Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1004/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Kərimli İlham Əziz oğlu və Yusifov Cahangir Afər oğlunda ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2-1(112)-854/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2-1(112)-854/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 128-ci keçiddə (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1288-ci keçid) yerləşən 6020,25 kv.m. torpaq sahəsi üzrə İddiaçı MMC-nin daimi istifadə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi şossesi, 128-ci keçiddə yerləşən 6020,25 kv.m. torpaq sahəsi üzərində İddiaçı MMC-nin daimi istifadə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13.11.1989-cu il tarixli, 12/466 saylı sərəncamı ilə "xxxx" Kooperativinə Bakı şəhəri, Binəqədi şössesi, 128-ci keçiddə yerləşən 10000 kv.m. torpaq sahəsi daimi istifadə hüququ əsasında ayrılmışdır. Həmin torpaq sahəsinin 6020,25 kv.m. hissəsi kooperativin faktiki istifadəsində olmaqla həmin sahəyə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan ölçüsü verilmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət Bakı şəhəri, Binəqədi (keçmiş Kirov) RİK XDS-nin 27.01.1989-cu il tarixli, 40/81 saylı qərarı ilə dövlət qeydiyyatına almmış "xxxx" Kooperativinin, sonradan Ədliyyə Nazirliyinin Hüquqi X4 üzrə Bakı Bölgə Şöbəsində 27.02.2004-cü il tarixdə, 0104- P41-39513 nömrə ilə dövlət qeydiyyata alınmış “İnşaatçı Servis” İstehsal Kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir. Müvafiq qaydada sənədlərini toplayıb sözügedən torpaq sahəsinə dair daimi istifadə hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı 31.10.2019-ci il tarixli, ********** saylı ərizəsi ilə cavabdehə müraciət edilsə də cavabdeh təşkilat 25.11.2019-cu il tarixli, **********74 saylı məktubu ilə ərizədə 13.11.1989-cu il tarixli, 12/446 saylı qərarda torpağın sahəsi qeyd edilmədiyini, həmçinin torpaq sahəsinə aid icarə müqaviləsi, dövlət aktı və ya şəhadətnamə təqdim edilməsini məqsədəuyğunluğunu səbəb gətirilərək torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina etmişdir. Cavabdehin hərəkəti qanuna ziddir və təqdim etdikləri sənədlər qanunvericiliyə əsasən İddiaçı MMC-yə məxsus torpaq sahəsi üzərində daimi stifadə hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi torpaq sahəsi qanuna müvafiq ilkin olaraq "xxxx" MTK-ya ayrılmış, həmin sahə də naturada təhvil verilmişdir. Hüquqi varisi olan İddiaçı MMC hal-hazıra kimi sahiblik və istifadə hüquqları həyata keçirir. Cavabdeh təşkilatın imtinada qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, torpaq sahəsi 1989-cu ildən etibarən MMC-nin faktiki istifadəsindədir və həmin sahəyə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan ölçüsü verilmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı müvafiq ünvanda yerləşən torpaq səhəsinə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı 31.10.2019-cu il tarixdə poçt vasitəsi ilə müraciət etmişdir. aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir və sözügedən sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. Bundan əlavə təqdim edilən müraciət ərizəsi iddiaçı tərəfindən ünvanlanmamışdır və təqdim olunmuş 13.11.1989-cu il tarixli 12/446 saylı qərarda torpağın sahəsi qeyd edilməmişdir. həmçinin torpaq sahəsinə aid icarə müqaviləsi, dövlət aktı və ya şəhadətnamə təqdim edilməmişdir. qeyd olunan səbəblərə görə iddiaçının ərizəsi mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina cavabı ünvanlanmışdır. 25.12.2020-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda aparılmış yoxlama ölçü işləri zamanı müəyyən edilmişdir ki, müvafiq torpaq sahəsi üzərində faktiki olaraq ofis kimi istifadə olunun qeyiyaşayış binası (mebel fabriki) inşa edilmişdir. lakin inşa edilmiş tikililərə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. bundan başqa torpaq sahəsinin bir tərəfindən 8,0 m və 12,9 m məsafədən və torpaq sahəsinin üzərindən 6-10 kv.m-lıq elektrik xətti keçir. Torpaq sahəsinin həmin tərəfdən 25,3 m məsafədən 10kv-lıq yerüstü elektrik xətti keçir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Nümayəndə apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - İddiaçı MMC-nin 03.07.2007-ci il tarixli Nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, cəmiyyət Bakı şəh., Kirov RİK XDS-nın 27.01.1989- cu il tarixli, 40/81 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış «İNŞAATÇİ» kooperativinin, sonradan Ədliyyə Nazirliyinin Hüquqi X4 üzrə Bakı Bölgə Şöbəsində 27.02.2004-cü il tarixdə, 0104-P41-39513 nömrə ilə dövlət qeydiyyata alınmış «İNŞAATÇİ SERVİS» istehsal kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X4 üzrə Bakı Bölgə Şöbəsinin 03.07.2007-ci il tarixli, 0104-P41-39513 nömrəli hüquqi şəxsin adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, əvvəlki adı «İNŞAATÇİ SERVİS» istehsal kooperativi olan İddiaçı qeydə alınmışdır. - 14.12.2015-ci il tarixli, **********325500 №-li Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, hüquqi ünvanı ünvan 1i (VÖEN) ********** olan İddiaçı MMC qeydiyyata alınmışdır, qanuni təmsilçisi X8r. - Bakı şəhər X5 İcraiyyə Komitəsinin “Layihələşdirməyə və tikinti aparılmasına icazə verilməsi və torpaq sahəsinin ayrılması haqqında” 12/446 №-li, 13.11.1989-cu il tarixli qərarından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" kooperativinin müraciəti (21.09.1989-cu il tarixli, 21 №-li məktub) təmin edilmiş və Kirov rayonu, Binəqədi qəsəbəsinin cənub-qərb tərəfindən, 1288-ci keçid ünvanında istehsalat bazasının layihəsinin hazırlanmasına icazə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 179 №-li, 02.03.2020-ci il tarixli məktubundan görünür ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 17.05.1979-cu il tarixi, 59/517 saylı qərar kimi deyil, 17.05.1979-cu il tarixli, 59/917 saylı qərar kimi Dövlət Arxivinin Bakı filialında mövcud olmaqla həmin qərarın və 13.11.1989-cu il tarixli, 12/446 saylı qərarının təsdiq edilmiş ksero surətləri 5 (beş) vərəqdən ibarət göndərilmişdir və "xxxx" Kooperativinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Həmin məktuba əlavə edilmiş Bakı şəhər X5 İcraiyyə Komitəsinin “Torpaq sahələrinin ayrılması haqqında” 59/917 №-li, 17.05.1979-cu il tarixli qərarın 19-cu bəndindən görünür ki, 16 saylı Müəssisənin xahişi (04.09.1978-ci il tarixli, 2368 saylı məktub) təmin edilmiş və Kirov rayonu, Binəqədi qəsəbəsi, 1288-ci keçid ünvanında birləşdirilmiş qaraj və avtomobil təmiri emalatxanasının tikintisi üçün 2,0 ha torpaq sahəsi ayrılmışdır. - Həmin məktuba əlavə edilmiş Bakı şəhər X5 İcraiyyə Komitəsinin “Layihələşdirməyə və tikinti aparılmasına icazə verilməsi və torpaq sahəsinin ayrılması haqqında” 12/446 №-li, 13.11.1989-cu il tarixli qərarın 7 və 7.1-cü bəndlərindən görünür ki, "xxxx" kooperativinin müraciəti (21.09.1989-cu il tarixli, 21 №-li məktub) təmin edilmiş və Kirov rayonu, Binəqədi qəsəbəsiinin cənub-qərb tərəfindən, 1288-ci keçid ünvanında istehsalat bazasının layihəsinin hazırlanmasına icazə verilmişdir. Ərazinin uzun müddət istifadəsiz qalması ilə əlaqədar olaraq Bakı şəhər X10 İcraiyyə Komitəsinin “16 saylı Müəssisəyə birləşdirilmiş qaraj və avtomobil təmiri emalatxanasının tikintisi üçün Kirov rayonu, Binəqədi qəsəbəsinin cənub-qərb tərəfində, 1288-ci keçid ünvanında torpaq sahəsinin ayırlması haqqında” 17.05.1979-cu il tarixli 59/517 saylı qərarının 19-cu bəndi qüvvədən düşmüş hesab edilmişdir. - Qeyd olunan qərardan həmçinin görünür ki, tikinti aparan təşkilata Bakı şəhəri X10 İcraiyyə Komitəsinin Baş Memarlıq-Planlaşdırma İdarəsinin istifadə müddəti və qaydası ilə bağlı tapşırığının yerinə yetirməsi, sahəni naturada qəbul edilməsi və sanitar vəziyyətinə nəzarət olunması, arxitektura – planlama təşkilatının ərazinin və obyektin özünün eskiz həllinin Bakı şəhəri X10 İcraiyyə Komitəsinin Baş Memarlıq-Planlaşdırma İdarəsi ilə razılaşdırılması tapşırılmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 005672 №-li, 04.06.2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən həmin torpaq sahəsinin planı və ölçüsü "xxxx" Kooperativinə Bakı şəhər XDS İcraiyyə Komitəsinin 13.11.1989-cu il tarixli, 12/446 saylı qərarı ilə istehsalat bazasının tikintisi üçün daimi istifadəyə ayrılmış 10000 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Plan və ölçüyə görə torpaq sahəsinin kadastr göstəriciləri 6020,65 kv.m.-dir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********53 №-li, 20.08.2020-ci il tarixli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhər Sovetinin Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş may 1990-cı il tarixli, 90/133 №-li akta və torpaq ayırma cizgisinə əsasən Binəqədi qəsəbəsində "xxxx" Kooperativinə istehsalat bazasının təşkili üçün 1,0 ha. torpaq sahəsi Binəqədi qəsəbəsi, 1288-ci keçid ünvanında ayrılaraq naturada təhvil verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin baş məsləhətçisi N.Ş.Əzməmmədov, məsləhətçi T.Məhərrəmov, "xxxx" Kooperativinin sədri V.Şahpələngov tərəfindən tərtib edilmiş 16.05.2007-ci il tarixli akta əsasən həqiqətən kooperativin qanuni istifadəsinə verilmiş 1,0 ha. torpaq sahəsinin 0,42 ha hissəsi məcburi köçkünlər tərəfindən zəbt edilərək istifadə olunmuş, Kooperativin istifadəsində qalan 0,58 ha torpaq sahəsinin rəsmiləşdirilməsinə "xxxx" Kooperativinin rəhbəri etiraz etməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" Kooperativinin etibarnamə əsasında nümayəndəsi X9 ünvanlanan **********74 №-li, 25.11.2019-cu il tarixli məktubdan görünür ki, təqdim etdiyi müraciət ərizəsi İddiaçı MMC tərəfindən ünvanlanmamışdır və təqdim olunmuş 13.11.1989- cu il tarixli, 12/446 saylı qərarda torpağın sahəsi qeyd edilməmişdir. Həmçinin torpaq sahəsinə aid icarə müqaviləsi, dövlət aktı və ya şəhadətnamə təqdim edilməsi məqsədəuyğundur. Bununla yanaşı sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamış və bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iş materiallarını tədqiq edərək hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 59/917 №-li, 17.05.1979-cu il tarixli qərarının 19-cu bəndinə əsasən 16 saylı Müəssisənin xahişi (04.09.1978-ci il tarixli, 2368 saylı məktub) təmin edilərək Kirov rayonu, Binəqədi qəsəbəsi, 1288-ci keçid ünvanında birləşdirilmiş qaraj və avtomobil təmiri emalatxanasının tikintisi üçün 2,0 ha torpaq sahəsi ayrılmış, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 12/446 №-li, 13.11.1989-cu il tarixli qərarın 7 və 7.1-ci bəndlərinə əsasən 16 saylı Müəssisəyə ayrılmış torpaq sahəsi uzun müddət istifadəsiz qalması ilə əlaqədar olaraq alınaraq həmin sahədə "xxxx" kooperativinin müraciəti əsasında istehsalat bazasının layihəsinin hazırlanmasına icazə verilmişdir. Bakı şəhər Sovetinin Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş may 1990-cı il tarixli, 90/133 №-li akta və torpaq ayırma cizgisinə əsasən 1 ha torpaq sahəsi "xxxx" Kooperativinə naturada ayrılaraq təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 04.06.2007-ci il tarixdə "xxxx" Kooperativinin müraciətinə əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsinin 13.11.1989-cu il tarixli, 12/446 saylı qərarı ilə istehsalat bazasının tikintisi üçün daimi istifadəyə ayrılmış 10000 kv.m torpaq sahəsinin faktiki ölçüsünə, yəni 6020,65 kv.m.-nə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Hazırki İddiaçı MMC-nin «İNŞAATÇİ» kooperativinin, sonradan «İNŞAATÇİ SERVİS» istehsal kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir. İddiaçı MMC-nin qanuni təmsilçisi Rauf Salayev texniki səhvə yol verərək hüquqi varisi olduğu "xxxx" Kooperativinin adından cəmiyyətə ayrılmış torpaq sahəsində daimi istifadə hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş və cavabdeh müraciət ərizəsinin İddiaçı MMC tərəfindən ünvanlanmamasını, təqdim olunmuş 13.11.1989-cu il tarixli, 12/446 saylı qərarda torpağın sahəsinin qeyd edilməməsini, həmçinin torpaq sahəsinə aid icarə müqaviləsi, dövlət aktı və ya şəhadətnamə təqdim edilməməsini, sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çölölçmə işlərinin aparılmasına şərait yaradılmamasını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hüquqi varisi olduğu quruma ("xxxx" Kooperativinə) müvafiq ərazidə torpaq sahəsinin ayrılmasına dair hüquqi akt (Bakı şəhər XDS İcraiyyə Komitəsinin 13.11.1989-cu il tarixli, 12/446 saylı qərarı) mübahisələndirilərək ləğv edilmədiyindən, eləcə də etibarsız sayılmadığından bu sənəd sübut kimi mötəbər qiymətləndirilməlidir. Ayrılımış torpaq sahəsinin ölçüsünə gəldikdə isə qeyd edilən qərarda bu barədə konkret göstərilməsə də işdə olan sənədlərlə (Bakı şəhər X5 İcraiyyə Komitəsinin 59/917 №-li, 17.05.1979-cu il tarixli qərarı, Bakı şəhər Sovetinin Baş Memarlıq və şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş may 1990-cı il tarixli, 90/133 №-li akt,16.05.2007-ci il tarixli akt) müəyyən edilir ki, iddiaçının hazırda istifadəsində olan faktiki torpaq sahəsinin ölçüsü onun iddia etdiyi həcmdə - 6020,25 kvm.- dir. Bu ölçü həm də vaxtı ilə müvafiq səlahiyyətli orqan olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində də təsdiqini tapır. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasında, həmçinin etirazında göstərdiyi digər dəlili isə (müraciətin İddiaçı MMC tərəfindən olunmamasını) formal mülahizə kimi qiymətləndirmiş və belə nəticəyə gəlmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 128-ci keçiddə (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1288-ci keçid) yerləşən 6020,25 kv.m. torpaq sahəsi üzrə iddiaçının istifadə hüquqlarının qeydiyyatı üçün əsasdır. Həmin hüquqların qeydə alınmasından cavabdeh inzibati orqanın imtinası qanuna ziddir və iddiaçının hüquqlarını pozur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) ünvanladığı 16.04.2021-ci il tarixli, SOCAR**********30490089X00015 saylı məktubunda bildirilmişdir ki, sorğuda qeyd edilmiş torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X12” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cü maddəsinin 2-ci bəndində torpaqların kateqoriyalara bölünməsi göstərilmişdir. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd olunan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini isə Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 04.08.1999-cu il tarixli Fərmanın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Eyni zamanda bildirilmişdir ki, Sazişin təsdiq olunduğu Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Qeyd etmək lazımdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 13.01.2015-ci il tarixli, 439 nömrəli Fərmanın 1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir.. Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X15.Vi. və ARDNŞ-nın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” 29.04.2005-ci il tarixli, 901-İİQ nömrəli Azərbaycan Respublikasının Qanunun 5-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. İşin halları ilə müəyyən edilir ki, mühahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikasının 29.04.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X12” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur və belə olan halda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilə bilməz. Odur ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır, ona görə apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2-1(112)-854/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-1004/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1004/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver