Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1003/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4720/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək pensiya hüququnun yarandığı 57 yaşından, yəni 08.04.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 27.10.2021-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək, “onun pensiya hüququnun yarandığı 57 yaşından, yəni 08.04.2017-ci il tarixdən, müraciət etdiyi vaxtdan əvvəlki son 3 illik dövr üçün hesablanmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmə qərardadı ilə iddia tələbinin həcminin artırılması (dəqiqləşdirilməsi) ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla əmək fəaliyyətinə 1978-ci ildə başlamış və hal-hazıradək əmək fəaliyyətini davam etdirir. Onun 57 yaşının tamam olduğu vaxtadək 25 ildən çox ümumi stajı olmuş, həmçinin 12 il 6 aydan artıq güzəştli sahədə iş stajı olmuşdur. Belə ki, iddiaçı 20.03.1989-cu ildən (əmr № 42) - 09.11.1995-ci ilədək (əmr № 54) 11 №li X2, 03.06.1996-cı ildən (11 №li əmr) 03.11.1999-cu ildək (05 №li əmr) 32 saylı Təmir Tikinti X2, 18.06.2013-cü ildən 01.10.2015-ci ilədək "xxxx" ASC-nin Sənaye Tikinti və İstehsal İdarəsinin müxtəlif tikinti sahələrində, 09.10.2015-ci ildən 07.09.2016-cı ilədək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3 nömrəli Yol İstismarı MMC-də iş icraçısı vəzifələrində işləmişdir. Zərərli sahədə işləməsinə dair güzəştli arayışlar da təqdim edilmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, iddiaçının 20.03.1989-09.11.1995-ci il tarixləri arasındakı dövr ərzində Şabran rayonu “11 nömrəli SMD”-də iş icraçısı işləməsi ilə bağlı əmək kitabçasındakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan onun güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də inzibati orqan qanunvericiliyə əsaslanaraq haqlı olaraq pensiya təyinatından imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4720/2021 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçının pensiya hüququ 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən yaranmışdır. Belə ki, iddiaçının 57 yaşı tamam olan tarixə- 08.04.2017-ci ilə 25 ildən çox ümumi stajı (37 il 02 ay 08 gün) və 12 il 6 aydan çox ( 13 il 03 ay 06 gün) iş icraçısı vəzifəsində güzəştli iş stajı olmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə (20.03.1989-09.11.1995-ci il tarixləri arasındakı dövr ərzində Şabran rayonu “11 nömrəli SMD”-də iş icraçısı işlədiyi dövr) araşdırma aparılmış, müəssisənin mövcudluğu müəyyən edilmiş, həmçinin, iddiaçının əmək kitabçasının təsdiq edilmiş surəti ilə yanaşı işə daxil olma və işdən çıxma əmrlərinin qeydiyyatının aparıldığı əmr kitabının surəti iş materiallarına əlavə edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim olunan ИT-İ ******* nömrəli əmək kitabçasında və 11 saylı Kənd Tikinti Trestinin ona dair 5 iyun 2020-ci il tarixli 11 nömrəli arayışında 20.03.1989-09.11.1995-ci il tarixləri arasındakı dövr ərzində Şabran rayonu “11 nömrəli SMD”-də iş iraçısı işlədiyi qeyd edilmişdir. Mərkəzi Filial tərəfindən qeyd edilən əmək stajı və həmin dövr üçün adıçəkilən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Sorğuya əsasən daxil olmuş müvafiq cavab məktubunda 1989-1995-ci illər üzrə sığorta stajının yoxlanılması zamanı müəssisə tərəfindən əmr kitabının təqdim edilmədiyi qeyd edilmişdir. Eyni zamanda 11 saylı Kənd Tikinti Trestinin direktoru A.Ü.Mütəllimov əmək stajının dəqiqləşdirilməsi zamanı əmr kitabını təqdim etməyərək tərtib edilmiş Akt imzalamaqdan imtina etmişdir. Buna görə də qeyd olunan dövrləri əmək kitabçasına daxil etmək mümkün olmadığından İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az ( 6 il 7 ay 11 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçının tələbi pensiya hüququ yarandığı 57 yaşından yəni 08.04.2017-ci il tarixdən, müraciət etdiyi vaxtdan əvvəlki son 3 illik dövr üçün hesablanmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İnzibati orqanın imtina, etiraz və apellyasiya şikayətindəki dəlillərin əsasını iddiaçının “11 nömrəli SMD”-da iş icraçısı kimi işlədiyi 20.03.1989-09.11.1995-ci il tarixləri arasındakı dövrlərin əmək stajına daxil etməyin mümkün olmaması səbəbindən iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az ( 6 il 7 ay 11 gün) təşkil etməsi ilə bağlıdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. 01.07.2017-ci il tarixədək qüvvədə olan Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 01.01.2017-ci il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, yuxarıda sadalanan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçının xx.xx.1960-cı il təvəllüdlü olmaqla 57 yaşı 08.04.2017-ci il tarixdə tamamlamışdır. Həmçinin, iddiaçının 01.07.2017-ci il tarixədək 25 il ümumi iş stajı toplaması nə inzibati icraat zamanı, nə birinci instansiya məhkəməsində araşdırma zamanı, nə də ki apellyasiya icraatında mübahisələndirilməmişdir. Belə ki, iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 07.09.1978-ci ildə Qusar rayonu M.Vəliyev adına sovxozun təsərrüfat briqadasına fəhlə qəbul edilmiş, 04.04.1979-cu ildə hərbi xidmətə görə işdən azad edilmiş, 11.08.1981ci ildə sovzoun təsərrrüfatına fəhlə qəbul edilmiş, 09.09.1981-ci ildə sovxozdan azad edilmişdir. 29.09.1981-ci ildə “Sənayetikintimexanizasiya” tr. 1 nömrəli Mexanizasiya Xüsusi idarəsində tikinti məntəqəsinə 2-ci dərəcəli fəhlə təyin edilmiş, 01.09.1983-cü ildə işdən azad edilmişdir. 05.03.1984-cü ildə Azərbaycan SSR STN 4 nömrəli trestin 48 nömrəli tikinti idarəsində birinci dərəcəli fəhlə təyin edilmiş, 25.10.1985-ci ildə işdən azad edilmişdir. 11.11.1985-ci ildə Nəsimi rayonu Xalq Deputatları soveti İcraiyyə Komitəsi Nəsimi rayon Daxili işlər şöbəsi yanında İdarədənkənar Mühafizə şöbəsinə gözətçi təyin edilmiş, 07.06.1986-cı ildə işdən azad edilmişdir. 24.09.1986-cı ildə Nəsimi rayonu Xalq Deputatları soveti İcraiyyə Komitəsi Nəsimi rayon Daxili işlər şöbəsi yanında İdarədənkənar Mühafizə şöbəsinə gözətçi təyin edilmiş, 20.06.1988-ci ildə işdən azad edilmişdir. 25.08.1983-cü ildə AİMİ-nin İF-nin gündüz şöbəsinin tələbələri sırasına daxil olmuş, 18.07.1988-ci ildə institutu bitirmişdir. 10.08.1988-ci ildə “Aqrosənayetikinti” tr. KSMK-11 usta qəbul edilmiş, 20.03.1989-cu ildə iş icraçısı vəzifəsinə keçirilmişdir. 11.07.1989-cu ildə Trestin 27.04.1989-cu il tarixli 1 nömrəli əmri ilə AZ. SSR “Dövləttikintisənaye birliyi”nin Aqrosənayetikinti 1 trestinin KSMK-11-i 11 saylı SMD adlandırılmışdır. 09.11.1995-ci ildə işdən azad edilmişdir. 03.06.1996-cı ildə 32 saylı Təmir Tikinti X2 iş icraçısı vəzifəsinə işə qəbul edilmiş, 03.11.1999-cu ildə işdən azad edilmişdir. 19.11.1999-cu ildə Dəvəçi Təmir-Tikinti sahəsinə rəis vəzifəsinə təyin edilmiş, 08.05.2001ci ildə “Azkommun sənaye təmir tikinti” İSB-nin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar sənaye müəssisələri idarəsinin tabeçiliyinə verilmişdir. 25.07.2001-ci ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 26.07.2001-ci il tarixli 65-k saylı əmrinə əsasən 25.07.2001-ci il tarixdən Sənaye müəssisələri idarəsi Sənaye müəssisələri və təmir-tikinti birliyi adlandırılmışdır. 07.10.2002-ci ildə işdən azad edilmişdir. 03.12.2002ci ildə “Dəvəçi broyler” açıq tipli səhmdar cəmiyyətində mühəndis xidmətinə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, 17.05.2005-ci ildə mühəndis xidmətində tikinti üzrə mühəndis vəzifəsinə keçirilmiş, 01.04.2006-cı ildə İstehsalat departamentinin təmir-tikinti sahəsinə rəsi vəzifəsinə təyin edilmiş, 08.02.2011-ci ildə işdən azad edilmişdir. 08.03.2011-ci ildə "xxxx" MMC-yə sahə rəisi vəzifəsinə işə qəbul edilmiş, 30.05.2013-cü ildə işdən azad edilmişdir. 18.06.2013-cü ildə "xxxx" ASC Sənaye Tikinti və İstehsalat İdarəsinin Yarımstansiyaların tikintisi sahəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə təyin edilmiş, 17.07.2013-cü ildə Böyük Şor Tikinti sahəsinə 10-cu dərəcəli iş icraçısı keçirilmiş, 03.02.2014-cü ildə 1 nömrəli Tikinti idarəsi adlandırılmış, 01.05.2014-cü ildə Oğuz KSESin tikinti sahəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə keçirilmiş, 03.11.2014-cü ildə Oğuz 1, 2, 3 KSES-in Tikinti sahəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə keçirilmiş, 05.01.2015- ci ildə KSES TL-nə 10-cu dərəcəli iş icraçısı keçirilmiş, 01.10.2015-ci ildə işdən azad edilmişdir. 09.10.2015-ci ildə 87 saylı Yol İstismarı MMC-yə iş icraçısı vəzifəsinə qəbul edilmiş, 07.09.2016-cı ildə işdən azad edilmişdir. 07.09.2016-cı ildə "xxxx" ASC "xxxx" MMC-yə baş mühəndis vəzifəsinə təyin edilmiş, 13.02.2018-ci ildə baş mühəndis vəzifəsinə təyin edilmişdir H3 № ******* saylı hərbi biletin surətinə əsasən İddiaçı 28.06.1979-cu il tarixdə hərbi xidmətə qəbul edilmiş, 26.06.1981-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. PB № 022842 saylı, 21.07.1988-ci il tarixli diplomun surətinə əsasən İddiaçı 01.09.1983-cü ildən 30.06.1988-ci ilədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda sənaye və mülki tikinti ixtisası üzrə təhsil almışdır Göründüyü kimi, iddiaçının ümumi iş stajına aid dövrlərindən təhsil müddəti ilə üst-üstə düşən əmək fəaliyyəti dövrləri çıxdıqda iddiaçının 08.04.2017-ci il tarixədək 25 ildən çox (37 il 02 ay 08 gün) ümumi iş stajı topladığı müəyyən olunur. İnzibati işin mübahisələndirilən halı, həmçinin apellyasiya şikayətinin dəlili onunla bağlıdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajını toplamamışdır. İddiaçı 12 il 6 aydan artıq iş icraçısı vəzifəsində işlədiyini iddia edərək iş yerlərindən arayışlar təqdim etmişdir. Cavabdehin mübahisələndirdiyi dövr iddiaçının 20.03.1989-09.11.1995-ci illərdə Şabran rayon “11 nömrəli SMD”-də iş icraçısı işlədiyi dövrdür. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu dəlilini əsassız sayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində b) mütəxəssislər: iş icraçıları zərərli peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir İddiaçı tərəfindən onun 08.04.2017-ci il tarixədək zərərli sahədə çalışmasına dair arayışlar təqdim edilmiş, həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı kifayət qədər araşdırma aparılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırmışdır: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 3 nömrəli Yol İstismarı MMC-nin 27.11.2019-cu il tarixli, 152 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötəri ki, o, həqiqətən 09.10.2015-07.09.2016-cı illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3 nömrəli X10 Məsuliyyətli Cəmiyyətdə İş icraçısı vəzifəsində işləmişdir. 23.01.2007-ci il tarixli 12 saylı Qərarına əsasən güzəştli pensiya hüququna malikdir. Güzəştli şərtlərlə iş stajı 11 (on bir) ay təşkil edir. "xxxx" ASC-nin 14.05.2020-ci il tarixli, 01-7p/197 nömrəli işin xarakteri haqqında arayışda qeyd olunmuşdur ki, verilir 1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən 18.06.2013-cü ildə (əmr № 68/18-kş, 21.06.2013-cü il) "xxxx" ASC-nin Sənaye Tikinti və İstehsal İdarəsinin Yarımstansiyaların tikintisi sahəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə qəbul edilib, 17.07.2013-cü ildə (əmr № 92/18-kş, 17.07.2013-cü il) Böyükşor tikinti sahəsinə 10- cu dərəcəli iş icraçısı vəzifəsinə keçirilib, 03.11.2014-cü ildə (əmr № 121/18kş, 03.11.2014-cü il) vəzifə və dərəcəsi saxlanılmaqla “Oğuz 1, 2, 3, KSES”-in tikinti sahəsinə keçirilib, 05.01.2015-ci ildə (əmr № 03/18-irş, 05.01.2015-ci il ) KSES Tikinti Layihəsinə 10- cu dərəcəli iş icraçısı vəzifəsinə keçirilib və 01.10.2015-ci ildə (əmr № 13/33-irş, 01.10.2015-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. Göstərilən vəzifə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”ni nəzərdə tutan 29-cu fəslinə əsasən bilavasitə zərərli sahələr hesab edilir və “Tikinti və quraşdırma işləri”- nə uyğun olduğu üçün zərərli əmək şəraitində işləyən vəzifələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 02 il, 03 ay, 13 gün təşkil edir. 32 saylı Təmir Tikinti X1 08.05.2020-ci il tarixli, 03 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir 1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən 32 saylı Təmir Tikinti X2 03.06.1996 Əmr № 11 ilə iş içracısı vəzifəsinə işə qəbul edilmişdir. 03.11.1999cu il Əmr № 05 ilə iş icraçısı vəzifəsindən (işçinin təşəbbüsü ilə) azad edilmişdir. Göstərilən vəzifə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarının “Bina və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”ni nəzərdə tutan 29-cu fəslinə əsasən bilavasitə zərərli sahələr hesab edilir və “Tikinti və quraşdıma işləri”nə uyğun olduğu üçün zərərli əmək şəraitində işləyən vəzifələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna malikdir. Güzəştli şərtlərlə iş stajı: 3 il (üç) il 08 (səkkiz) ay təşkil edir. 11 saylı X1 05.06.2020-ci il tarixli, 11 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir 1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən 20.03.1989-cu ildən (Əmr № 42, 27.08.1989) - 09.11.1995-ci ilədək (Əmr № 54, 09.11.1995) 11 №-li X2 İş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. Göstərilən vəzifə, Azerbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarının “Bina və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı bərpası və təmiri”ni nəzərdə tutan 29-cu fəslinə əsasən bilavasitə zərərli sahələr hesab edilir və “Tikinti və quraşdırma işləri”-nə uyğun olduğu üçün zərərli əmək şəraitində işləyən vəzifələr hesab edildiyindən, güzəştli şətlərlə yaşa görə əmək pensiya hüququ verir. Güzəştli pensiya üçün stajı: 6 (altı) il 08 (səkkiz) ay təşkil edir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Şabran rayon 11 saylı Kəndtikinti trestindən 29.04.2021-ci il tarixli poçt zərfi ilə məhkəməyə daxil olmuş “Azərkəndtikinti ATSC 11 saylı” Kəndtikinti Trestinin 16 aprel 2021-ci il tarixli, 02 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir 1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən 13 dekabr 1988-ci ildən (əmr № 132 13 dekabr 1988-ci il) tikinti ustası, 20 mart 1989-cu ildən (əmr № 42 27 mart 1989-cu il) 01 noyabr 1995-ci ilədək (əmr № 51 01 noyabr 1995-ci il) 11 №-li X2 iş icraçısı vəzifəsində işləmişdir və öz ərizəsinə əsasən (işçinin təşəbbüsü ilə) işdən azad edilmişdir. DSMF-nin Şabran rayon xidmət nümayəndəliyinin baş mütəxəssisi X5 və mütəxəssisi X3, 11 saylı Kənd Tikinti Trestinin direktoru A.Ü.Mütəllimovun iştirakı ilə tərtib edilmiş 18 noyabr 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, bu aktı tərtib edirlər ondan ötrü ki, İddiaçı 1989-1995-ci illər sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxladılar. Yoxlama zamanı müəyyən edildi ki, vətəndaş İddiaçı adına 11 saylı Kənd Tikinti Tresti tərəfindən verilmiş 05 iyun 2020-ci il tarixli 11 nömrəli arayışda qeyd olunmuş 1989- 1995-ci illəri əhatə edən sığorta stajının yoxlanılması zamanı idarə tərəfindən əmrlər kitabları təqdim edilmədiyinə görə qarşılıqlı üzləşmə mümkün olmadı. 11 saylı Kənd Tikinti Trestinin direktoru A.Ü.Mütəllimov imza etməkdən imtina etmişdir. DSMF-nin Şabran rayon xidmət nümayəndəliyinin baş mütəxəssisi X5 və mütəxəssisi X3, 32 saylı Təmir Tikinti SMD-nin drektoru N.Q.Mehdiyevin iştirakı ilə tərtib edilmiş 18.11.2020-ci il tarixli aktda qeyd edilmişdir ki, bu aktı tərtib edirlər ondan ötrü ki, İddiaçı 03.06.1996-03.04.1999-cu illər sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxladılar. Yoxlama zamanı müəyyən edildi ki, vətəndaş İddiaçı 32 saylı TTSM Dəstəyə 03.06.1996-cı il tarixli 11 nömrəli əmrlə iş icraçısı vəzifəsinə işə qəbul edilmiş, 03.11.1999-cu il tarixli 5 nömrəli əmrlə iş icraçısı vəzifəsindən azad edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin 23.06.2021-ci il tarixli, **********211400 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" Dövlət Şirkətinin 11 saylı “Kəndtikinti” tresti "xxxx" Dövlət Şirkətinin 25.12.1991-cı il tarixli 425 saylı əmri ilə yaradılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən 15.08.1997-ci il tarixli 42 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisinin uçot baza məlumatlarında fəaliyyəti vergi uçotuna alındığı tarixdən aktivdir. Vergi orqanına ödəyicisinin dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında müraciəti daxil olmamışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11.08.2021-ci il tarixli, **********01 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində mövcud olan informasiya bazasında müraciətdə qeyd olunan müəssisələr barədə hər hansı bir məlumat aşkar olunmadı. Eyni zamanda müraciətdə qeyd olunan 11 saylı Kəndtikinti Tresti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin struktur vahididir və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır. Birinci instansiya məhkəməsində iş üzrə araşdırma zamanı inzibati iş materiallarına əlavə edilmiş əmrlər kitabından çıxarışdan görünür ki, “Aqrosənayetikinti” trestinin DMQK- 11 üzrə 13.12.1988-ci il tarixli, 132 nömrəli əmrinə əsasən ali, orta ixtisas təhsilli müəssisələrini bitirən gənc mütəxəssislərə mükafatların paylanması barədə Mərkəzi İcraiyyə Komitəsinin və SSRİ X4 23/Xİ 1931-ci il tarixli 23/937 saylı fərmanına və SSRİ Ali və Orta Təhsil Nazirliyinin 1/Vİ 1960-cı il tarixli 325 nömrəli əmrinin əlavəsinin 226-cı səhifəsinə uyğun olaraq İnşaat institutunu bitirmiş İddiaçı 1107 nömrəli 10/Vİİİ 1988-ci il tarixli göndərişlə Aqrosənayeyə işə göndərilmişdir. 1 nömrəli AİT DMQK-də aylıq 160 rubl akladla inşaat ustası vəzifəsinə təyin edilmişdir. “Aqrosənayetikinti” tresti DMQK-11 üzrə 27.03.1989-cu il tarixli 42 nömrəli əmrinə əsasən İddiaçı inşaat ustası 20.03.1989-cu il tarixdən ştat cədvəlinə uyğun olaraq 190 rubl okladı olmaqla prorab vəzifəsinə keçirilmiş, “AqST” tr. 11 SMD-11 üzrə 01.11.1995-ci il tarixli 51 nömrəli əmr ilə işdən azad edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı təqdim edilmiş əmək kitabçasında iddiaçının “Aqrosənayetikinti” tr. KSMK11 müəssisəsində 42 nömrəli əmr ilə 20.03.1989-cu ildə iş icraçısı vəzifəsinə qəbul edildiyi, 09.11.1995-ci il tarixli 54 nömrəli əmr ilə 09.11.1995-ci ildə həmin vəzifədən azad olunduğu qeyd edilmiş, qeydlər Kadrlar şöbəsinin baş müəfttişi Babayeva İ.T tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. Əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliliyinə şübhə ediləcək hallara rast gəlinməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı “Aqrosənayetikinti” Trestinin 11 saylı səyyar mexanikləşdirilmiş dəstə ilə bağlı əmrlər kitabından çıxarışlar təqdim edilmişdir. Qeyd edilən əmrlər kitabından çıxarışlarda müxtəlif şəxslərin həmin müəssisədə əmək faəliyyəti ilə bağlı əmrlər, o cümlədən İddiaçı aid əmrlərin nömrə və tarixləri göstərilmiş, əmrlərin qeyd edilmə ardıcılığı pozulmamışdır. Əmrlər kitabından çıxarışlarda İddiaçı “Aqrosənayetikinti” tresti DMQK-11 üzrə 27.03.1989-cu il tarixli 42 nömrəli əmrlə prorab vəzifəsinə keçirildiyi, 01.11.1995-ci il tarixdən vəzifədən azad olunduğu qeyd edilmişdir. İddiaçının əmək kitabçasında qeyd edilmiş vəzifələri ilə əmrlər kitabından çıxarışda qeyd edilmiş vəzifələr uyğundur. Bundan əlavə, Məhkəmə kollegiyası bildirir ki, iddiaçının mübahisələndirilən dövrdə işlədiyi müəssisə ilə bağlı birinci instansiya məhkəməsi ətraflı araşdırma apararaq haqlı olaraq qeyd etmişdir ki, "xxxx" Dövlət Şirkətinin 11 saylı “Kəndtikinti” tresti "xxxx" Dövlət Şirkətinin 25.12.1991-cı il tarixli 425 saylı əmri ilə yaradılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən 15.08.1997-ci il tarixli 42 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. 11 saylı Kəndtikinti Trestinin "xxxx" ASC-nin struktur vahidi olub, cəmiyyətin özəlləşməsi başa çatmışdır. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən işləmiş olduğu Aqrosənayetikinti trestinin KSMK 11-ci 27.04.1989-cu ildən 11 saylı X8 adlandırılmış, daha sonra "xxxx" Dövlət Şirkəti 11 saylı “Kəndtikinti” tresti 25.12.1991-ci ildə "xxxx" Dövlət Şirkətinin struktur vahidi kimi yaradılmış, "xxxx" Dövlət Şirkəti özəlləşərək "xxxx" ASC-yə çevrilmiş və 11 saylı Kəndtikinti Tresti Səhmdar cəmiyyətin struktur vahidi kimi qalmışdır. Beləliklə, iddiaçının əmək kitabçası və təqdim olunmuş iş yerlərindən arayışlara əsasən müəyyən edilir ki, o, Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinə uyğun sahələrdə 20.03.1989-cı ildən 09.11.1995-ci ilədək 06 il 07 ay 21 gün; 03.06.1996-cı ildən 03.11.1999-cu ilədək 03 il 05 ay 01 gün; 18.06.2013-cü ildən 01.10.2015-ci ilədək 02 il 03 ay 14 gün, 09.10.2015-ci ildən 07.09.2016-cı ilədək 11 ay ümumilikdə 13 il 03 ay 06 gün - iş icraçısı kimi güzəştli iş stajına malik olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində həmçinin, pensiya təyin olunması üçün inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki son 3 illik dövr üzrə pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissəni təmin etmiş olsa da, iddiaçının inzibati orqana müraciət tarixini dəqiqləşdirməmişdir. Bununla bağlı olaraq Məhkəmə kollegiyası araşdırma apararaq qeyd edir ki, iddiaçının müraciət ərizəsindən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə 11.05.2020-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 11.05.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4720/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarı iddiaçının pensiya təyini üzrə müraciət tarixi 11.05.2020-ci il tarixdən göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4720/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarı "pensiya təyini üçün müraciət tarixi 11.05.2020-ci il tarixdən" qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rafael Eyvazov Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1003/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1003/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver