Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1001/2020 19.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı (xx.xx.1971-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan və ölçüsünün verilməsi, torpağın alqı-satqısının qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4542/2014 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı xx xxxxxxxx 2014-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 151 № -li sərəncamı əsasında İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin adına “Torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi, həmin sərəncama əsasən torpağın alqı-satqısının qeydə alınması vəzifəsinin DTXK-nin Bakı şəhər şöbəsinə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Səbail Bələdiyyəsinə müraciət edərək uzun müddət bundan əvvəl abadlaşdırıb, daş hasara alıb bağ sahəsi kimi istifadə etdiyi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kvm. torpaq sahəsinin adına sənədləşdirilməsini xahiş etmişdir. Səbail Bələdiyyəsinin 151 №-li, xx.xx.2003-cü il tarixli sərəncamı ilə həmin torpaq sahəsi alqı- satqı qaydasında onun adına sənədləşdirilmişdir. Bu barədə Bələdiyyə ilə onun arasında torpaqların alqı-satqısına dair akt tərtib olunmuş və torpağın dəyərini bələdiyyənin büdcəsinə ödəmişdir. Adına sənədləşdirilmiş torpaq sahəsinin cizgisi Səbail Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. O, qeyd olunan torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsünün verilməsi məqsədi ilə DTXK-nin Bakı şəhər şöbəsinə müraciət etmişdir. Lakin DTXK-nin Bakı şəhər şöbəsi müraciətini təmin etməkdən imtina etdi. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4542/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmiş, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 151№-li sərəncamı əsasında İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin adına “Torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi, həmin sərəncama əsasən torpağın alqı-satqısının qeydə alınması vəzifəsi Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə olunmuşdur. xx.xx.2014-cü il tarixdə Qərar icra olunması üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə göndərilmişdir. xx.xx.2018-ci il tarixdə Maraqlı şəxs və X8 ayrı-ayrılıqda ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 2-1(81)-4542/2014 saylı qərar onların maraqlarına toxunduğundan həmin qərarın ləğv edilib onların iştirakı ilə yenidən baxılmasını xahiş etmişlər. Maraqlı şəxs ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Bakı şəhəri Səbail Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 736 saylı sərəncamına əsasən onun adına sənədləşdirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(81)-3495 saylı qərarına əsasən onun cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı iddiası təmin edilmişdir. X8 ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Bakı şəhər Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 713 saylı sərəncamına əsasən onun adına sənədləşdirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli qərardadla iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 6456 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki,Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, A № 528858 saylı «Torpaq sahəsinin planı və ölçüsü» sənədi ilə X2 istifadəsində olan 1200 kvm. torpaq sahəsinin sənəd üzrə koordinatlarının mübahisələndirilən torpaq sahəsinin koordinatları ilə tam olaraq üst-üstə düşür. Bakı şəhəri, Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 713 nömrəli sərəncamı ilə X4 adına ayrılmış 600 kvm. torpaq sahəsinin miqyası və yaxud hər hansı nöqtəsindən məsafəni və ölçülərini, dəqiq yerləşməsini əks etdirən sxemin olmaması səbəbindən, həmin torpaq sahəsinin harada yerləşməsini və mübahisələndirilən torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, A №528858 saylı «Torpaq sahəsinin planı və ölçüsü» sənədi ilə İddiaçı istifadəsində olan 1200 kvm. torpaq sahəsinin sənəd üzrə koordinatlarının Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, A № 523672 saylı «Torpaq sahəsinin planı və ölçüsü» sənədi ilə Maraqlı şəxs istifadəsində olan 600 kvm. torpaq sahəsinin sənəd üzrə koordinatları ilə 600 kvm. hissədə üst-üstə düşür. X6 xx.xx.2007-ci il tarixli, 713 №- li sərəncamı ilə X3 adına ayrılmış 600 kvm. torpaq sahəsi və Maraqlı şəxs adına olan 600 kv.m torpaq sahəsinə dair «Torpaq sahəsinin planı və ölçüsü» sənədi barəsində məlumat elektron kadastrı bazasında aşkar edilmədiyindən sözügedən torpaq sahələri elektron kadastr baza məlumatları üzrə üst-üstə düşmür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4542/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim Ş.Həsənova) Maraqlı şəxs ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4542/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, Maraqlı şəxs inzibati məhkəmə icaatına üçüncü şəxs qismində cəlb edilmiş, işin məhkəmə iclası xx xxxx 2020-ci il saat 11:00-a təyin edilmiş və tərəflərə bu barədə məlumat verilmiş, X3 ərizəsi rədd edilmişdir. Həmin qərardaddan ərizəsi rədd edilmiş X8 şikayət verməmişdir. Yalnız iddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etdiyindən, məhkəmə qərardada mübahisələndirilən hissədə baxır. Şikayət onunla əsaslandırılmışdır ki,Maraqlı şəxs və X8 maraqlarına toxunun şəxs qismində ərizələrlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 2-1(81)- 4542/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarın maraqlarına toxunduğu üçün ləğv edilərək onların iştirakı ilə yenidən baxılmasının xahiş etmişlər. Maraqlı şəxs xx.xx.2018-ci il tarixli ərizəsində qeyd edir ki, guya onun adıma olan torpaq sahəsi əslində Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 736 saylı qərarı ilə onun adına sənədləşdirilib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)3495/2014 saylı qərara əsasən onun cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı iddası təmin edilmişdir. Göründüyü kimi, hər iki tərəf DTXK-dən plan ölçü sənədləri alıblar və hər iki sənədin verilməsinə əsas məhkəmə qərarı deyil, bələdiyyə sərəncamları olmuşdur. Özü də, bələdiyyə sərəncamları və məhkəmə qərarlarının əsasında inzibati orqan olan DTXK-nin əməkdaşları plan ölçü sənədlərini işləyib hazırlayıblar. Yəni bu məsələdə məhkəmə qərarları ləğv edilməli deyil. Ləğv edilməli ya bələdiyyə sərəncamlarından hər hansı biri, ya da plan ölçü sənədlərindən biridir. Özü də bu zaman sxematik xəritəyə uyğunlaşdırılmaqla yeni plan ölçü sənədi verilməlidir. Lakin Maraqlı şəxs nə bələdiyyə sərəncamının ləğvi, nə də plan ölçü sənədinin ləğv üçün deyil, birbaşa İddiaçı iddiasının təmin edilməsinə dair məhkəmə qərarının ləğv edilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi hər iki məhkəmə qərarlarını ləğv edərək icraatı təzələməkdə haqlı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı cavabdeh və üçüncü şəxs məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası İPM-in 376.2-ci və 397.2-ci maddələririnin tələblərini nəzərə alan kollegiya tərkibi onların nümayəndələrinin iştiraklarıı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən eyni zamanda, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 (Bakı şəhəri 11 saylı Vəkil Bürosu) , X8 (Bakı şəh., A.Şaiq küç. Ev 241, mən. 30) və Vəkil2 (Bakı şəhəri 2 saylı Vəkil Bürosu) da məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışlar. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Səbail Bələdiyyəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu ünvanında yerləşən1200 kvm. torpaq sahəsinin əlavə olunmuş qaydasında İddiaçı adına sənədləşdirilməsi barədə xx.xx.2003-cü il tarixli, 151 nömrəli sərəncam verilmişdir. Səbail Bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqı- satqısına dair akt tərtib edilmiş və torpağın satış dəyəri iddiaçı tərəfindən Səbail Bələdiyyəsinin şəxsi hesabına ödənilmişdir. Səbail Bələdiyyəsi tərəfindən İddiaçı istifadəsində olan torpaq sahəsinin planı təsdiq edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kvm. torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün xx.xx.2015-ci il tarlixli, A № 528858 plan ölçü verilmişdir. Səbail Bələdiyyəsi tərəfindən X3 bağ kimi istifadə etdiyi Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən Bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsinin sənədləşdiriiməsinə dair xx.xx.2004-cü il tarixli, 713 №-li sərəncam verilmişdir. Eyni zamanda Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında Maraqlı şəxs adına sənədləşdirilməsi barədə xx.xx.2004-cü il tarixli, 736 №-li sərəncam verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 736 №-li sərəncamı əsasında Maraqlı şəxs ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin adına “Torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi, həmin sərəncama əsasən torpağın alqı-satqısının qeydə alınması vəzifəsinin DTXK-nin Bakı şəhər şöbəsinə həvalə olunması qərara alınmışdır. Yuxarıda qeyd olunan ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus torpaq sahəsi ilə Maraqlı şəxs ayrılmış torpaq sahələri üst-üstə düşsə də, X5 münasibətdə belə bir hal mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatına olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Həmçinin, adıçəkilən qərarla müəyyən edilmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Həmçinin Plenum qeyd etmişdir ki, məhkəmə qanuni qüvvəyə minmiş qəraının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: -qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; -inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüquqlarının və qanunla maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı iş üzrə qəbul edilmiş xx.xx.2014-cü il tarixli qərar ərizəçilərdən Maraqlı şəxs qanunla qorunan hüquq və maraqlarına toxunduğundan həmin qərar ləğv edilməli, Maraqlı şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə iş üzrə icraat təzələnməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4542/2014 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4542/2014 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1001/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1001/2020
19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver