Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1002/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 47 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən 3 il əvvəlki dövrə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ona ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 47 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən 3 il əvvəlki dövrə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ona ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3107/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1970-ci il təvəllüdlüdür. İddiaçıya məxsus NT-İ seriyalı 567691 saylı 06 mart 1991-ci il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 1 sentyabr 1988-ci ildə Azərbaycan Respublikası Dövlət Aqrar Sənaye Komitəsinin “Şərəf nişanı” ordenli Quba sovxoz texnikumuna daxil olmuş və 1991-ci ildə zootexnik istisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 25 fevral 1991-ci il tarixli qərarı ilə ona zootexnik ixtisası verilmişdir (2 il 5 ay 25 gün). Azərbaycan Respublikası Təhsil Nazirliyi Quba Dövlət Sosial İqtisad Kollecinin xx.xx.2021-ci il tarixli 110 №-li arayışından görünür ki, X3 1988-ci ildə Quba Svxoz texnikumunun (indiki Quba Dövlət Sosial-İqtisadi Kolleci) “Zootexnik” ixtisası üzrə əyani şöbəsinə qəbul olmuşdur. O, 1991-ci ildə Quba Sovxoz texnikumunun (indiki Quba Dövlət Sosial-İqtisadi Kolleci) “Zootexnik” ixtisası üzrə əyani şöbəsini bitirmiş və ona HT-İ №567691 diplom (qeydiyyat nömrəi 16955) verilmişdir. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o,xx.xx.1990-cı ildən xx.xx.2002-ci ilədək Bakı Şin Zavodunda, "xxxx" Açıq Səhmdar Cəmiyyətində 3-cü kateqoriyalı hazırlıq sexinin kimyəvi analiz üzrə laborant, xx.xx.2022-ci ildən xx.xx.2020-ci ilədək hazırlıq sexində xadimə işləmişdir. - Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 19/55-27 №-li arayışdan görünür ki, İddiaçı xx.xx.1990- cı il tarixdən Bakı Şin Zavodunda Hazırlıq vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixli, 82-me saylı əmrlə zavod tam istehsal gücü ilə işləmədiyinə görə öz hesabına özənişsiz məzuniyyətə göndərilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 01/122 №-li əmək haqqı barədə arayışının surətindən görünür ki, iddiaçı 1991-ci il yanvar-dekabr ayları üzrə cəmi 3716-39 rubl, 1992-ci il yanvar-dekabr ayları üzrə cəmi 6363.03 rubl, 1993-cü il yanvardekabr ayları üzrə cəmi 26147.19 rubl, 1994-cü il yanvar-dekabr ayları üzrə cəmi 161380.44 man. (32,27 AZN), 1995-ci il yanvar-dekabr ayları üzrə cəmi 682300.03 man. (136.46AZN), 1996-ci il yanvar-dekabr ayları üzrə cəmi 950051-97 man. (190,01 AZN), 1997-ci il yanvar-dekabr ayları üzrə cəmi 386456.67 man. (77,29 AZN) əmək haqqı almışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli 01/30 №-li əmək haqqı barədə arayışından görünür ki, İddiaçı 1997-ci il yanvar-dekabr ayları üzrə cəmi 386456,67 manat (77,29 AZN), 1998-ci il yanvar-dekabr ayları üzrə cəmi 870904,32 manat (174,18 AZN), 1999-cü il yanvar-dekabr ayları üzrə cəmi 1095266,40 manat (219,05 AZN), 2000-ci il yanvar-dekabr ayları üzrə cəmi ******* manat (237,76 AZN), 2001ci il yanvar-dekabr ayları üzrə cəmi 1007129,16 manat (201,43 AZN), 2002-ci il yanvardekabr ayları üzrə cəmi ******* manat (241,56 AZN), 2003-cü il yanvar-dekabr ayları üzrə cəmi ******* manat (240,43 AZN), 2004-cü il yanvar-dekabr ayları üzrə cəmi ******* manat (240,43 AZN), 2005-ci il yanvar-noyabr ayları üzrə cəmi ******* manat (220,40 AZN) əmək haqqı almışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 01/132 №-li məktubundan görünür ki, "xxxx" Dövlət Şirkəti üzrə verilmiş 51-k saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" İstehsalat Birliyinə çevrilmişdir. "xxxx" Dövlət Şirkəti üzrə verilmiş 08-k saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən "xxxx" İstehsalat Birliyi Bakı Şin zavoduna çevrilmişdir. Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı Şin zavodu üzrə xx.xx.1990-cı il tarixli, 76-k №-li əmrdən çıxarışdan görünür ki, Tağıyeva (Məmmədova) X1 rayon işə düzəltmə Bürosunun göndərişi ilə xx.xx.1990-cı il tarixdən Hazırlıq sexinə kimyəvi analiz laborantı vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" ASC üzrə xx.xx.2002-ci il tarixli, 23-k nömrəli əmrdən görünür ki, İddiaçı hazırlıq sexinə 4-cü dərəcəli laborant vəzifəsinə qəbul edilmişdir. "xxxx" ASC üzrə xx.xx.2020-ci il tarixli, 04-k nömrəli əmrdən görünür ki, hazırlıq sexinin laborantı İddiaçı Azərbaycan Respublikası Əmək Mcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixindən tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********0 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİDQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyi 23 avqust 1990-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "Azərşin” ASC-də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək Pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda göstərilən dövrləri onun ümumi iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 15 ildən az (10 il 6 ay 12 gün), güzəştli iş stajı 7 il 6 aydan az (7 il 3 ay 1 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ona 47 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən 3 il əvvəlki dövrə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsininə dair cavabdeh orqana müraciət etmişdir. Cavabdeh onun müraciətini xx.xx.2020-ci il tarixdə qəbul etmiş, 07 iyul 2020-ci il tarixli məktubla bildirmişdir ki, xüsusi karantin rejimi ilə bağlı güzəştli iş stajını yoxlamaq mümkün olmadığına görə pensiya təyinatına baxılması təxirə salınmışdır. xx.xx.2021-ci il tarixli məktubla isə ona pensiya təyin etməkdən imtina etmişdir. İmtinaya səbəb kimi xx.xx.1995- xx.xx.1995-ci il, xx.xx.1996- xx.xx.1996-cı il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına ödənişsiz məzuniyyətdə olmağı göstərilmişdir. Halbuki o, həmin dövrlər ərzində deyil, 2005-2020-ci illərdə öz hesabına ödənişsiz məzuniyyətdə olmuş və bu barədə iş yerindən verilən arayışı da cavabdehə təqdim etmişdir. Cavabdehin bu imtinası onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin hərəkətsizliyi qanunsuz və əsassız sayılmalı, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, ona xx.xx.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən 47 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki o, tələb olunan 7 il 6 ay xüsusi, 15 il ümumi stajı xx.xx.2006-cı il tarixinədək qazanmışdır. Göründüyü kimi, onun 1 nömrəli siyahı üzrə ən azı 7 il 6 ay, ümumi isə 20 il sığorta stajı olarsa, ona 47 yaşında pensiya təyin edilməlidir. O, xx.xx.1970-ci ildə anadan olmuşdur. 1988-ci ildə Quba Sovxoz texnikumuna daxil olaraq, 1991-ci ildə Zootexnik ixtisası üzrə tam əyani kursu bitirmişdir (3 il ümumi staj). xx.xx.1990-cı ildən xx.xx.2002-ci ilədək Bakı Şin zavodunda hazırlıq sexində kimyəvi analiz laborantı işləmişdir (11 il, 11 ay, 17 gün güzəştli staj). xx.xx.2002-ci ildən xx.xx.2020-ci ilədək Bakı Şin zavodunda hazırlıq sexində fəhlə işləmişdir (xx.xx.2005-ci ilədək 3 il 3 ay 27 gün güzəştli staj). xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilədək öz hesabına məzuniyyətdə olmuşdur. Bakı Şin zavodunda işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ bölməsi, Kimya istehsalatı şirf 1080A00—17541 A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: kod 1080A010 hazırlıq, xammalın hazırlanması, vulkanizasiya, rezin üçün yapışqan hazırlanan sahələrdə rezin, texniki rezin və şin istehsallarında məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. xx.xx.2006-cı il tarixədək onun aldığı əyani təhsillə birlikdə ümumi iş stajı 18 il 9 ay 14 gün təşkil edir. Həmin 18 il 9 ay 14 gün stajın 15 il 9 ay 14 günü zərərli sahələrə aiddir. Bu zərərli sahələrdə işlədiyinə görə ona güzəştli şərtlərlə yaşa görə 47 yaşından, yəni xx.xx.2017-ci il tarixdən əmək pensiyası təyin edilməlidir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakılar diqqətə çatdırılır. İddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006- cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİDQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 23 avqust 1990-cı il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2005ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək Pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda göstərilən dövrləri İddiaçı ümumi iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 15 ildən az (10 il 6 ay 12 gün), güzəştli iş stajı 7 il 6 aydan az (7 il 3 ay 1 gün) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Eriraza əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfaiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin və "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin böyük mütəxəssisi Fizüli Sadıxov, böyük mütəxəssisi Eyvaz Əhmədov və "xxxx" ASC-nin kadrlar şöbəsinin mütəxəssisi Qənirə İsmayılova və əmək haqqı üzrə mühasib Hicran Babayevanın iştirakı ilə İddiaçı həmin müəssisədə güzəştli şərtlə işləməsi faktını araşdırmaq məqsədi ilə sığorta stajına daxil edilən ümumi stajını, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajını yerində əsaslı sənədlərlə qarşılıqlı araşdırıldı. Müəyyən edildi ki, İddiaçı xx.xx.1991-ci ildə kimyəvi analiz laboratoriyasında laborant peşəsinə qəbul edilmiş, xx.xx.1995-xx.xx.1995, xx.xx.1995-xx.xx.1995, xx.xx.1996-xx.xx.1996, xx.xx.1996- xx.xx.1996-cı illəri əhatə edən dövrlərdə öz hesabına məzuniyyətdə olmuş, 1996-cı il 14.07-ci ildən xadimə vəzifəsinə keçirilmiş, 2002-ci ildən öz hesabına məzuniyyətdə olmuş, xx.xx.2020-ci ildən öz xahişi ilə işdən azad edilmişdir. Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3107/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 47 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. İddiaçı iddia ərizəsində xx.xx.1970-ci il tarixdə anadan olduğunu, 15 ildən artıq sığorta stajının olduğunu və 7 il 6 ay zərərli ağır işlərdə işlədiyini qeyd etmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün xx.xx.2020-ci il tarixli ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi iddiaçının 1 yanvar 2006-cı tarixinədək ümumi iş sığorta stajının 15 ildən az (10 il 6 ay 12 gün), güzəştli iş stajının isə 7 il 6 aydan az (7 il 3 ay 1 gün) olduğunu bildirilmişdir. İmtina qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sıqortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmçinin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİDQ nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi stajı olan və bu stajın ən azı 7 il 6 ayının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1970-ci ildə anadan olmuş, 47 yaşı isə xx.xx.2017-ci ildə tamam olmuşdur. Digər əsaslarla bağlı müəyyən edilmişdir ki, iddiaçının cəmi ümumi sığorta stajı 10 il 6 ay 12 gün, güzəştli iş stajı isə 7 il 3 ay 1 gün təşkil edir ki, bu da qanunvericiliklə tələb olunan 15 il ümumi sığorta stajından və 7 il 6 ay güzəştli iş stajından azdır. İş materiallarına əlavə edilmiş İddiaçı Fondun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd olunmuşdur. İddiaçının adı çəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatlar Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən yerində yoxlanılmışdır. Mərkəzi Filial tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli akta əsasən iddiaçının xx.xx.1995-xx.xx.1995; xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.2002xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçı yuxarıda qeyd edilən dövrlərdə öz hesabına məzuniyyətdə olduğu üçün həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alına bilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli, 305 nömrəli Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci il tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Sözügedən maddənin birinci-yeddinci hissələrində iş stajına daxil edilən dövrlər göstərilmiş, ödənişsiz məzuniyyətin sığorta stajına daxil edilməsi ilə bağlı bir müddəa əks olunmamışdır. Bununla yanaşı, müəyyən edildiyi kimi, mübahisələndirilən illər üzrə sosial sığorta haqları nəinki ödənilməmişdir, hətta həmin müddətlərdə iddiaçının faktiki fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuşdur. “Məzuniyyətlər haqqında” 25 aprel 1997-ci il tarixli, 281 nömrəli Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən məzuniyyət hüququ verən əmək stajına işçinin faktik işlədiyi vaxtdan savayı aşağıdakı dövrlər də daxil edilir: -iş yerinin və qanunvericilikdə nəzərdə tutulan hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr; qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin əmək haqqı ödənilməli olan məcburi işburaxma dövrü; sosial sığorta üzrə müavinət verilməklə əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; qanunsuz və əsassız həbs edilməklə və ya ittiham edilərək azadlıqdan məhrum edilməklə və yaxud azadlıqdan məhrum edilmədən qanunsuz və əsassız cinayət məsuliyyətinə cəlb edilməklə işdən kənarlaşdırılan və müəyyən edilmiş qaydada tam bəraət alaraq işə bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Qanunun 21.2- ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Beləliklə, iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrlərin ümumi sığorta stajına daxil edilməsi qanunvericiliyə ziddir. Qərar qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələb və göstərişlərinə lazımi qaydada əməl etməmişdir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanımalıdır. Tərəflərin izahatları: X10 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən ərizə ilə məhkəmə müraciət olunaraq işə onun iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 47 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən 3 il əvvəlki dövrə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun ümumi iş stajının 15 ildən az, yəni 10 il 06 ay 12 gün, güzəştli iş stajının isə 7 il 6 aydan az, yəni 7 il 3 ay 1 gün olması əsası ilə tələbin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li Siyahının “Vİİİ” bölmə, “Kimya istehsalatı” 1080A010 şifrinə uyğun olduğundan onun xx.xx.2006-ci ilə qədər təhsil dövrü də daxil olmaqla ümumilkdə 17 il 8 ay 26 gün ümumi və 11 il 11 ay 7 gün güzəştli iş stajının mövcud olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 15 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 47 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 15 ildən az olmayan ümumi, 7 il 6 ay az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, İddiaçı İmrahim qızı xx.xx.1970-ci il təvəllüdlü olduğu üçün onun 47 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 47 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 15 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 7 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil haqda sənədi (diplom və arayış), əmək kitabçasını və iş yerindən güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilədək (təhsil dövrü) 2 il 5 ay 25 gün, xx.xx.1990-cı ildən xx.xx.2002-ci ilədək (kimyəvi analiz laborantı işlədiyi müddət) 11 il 11 ay 25 gün, xx.xx.2002-ci ildən xx.xx.2020-ci ilədək xadimə işlədiyi müddət, lakin xx.xx.2005-ci ilədək 3 il 3 ay 13 gün təşkil etməklə, ümumilikdə 15 ildən artıq təşkil edir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından görünür ki, hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının Bakı Şin Zavodunda, hazırda "xxxx" ASC-də xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996- xx.xx.1996-cı il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına ödənişsiz məzuniyyətdə olduğu üçün 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 15 ildən az (10 il 6 ay 12 gün), güzəştli iş stajının isə 7 il 6 aydan az (7 il 3 ay 1 gün) olması bildirilir, yəni ümumi və xüsusi iş stajının tamamlanması mübahisələndirilir. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq məhkəməyə daxil olmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 01/130 №-li məktubundan görünür ki, İddiaçı həqiqətən Bakı Şin zavodunda xx.xx.1990-cı il (əmr № 76-k, xx.xx.1990) tarixindən xx.xx.2002-ci il (əmr № 23-k, xx.xx.2002) tarixinədək Hazırlıq sexində 4 dərəcəli kimyəvi analiz laborantı, xx.xx.2002-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Hazırlıq sexində xadimə işləmişdir. Xammal hazırlığı sexindən kimyəvi maddələr, inqridiyentlər rezinqarışığı hazırlamaq üçün Hazırlıq sexinə qəbul olunur. Rezinqarışığı hazırlamaq üçün anbardan daxil olan kimyəvi maddələr öncə Hazırlıq sexinin kimyəvi analiz laboratoriyasında kimyəvi analiz olunur və tərkibi yoxlanılır. Rezinqarışığı hazırlamaq üçün xüsusi zərərli sayılan kükürd, amınonyak, metal oksidləri, belil, kaolin, talk, potaş, sulfenomid, kaptaks, altaks, benzinoidlər və nitroza istifadə olunur. İddiaçı işlədiyi müddətdə Hazırlıq sexində kimyəvi analiz laborantı peşəsində tam iş günü 8 saat işləmiş və başqa işlərlə məşğul olmamışdır. Onun işlədiyi sahə xüsusi zərərli sexlər kateqoriyasına aiddir. Bu isə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993- cü il tarixli Qərarı ilə zərərli sexlər sayıldığından 1 saylı siyahı üzrə “Vİİİ” bölmə, “Kimya istehsalatı” 1080A010 pozisiyasına aiddir. Sosial sığorta stajı 15 il 2 ay 29 gün təşkil edir. Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01/12 nömrəli, xx.xx.2022ci il tarixli, 01/20 nömrəli, xx.xx.2022-ci il tarixli, 01/54 nömrəli, məktublarından görünür ki, iddiaçı X2 həqiqətən Bakı Şin zavodunda xx.xx.1990-cı il (əmr № 76-k, xx.xx.1990) tarixindən xx.xx.2002-ci il (əmr № 23-k, xx.xx.2002) tarixinədək Hazırlıq sexində 4 dərəcəli kimyəvi analiz laborantı, xx.xx.2002-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Hazırlıq sexində xadimə işləmişdir. Xammal hazırlığı sexindən kimyəvi maddələr, inqridiyentlər rezinqarışığı hazırlamaq üçün Hazırlıq sexinə qəbul olunur. Rezinqarışığı hazırlamaq üçün anbardan daxil olan kimyəvi maddələr öncə Hazırlıq sexinin kimyəvi analiz laboratoriyasında kimyəvi analiz olunur və tərkibi yoxlanılır. Rezinqarışığı hazırlamaq üçün xüsusi zərərli sayılan kükürd, ammonyak, metal oksidləri, belil, kaolin, talk, potaş, sulfenomid, kaptaks, altaks, benzinoidlər və nitroza istifadə olunur. X2 işlədiyi müddətdə Hazırlıq sexində kimyəvi analiz laborantı peşəsində tam iş günü 8 saat işləmiş və başqa işlərlə məşğul olmamışdır. Onun işlədiyi sahə xüsusi zərərli sexlər kateqoriyasına aiddir. O, işlədiyi müddətdə analıq məzuniyyətdə olmamışdır. Bu isə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993- cü il tarixli Qərarı ilə zərərli sexlər sayıldığından 1 saylı siyahı üzrə “Vİİİ” bölmə, “Kimya istehsalatı” 1080A010 pozisiyasına aiddir. Sosial sığorta stajı: 15 il 2 ay 29 gün təşkil edir. Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. Əlavə olaraq bildirilir ki, Baki Şin zavodunda 1990-cı illərin növbəti məzuniyyət əmrləri saxlanılmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı aid T-2 formalı vərəqədən görünür ki, Tağıyeva (Məmmədova) Zülfiyyə İbrahim qızı xx.xx.1990-cı il tarixli, 76-k nömrəli əmrlə Hazırlıq sexində kimyəvi analiz laborantı işinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixli, 23-k nömrəli əmrlə hazırlıq sexində xadimə vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli, 04-k nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. İşlədiyi dövrdə xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək analıq məzuniyyətində, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək ödənişli, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək ödənişli, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək ödənişli, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək ödənişli, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək ödənişli, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək ödənişli, xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilədək öz hesabına məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsinin birinci hissəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 112-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. Kollegiya ilk növbədə qeyd edir ki, "Məzuniyyətlər haqqında” 25 aprel 1997-ci il tarixli, 281 nömrəli Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi məzuniyyət hüququ verən əmək stajının hesablanması məqsədləri üçün nəzərdə tutulmuş və məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri müəyyən edir. Yəni həmin normanın məqsədi pensiyanın təyin olunması üçün əmək stajı hesablanarkən nəzərə alınan dövrləri müəyyən etməkdən ibarət deyildir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinə görə kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər-təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. İşə götürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169-cu maddəsinə əsasən ".... işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.” Hazırki mübahisə üzrə cavabdeh inzibati orqan imtinasını iddiaçının işlədiyi Bakı Şin Zavodunda, hazırda "xxxx" ASC-də xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996xx.xx.1996-cı il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına ödənişsiz məzuniyyətdə olduğu əsaslandırsa da, məhkəmənin sorğularına cavab olaraq "xxxx" ASC 1990-cı illər üzrə məzuniyyət əmrlərinin saxlanılmadığını bildirmiş, eyni zamanda iddiaçının sosial sığorta stajının 15 il 2 ay 29 gün təşkil etdiyini bildirmiş, həmçinin təqdim edilmiş T-2 formalı vərəqədən iddiaçının 1992-1996-cı illər ərzində ödənişli, yalnız xx.xx.2005-ci ildən öz hesabına məzuniyyətdə olması barədə qeydlərin olması müəyyən edilmişdir. Eyni zamanda, təqdim edilmiş əmək haqqı cədvəllərinə əsasən iddiaçıya Bakı Şin Zavodunda, "xxxx" ASC-də işlədiyi 1990-2005- ci illər üzrə əmək haqqı ödənildiyi görünür. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunda təsbit edilmiş hüquqi tənzimləmə nəzərə alınmalıdır. Həmin normalara görə, qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Bu baxımdan, xx.xx.2006-cı il tarixədək iddiaçı ödənişsiz məzuniyyətdə olsaydı belə, onun əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması yuxarıda istinad olunan tənzimləmənin məqsədlərinə və qanunvericinin iradəsinə zidd olardı. Bundan əlavə şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. İnzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Hazırki işdə cavabdeh inzibati orqan iddiaçının xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996- xx.xx.1996-cı il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına ödənişsiz məzuniyyətdə olması səbəbindən onun həm ümumi, həm də xüsusi stajının tamamlanmamasına istinad etsə də, aparılan məhkəmə araşdırmaları nəticəsində məlum olmuşdu ki, iddiaçı 1992-1996-cı illər ərzində ödənişli, yalnız xx.xx.2005-ci ildən öz hesabına məzuniyyətdə olmuş və əmək haqqı cədvəllərinə əsasən iddiaçıya işlədiyi 1990- 2005-ci illər üzrə əmək haqları ödənilmişdir. Bununla da məhkəmə kollegiyası iddiaçının xx.xx.2005-ci il tarixədək qanunla tələb olunan 15 ildən artıq iş stajının tamamlandığı qənaətindədir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını mübahisələndirdikdə bu halları sübut etmək vəzifəsi daşıdığı halda hazırki işdə belə sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının artıq zərərli sahədə işləməsi ilə bağlı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtina etməsinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları diqqətə çəkir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. "xxxx" Açıq Cəmdar Cəmiyyətinin verdiyi 01/29 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı Şin Zavodunda xx.xx.1990-cı il (əmr №76-k, xx.xx.1990) tarixindən xx.xx.2002-ci il (əmr №23-k, xx.xx.2002) tarixədək Hazırlıq sexində 4 dərəcəli kimyəvi analiz laborantı işləmişdir. Hazırlıq sexi xüsusi zərərli sexlər kateqoriyasına aiddir. Belə ki, rezinqarışığı istehsal etmək üçün reseptlərə uyğun olaraq inqridiyentlər: kükürd, amonyak, metal oksidləri, belil, kaolin, talk, poyaş, duda, sulfanomid, altarks, kaptaks, nitroza anbardan Hazırlıq sexinin laboratoriyasına qəbul edilir və rezinqarışığı hazırlamaq üçün sex laboratoriyasında kimyəvi analiz olunur. Bu isə Hazırlıq sexinin laboratoriyasında xüsusi kimyəvi maddələrin analizi ilə məşğul olan laborantlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, xx.xx.1993-cü il tarixli Qərarı ilə xüsusi zərərli sahədə işlədiyinə görə 1 saylı siyahı üzrə “Vİİİ” bölmə, “Kimya istehsalatı” 1080A010 pozisiyasına uyğun olaraq güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. Bakı Şin zavodu üzrə verilmiş 01-k, xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 01/131 №-li arxiv arayışından görünür ki, xx.xx.1990-cı ildən Hazırlıq sexinə 4 dərəcəli kimyəvi analiz laborantı vəzifəsinə qəbul edilmişdir (əmr № 76-k, xx.xx.1990). xx.xx.2002-ci ildən Hazırlıq sexinə fəhlə peşəsinə keçirilmişdir (əmr № 23-k, xx.xx.2002). xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. xx.xx.2020-ci ildən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir (əmr № 04-k, xx.xx.2020-ci il). Hazırlıq sexi xüsusi zərərli sexlər kateqoriyasına aiddir. Belə ki, rezinqarışığı istehsal etmək üçün reseptlərə uyğun olaraq inqridiyentlər kükürd, amıuonyak, metal oksidləri, bclil, kaolin, talk, potaş, duda, sullenomid, kaptaks, altaks, benzinoidlər və nitroza anbardan Hazırlıq sexinin laboratoriyasına qəbul edilir və rezinqarışığı hazırlamaq üçün sex laboratoriyasında kimyəvi analiz olunur. Bu isə Hazırlıq sexinin laboratoriyasında xüsusi kimyəvi maddələrin analizi ilə məşğul olanlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verir. Yuxarıda göstərilən peşələr, yəni xx.xx.1990-cı ildən xx.xx.2002-ci ilədək işlədiyi (11 il 11 ay 15 gün), Hazırlıq sexində kimyəvi analiz laborantı və xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək işlədiyi ( 3 il 3 ay 13 gün) Hazırlıq sexində fəhlə peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş (Güzəştli şərtlərlə yaşa görə) pensiya hüququ verən istehsalatların peşələrin və vəzifələrin göstəricilərin 1 saylı siyahı üzrə “Vİİİ” bölmə, “Kimya istehsalatı” şifr 1080A00-1 7541A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrin və Neft-Kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: sırf xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər və kod 1080A010 Hazırlıq, Xammal hazırlanması, Vulkarıizasiya, rezin üçün yapışqan hazırlanması, sahələrdə rezin, texniki rezin və Şin istehsalatlarında məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər peşələrə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələridir. İddiaçı əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı Sosial sığorta stajı: 15 il 02 ay 29 gün təşkil edir. Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində iddiaçının işlədiyi peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li Siyahının “Vİİİ” bölmə, “Kimya istehsalatı” 1080A010 şifrinə uyğun olduğundan onun xx.xx.2006-ci ilə qədər təhsil dövrü də daxil olmaqla ümumilkdə 17 il 8 ay 26 gün ümumi və 11 il 11 ay 7 gün güzəştli iş stajı mövcuddur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 15 ildən az olmayan ümumi, 7 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən ətraflı məzmunda verilmiş arayışla təsdiq olunur. Buna görə də iddiaçıya xx.xx.2017-ci il tarixdən, yəni 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona 47 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı iddia tələbi əsaslı olub təmin olunduğu üçün həmin tələbə əlavə olaraq verilmiş “pensiyasının cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən 3 il əvvəlki dövrə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi” tələbi də “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əsaslı olub, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3107/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3107/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1002/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1002/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver