Məhkəmə qərarları › İş №2-1(103)-1003/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1003/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1003/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Zamanova Könül Dağlar qızının və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X5 Cavabdehnə qarşı “qərarın ləğvi” tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-1(81)-237/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X13 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxxxx 2017ci il tarixli, **********114870 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən və özünə məxsus olan fərdi yaşayış evi sökülərək onun yerində yeni fərdi yaşayış binası tikilmiş və iddiaçı həmin binanı bağışlamışdır. Qanunvericiliyin tələblərinə əsasən, fiziki şəxs tərəfindən şəxsi istifadə məqsədilə tikilmiş və digər şəxslərə təqdim olunması nəzərdə tutulmayan tikintilərlə bağlı vergi bəyannaməsi təqdim etmək öhdəliyinin nəzərdə tutulmamasına və şəxsi istifadə məqsədilə tikilən binaların vergi ödəyicilərinin ailə üzvlərinə bağışlanmasının vergidən azad olunmasına baxmayaraq, cavabdeh iddiaçının adına verilmiş VÖEN-in ləğvinə dair qanuni qüvvəsini almış məhkəmə qərarına da məhəl qoymadan həmin VÖEN üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirmiş və iddiaçının şəxsi istifadə üçün tikmiş olduğu fərdi yaşayış evini mənzil tikintisi fəaliyyəti kimi qiymətləndirməklə vergi hesablaması aparmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-1(81)- 237/2018 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-1(103)-1804/2018 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-650/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1197/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-15/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1197/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********051712 nömrəli xx.xx.2016-cı il tarixli qərar ilə X7 fəaliyyəti üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi faktiki olaraq yaşayış və qeyri-yaşayış binalarının tikintisi fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı müəyyən edilmişdir ki, yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisinin mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin öhdəliyi yaranmışdır. Səyyar vergi yoxlaması nəticəsində toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergilər Nazirliyi yanında X11 Araşdırılması Departamentinə göndərilmişdir. Həmin materiallar əsasında Vergilər Nazirliyi yanında X11 Araşdırılması Departamentində külli miqdar təşkil edən 205863,84 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qərarının əsaslandırıcı hissəsindən göründüyü kimi məhkəmə tək bir hala, yəni digər iş üzrə qəbul edilmiş məhkəmə qərarına istinad etməklə, X12 verilmiş VÖEN-nin ləğv edildiyini əsas gətirərək, mübahisə ilə bağlı mahiyyəti üzrə araşdırma aparmadan, mübahisələndirilən qərar ilə bağlı cavabdeh tərəfindən təqdim edilmiş sübutları tam və hərtərəfli araşdırmadan, sübutlara qiymət vermədən, eyni zamanda həmin sübutların qəbul edilməməsi səbəblərini məhkəmə qərarında əsaslandırmadan iddia tələbini təmin etmişdir. Bununla da İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci və 58.7-ci maddələrinin tələblərini pozmuşdur. X14 tərəfindən daşınmaz əmlak təqdim edilərək gəlir əldə edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələblərinə riayət edilməmiş və həmin Məcəllənin 16.1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmişdir. Bu səbəbdən də Vergi Məcəlləsinin 33-cü maddəsinə uyğun olaraq X14 ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə (VÖEN) vergi uçotuna alınmışdır. Uçot-baza məlumatına əsasən X7 xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alındığını nəzərə alsaq, vergi qanunvericiliyinin tələbi baxımından həmin vaxtdan vergi ödəyicisi kimi hüquq və vəzifələri yaranmışdır. Eyni zamanda həmin vaxtdan fəaliyyəti zamanı yaranmış vergi öhdəlikləri üçün cavabdehlik daşıyır. X1 səyyar vergi yoxlaması onun vergi ödəyicisi kimi qeydiyyatda olduğu və həmin dövr ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrü, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrü əhatə etmiş, həmin dövr üzrə vergilərin ödənilməsindən yayındırılması aşkar edilmiş və əlavə vergi hesablanmışdır. Məhkəmə qərarın əsaslandırıcı hissəsində Vergi Məcəlləsinin 34.7.3-cü maddəsinə istinad etməsinə baxmayaraq, hazırkı mübahisə ilə bağlı gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Zamanova Könül Dağlar qızı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib və tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdırıb və iş üzrə Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında X4 xx xxxxxxx 2016-cı il tarixli, **********051712 saylı qərarı ilə X14 üzrə Vergi Məcəlləsinin 38.3.8-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətin düzgünlüyünün yoxlanılması məqsədi ilə (vergilərin və digər ödənişlərin hesablanması, tutulması və ödənilməsi) iddiaçının 2015- 2016-cı illər üzrə fəaliyyətini əhatə edən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsinə dair xx xxxxxx 2017-ci il tarixli **********51915 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Aktda qeyd edilir ki, yoxlanılan dövrdə iddiaçı Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2015-ci il tarixli sərəncamına əsasən Xətai rayonu, F.Bayramov küçəsi, ev 9 ünvanında (yeni ünvan-ünvan 2 yerləşən fərdi yaşayış evini sökərək, yerində yenidən təqdim edilmiş layihəyə uyğun olaraq, bir bloklu, 7 mərtəbəli (4.901,52 m2) yaşayış binası tikilmişdir. Tikinti başa çatdıqdan sonra iddiaçının binanı fərdi məqsədi üçün istifadə etməyərək, təqdim etdiyi müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə tikintinin ümumi sahəsini, o cümlədən yaşayış və satışa yararlı sahələrini müəyyənləşdirmək məqsədi ilə Departamentin “Mütəxəssis dəvət edilməsi haqqında” **********061098 nömrəli xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis dəvət edilmişdir. Mütəxəssis rəyinə əsasən vergi ödəyicisi tərəfindən inşa etdirilmiş binanın ümümi sahəsi 4.901,52 m2 təşkil etmişdir. Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və AZİMETİ-nin məlumatlarına əsasən yaşayış binasının tikintisi zamanı özül tavası, zirzəmi mərtəbəsi və 1-ci mərtəbənin tikinti quraşdırma işləri üçün betonun xx xxx 2015-ci il tarixdə verildiyini nəzərə alaraq, təməl qoyma işlərinin 2015-ci ilin may ayında həyata keçirildiyi müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 2015-ci ilin 2-ci rübü üçün 205.863,84 manat (4.901,520 m2 x 10 x 4.2 (Bakı şəhəri 3-cü zona)) vergi məbləği hesablanmışdır. Cavabdeh inzibati orqan tərəfindən xx xxxxxx 2017-ci il tarixli, **********51915 saylı səyyar vergi yoxlaması aktı əsasında xx xxxxxxxx 2017-ci il tarixli, **********114870 saylı “Vergi ödəyicisininin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək iddiaçıya 2015-ci il üçün mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 205.863,83 manat vergi borcu və 103.131,92 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2016-cı il tarixli qərarı ilə X5 digər tələblər ilə yanaşı xx xxxx 2015-ci il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi uçotuna alınmasının qanunsuz hesab edilməsi, ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), ƏDV uçotunun ləğvinə dair tələbi də təmin edilmişdir. Həmin tələb üzrə yekun məhkəmə aktı xx xxxx 2017-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası tərəfindən 2-1(102)- 805/17 saylı iş üzrə qəbul edilmişdir. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası xx xxxxxx 2018-ci il tarixli qərardadla izah verərək göstərmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1985/16 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında ləğv edilmiş Bakı Vergilər Departamenti tərəfindən X10 açılmış ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv edilməsi kimi başa düşülsün. Cavabdehin **********7258 saylı, xx xxxx 2018-ci tarixli “Vergi uçotunun ləğv edilməsi haqqında” bildirişindən görünür ki, iddiaçının vergi uçotu xx xxxx 2018-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. - 33.1-ci maddəsinə əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə, (...) fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. - 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. - 33.5-ci maddəsinə əsasən, bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Sadalanmış müddəaların mənasına görə, vergi nəzarətinin həyata keçirilməsi məqsədilə vergi orqanları vergi ödəyicilərini uçota almalıdırlar. Fiziki şəxslərə münasibətdə uçota alınmanın şərtləri həmin şəxslərin fərdi sahibkar və gəlirin əldə edilməsi ilə bağlı bəyannamə verməli olan rezident olmasıdır. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində məlumat verilməlidir. Bu qaydaya görə, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər vergi orqanı tərəfindən vergi nəzarətinin həyata keçirilməsi məqsədilə məcburi qaydada uçota alınırlar. Göstərilmiş qaydadan fərqli olaraq Vergi Məcəlləsinin aşağıdakı müddəalarında vergi ödəyicilərinin ərizəsi əsasında uçota alınması məsələləri tənzimlənmişdir: - 33.4-cü maddəsinə əsasən, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (...) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir; - 34.1-ci madəsinə əsasən, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (...) tərəfindən ərizə verilir. (...) Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; - 34.2-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 2 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnamə verməlidir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Sadalanmış müddəalardan isə göründüyü kimi, vergi ödəyicisinin ərizəsi əsasında vergi uçotuna alınma bir halda kağız formatda aparıldıqda vergi orqanı 2 gün müddətində vergi ödəyicisinə şəhadətnamə verməli, elektron formatda aparıldıqda isə - şəhadətnamə dərhal elektron ünvana göndərilməlidir. Qanunvericiliyin aparılmış təhlilindən göründüyü kimi, vergi ödəyicilərinin vergi uçotuna alınmasının iki qaydası nəzərdə tutulmuşdur və vergi ödəyicisinin yalnız ərizəsi əsasında vergi uçotuna alınması qanunun yuxarıda qeyd edilmiş tələblərinə uyğun deyildir. Göstərilmiş müddəaların mübahisəli məsələyə tətbiqi onunla bağlıdır ki, hətta iddiaçı vergi ödəyicisi olmadığı halda, onun cavabdeh tərəfindən vergi nəzarətinin həyata keçirilməsi məqsədilə məcburi qaydada uçota alınması vergi qanunvericiliyinin tələblərinə zidd deyidir. Bununla yanaşı, işin hallarından göründüyü kimi, iddiaçının vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv edilməsi kimi hüquqi nəticə yalnız yekun məhkəmə qərarına izah verilmiş Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası xx xxxxxx 2018-ci il tarixli qərardadından sonra cavabdehə aydın olmuş və həmin ildə VÖEN ləğv olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadından da göründüyü kimi, izahın verilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə istinad olunur ki, həmin maddəyə görə, qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vergi ödəyicisi kimi VÖENnin ləğv edilməsi əsası ilə cavabdeh tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi və onun nəticəsi olaraq qəbul edilmiş xx xxxxxxxx 2017-ci il tarixli qərarın qanunsuz hesab olunması barədə birinci instansiya məhkəməsinin apardığı hüquqi qiymətləndirmə yuxarıda göstərilmiş vergi və prosessual qanunvericiliyinin tələblərinə uyğun deyildir. Mübahisələndirilən qərarla hesablanmış vergi borcuna münasibətdə tətbiq edilməli olan normalar aşağıdakılardan ibarətdir. İşin hallarına görə iddiaçıya 2015-ci il üzrə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanmışdır. İşin hallarına uyğun olaraq zamana görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) qüvvədə olan: - 218.1.1.2-ci maddəsinə əsasən, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş verginin ödəyiciləridirlər; - 219.3-cü maddəsinə əsasən, mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla, tikilən binanın ümumi sahəsi (dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) vergitutma obyektidir; - 220.8-ci maddəsinə əsasən, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır. Habelə, tətbiq edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2007-ci il tarixli, 140 saylı qərarı ilə təsdiq edilmiş “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və ya onlarının ərazilərinin zonalar üzrə əmsalları”na və ona əlavə kimi Bakı şəhəri üzrə müəyyən edilən zonalar və onların sərhədlərinə görə, iddiaçının mənzil tikintisini həyata keçirdiyi ərazi zona 3 uyğun olaraq əmsal 4,2 kimi müəyyən edilmişdir. Sadalanmış müddəalardan göründüyü kimi, mənzil tikintisi fəaliyyətini bu və ya digər şəxs mülkiyyətində və yaxud icarəsində olan torpaq sahəsi üzərində apara bilər, lakin bu torpaq sahəsi bilavasitə mənzil tikintisi üçün ayrılmalıdır. Bu halda sadələşdirilmiş verginin ödəyicisi aşağıdakı şəxslər hesab olunur: (1) əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün bina tikdirən; (2) tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər. Bu qaydada müəyyən edilmiş vergi ödəyicilərinə münasibətdə vergitutma obyektini tikilən binanın ümumi sahəsi, o cümlədən zirzəmilər, mərtəbələr və çardaqlar təşkil edir. Vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə müvafiq əmsal tətbiq edilməklə sadələşdirilmiş vergi hesablanmalıdır. İşin hallarından göründüyü kimi, ünvan 1 ünvanında (yeni ünvan-ünvan 2 bina tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 4.901,52 kv.m olan bir bloklu, 7 mərtəbəli çoxmənzilli binanın iddiaçı tərəfindən tikintisi bilavasitə Vergi Məcəlləsinin 218.1.3-cü maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlərin yerinə yetirildiyi anlamını yaradır. Yəni həmin binanın əhalinin fərdi ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün tikilməsi nəticəyə gəlmək üçün əsas yarada bilər ki, bu əsas üzrə iddiaçı ən azından mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş vergi ödəyicisi kimi qiymətləndirilə bilər. Mübahisələndirilən qərarın vergitutma obyektinin müəyyən edilməsi və vergi məbləğinin hesablanmasına münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə hesabatın verilmədiyi hər bir tam ay üçün verginin ödənilməmiş məbləğinin 1 faizi miqdarında, lakin verginin ödənilməmiş məbləğinin 12 faizindən çox olmayan məbləğdə maliyyə sanksiyası tətbiq edilir. Hesabatın vaxtında verilməməsinə görə maliyyə sanksiyaları vergi öhdəlikləri yaranmadıqda tətbiq edilmir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Departamentin səyyar vergi yoxlamasının keçirilməsi barədə xx.xx.2016 tarixli **********051712 saylı qərarı əsasında iyun 2015-ci il tarixdən oktyabr 2016-cı il tarixədək olan dövrü üzrə X5 fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2017-ci il tarixli **********051915 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən 2014-ci il üzrə mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin 205863,84 manat azaldılması aşkar edilmişdir. Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********114870 nömrəli Qərarı ilə vergi ödəyicisinə 205863,84,00 manat vergi borcu, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 103131,92 manat və 57.1-ci maddəsinə əsasən 200 manat maliyyə sanksiyası tətbiq edilmiş və vergi ödəyicisinə büdcəyə ödənilməli olan 308995,76 manat vəsaitin 5 gün müddətində ödənilməsinə dair **********973000 nömrəli tələbnamə təqdim edilmişdir. Yoxlamanın əhatə etdiyi dövrdə vergi ödəyicisi yaşayış və qeyri-yaşayış binalarının tikintisi fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə sahibkar tərəfindən ünvan 4 ünvanında aparılmış tikinti işlərinin dəyərinin, görülmüş tikinti işlərinin tərkibində əmək tutumunun faktiki həcminin, tikintinin ümumi sahəsini, o cümlədən yaşayış, qeyri-yaşayış və satışa yararlı sahələrini müəyyənləşdirmək məqsədi ilə Departamentin “Mütəxəssis dəvət edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********061098 nömrəli və xx.xx.2017-ci il tarixli **********095270 nömrəli qərarlarına əsasən Azərbaycan Respublikası Ticarət və Sənaye və Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis dəvət edilmiş, tikilmiş binada yerinə yetirilmiş tikinti işlərinin dəyərinin, görülmüş tikinti işlərinin tərkibində sərf edilən əmək tutumunun və tikilmiş binanın ümumi sahəsinin müəyyənləşdirilməsi barədə mütəxəssis rəyi alınmışdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisinin Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin öhdəliyi yaranmışdır. Belə ki, sahibkar Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 05 nömrəli sərəncamına əsasən ünvan 4 ünvanda (təzə ünvan - ünvan 2 yerləşən fərdi yaşayış evinin sökülərək, yerində yenidən təqdim olunmuş layihəyə uyğun olaraq tikdirilmiş binadan fərdi yaşayış məqsədi üçün istifadə etməyərək, təqdim etmişdir. Mütəxəssis rəyinə əsasən vergi ödəyicisi tərəfindən inşa etdirilmiş binanın ümumi sahəsi 4901.52 kv.m. təşkil etmişdir. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin xx.xx.2016-cı il tarixli **********923152 nömrəli SVY aktı ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və AZİMETİ-nin məlumatlarına əsasən yaşayış binasının tikintisi zamanı özül tavası, zirzəmi mərtəbəsi və 1-ci mərtəbənin tikinti quraşdırma işləri üçün betonun xx.xx.2015-ci il tarixdə verildiyini nəzərə alaraq, təməl qoyma işlərinin 2015-ci ilin may ayında həyata keçirildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin xx.xx.2016-cı ilədək qüvvədə olmuş 219.1.2-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla tikilən binanın ümumi sahəsi (dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) vergitutma obyektidir. Vergi Məcəlləsinin xx.xx.2016-cı ilədək qüvvədə olmuş 220.8-ci maddəsinə əsasən Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi Məcəllənin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadratmetri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır. Beləliklə, vergi ödəyicisinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş vergi”nin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”na əsasən yoxlama ilə Mənzil titkintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 2015-ci ilin 2-ci rübü üçün 205863.84 manat (4901.52 kv.m x 10 x 4.2 (Bakı şəhəri 3-cü zona)) vergi məbləği, həmçinin 103.131,92 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. İddiaçı mübahisələndirdiyi qərarın əsassız olması ilə bağlı hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi üşün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-1(81)-237/2018 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-1(81)- 237/2018 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar