Məhkəmə qərarları › İş №2-1(103)-1000/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1000/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1000/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6590/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun əlilliyinin 2021ci ilin may ayından bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «… 18 nömrəli poliklinika elektron qaydada göndəriş verməsinə baxmayaraq, ekspert komissiya onun əlillik vaxtını uzatmamış, halbuki qanuna görə ömürlük əlillik təyin olunmalı idi, çünki 2008-ci ildən əlillik dərəcəsi vardır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “18 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əllilik vəziyyətinə baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 -Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.0 - Qarnın ön divarının yırtığı, keçməməzlik ilə, qanqrenə olmadan; Diaqnozun mətni: Qasıq yırtığı, Qarnın ön divarının c/ə sonrakı residiv ventral yırtığı. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Residiv göbək yırtığının ləğvi, Alloplastika c/ə son/vəz(2008); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6590/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı əlilliyin 2021-ci ilin may ayından bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. İddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2022ci il tarixli, 2-1(112)-6590/2022 saylı qərarı ləğv edilməlidir...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1447/2024 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1697/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, məhkəmə tərəfindən iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmadığından qərar əsaslandırılmış hesab oluna bilməz. Apellyasiyanın hazırkı mərhələsində, məhkəmənin xx.xx.2024-cü il tarixli aralıq qərardadı ilə iddiaçı əyani müayinə olunmaqla, onun əlillik vəziyyətinin qüvvədə olan meyarlara müvafiq yenidən qimətələndirilməsi üçün cavabdehə 35 gün müddət təyin olunmuş, Agentliyin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubuna və ona əlavə edilmiş ekspert komissiyasının 16 aprel 2024-cü il tarixli qərarından aydın olmuşdur ki, həkim-ekspertlər tərəfindən qiymətləndirmə zamanı, həm gönədərişin rəsmiləşdirildiyi vaxt qüvvədə olmuş, həm də hazırda qüvvədə olan meyarlara müvafiq olaraq “diaqnozun əlillik əlaməti təyin etmədiyi” barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir . İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, İPM-in 96.11-ci maddəsinin tələbi qaydasında Ali Məhkəmənin qərarından irəli gələn göstərişləri nəzərə alınmaqla iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki: - xx.xx.2003-cüil tarixli Müdafiə Nazirliyi Mərkəzi hərb-həkim komissyiasının 136 №-li xx.xx.2003-cü il tarixli qərarına əsasən iddiaçının xidmət keçərkən xəstəliyi üzrə «Ağ xəttin iri ölçülü residiv yırtığı» xəsitəlik ,hərbi xidmət tdövründə almışdır kimi şəhadətləndirilmişdir. Daha sonra, 18 nömrəli şəhər poliklinikasının göndərişləri əsasında iddiaçının əlillik vəziyyəti xronoloji ardıcıllıqla tibbi sosial ekspert komissiyaları tərəfindən aşağıdakı kimi qiymətləndirilmişdir: -xx.xx.2009-cu il tarixli göndərişi əsasında “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40- K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqrena olmadan; Diaqnozun mətni: Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı. Bitişmə xəstəliyi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.2.7” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmiş; -xx.xx.2014-cü il tarixli göndərişi əsasında “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqerna olmadan; Diaqnozun mətni: Qarının ön divarının postoperasion düzələn yırtığı. Həzm funksiyasının pozulması ilə gedən bitişmə xəstəliyi. NSD qarışıq tip; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.2.7” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmiş; -xx.xx.2015-ci il tarixli göndərişi əsasında “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqerna olmadan; Diaqnozun mətni: Qarının ön divarının əməliyyatdan sonrakı venrtal yırtığı (1996-2008). Həzm funksiyasının pozulması ilə gedən bitişmə xyi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: qarının ön divarının venrtal yırtığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmiş; -xx.xx.2016-cı il tarixli göndərişi əsasında elektron təyinatla “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 -Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqerna olmadan; Diaqnozun mətni: Qarının ön divarının əməliyyatdan sonrakı venrtal yırtığı (1996-2008). Həzm funksiyasının pozulması ilə gedən bitişmə xyi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: qarının ön divarının venrtal yırtığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sonuncu xx.xx.2021-ci il tarixli göndərişi əsasında isə iddiaçının əlillik vəziyyətinə baxılarkən isə “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 -Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.0 - Qarnın ön divarının yırtığı, keçməməzlik ilə, qanqrenə olmadan; Diaqnozun mətni: Qasıq yırtığı, Qarnın ön divarının c/ə sonrakı residiv ventral yırtığı. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Residiv göbək yırtığının ləğvi, Alloplastika c/ə son/vəz(2008); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, xx.xx.2009-xx.xx.2021 dövründə 18 saylı şəhər poliklinikasının göndəriləri əsasında iddiaçının əlillik vəziyyəti ekspertlər tərəfindən eyni diaqnoz və səbəb əlaqəsi ilə o cümlədən: Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqerna olmadan; Diaqnozun mətni: Qarının ön divarının əməliyyatdan sonrakı venrtal yırtığı (1996-2008). Həzm funksiyasının pozulması ilə gedən bitişmə xyi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: qarının ön divarının venrtal yırtığı” səbəbi ilə - əlillik dərəcəsi verilmişdir. Lakin sonuncu xx.xx.2021-ci il tarixli göndəriş zamanı “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 -Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.0 - Qarnın ön divarının yırtığı, keçməməzlik ilə, qanqrenə olmadan; Diaqnozun mətni: Qasıq yırtığı, Qarnın ön divarının c/ə sonrakı residiv ventral yırtığı. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Residiv göbək yırtığının ləğvi, Alloplastika c/ə son/vəz(2008) - diaqnozu ilə imtina verilərək səbəbi olaraq bildirilmişdir ki, Diaqnoz əlillik əlaməti təyin etmir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş məhkəmətibbi ekspertizası üzrə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli T336/2022 nömrəli ekspert rəyi alınmışdır. İşə əlavə olunmuş həmin rəydə də ekspertlər tərəfindən müəyyən edilmişdir ki, iddiaçı - qasıq yırtığı, qarının ön divarının cərrahi əməliyytdan sonrakı residiv ventral yırtığı, digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, residiv göbək yırtığının ləğvi, Alloplastika cərrahi əməliyyatdan sonrakı vəziyyət» diaqnozundan əziyyət çəkir. Lakin ekspertlərin rəyində qeyd olunur ki, əyani müəyinə zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik təyininə əsas vermədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin meyarlarına aid etmək mümkün deyil. Məhkəmə kollegiyası ekspertlərin cavabdehin imtinasına uyğun gələn həmin rəyi ilə razılaşmır. Birincisi, rəydə iddiaçının əyani müəyinəsinin hansı formada, o cümlədən, instrumental vasitələrdən istifadə etməklə müəyyən olunduğu müəyyən olunmur. İkincisi, bundan əvvəlki iki təyinat zamanı məhz sözügedən Əsasnamə ilə müəyyən edilən meyarlara uyğunluq müəyyən edildiyi halda, konkret halda bu yuğunsuzluğun nədən ibarət olması ekspertlər tərfindən əsaslandırılmamışdır. Qeyd olunmalıdır ki, hazırkı mərhələdə məhkəmənin aralıq qərardadı ilə iddiaçının əlillik vəziyyətinin qüvvədə olan meyarlara uyğun olub-olmadığının qiymətləndirilməsi üçün müddət tyin edilməklə münasibət bildirilməsi tələb olunmuş, lakin sonuncunun məhkəməyə ünvanladığı yuxarıda qeyd edilən məktubuna və qərarına əsasən “diaqnozun əlillik əlaməti təyin etmədiyi” əsas gətirilməklə iddiaçıya əlillik təyin edilməsi mümkünsüz hesab olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ekspertlər tərəfindən aparılmış qiymətlçndirmə işdə olan sübutlara və işin obyektiv və iddiaçının xeyrinə olan hallarına uyğun hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 3.7-ci bəndinə əsasən “Yırtıqlar” (K43-K46), o cümlədən, 26 iyul 2023-cü il taoixədək qüvvədə olmuş 3.7.1-ci və 3.7.1.1-ci yarımbəndləri nəzərədə tuturdu ki, “Qarın boşluğunun ön divarının yırtığı (K43) 35-60 faiz həyat fəaliyyətinin məhdudlaşdırılması kimi qiymətləndirilir. Sözügedən 3.7.1.1-ci yarımbəndindəndə təsbit olunur ki, həmin yırtığın olduğu nahiyədə, eləcə də qarın boşluğunda və döş qəfəsində ağrı hissləri formasında təzahür edən mütəmadi mülayim pozuntuları, dispeptik hallar, bağırsaq keçməzliyi (ildə 4-5 dəfəyə qədər), tənəffüs pozuntusu, sistematik fiziki gərginliklə əlaqəlidir. Sonuncu xx.xx.2021-ci il tarixli göndərişdən də görünür ki, iddiaçıda mövcud olan “qarının ön divarının yırtığı (K43.0) keçməməzliklə, müşayət olunur. Başqa sözlə, həmin göndəriş üzrə müəyyən olunan diaqnozun qüvvədə olan meyarlara münasibətdə iddiaçıya əlillik təyininə əsas verir. Konkret halda, iddiaçı 2009-cu ildən etibarən həmin xəstəlikdən əziyyət çəkir və ötən dövr ərzində onun aldığı müalicələrə baxmayaraq, rəydən də göründüyü kimi, bu gün də davam etməkdədir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi də məhz nəzərədə tutur ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsasdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisələndirilən göndərişdə təsbit olunan diaqnoz iddiaçıya əlillik təyininə əsas verir. Belə olan halda, cavabdeh orqan tərəfindən həmin göndəriş üzrə əlillik təyin edilməsindən imtina olunması əsassızdır, iddiaçının qanunla qorunan hüququnu pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, obyektiv qiymətləndirmə aparıldığını, məhkəmənin qərarının maddi hüquq normaları baxımından məhkəmənin qərarının qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6590/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6590/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar