanın, yararlanmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Postradiasion mənşəli İ (birinci) mərhələ xroniki toksiki dissirkulyator ensefalopatiya. Hipertoniya xəstəliyi İ (birinci) mərhələ. Ürəyin işemik xəstəliyi. Aorta və tac damarların aterosklerozu. Aterosklerotik Kardioskleroz. QDÇ-0 Baş beynin üzvü zədələnməsindən sonrakı asteno –nevrotik təzahürlər. Presbiopiya 2,0 D. Xroniki kalkulyoz xolesistit, remissiya mərhələsində. - İddiaçı pensiya işinin təsdiq olunmuş surətindən görünür ki, o, 1993-cü il tarixdən ÇAESdə baş vermiş qəzanın aradan qaldırılması zamanı aldığı xəsarətlərlə əlaqədar əlilliyə görə əmək pensiyası alır. - İddiaçı pensiya işində olan Xətai rayon hərbi komissarlığı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli 1/144 №-li arayışında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək ÇAES-də baş vermiş qəzanın aradan qaldırılması zamanı 8611,51 rubl 51 qəpik əmək haqqı almışdır. - "xxxx" ASC tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli 125/24 nömrəli əmək haqqı cədvəlindən görünür ki, İddiaçı 1988-1991-ci illərdə cəmi 47.773,75 (qırx yeddi min yeddi yüz yetmiş üç rubl, yetmiş beş qəpik) rubl əmək haqqı hesablanmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı İddiaçı ünvanlanmış 27 yanvar 2021-ci il tarixli **********3 nömrəli məktubdan görünür ki, “X1 Haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə uyğun olaraq təqdim etdiyi sənədlərlə orta aylıq əmək haqqı əsasında iddiaçıya xx.xx.1991-ci il tarixdə İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur.Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi xx.xx.2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.Həmin Qanunun 13.2- ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir.Həmçinin Qanunun 26.1-ci maddəsinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının ümumi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır.“Əmək pensiyaları haqqında" Azərbaycan Respublkası Qanununa xx.xx.2008-ci ildə edilmiş dəyişikliyə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır.Qeyd olunan maddə 2008-ci il yanvarın 1- dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir.Eyni zamanda Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.Qeyd olunanlara əsasən əlilliyə görə əmək pensiyasının təqdim etdiyi əmək haqqı və digər sənədlər əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna verilmiş 04 iyun 2021-ci il tarixli **********4 nömrəli məktubdan görünür ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunan zaman 4 qat məbləğ nəzərə alınmamışdır. Həmçinin İddiaçı əlilliyə görə təyin olunmuş əmək pensiyası yenidən hesablanmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia etdiyi məbləğin 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətləri ilə indeksasiya edilərək əmək pensiyası məbləğinin yenidən hesablanması qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Hazırkı işin hallarından görünür ki, İddiaçı 22 fevral 1986-cı il tarixdən 08 avqust 1986-cı il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmış və bununla əlaqədar ona Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı daha sonra müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və xx.xx.1993-cü il tarixdən ona əlilliyə görə pensiya təyin olunmuşdur. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətləri ilə indeksasiya edilərək əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin ona birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun düzgün hesablandığını bildirərək, tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, işin hazırkı apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ÇAES-də iş günlərinə görə aldığı maaşla bu iş günlərinə görə əsas iş yerində saxlanan maaşın birləşməsindən alınan orta aylıq əmək haqqının üzərinə də bir ayın dörd qat məbləğində mükafatı əlavə etməklə, alınan tam orta aylıq əmək haqqından xx.xx.2008-ci ildən bu günə onun pensiyasının indeksləşdirilərək hesablanmasını və yaranmış fərqin birdəfələik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili işin hazırkı apellyasiya icraatı zamanı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin xahiş edirəm hissəsinin dəyişdirilərək “iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixə qədər (166 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı ilə əlaqədar ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilərək xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və iddiaçının pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edəsiniz” kimi dəqiqləşdirilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin xahiş edirəm hissəsinin dəyişdirilərək “iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixə qədər (166 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı ilə əlaqədar ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilərək xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və iddiaçının pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi xx.xx.2017-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edəsiniz” kimi dəqiqləşdirilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarının işin faktiki hallarına tətbiq edərək və iddiaçının dəqiqləşdirilmiş iddia tələbini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş şərti maliyyə vahidi və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Həmin Qanunun 73-cü maddəsinə əsasən mövcud qaydalara görə sığorta haqları hesablanan əmək haqqının və mükafatın bütün növləri, o cümlədən əvəzçiliyə, istirahət və bayram günlərində işə, iş vaxtından əlavə işə görə və mülki hüquq müqavilələri üzrə verilən əmək haqqı pensiya hesablanarkən gəlirin ümumi məbləğinə daxil edilir. Bu zaman birdəfəlik ödənclər (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) nəzərə alınmır. Həmin Qanunun 78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. “X1 haqqında” Qanunun 83-cü maddəsinə əsasən (29 avqust 1995-ci il tarixli 1090 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiya) müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi hesablana bilər: 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə - Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dörd qat məbləğindən, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beş qat məbləğindən. Həmin Qanunun 80-ci maddəsinin 2-ci bəndində aşağıdakı kateqoriyadan olan şəxslər dairəsi müəyyən edilmişdir: İş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: a) Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; b) köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AESin istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); c) köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; d) həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; e) 1987-ci ilin aprelin 21-dən 1990-cı ilin dekabrın 31-ə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; f) Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. Həmin Qanunun 71-ci maddəsinə əsasən “pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır”. Həmin Qanunun 83.1-ci maddəsinə əsasən “pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Göründüyü kimi iddiaçının iddia etdiyi məbləğin 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətləri ilə indeksasiya edilərək əmək pensiyası məbləğinin yenidən hesablanması qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qanunun 26.1-ci maddəsinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının ümumi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublkası Qanununa xx.xx.2008-ci ildə edilmiş dəyişikliyə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd olunan maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Həmçinin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4597/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4597/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar