Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1005/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə (indiki İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsinə) qarşı “qərarın və hesablanmış dəbbə pulunun ləğv olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş İdarəsinə (indiki İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsinə) qarşı “qərarın və hesablanmış dəbbə pulunun ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5617/2023 saylı 19 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X9nin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********61752 nömrəli qərara əsasən iddiaçıya məxsus olan obyektdə (ünvan 3 ünvanında yerləşən “Ormado Kaffeehaus” kafedə) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) X9nin keçirilməsi qərara alınmışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərardan şikayət vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya şurasının xx.xx.2022ci il tarixli 116 nömrəli qərarının surətindən görünür ki, həmin qərarla iddiaçının inzibati şikayəti təmin edilməmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9444 nömrəli və Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında" xx.xx.2022-ci il tarixli **********924600 nömrəli qərarlarının dəyişdirilmədən saxlanılması, qərarın maraqlı şəxsə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilməsi qərara alanmış və qərardan onun təqdim edildiyi gündən 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulmuşdur. Bundan sonra İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərarının əsassız hesab olunaraq ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsi xx.xx.2022-ci il tarixli, **********9444 nömrəli qərarı ilə iddiaçı barəsində vergi ödəyicisi kimi 1000 manat məbləğində cərimə tətbiq edilməklə hesabına maliyyə sanksiyası qoyulmuşdur. Məlumat üçün bildirilir ki, onun xx.xx.2021-ci il tarixdən icarə müqaviləsi ilə fəaliyyət göstərdiyi ünvan 4 ünvanında yerləşən “Ormado Kaffeehaus” xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə rəsmi qaydada 2 saylı “Asan Xidmət”də yerləşən notariat ofisində adı çəkilən şirkətin rəhbərinə (X11) təhvil vermişdir. Bundan sonra adında olan nəzarət kassa aparatını təhvil alınması üçün "xxxx" MMC-yə dəfələrlə müraciət etmiş, onlar işlərinin çox olmasını əsas gətirərək nəzarət kassa aparatını əvvəllər işlədiyi yerdə, yəni “Ormado Kaffeehaus” kafedə saxlamasını və özlərinin gəlib təhvil almalarını bildirmişlər. İddiaçı öz növbəsində onların dediklərinə riayət edərək kassa nəzarət aparatını Ormado kafenin yeni sahibi X2 təhvil vermiş və "xxxx" MMC-nin nümayəndəsinə təhvil verilməsini xahiş etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin əməkdaşları Ormado Kafeyə gəlmiş və həmin kafenin xidmətindən istifadə etmiş hesabı qəbul edib ödədikdən sonra Vergi xidmətinin əməkdaşı olduqlarını bildirmiş və cərimə tətbiq olunması barədə xəbərdarlıq edərək yenidən qəbzi tələb etmişdir. Ormado kafesində çalışanlar həmin qəbzi iddiaçıya məxsus olan nəzarət kassasından qəbz çıxararaq vergi əməkdaşlarına təhvil vermişdir. Bundan sonra xx.xx.2022-ci tarixdə onun adına verilmiş qəbzə 1000 manat cərimə tətbiq olunmuşdur. Həmin gün vergi əməkdaşı iddiaçının etibarnamə üzrə nümayəndəsinə məxsus olan ********** telefonuna zəng edərək obyektin cərimə olunması barədə bildirmişdir ki, Nicat da öz növbəsində həmin obyektin artıq iddiaçıya aid olmadığını, həmin obyekti rəsmi təhvil verməsi barədə vergi əməkdaşlarına məlumat vermişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, xx.xx.2023cü il tarixdə saat 17:31-də fərdi sahibkara məxsus ünvan 5 ünvanda yerləşən “Ormado Kaffeehaus” obyektində X9 tədbiri zamanı alınmış 1 (bir) fincan “isti şokolad” içkisi üçün nağd şəkildə 4,50 manat ödəniş olunduğu, lakin ödəniş müqabilində nəzarət-kassa aparatından çek verilmədiyi və təqdim edilmədiyi, uçotdan yayındırılmış məbləğin həmin tarixdə saat 17:36-da nəzarət-kassa aparatına 4003 nömrəli çeklə bərpa edildiyi və X9nin nəticəsinin xx.xx.2022-ci il tarixli DVX seriyalı 014069 nömrəli “Əhali ilə pul hesablaşmlarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən vergi orqanının qərarından xx.xx.2022-ci il tarixli **********281200 nömrəli inzibati şikayət verilmiş və vergi orqanının xx.xx.2022-ci il tarixli **********038400 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında baxılmış, xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək xx.xx.2022-ci il tarixli **********038400 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, operativ vergi nəzarət tədbiri həyata keçirilən zaman fərdi sahibkara məxsus obyekt işlək vəziyyətdə olmuş və obyektdə iddiaçının adına qeydiyyatdan keçirilmiş nəzarət-kassa aparatı mövcud olmuşdur. İddiaçı tərəfindən X9 tədbiri keçirilən xx.xx.2022-ci il tarixdən sonra obyektin qeydiyyatdan çıxarılması ilə əlaqədar işlərin görülməsinə başlanılmış, ardıcıl olaraq xx.xx.2022-ci il tarixdə “POSterminalın qeydiyyatdan çıxarılması” barədə ərizə, xx.xx.2022-ci il tarixdə “Proqram kassa sistemin (PKS) və ya tokenin (NMQ) uçotdan çıxarılması” barədə ərizə və xx.xx.2022-ci il tarixdə “Obyektin ləğvi” barədə ərizə vergi orqanına təqdim edilmişdir. İddiaçı tərəfindən NKA-dan istifadə edilməməsinin digər dəlili ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə X9 tədbirinə qədər, yəni saat 17:30 radələrinə qədər nəzarət-kassa aparatına cəmi 2 sayda çek vurulmuş, həmçinin nəzarət tədbirindən sonra da xx.xx.2022- xx.xx.2022-ci il tarix aralığında nəzarət kassa aparatına çeklər vurulmuşdur. Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən isə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olduğu halda, iddiaçı tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Həmçinin bildiririk ki, qeyd olunan obyektin qeydiyyatı ilə əlaqədar "xxxx" MMC müvafiq ərizə ilə vergi orqanına müraciət edilmiş, xx.xx.2022-ci il tarixində obyekt həmin cəmiyyətin adına uçota alınmışdır. Lakin qısa müddət sonra, "xxxx" MMC ünvan 6 ünvanda yerləşən “Ormado Kaffeehaus” adlı obyektin uçotdan çıxarılması ilə bağlı xx.xx.2022-ci il tarixli **********891100 nömrəli ərizə ilə vergi orqanına müraciət etmişdir. Daha sonra X1 (VÖEN **********) xx.xx.2022-ci il tarixli **********235800 nömrəli ərizə ilə qeyd olunan obyektin uçota alınması ilə bağlı vergi orqanına müraciət etmiş, lakin vergi orqanı tərəfindən icra müqaviləsinin tam olmaması səbəbindən ərizəyə rədd verilmişdir. Eyni zamanda, araşdırma zamanı ünvan 6 ünvanda yerləşən “Ormado Kaffeehaus” obyektin xx.xx.2019-cu il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən vergi orqanında uçota alındığı, xx.xx.2021-ci il tarixdə isə obyektin ləğv edildiyi, Cəmiyyətin təsisçilərinin isə X1 və İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X13 olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi, ünvan 6 ünvanda yerləşən “Ormado Kaffeehaus” obyekti ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilməklə eyni ad altında, eyni fəaliyyət növü və eyni işçi qüvvəsi ilə fəaliyyət göstərmiş, bununla da dövriyyənin bölüşdürülməsi yolu ilə vergi üstünlüyü əldə etmək məqsədilə vergidən yayınma sxemi qurulmuşdur. Beləliklə, vergi orqanı tərəfindən həyata keçirilən X9 tədbiri zamanı hər hansı prosessual pozuntuya yol verilməmişdir və cavabdehin iddiaçı barəsində qəbul etdiyi inzibati aktın ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5617/2023 saylı 19 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının 12-ci səhifəsinin 2-ci abzasında qeyd edilmişdir ki, cavabdehin özü də iddiaçıya məxsus kafedə əhali ilə pul hesablaşmalarının aparılmasında nəzarət-kassa aparatından istifadə olunduğunu, həmin aparatını müvafiq qaydada vergi orqanı tərəfindən qeydiyyata alındığını və X9nin həyata keçirildiyi 29 yanvar 2021-ci il tarixdə müştəriyə çek təqdim edildiyini göstərmişdir. Cavabdehin mübahisələndirdiyi hal həmin çekdə Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş məlumatların göstərilməməsindən və “Nəzarətkassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərinin pozulmasından ibarət olmuşdur. Bildirilmişdir ki, qeyd olunan abzasda öz əksini tapmış fikirlər ümumiyyətlə aydın deyildir. İddiaçı xx.xx.2021-ci il tarixdə vergi uçotuna alındığından, onun barəsində 29 yanvar 2021-ci il tarixdə X9 həyata keçirilə bilməzdi. Məhkəmə qərarının 13-cü səhifəsində qeyd edilmişdir ki, iş materiallarında olan çeklərdən müəyyən olunur ki, iddiaçıya məxsus obyektdə müştəri tərəfindən alınmış isti içkiyə görə 4,50 manat nağd pul ödənilmiş və 17:36-da nəzarət-kassa aparatına çek vurulmuşdur. Sübut kimi əsas götürülmüş çeklərə nəzər yetirilsə, görmək olur ki, aparılmış əməliyyat nəzarət-kassa aparatına daxil edildiyindən heç bir vergidən yayınmadan söhbət gedə bilməz. Çünki vergi ödəyicisi olaraq satılmış malların dövriyyəsi bəyan edilmiş və müvafiq vergi dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə qərarında qeyd olunanların tam əksinə, xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı müştəri tərəfindən alınmış isti içkiyə görə 4,50 manat nağd pul ödənilmiş və ödəniş müqabilində müştəriyə çək təqdim edilməmişdir. Nəticədə yayındırılmış məbləğ saat 17:36-da vergi orqanı əməkdaşları tərəfindən 4003 saylı kassa çeki ilə nəzarət-kassa aparatına bərpa edilmiş və həmin çek xx.xx.2022-ci il tarixli 014069 saylı akta qoşma edilərək məhkəməyə təqdim olunmuşdur. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2024-cü il tarixli, 2- 1(103)-1221/2024 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 noyabr 2024cü il tarixli 2-1(102)-2403/2024 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 1221/2024 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı hazırda cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9444 nömrəli qərarını mübahisələndirir. İddiaçı həmin qərardan yurisdiksiya üzrə yuxarı inzibati orqana şikayət vermiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya şurasının xx.xx.2022-ci il tarixli 116 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Bundan sonra iddiaçı hazırki tələblə xx.xx.2023-cü il tarixdə iddia verdiyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İş üzrə müəyyən olunur ki, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş idarəsinə (hazırkı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsi) qarşı tələbi “cavabdehin xx.xx.2022-ci il tarixli, **********9444 nömrəli qərarının ləğv olunması” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərin və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X9ni keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. X9 tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən X9 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən X9nin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən X9 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X9 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X9nin müddəti və X9ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən X9 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X9ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. “Azərbaycan Respublikasının Vergilər Nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən X9 tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 7-ci bəndində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə X9nin həyata keçirilməsi müəyyən olunmuşdur. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda X9 tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair X9 tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 7.2-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. 7.3-cü bəndinə görə vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. 7.4-cü bəndinə görə NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X16), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. 7.5-ci bəndinə əsasən alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. 7.12-ci bəndinə əsasən işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. 7.15-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İş materialarından görünür ki, cavabdehin “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli, seriya DVX, 014069 nömrəli aktına əsasən İddiaçı məxsus “Ormado kafehaus” kafesində quraşdırılmış P********** zavod nömrəli, Pax A930 markalı nəzarət-kassa aparatı xx.xx.2021-ci il tarixli, ********** nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alındığı və kafedə əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə olunduğu qeyd edilmişdir. Həmçinin aktda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:31-də keçirilmiş X9 tədbiri zamanı müşahidə nəticəsində alınmış 1 fincan “isti şokolad” içkisi üçün 4,50 manat ödənildiyi və müqabilində ödənilən məbləğə NKA-dan çek vurulmadığı və müştəriyə təqdim edilmədiyi qeyd edilmişdir. Uçotdan yayındırılmış məbləğ xx.xx.2022ci il tarixdə saat 17:36-da çeklə bərpa edilmiş və “X” hesabatı və bərpa çeki akta əlavə olunmuşdur. Bərpa edilmiş çekin nömrəsi 4003. X9 zamanı vurulmuş NKA çekində qanunvericiliklə müəyyən edilmiş məlumatların (Vergi Məcəlləsinin 50.8-ci maddəsində-malın və ya xidmətin adı) əks etdirilməməsi müəyyən edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019- cu il 1 avqust tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının istismarı qaydaları”nın 8.3.16-cı bəndinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş, nəticədə iddiaçı barəsində Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Hazırkı mübahisəyə münasibətdə iş üzrə cavabdeh iddiaçı barəsində X9nin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “X9nin həyata keçirilməsi haqqında” müvafiq qərar qəbul etmişdir. X9nin həyata keçirilməsi əsaslarının dəqiq siyahısı Vergi Məcəlləsinin 50.2- ci maddəsində təsbit edilmişdir. Lakin cavabdeh vergi orqanı hazırkı iş üzrə qəbul etdiyi “X9nin həyata keçirilməsi haqqında” müvafiq qərarlarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş və qərar əsaslandırılmamışdır. Qanunverici X9nin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda, hazırkı iş üzrə X9nin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul edilmiş qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamışdır. (qərarlarda “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi və nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və nağd hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına istinad edilmişdir). Reyestrdə cavabdeh vergi orqanı yoxlamanın keçirilməsi əsası kimi Vergi Məcəlləsinin 50.2.2-cü maddəsinə istinad etsə də, cavabdeh X9nin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmamış, başqa sözlə, 50.2.2-cü maddəsinə sadəcə istinad etməklə kiyafətlənmişdir.. Cavabdehin “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli, seriya DVX, 014069 nömrəli aktına əsasən, iddiaçıya məxsus “Ormado kafehaus” kafesində quraşdırılmış P********** zavod nömrəli, Pax A930 markalı nəzarət-kassa aparatı xx.xx.2021-ci il tarixli, ********** nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alındığı və kafedə əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-dan istifadə olunduğu qeyd edilmişdir. Həmçinin aktda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:31-də keçirilmiş X9 tədbiri zamanı müşahidə nəticəsində alınmış 1 fincan “isti şokolad” içkisi üçün 4,50 manat ödənildiyi və müqabilində ödənilən məbləğ (uçotdan yayındırılmış məbləğ) xx.xx.2022-ci il tarixdə saat 17:36-da çeklə bərpa edilmiş və “X” hesabatı və bərpa çeki akta əlavə olunmuşdur. Bərpa edilmiş çekin nömrəsi 4003. Göründüyü kimi, cavabdehin özü də iddiaçıya məxsus kafedə əhali ilə pul hesablaşmalarının aparılmasında nəzarət kassa aparatından istifadə olunduğunu, həmin nəzarət-kassa aparatının müvafiq qaydada vergi orqanı tərəfindən qeydiyyata alındığını və X9nin həyata keçirildiyi xx.xx.2021-ci il tarixdə müştəriyə nəzarət-kassa aparatından çekin vurularaq təqdim edildiyini göstərmişdir. Cavabdehin mübahisələndirdiyi hal həmin çekdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulan məlumatların göstərilməməsindən və “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərinin pozulmasından ibarət olmuşdur. Məhkəmə “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərinin pozulması ilə bağlı qeyd edir ki, həmin bəndin tələbinə əsasən vergi ödəyicisi tərəfindən aparılan əməliyyat zamanı vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə edərək alıcıya çek təqdim edilmişdir. Belə ki, həmin qaydalara əsasən NKA qeydiyyata alınarkən vergi ödəyicisi və Operatorun NKA-ya dair daxil etdiyi məlumatların eyniliyini yoxlamaq NKA üzrə Nazirliyin vəzifələri kimi göstərilməsinə baxmayaraq, vergi orqanı tərəfindən NKA qeydiyyata alınarkən vergi ödəyicisi və operatorun NKA-ya dair daxil etdiyi məlumatların dəqiqliyi yoxlanılmamışdır. Cavabdeh tərəfindən məhkəmə icraatı zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli etiraz ərizəsində qeyd etdiyi “Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, operativ vergi nəzarət tədbiri həyata keçirilən zaman fərdi sahibkara məxsus obyekt işlək vəziyyətdə olmuş və obyektdə iddiaçının adına qeydiyyatdan keçirilmiş nəzarət kassa aparatı mövcud olmuşdur. Həmçinin birinci instansiya məhkəməsinin qərarında göstərilmişdi ki, iddiaçı tərəfindən X9 tədbiri keçirilən xx.xx.2022-ci il tarixdən sonra obyektin qeydiyyatdan çıxarılması ilə əlaqədar işlərin görülməsinə başlanılmış, ardıcıl olaraq xx.xx.2022-ci il tarixdə “POS-terminalın qeydiyyatdan çıxarılması” barədə ərizə, xx.xx.2022-ci il tarixdə “Proqram kassa sistemin (PKS) və ya tokenin (NMQ) uçotdan çıxarılması” barədə ərizə və xx.xx.2022-ci il tarixdə “Obyektin ləğvi” barədə ərizə vergi orqanına təqdim edilmişdir. İddiaçı tərəfindən NKA-dan istifadə edilməməsinin digər dəlili ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə X9 tədbirinə qədər, yəni saat 17:30 radələrinə qədər nəzarət-kassa aparatına cəmi 2 sayda çek vurulmuş, həmçinin nəzarət tədbirindən sonra da xx.xx.2022xx.xx.2022-ci il tarix aralığında nəzarət- kassa aparatına çeklər vurulmuşdur. Cavabdeh vergi orqanının etiraz dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, vergi orqanın özünün də etiraf etdiyi kimi operativ vergi nəzarət tədbiri həyata keçirilən zaman fərdi sahibkara məxsus obyekt işlək vəziyyətdə olmuş və obyektdə iddiaçının adına qeydiyyatdan keçirilmiş nəzarət-kassa aparatı mövcud olmuşdur. Eyni zamanda, etiraz məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə X9 tədbirinə qədər, yəni saat 17:30 radələrinə qədər nəzarət-kassa aparatına 2 sayda çek vurulmuşdur. İş materiallarında olan çeklərdən müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən iddiaçının istifadəsində olan “Ormado Kaffeehaus” obyektində müştəri tərəfindən alınmış isti içkiyə görə 4,50 manat nağd pul ödənilmiş və 17:36-da nəzarət kassa aparatına çek vurulmuşdur. Sübut kimi əsas götürülmüş çeklərə nəzər yetirilsə, görmək olur ki, aparılmış əməliyyat nəzarət kassa aparatına daxil edildiyindən heç bir vergidən yayınmadan söhbət gedə bilməz. Çünki vergi ödəyicisi olaraq satılmış malların dövriyyəsi bəyan edilmiş və müvafiq vergi dövlət büdcəsinə ödənilmişdir. Cavabdeh vergi orqanının “Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, iddiaçı tərəfindən X9 tədbiri keçirilən xx.xx.2022-ci il tarixdən sonra obyektin qeydiyyatdan çıxarılması ilə əlaqədar işlərin görülməsinə başlanılmış, ardıcıl olaraq xx.xx.2022-ci il tarixdə “POS-terminalın qeydiyyatdan çıxarılması” barədə ərizə, xx.xx.2022-ci il tarixdə “Proqram kassa sistemin (PKS) və ya tokenin (NMQ) uçotdan çıxarılması” barədə ərizə və xx.xx.2022-ci il tarixdə “Obyektin ləğvi” barədə ərizə vergi orqanına təqdim edilmişdir” dəlili iddiaçının NKA-dan istifadə edilməməsinin dəlili olaraq qəbul edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, yoxlama xx.xx.2022-ci ildə bitdiyi halda cavabdeh inzibati orqan tərəfindən qərar qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə, yəni 10 gündən gec müddətdə xx.xx.2022-ci il tarixində qəbul edilmişdir.” Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə təkrar apelyasiya baxışını həyata keçirən məhkəmə kollegiyası razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: İşdən görünür ki, iddiaçı barəsində X9 həyata keçirilməzdən əvvəl fəaliyyəti üzrə araşdırma həyata keçirilmişdir. Araşdırma nəticəsində yeni nəsil nəzarət-kassa aparatı tətbiq edilməyə başladığı dövrdən etibarən iddiaçının sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir miqdarında azalma müşahidə olunduğu aşkar edilmişdir. Qeyd olunan fakt isə vergi orqanı üçün Vergi Məcəlləsinin 50.2.2-ci maddəsində qeyd olunan “vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumat” hesab olunur və nəticədə qeyd olunan azalmanın səbəblərinin araşdırılması ilə bağlı iddiaçının sahibkarlıq fəaliyyəti üzrə X9nin həyata keçirilməsi qərara alınmışdır. Həm xx.xx.2022-ci il tarixli qərarda, həm də xx.xx.2022-ci İl tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda" göründüyü kimi, Vergi orqanı tərəfindən əsas kimi konkret olaraq 50.2.2-cİ maddə, yəni “vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumat” qeyd edilmiş, həmin əsas barədə vergi orqanının nümayəndəsi tərəfindən keçirilən məhkəmə iclaslarında yetəri qədər izahatlar verilmişdir. Bundan başqa, “Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsi və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunması” barədə dəlilə münasibətdə qeyd olunur ki, Vergi Məcəlləsinin 41.1-ci maddəsi məzmun baxımından imperativdir, yəni norma baxış keçirilərkən baş verən hərəkətlərin həm protokolla rəsmiləşdirilməsini, həm də foto, video çəkilişdən istifadənin vergi orqanı üçün vəzifə olduğunu təsbit etmişdir. Hazırki işdə isə vergi orqanı tərəfindən vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilməmiş, bu səbəbdən də baxış protokolu tərtib olunmamış və foto və (və ya) video çəkilişdən istifadə olunmamışdır. Odur ki, iddiaçının qeyd olunan dəlili əsassızdır. Bundan əlavə, iddiaçı tərəfindən NKA-dan istifadə edilməməsinin digər dəlili ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə X9 tədbirinə qədər, yəni saat 17:30 radələrinə qədər nəzarət-kassa aparatına cəmi 2 sayda çek vurulmuş, həmçinin nəzarət tədbirindən sonra da xx.xx.2022- xx.xx.2022-ci il tarix aralığında nəzarət kassa aparatına çeklər vurulmuşdur. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən isə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Hazırki işdə iddiaçıya məxsus obyektdə müştərinin aldığı isti şokalad içkisinə görə onun ödədiyi 4,50 manat məbləğə kassa çekinin vergi ödəyicisi tərəfindən vurulmadığı və müştəriyə verilmədiyi mübahisəsizdir. Həmin çek X9 zamanı vergi orqanının əməkdaşı tərəfindən NKA-ya bərpa edilmişdir. Göründüyü kimi, qeyd olunan faktlar iddiaçı tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına dəlalət edir. Buna görə də cavabdeh qurum tərəfindən iddiaçıya haqlı olaraq maliyyə sanksiyası tətbiq olunmuşdur. Kollegiya onu da qeyd edir ki, ünvan 6 ünvanda yerləşən “Ormado Kaffeehaus” obyektinin ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilməklə eyni ad altında, eyni fəaliyyət növü və eyni işçi qüvvəsi ilə fəaliyyət göstərməsi halı da vergi orqanı tərəfindən “dövriyyənin bölüşdürülməsi yolu ilə vergi üstünlüyü əldə etmək məqsədilə vergidən yayınma sxeminin qurulması” kimi qiymətləndirilmişdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, vergi orqanı tərəfindən həyata keçirilən X9 tədbiri zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyi üçün ona 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı cavabdeh vergi orqanı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərarı qəbul etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********9444 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5617/2023 saylı 19 oktyabr 2023-cü il tarixli qərarı ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsi (indiki İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5617/2023 saylı 19 oktyabr 2023-cü il tarixli qərarı ləğv olunsun. İddia tələbi rədd olunsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1005/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1005/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver