Məhkəmə qərarları › İş №2-1(103)-1002/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1002/2021

26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1002/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri lokal gəlirlər baş idarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4193/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.03.2020-ci il tarixli **********198027 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı əvvəlcə ondan apellyasiya şikayəti vermiş, daha sonra Bakı Apellyasiya Məhkəməsinə 22.04.2021-ci il tarixli vəsatət təqdim edib, iddiadan imtina etdiyini bildirərək, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi ərizəyə etiraz etməmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qanunauyğun olduğu və hər hansı üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, bu əsasla birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və İPM-in 55, 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri lokal gəlirlər baş idarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.03.2020-ci il tarixli **********198027 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiasından imtinası qəbul olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4193/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiadan imtina edilməsi eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar