Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1003/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə qarşı (üçüncü şəxslər X9 və X12) “qərarın ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7848/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 17 noyabr 2005-ci il tarixli, 1778/1 saylı sərəncamına əsasən ona fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0.09 ha torpaq sahəsinə dair sərəncamın ləğv edilməsi barədə Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarının qanunsuz olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında 900 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin pulunu Cavabdeh hesabına ödədikdən sonra onunla alqı-satqı müqaviləsi bağlanmış və torpağın ayrılmasına dair sahənin planı (cizgisi) tərtib edilərək ona verilmişdir. Bundan sonra həmin torpaq sahəsini daş hasara alaraq müəyyən abadlıq işləri görmüş və giriş-çıxış qapısı qoymuşdur. Torpaq sahəsində tikinti-abadlıq işləri apararkən heç kəs ona bir söz deməmiş və o da öz işlərini görmüşdür. Lakin 2021-ci ilin may ayında vətəndaş X10 ona və Cavabdehnə qarşı özbaşına tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Binəqədi Rayon Məhkəməsi tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra 04 noyabr 2021-ci il tarixli e-2(001)-4535/2021 saylı qətnamə ilə onun iddiası rədd edilmişdir. Bundan narazı qalan X10 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və onun apellyasiya şikayəti 26 yanvar 2022-ci il tarixli 2(103)- 1152/2022 saylı qətnamə ilə təmin edilməmiş və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Onun qanuni istifadəsində olan torpaq sahəsini bir qrup “maklerlər” ələ keçirmək istəyirlər və bu şəxslərə də Cavabdeh müəyyən vəzifəli şəxsləri havadarlıq edirlər. Belə ki, Cavabdeh sədrinin səlahiyyətlərini icra edən Rəşad İsayevin və həmin Bələdiyyənin hüquqşünası Natiq Kazımovun birgə imzaladıqları və Binəqədi Rayon Məhkəməsinə ünvanladıqları 09 iyul 2021-ci il tarixli 01-13/M-347 saylı məktubdan görünür ki, bu şəxslər özlərinin verdikləri qanuni sənədləri “hansısa maraqlar” səbəbilə şübhə altına almağa çalışırlar. Məktubda qeyd edilir ki, Cavabdeh arxivində 1778/1 saylı sərəncam aşkar olunmuş, lakin alqı-satqı müqaviləsi bağlanmadığı üçün sərəncam yarımçıq saxlanılmış və guya ona torpaq sahəsi ayrılmamışdır. İddiaçı torpaq sahəsinin ayrılması barədə Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarını, torpaqların alqı-satqısına dair Aktı, torpağın dəyərinin ödənilməsi barədə pulun qəbzini, torpağın planını (cizgisini), 06 sentyabr 2019-cu il tarixli 876 saylı Cavabdeh arayışını və torpaq vergisinin ödənilməsi barədə qəbzin surətini Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. İş məhkəmədə araşdırılan zaman Cavabdeh sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Rəşad İsayev öz səlahiyyətlərini aşaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X5 11 yanvar 2022-ci il tarixli 09/M-2578 saylı Cavabdehnə ünvanladığı qanunsuz tövsiyə məktubunu araşdırmaq adı altında ona ayrılmış torpaq sahəsinə dair Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı sərəncamını 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı ilə ləğv etmişdir. Bələdiyyə tərəfindən sözügedən qərar qəbul edilərkən heç bir əsaslı araşdırma aparılmamış, sadəcə özlərinin formal mülahizələrinə əsaslanmaqla belə bir qərar qəbul etmişlər. Əgər məktubda qaldırılan məsələ obyektiv araşdırılsaydı, onda iddiaçı da dəvət olunmalı və onda olan sənədlərə münasibət bildirilməli idi. Bu hal qərarın özündən də açıq-aydın görünür. Belə ki, qəbul edilmiş qərarın nəticə hissəsində qeyd edilir ki, onun adına rəsmiləşdirilmiş 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı sərəncam “etibarsız edilərək ləğv” edilmişdir. Qərarda göstərilən bu ifadə bir daha sübut etməyə əsas verir ki, bələdiyyə işi dərindən araşdırmamış, real olmayan əsaslar göstərməklə sərəncamın qanunsuzluğunu izah etməyə çalışmışdır. Cavabdeh özü məhkəmədə cavabdeh olduğu və iş məhkəmədə araşdırıldığı halda belə qanunsuz qərar qəbul etmişdir. X5 qeyd olunan hadisə ilə bağlı belə bir tövsiyə məktubu yazması və Binəqədi rayonu Cavabdeh 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı inzibati hüququn təməl prinsiplərinə, həmçinin dövlət hakimiyyətinin məqsədlərinə və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun normalarına zidd olaraq verilmişdir. Belə ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.2-ci maddəsində göstərilmişdir ki, hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti inzibati nəzarət icraatının başlanması üçün əsasdır. Qeyd olunan Qanunun 7.1-ci maddəsinin tələbinə görə, hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin müraciəti ərizəçinin hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində verilə bilər. Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsində və Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qətnaməsində X4 həmin torpaq sahəsinə heç bir subyektiv hüququnun olmaması qət edilmişdir. Belə olan halda, X4 “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.2-ci maddəsində göstərilən hüquqlarının pozulması halı mövcud deyildir. Lakin buna baxmayaraq Pərvanə Məmmədovanın əsassız müraciətinə X11 tərəfindən baxılmış, həmin qurum tərəfindən verilən qanunsuz tövsiyə məktubu əsasında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair Binəqədi rayon Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarı Bələdiyyənin 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı ilə ləğv edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsində göstərilmişdir ki, hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ziyan vura bilərsə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq bələdiyyəyə dərhal həmin aktın ləğv edilməsini (dəyişdirilməsini) və ya həmin fəaliyyətə xitam verilməsini təklif edir. Bu təklif 3 iş günü müddətində yerinə yetirilmədikdə, inzibati nəzarəti həyata keçirən orqan dərhal məhkəməyə müraciət edir və həmin iddianın təmin edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Göründüyü kimi, qeyd olunan maddədə açıq-aydın göstərilmişdir ki, bələdiyyələrin fəaliyyətinə nəzarət edən qurum iki halda tövsiyələrini bələdiyyələrə təklif edə bilər. Birinci halda bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə, ikinci halda isə ictimai mənafelərə ziyan vursun. Həmin maddənin təməl prinsipi ondan ibarətdir ki, inzibati hüquq vətəndaşla dövlət arasında olan münasibətləri tənzimləyir və həmin münasibətlərdə vətəndaş zəif mövqedə olduğundan hüquqların bərabərliyi, bir çox hallarda isə şəxslərin hüquq və azadlıqları üstün tutulur. Bu hüquq və azadlıqların pozulmasına qətiyyən yol verilmir. Hazırkı mübahisədə hər iki mövqedə vətəndaş hüquqları dayandığından X5 verdiyi tövsiyə məktubu və bunun əsasında Cavabdeh tərəfindən qəbul edilən akt heç bir hüquqla qorunan mənafedən çıxış etmir. Başqa sözlə deyilsə, ortada nə dövlət marağı, nə də hər hansı ictimai maraq vardır. X5 və Cavabdeh bir vətəndaşın hüquqlarını qanunsuz “bərpa etmək” naminə digərinin qanuni hüquqlarını pozmaq səlahiyyətinin olması heç bir mövcud və qüvvədə olan qanunvericilik aktlarında yer almamışdır. Binəqədi rayonu Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarına əsasən ona fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0,09 ha torpaq sahəsinə dair sərəncamın ləğv edilməsi barədə Binəqədi rayon Cavabdeh 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı Azərbaycan Respublikasının Konsitutsiyasına, həmçinin mövcud inzibati qanunvericiliyin normalarına zidd olduğundan qanunsuz hesab edilməli və bələdiyyənin həmin qərarı ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-7848/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin “Bakı şəhəri Binəqədi rayonu Cavabdeh vətəndaş İddiaçı Mehrəli oğlunun adına rəsmiləşdirilmiş 1778/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın ləğvi barədə” 01 nömrəli, 25 yanvar 2022ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı Cavabdehnə qarşı Cavabdeh 25 yanvar 2022-ci il tarixli 01 saylı Qərarı ilə Cavabdeh İddiaçı adına rəsmiləşdirilərək fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsinin ayrıldığı ehtimal olunan 1778/1 saylı 17 noyabr 2005-ci il tarixli etibarsız hesab edərək ləğv edilmiş qərarının bərpa olunması barədə iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Məhkəmə qərarında qeyd edilən 1778/1 saylı 17 noyabr 2005-ci il tarixli qərara əsasən 900 kv.metr torpaq sahəsi ayrılması üçün İddiaçı bələdiyyə büdcəsinə maliyyə vəsaiti keçirməli, Cavabdeh ilə alqı-satqı müqaviləsi bağlanmalı və torpağın ayrılması və coğrafi hüdudlarını müəyyən edən cizgi tərtib edilərək təsdiq olunub vətəndaşa verilməli olduğu halda bunlar həyata keçirilmədiyindən qeyd olunan və torpaq sahəsinin ayrılmasına əsas hesab edilən digər sənədlər Cavabdeh arxiv materiallarında aşkar olunmamışdır. Bakı İnzibati Məhkəməsində və Binəqədi Rayon Məhkəməsində aparılan araşdırmalar zamanı verilən sorğulara xx.xx.2021-ci il tarixli məktubla ətraflı bildirilmişdir. Sənədləşmənin həyata keçirilməsi üçün İddiaçı ərizə ilə müraciəti belə Cavabdehnə daxil olmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarında hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə Bələdiyyəyə müraciət etməlidirlər. Bələdiyyə üzvlərinin iclasları ayda bir dəfədən az olmaqla keçirilməklə yanaşı iclaslarda gündəlikdə duran məsələlər müzakirə olunaraq protokollaşdırılıb hər bir protokolun bir nüsxəsi hesabat məqsədi ilə Ədliyyə Nazirliyinin X8 göndərilir. Vətəndaşlara ayrılan torpaq sahəsinin kimlərə məxsus olduğu aidiyyəti üzrə vətəndaşların adları siyahı üzrə protokola əlavə olunur. Vətəndaş İddiaçı adı bu siyahıda olmamış və ola da bilməzdi. Çünki yuxarıda qeyd edildiyi kimi iddiaçının Cavabdehnə müraciəti daxil olmamışdır. Bu barədə Məhkəmə X8 sorğu göndərilməklə bu məlumatın dəqiqləşdirilməsi mümkün hesab edilə bilər. Cavabdehndə Bələdiyyə üzvlərinin iclasında qeyd olunan 1778/1 saylı qərarın ləğv olunması ilə bağlı müzakirəyə İddiaçı iclasa dəvət olunsa da, o, öz vəkilini göndərmiş, vəkil isə öz növbəsində işin maraqlar çərçivəsində həll olunması təklifini etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 və X12 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-66/2024 nömrəli, 16 may 2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7848/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2477/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 2- 1(103)-66/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 1778/1 nömrəli, 17 noyabr 2005-ci il tarixli “Vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” sərəncamın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 900 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikinti üçün vətəndaş İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. İş materiallarında olan “Torpaqların alqı-satqısına dair” aktın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ərazisində 900 kv.m torpaq sahəsinin satılması barədə 2005-ci il 17 noyabr tarixli, 1778/1 nömrəli qərara əsasən İddiaçı ilə Cavabdeh arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Akt Bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Cavabdeh AİT seriyalı, 678576 nömrəli kassa mədaxil orderinin qəbzinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən torpağın dəyəri olan üç milyon iki yüz min manat pul məbləği ödənilmişdir. Buna dair Cavabdeh tərəfindən qəbz verilmişdir. İş materiallarında olan Torpaq sahəsinin planının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayonu Cavabdeh tərəfindən İddiaçı təklif olunan 900 kv.m torpaq sahəsinin planı Cavabdeh mütəxəssisi tərəfindən tərtib edilərək Bələdiyyə tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Cavabdeh tərəfindən verilmiş 876 nömrəli, 06 sentyabr 2019-cu il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həqiqətən də Cavabdeh 1778/1 saylı, 17 dekabr 2005-ci il tarixli sərəncamı ilə onun adına 900 kv.m torpaq sahəsi ayrılmışdır. Arayış Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmək üçün verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(001)-4535/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “özbaşına tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 1152/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, e-2(001)-4535/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3632/2022 saylı qərarının surətindən görünür ki, iddiaçı X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1152/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X11 tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: X3 Cavabdeh tərəfindən mülkiyyətinə ayrılmış torpaq sahəsi ilə bağlı İddiaçılə aralarında mübahisə yaranması və bələdiyyənin həmin şəxsə torpaq sahəsinin ayrılmasına dair sərəncamının qanunauyğunluğu barədə Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadan bələdiyyə iclasları keçirilmədən, müvafiq icra hakimiyyəti orqanlarından rəylər alınmadan, torpaq qanunvericiliyinə uyğun olaraq sənədləşmə işləri aparılmadan İddiaçı mülkiyyətinə 600 kv.metr torpaq sahəsi ayrılması barədə xx.xx.2005-ci il tarixli sərəncam tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitutsiyasının 143.1-ci maddəsinə əsasən bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitutsiyanın 144.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək kimi məsələlər bələdiyyə iclaslarında həll edilir. Konstitusiyanın 145.1-ci maddəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Qeyd olunur ki, ’’Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında’’ Əsasnamənin 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə bələdiyyəyə müraciət edirlər. Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda müraciətdən çıxarışı torpaq sahəsinin planını hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının DT və XK-nin yerli qurumları) göndərir. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədə baxaraq torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul edir. Eyni zamanda 2005-ci ildə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən torpaq sahələrinin bələdiyyələr tərəfindən alqı-satqısı zamanı “Torpaqların alqı-satqısına dair akt” tərtib olunur. Yuxarıda göstərilənlərə əsasən, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.4-cü maddəsinə əsasən, təklif edilmişdir ki, təklif 5 iş günü müddətində bələdiyyə iclasında müzakirəyə çıxarılsın, Cavabdeh xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamı etibarsız hesab olunsun, təklifin bələdiyyənin iclasında müzakirəsi barədə qərarın bir nüsxəsi 5 iş günü müddətində X8 təqdim edilsin. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Cavabdeh tərəfindən 05 sentyar 2022-ci il tarixli məktubla təqdim edilmiş Cavabdeh 17 yanvar 2022-ci il tarixi, 01 saylı protokolunun surətindən görünür ki, gündəlikdə duran 4-cü məsələ Ədliyyə Nazirliyi X11ndən daxil olmuş xx.xx.2022-ci il tarixli, M-2578 saylı Cavabdeh xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamının etibarsız hesab olunması təklifinin müzakirəsi olmuş, iclasın sədri Rəşad İsayev gündəlikdə duran İV məsələni iştirakçılarlın diqqətinə çatdırma üçün sözü iclas iştirakçısı Mətanət Nəsibovaya vermiş, Mətanət Nəsibova çıxış edərək, Ədliyyə Nazirliyi X5 xx.xx.2022-ci il tarixli, 09/M-2578 saylı məktbunda verilmiş təklifin müzakirəsini xahiş etmiş, təklifdə qeyd olunan vətəndaş X2 İş Mərkəzinə müraciət edərək, onun mülkiyyətinə verilmiş torpaq sahəsinə iddiaçı qismində Cavabdehndə arxiv sənədləri olmayan vətəndaş İddiaçı zəbt etdiyini bildirmiş, təklifə əsasən araşdırması əsaslı dəlil olduğu sübut olunarsa, qeyd olunan 1778/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul olunaraq X8 məlumat verilməsi tövsiyə olunmuşdur. İclasın sədri əlavə çıxışlar olmadığını nəzərə alıb, təklifi səsə qoymuş, iştirak edən 10 nəfər, lehinə səs verən 10 nəfər olmaqla, Ədliyyə Nazirliyi X11ndən daxil olmuş M-2578 saylı təklifi əsasında Cavabdeh xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamının etibarsız hesab olunması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli 01 saylı qərarından görünür ki, vətəndaş İddiaçı Mehrəli oğlunun adma rəsmiləşdirilmiş 1778/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın etibarsız sayılaraq ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı iddia etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsindən yerləşən torpaq sahəsinə bitişik, hasar qonşuluğunda qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 1778/1 nömrəli, 17 noyabr 2005-ci il tarixli “Vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” sərəncamına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 900 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikinti üçün İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. Həmin qərara əsasında tərəflər arasında torpaqların alqı-satqısına dair akt qəbul edilmiş, torpaq sahəsinin yerləşmə sxemi cavabdeh tərəfindən təsdiq edilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmiş və bələdiyyə tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən qəbz verilmişdir. Daha sonra Pərvanə Məmmədovanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X8 müraciəti əsasında Binəqədi rayonu Cavabdehnə xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamın etibarsız hesab edilməsi barədə təklif göndərilmiş, Binəqədi rayonu Cavabdeh 01 nömrəli, 17 yanvar 2022-ci il tarixli iclas protokolu ilə 10 nəfər iştirakçı, 10 nəfər lehinə səslə Ədliyyə Nazirliyi X11ndən daxil olmuş M-2578 saylı təklif əsasında Cavabdeh xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamının etibarsız hesab edilməsi qərara alınmış, Cavabdeh xx.xx.2022-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı Mehrəli oğlunun adına rəsmiləşdirilmiş 1778/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın etibarsız sayılaraq ləğv edilməsi qərara alınmışdır. Halbuki iddaçı X4 cavabdehlər Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə və İddiaçı qarşı «ona məxsus Cavabdeh 4 müvafiq sərəncamı ilə hər biri ayrı-ayrılıqda 600 kv.m təşkil edən torpaq sahələrində aparılmış tikinti işlərinin cavabdeh İddiaçı hesabına sökülməsi və Cavabdeh 4 müvafiq sərəncamı ilə hər biri ayrı-ayrılıqda 600 kv.m təşkil edən torpaq sahələrinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi» tələbinə dair iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(001)-4535/2021 saylı qətnaməsi ilə təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, X7 hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1152/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 3632/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun: 5.0. İnzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: 5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; 5.0.2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda. 8.3. İnzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu müəyyən etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 8.4. İnzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu müəyyən etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə təklif təqdim edərək informasiya sistemində müvafiq aktın qarşısında qeyd edir. Bələdiyyə tərəfindən həmin təklifə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati nəzarət icraatının başlanması üçün əsaslardan biri hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki şəxsin müraciətidir. İş materiallarından görünür ki, Pərvanə Məmmədovanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X8 müraciəti əsasında Binəqədi rayonu Cavabdehnə xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamın etibarsız hesab edilməsi barədə təklif göndərilmiş və Ədliyyə Nazirliyi X5 həmin təklif əsasında Cavabdeh xx.xx.2022-ci il tarixli 01 saylı (hazırda mübahisələndirilən) qərarı ilə İddiaçı Mehrəli oğlunun adma rəsmiləşdirilmiş 1778/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın etibarsız sayılaraq ləğv edilməsi qərara alınmışdır. Lakin mübahisəli torpaq sahəsi ilə bağlı X1 hüququnun mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığı halda inzibati icraat başlanılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2477/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qərarında qeyd olunmuş göstərişlərə uyğun olaraq, məhkəmə sorğuları verilmiş, cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş inzibati icraat materiallarında yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X11 tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktub və Cavabdeh hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli 01 saylı qərarı mövcuddur. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərlə mübahisələndirilən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun lazımi inzibati icraatın aparıldığı, iddiaçının maraqlı şəxs kimi həmin icraata cəlb olunduğu və onun dinlənilmə hüququnun təmin edildiyi, həmin qərarın əsaslandırıldığı müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Mövcud qanunvericliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da «İnzibati icraat haqqında» Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Lakin cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Hər hansı əsas aşkar edildikdə, cavabdeh inzibati orqan əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməli, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Məhkəmə araşdırması zamanı qanunvericiliyin qeyd olunan tələblərinə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir, habelə cavabdeh tərəfindən də bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, yuxarıda istinad olunan normalardan aydın olur ki, inzibati orqan qanunsuz inzibati aktı ləğv edə bilər, lakin əgər həmin inzibati aktın qəbul edilməsinə rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə nail olunmamışsa, inzibati orqan qanunsuz inzibati aktın ləğv edilməsini şərtləndirən halların məlum olduğu gündən 1 il ərzində həmin inzibati aktı ləğv etmək hüququna malikdir. İşdən görünür ki, cavabdeh 16 ildən çox vaxt keçdikdən sonra inzibati aktı ləğv etməklə, Qanunun 67.12-ci maddəsinin tələbini də pozmuşdur. Qanunun 67.12-ci maddəsində 1 illik müddətin aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən hesablanması nəzərdə tutulur. İşdən görünür ki, mübahisələndirilən qərar ümumiyyətlə əsaslandırılmamış, qərarda yeni sübutlara istinad edilməmiş, əvvəllər mövcud olmuş hallardan fərqli hallar göstərilməmişdir. Cavabdeh qəbul etdiyi inzibati aktın qanunsuz olub-olmadığını keçən müddət ərzində müəyyən etmək imkanına malik olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7848/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1003/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1003/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver