Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1003/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehə və üçüncü şəxs “xxxx” MMC-nə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-7250/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı MMC cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının 356 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən “xxxx” MMC 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-7250/2020 saylı inzibati işə baxılıb qurtarana qədər cavabdeh Bakı şəhəri Cavabdehə, 3-cü şəxs “xxxx” MMC-yə və digər şəxslərə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən ərazidə yaşayış və qeyri-yaşayış binaların sökülməsi, mülkiyyətçilərlə müqavilələrin bağlanması, ərazinin hasarlanması, hər hansı tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-7250/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir (hakim F.Mədətli). Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir. İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, xx xxxxxx 2016-cı il tarixli “Bakı Şəhər Nərimanov rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə” qərarını rəhbər tutaraq, Bakı Şəhər Cavabdeh Başçısının 296 saylı, xx xxxx 2018-ci il tarixli “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsini və yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 4,44 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Daha sonra, Cavabdehin 356 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə verilmiş 296 saylı xx.xx.2018-ci il tarixli sərəncam MMC-yə xəbərdarlıq etmədən ləğv edilmiş, ərazi sərəncamla “xxxx” MMC-yə ayrılmışdır. Hal-hazırda, “xxxx” MMC sakinlərin köçürülməsinə, ərazini hasara almağa və ərazidə yerləşən yaşayış və qeyriyaşayış sahələrinin sökülməsi işlərinə başlanmışdır. Beləliklə, bu vəziyyətdə iddiaçı olaraq hüquqların qorunması, məhkəmə tərəfindən iddianın təmin ediləcəyi təqdirdə, iddianın icrası mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi açıq-aşkardır. Məhkəmə öz qərardadında göstərir ki, 3-cü şəxs və digər şəxslər tərəfindən ərazidə yaşayış və qeyriyaşayış binaların sökülməsi, mülkiyyətçilərlə müqavilələrin bağlanması, ərazinin hasarlanması, hər hansı tikiniti işlərinin aparılması qadağan edilməməsi, bununla da mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağına və ya xeyli dərəcədə çətinləşməsinə səbəb olmayacaqdır. İddiaçı şikayətində hesab etmişdir ki, məhkəmə yanlış bir nəticəyə gəlmişdir. Belə ki, ərazidə hal-hazırda 3-cü şəxs və digər şəxslər tərəfindən yaşayış və qeyri- yaşayış binaların sökülməsi işləri aparılır, yəni hüquqlarımız bərpa edildiyi təqdirdə yeni mübahisə yarana biləcəyi, tərəflərin çəkdiyi xərclər və digər məsələrlə bağlı iddialar irəli sürmək ehtimalları mümkündür, hüquqlarımızın qorunması xeyli çətinləşdirəcəkdir. İddiaçı şikayətində Bakı İnzibati Məhkəməsinin müvəqqəti xarakterli müdafiəyə dair ərizənin rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməsi və ərizəmizin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi X3 apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC və cavabdeh Bakı şəhəri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli, 296 nömrəli sərəncamı ilə Nərimanov rayonu, Təbriz, İ.Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsi ünvanında mövcud qəzalı binaların sökülməsi, yerində hündürmərtəbəli çoxmənzilli binaların tikintisi məqsədilə 4,44 ha torpaq sahəsi İddiaçı MMC-yə ayrılmışdır. Uzun müddət keçməsinə baxmayaraq, İddiaçı MMC tərəfindən müvafiq sənədləşdirmə işləri başa çatdırılmadığı, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq əhalinin köçürülməsi və ərazinin hasarlanaraq tikintiyə hazırlıq işlərinə başlanılmadığı, eləcə də nəzərdə tutulan tikintiyə dair layihə sənədləri mövcud şəhərsalma normalarına və prinsiplərinə uyğun hazırlanmadığı əsası ilə Cavabdehin xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamı ilə İddiaçı MMC-yə dair sərəncam qüvvədən düşmüşdür. İddiaçı inzibati mübahisə üzrə Cavabdehin xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamını mübahisələndirir. Həmçinin ayrılmış ərazidə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikintiyə hazırlıq işlərinin başlandığı əsas gətirərək, inzibati işə baxılıb qurtarana qədər cavabdeh Bakı şəhəri Cavabdehə, 3-cü şəxs “xxxx” MMC-yə və digər şəxslərə Bakı şəhəri, Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən ərazidə yaşayış və qeyri-yaşayış binaların sökülməsi, mülkiyyətçilərlə müqavilələrin bağlanması, ərazinin hasarlanması, hər hansı tikinti işlərinin aparılması qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqli şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Prosessual qanunvericiliyin tələbinə görə müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olması, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən: 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri institutu qanunvericilikdə tərəflərin istənilən məsələ ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsini deyil, gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədini daşımaqla, müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməməli olmasını təzahür etdirir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, rayon icra hakimiyyəti tərəfindən iddiaçı barəsində verilmiş sərəncam da Nərimanov rayonu, Təbriz, İ.Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsi ünvanında mövcud qəzalı binaların sökülməsi, yerində hündürmərtəbəli çoxmənzilli binaların tikintisi ilə bağlı verilmişdir. Ərizədə göstərilən hərəkətlərin olunması, yəni Bakı şəhəri Cavabdehə, 3-cü şəxs “xxxx” MMC-yə və digər şəxslərə Bakı şəhəri, Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən ərazidə yaşayış və qeyri-yaşayış binaların sökülməsi, mülkiyyətçilərlə müqavilələrin bağlanması, ərazinin hasarlanması, hər hansı tikinti işlərinin aparılması qadağan edilməməsi, bununla da mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağına və ya xeyli dərəcədə çətinləşməsinə səbəb olmayacaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-7250/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1003/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1003/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver