Məhkəmə qərarları › İş №2-1(103)-1002/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1002/2020

02.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1002/2020 02.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 Üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Üçüncü şəxs: “xxxxxxx” ASC) çıxarışın ləğv olunması və qeyri-yaşayış binasına olan mülkiyyət hüququna dair qeydiyyatın bərpa olunması tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3958/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsini, Yasamal rayonu, B.Bağırova küçəsi 2, 615-ci məhəllə ünvanında yerləşən 965 kv.m sahəsi olan qeyri-yaşayış binasına dair “xxxxxx” ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışın verilməsinin qanunsuz hesab edilməsini, çıxarışın ləğv olunmasını və qeyri-yaşayış binasına olan mülkiyyət hüququna dair qeydiyyatın bərpa olunmasının cavabdehin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək, müvəqqəti xarakterli müdafiə tədbiri kimi “xxxxxxx” ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa əsasən Yasamal rayonu, B.Bağırova küçəsi 2, 615-ci məhəllə ünvanında yerləşən 965 kv.m sahəsi olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3958/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək “xxxxxx” ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa əsasən Yasamal rayonu, B.Bağırova küçəsi 2, 615-ci məhəllə ünvanında yerləşən 965 kv.m sahəsi olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulmuş, qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Üçüncü şəxs məhkəmənin qeyd olunan qərardadından apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hərracın nəticələrinin və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmiş, Ali Məhkəmə tərəfindən mübahisə ilə bağlı yekun qərar qəbul edilmişdir. İddiaçı eyni tələblə bağlı həm Nəsimi rayon Məhkəməsinə, həm də hazırkı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, hər iki iş üzrə iddianın təmini tədbiri olaraq “xxxxxxx” ASCnin mülkiyyətində olan əmlaka məhdudiyyət qoyulmasına nail olmuşdur. İddiaçının məqsədi işi yubatmaq, süründürməçiliyə yol vermək və bununla da, əmlak sahibinə mülkiyyət hüququndan istifadə etməklə əmlaka dair hər hansı hərəkətlərin edilməsinə maneçilik yaratmaqdır. İddiaçının məqsədi qərəzlidir və əsassız olaraq ayrı-ayrı məhkəmələrə ayrı-ayrı tələblə müraciət edərək iddianın təmini tədbiri kimi əmlakın üzərinə həbs qoydurmaqla hüququndan sui-istifadə edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X8pellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddiaçının ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6izahatında Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4706/2019 saylı qərardadı ilə sözügedən qeyri-yaşayış binasina həbs qoyulduğunu və hazırkı mübahisə üzrə qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmişiddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmişİddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində qeyd edilən hallar birinci instansiya məhkəməsinin qərardadını ləğvi və iddiaçının ərizəsinin təmin edilməməsi üçün əsas deyillər. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağını və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olduğunu nəzərə alaraq iddiaçının ərizəsinin təmin etmişdir. İş materiallarından göründüyü kimi, “xxxxxxx” ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa əsasən Yasamal rayonu, B.Bağırova küçəsi 2, 615-ci məhəllə ünvanında yerləşən 965 kv.m sahəsi olan qeyriyaşayış sahəsi iddiaçının mülkiyyətində olmaqla “xxxxxxx” ASC və Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qətnaməsinə əsasən qeyri-yaşayış binasına tələb yönəldilməklə hərracdan satılması qət edilmişdir. İcra zamanı mübahisəli əmlakın qiyməti bankın sifarişi ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixində ******* manata qiymətləndirilməsi qanunsuz və məqsədli olmuş və həmin hesabatdakı müəyyən olunmuş qiymətin qanunsuz olması məhkəmə işi üzrə 2 qiymətləndirmə hesabatı ilə də tam təsdiq olunaraq məhkəmələr də əsaslı olaraq əmlakın qiymətinin 14.214.000 manat olmasını müəyyən ediblər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasənmövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsas sayılır. Qeyd edilənlərər əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3958/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3958/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar