Məhkəmə qərarları › İş №2-1(103)-1005/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1005/2023

10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1005/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlərlə əlaqədar İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiyanın ötən illərə görə, yəni 1 noyabr 1999-cu il tarixindən 1 mart 2019-cu il tarixinədək pensiyada yaranmış fərqin hesablanıb birdəfəlik ödənilməsi”tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (həyat yoldaşı) X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlərlə əlaqədar İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiyanın ötən illərə görə, yəni 1 noyabr 1999-cu il tarixindən 1 mart 2019-cu il tarixinədək pensiyada yaranmış fərqin hesablanıb birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1025/2020 saylı 11 fevral 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçı ilkin olaraq xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanma səbəbi ilə üçüncü dərəcə əlillik, “sağ budun və baldırın odlu silah yaralanmasının fəsadları, budun və baldırın çoxsaylı bərkimiş travmatik çapıqları, yerişinin qismən pozulması” diaqnozu ilə 3 nömrəli Sabunçu TSEK-si tərəfindən təyin edilmişdir (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 13 №li Tibbi-Sosial Ekspert Komissiyasının 52 №li xx.xx.2019-cu il tarixli məktubu). İddiaçı 1198 saylı xx.xx.2012-ci il tarixli müayinə aktına əsasən (Azərbaycan Respublikasının müdafiəsi zamanı) ikinci qrup müddətsiz əlillik təyin edilmişdir. (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 13 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-02 280050 №-li arayış). İddiaçı İİ qrup (Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə xx.xx.2019-cu il tarixədək 197,04 manat pensiya almışdır (Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********4 saylı arayışı və xx.xx.2019-cu il tarixli **********6 №li “Göndərişi”). Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına təminat xərcliyi 469 manat göstərilməklə xx.xx.2019-cu il tarixli MN-11690 №-li məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. İddiaçı İİ qrup (Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 351,20 manat; xx.xx.2019-cu il tarixdən ömürlük 375,2 manat pensiya təyin edilmişdir (Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsi rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli **********6 saylı qərarı və pensiyaçının 029055 №-li uçot vərəqi). Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli MN-11690 №-li məlumat vərəqəsinə əsasən iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə xx.xx.2019-cu il tarixində təminat xərcliyinin 80 faizi-375,20 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün hesablanmış, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 5.837,76 manat məbləğində fərq 2019-cu ilin mart ayından etibarən hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İddiaçı DSMF-nun Abşeron rayon şöbəsindən 230 manat məbləğində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi müddətsiz Prezident təqaüdü alır (DSMF-nun Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 №-li məktubu). İddiaçı keçmiş dövr üzrə fərq məbləğinin hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbi təmin edilməmişdir. Belə ki, iddiaçıya ünvanlanmış 27 may 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, DSMF-nin Abşeron rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubunda iddiaçının əmək pensiyasının xx.xx.2019-cu il tarixədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli məlumat vərəqəsinə əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə xx.xx.2019-cu il tarixində təminat xərcliyinin 80 faizi - 375,20 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün hesablanmış, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 5837,76 manat məbləğində fərq cari ilin mart ayından etibarən hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlərlə əlaqədar İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiyanın ötən illərə görə, yəni 1 noyabr 1999-cu il tarixindən 1 mart 2019-cu il tarixinədək pensiyada yaranmış fərqin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ilin avqust ayından 19 oktyabr 1992-ci ilə kimi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Qarabağ bölgəsinin Ağdam rayonu ərazisində erməni hərbi birləşmələrinə qarşı gedən döyüşlərdə iştirak etmişdir. 19 oktyabr 1992-ci ildə döyüş zamanı yaralanmaqla, 20 oktyabr 1992-ci il tarixdən 08 dekabr 1992-ci ilə kimi “sağ budun yuxarı 1/3-nin, sağ baldırın 1/3-nin və sol ayağının İİ ayaq darağı sümüyünün qəlpəli sınığı ilə, odlu silah kor qəlpə yaralanmaları. Sağ budun yuxarı 1/3-nin və sol ayağın yad cisimləri metal qəlpələri. Yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Aldığı xəsarətlərdən hərbi xidmətdən azad olunmuşdur. 2000-ci ildə 13 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının müvafiq rəyinə əsasən ona hərbçi kimi deyil, mülki şəxs kimi ümumi əsaslarla İİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Həmin Ekspertiza Komissiyasının 1198 nömrəli xx.xx.2012-ci il tarixli SER TSE-02 № 280050 saylı rəylə müddətsiz və əmək qabiliyyətsiz kimi İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. 2019-cu ilin aprelin 1-nədək 148 manat, həmin vaxtdan sonra isə 230 manat pensiya alır. Əmək qabiliyyəti olmadığından heç yerdə işləyə bilmir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyasının təyin edilməsi müddətləri konkret olaraq göstərilmişdir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İdarə tərəfindən iddiaçıya pensiya ödənişi qanunvericiliyin müvafiq bəndinə uyğun olaraq təyin edilmiş və ödənilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli MN-11690 nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar” İİ qrup əlilliyə görə xx.xx.2019-cu il tarixdən təminat xərcliyinin 80 faizi miqdarında pensiya təyin edilmiş və keçmiş üç il (xx.xx.2016 – xx.xx.2019) müddət üçün yenidən hesablanaraq İdarə tərəfindən ödənilməkdədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1025/2020 saylı 11 fevral 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, iddiaçıya 01 yanvar 2006-cı il tarixdən 01 mart 2016-cı il tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdən qüvvəyə mindiyindən iddiaçıya əlilliyə görə pensiya həmin tarixdən tətbiq edilməklə yenidən hesablanmalıdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1104/2020 saylı 16 iyun 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1025/2020 saylı 11 fevral 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1751/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1104/2020 saylı 16 iyun 2020-ci il tarixli qərarının ləğv edilərək, iddianın təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun gəldiyi nəticə: İddiaçı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası 25, 38 və 60-cı maddələri ilə təsbit edilmiş bərabərlik, sosial təminat və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu göstərməklə, Ali Məhkəmənin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsini xahiş etmişdir. Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 iyul 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissələrinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.5.1-ci maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13-1(102)-4(k)/2022 saylı 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1751/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərarının və Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1104/2020 saylı 16 iyun 2020-ci il tarixli qərarının ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (həyat yoldaşı) X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya ilk öncə onu qeyd edir ki, məhkəmə qərarından iddianın təmin edildiyi hissədə cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılır. Belə ki, qərar iddianın təmin edilmədiyi hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2019-cu il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlərlə əlaqədar İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiyanın ötən illərə görə, yəni 1 noyabr 1999-cu il tarixindən 1 mart 2019-cu il tarixinədək pensiyada yaranmış fərqin hesablanıb birdəfəlik ödənilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılarkən iddianın qismən təmin edilməsi qənaətinə gəlinsə də, kassasiya qaydasında baxmış məhkəmənin mövqeyi fərqli olmuş, lakin kassasiya instansiyası məhkəməsinin mövcud qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən ləğv edilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, İddiaçı Müdafiə Nazirliyinə, sonradan isə 15 may 2019-cu il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının əvvəlki illər üzrə yenidən hesablanmasını və ödənilməsini xahiş etmişdir. Ərizəçinin xahişini rədd edən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsi 9 aprel 2019cu il və 27 may 2019-cu il tarixli eyni məzmunlu məktublarında imtinanı onunla əsaslandırmışdır ki (Fondun Abşeron rayon şöbəsinin 5 mart 2019-cu il tarixli məktubuna və Müdafiə Nazirliyinin 14 fevral 2019-cu il tarixli məlumat vərəqinə əsasən), ərizəçiyə əmək pensiyası 28 fevral 2019-cu il tarixinədək ödənilmiş, xəsarətlə əlaqədar isə İİ qrup əlilliyə görə 6 mart 2019-cu il tarixində təminat xərcliyinin 80 faizi - 375,20 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün hesablanan 5 837,76 manat məbləğində fərq 2019-cu ilin mart ayından etibarən hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. İddianı qismən təmin edən Bakı İnzibati Məhkəməsi 11 fevral 2020-ci il tarixli qərarını onunla əsaslandırmışdır ki, 1 iyul 2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Məhkəmə həmin Qanunun 1.0.5-ci maddəsi ilə təminat xərcliyinə verilmiş anlayışa, Qanunun 37.3-cü maddəsi ilə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müddətdən asılı olmayaraq ödənilməsi göstərişinə və Qanunun 2006-cı ilin yanvar ayının 1-dən qüvvəyə mindiyinə istinad edərək hesab etmişdir ki, İddiaçı əlilliyə görə pensiya həmin tarixdən tətbiq edilməklə yenidən hesablanmalıdır. Birinci instansiya məhkəməsi, həmçinin belə nəticəyə gəlmişdir ki, ərizəçiyə “... ödənişin hissə-hissə aparılmasının mümkünlüyü yalnız tərəflərin qarşılıqlı razılığı və ya məhkəmənin müvafiq qərarına əsasən müəyyən edilə və ya həyata keçirilə bilər. Odur ki, məhkəmə ödənilməmiş fərqin birdəfəlik ödənilməli olmasının xüsusi göstərilməsini məqsədəuyğun hesab etmir”. Hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “məhkəmələr iddianı qismən təmin edərək İddiaçı 2006-cı ildən başlamaqla ödənilməmiş pensiyanın tərəflər arasında razılaşdırılmaqla hissə-hissə ödənilməsi qənaətinə gəlsələr də, gəlinən nəticə kifayət qədər əsaslandırılmamış, inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan yararlanılmamışdır. Ali Məhkəmənin İnzibati Kollegiyası mübahisəli hüquqi məsələyə dair özünün yanaşmasını və hüquqi mövqeyini dəyişmiş, 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə qeyd edilən maddənin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməsini müəyyən etmişdir. Göstərilənlərə əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab etmişdir ki, ərizəçi ona müddətdən artıq hərbi xidmət qulluqçusu kimi əmək pensiyasının təyin olunması üçün cavabdehə 22 fevral 2019cu il tarixində müraciət etmiş, onun təminat xərcliyi barədə 14 fevral 2019-cu il tarixli məlumat vərəqi nəzərə alınmaqla 1 mart 2019-cu il tarixindən yeni məzmunda əmək pensiyası təyin edilmiş və əvvəlki üç illik müddət üçün ödənilməmiş pensiya məbləği haqlı olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə uyğun olaraq ödənilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərkən ərizəçiyə 17 may 2012-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlərlə əlaqədar İİ qrup müddətsiz əlilliyin təyin edilməsini, ərizənin, məlumat vərəqinin və cavab məktubunun zaman baxımından ardıcıl olmayan şəkildə verilməsini nəzərə almamış, Ali Məhkəmənin İnzibati Kollegiyasının yuxarıda qeyd edilmiş qərardadına əsasən isə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad etməklə əmək pensiyasının təyin edilməsi ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması arasında hər hansı fərqləndirmə aparmadan, iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir.” İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bununla bağlı hazırki işin təkrar apellyasiya baxışı zamanı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsi Plenumunun qərarlarındakı hüquqi mövqelər istiqamətində yenidən araşdırma aparılaraq, İddiaçı xx.xx.2019-cu ildən əvvəl etdiyi müraciətlərin və həmin müraciətlərə verilmiş cavabların təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı müvafiq qurumlara məhkəmə sorğuları verilmişdir. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən təqdim edilmiş 3431/2-728/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla İddiaçı 2019-cu ilin fevral ayınadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə rəsmi şəkildə etdiyi bütün müraciətlərin şəxsi işinə əlavə edildiyi və müvafiq göstərişə əsasən şəxsi işinin xx.xx.2019-cu il tarixli 017 nömrəli məktubla Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə göndərildiyi bildirilmişdir. Həmçinin sorğulara cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdu ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda İddiaçı Bakı şəhər məhkəməsinin cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının xx.xx.1988-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95 və 15.94 b4, b6-cı maddələri ilə təqsirli bilinərək, 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi (cəzanın əvvəli xx.xx.1988-ci il; cəzanın sonu xx.xx.2003-cü il) və Azərbaycan Respublikasının 74 illiyi münasibətilə xx.xx.1992-ci il tarixli Amnistiya haqqında Qanunun 8-ci maddəsinin “v” bəndinə əsasən, cəzanın çəkilməmiş qalan üçdə bir hissəsi azaldılaraq xx.xx.1999-cu il tarixdə cəza müddətinin qurtarması ilə əlaqədar 2 saylı islah əmək müəssisəsindən azad edildiyi göstərilmişdir. Arxiv şəxsi işdə 2 saylı islah əmək müəssisəsinin 17/12-465 nömrəli xx.xx.1993-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Prezident Aparatının Vətəndaşlıq və bağışlama məsələləri şöbəsinə təqdim olunan sənədlər paketində olan xasiyyətnamədə xx.xx.1992-ci il tarixdə Dağlıq Qarabağda hərbi əməliyyatlarda iştirak etmək üçün könüllü olaraq döyüş bölgəsinə göndərilməyi göstərilmişdir. Arxiv uçot kartoçkasında xx.xx.1993-cü il tarixdə cəzanın qalan hissəsinin çəkilməsi üçün 2 saylı islah əmək müəssisəsinə qaytarılması barədə məlumat qeydiyyatdan keçmişdir. Həmçinin sorğuya Müdafiə Nazirliyinin verdiyi cavab məktubuna əlavə olunmuş iddiaçının şəxsi işinin materiallarından məlum olmuşdu ki, İddiaçı tərəfindən təqaüdünün hərbi qulluqçu kimi yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 26 dekabr 2018-ci il tarixdə ərizə ilə müraciət edilmiş və həmin müraciət məktubu 03 yanvar 2019-cu il tarixdə Müdafiə Nazirliyinə daxil olmuşdur. Beləliklə, iş üzrə müəyyən olunmuşdu ki, ərizəçinin nümayəndəsi Xanımana Hüseynbəyova tərəfindən həyat yoldaşı İddiaçı hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2019-cu il tarixdə müraciət edilsə də (bu fakt işin mübahisəsiz halıdır), əslində İddiaçı hərbi qulluqçu kimi təqaüdünün yenidən hesablanması barədə Müdafiə Nazirliyinə müraciəti daha öncə, yəni xx.xx.2018-ci il tarixdə olmuşdur. İddiaçı həmin ərizəsi inzibati orqana xx.xx.2019-cu il tarixdə daxil olduqdan sonra onun xx.xx.2019-cu il tarixli məlumat vərəqəsi tərtib olunaraq Fondun Xüsusi Şərtlərlə X6 təqdim olunmuşdur. Nəzərə alınmalıdır ki, İddiaçı xx.xx.2012-ci il tarixli müayinə aktı əsasında İİ qrup müddətsiz əlillik təyin edilmişdir. Deməli, hazırki işdə İddiaçı xx.xx.2017-ci il tarixədək əmək pensiya hüququ yaranan, lakin hərbi qulluqçu kimi əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana xx.xx.2019-cu il tarixədək (yəni xx.xx.2018-ci il tarixdə) müraciət edən şəxs olmuşdur. Lakin cavabdeh inzibati orqan iddiaçının sosial təminat hüququnun xx.xx.2017ci il tarixədək mövcudluğu ilə bağlı inzibati orqana xx.xx.2019-cu il tarixədək müraciət etməsini nəzərə almadan ona tələb etdiyi fərq məbləğinin müvafiq müddət üzrə ödənilməsindən əsassız olaraq imtina etmişdir. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə 2021-ci il 23 sentyabr tarixli Qərar). “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsində göstərilmiş hərbi qulluqçulara və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və həmin Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 18 oktyabr tarixli 314 saylı Qərarı ilə həmin Qaydaların 2, 3 və 4-cü hissələri yeni redaksiyada verilmişdir. Qaydaların həmin tarixədək qüvvədə olan hissələrinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən qeyd olunan pul təminatından hesablanır. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Fonda təqdim edilir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar onların xidmət etdiyi müvafiq orqan tərəfindən 5 iş günü ərzində Fonda təqdim olunur. Göründüyü kimi, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması qaydası pensiyanın təyin edilməsi qaydasından fərqləndirilmiş və təminat xərcliyində baş verən artımlar barədə məlumatların Fonda təqdim olunması üçün daha qısa müddət müəyyən edilmişdir. Həmin maddələrə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 32.1-2-ci maddəsinə əsasən isə bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1- 1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müvafiq növdə pensiya xx.xx.2017-ci il tarixədək təyin olunduğundan və onun həmin pensiyasının yenidən hesablanması ilə bağlı müraciəti də xx.xx.2019-cu il tarixədək olduğundan İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının təmin olunan iddia tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin həmin hissədə tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının mübahisələndirilən hissədə ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1025/2020 saylı 11 fevral 2020-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar