Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1006/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 Əlibaba qızının iştirakları ilə, İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1 Əlibaba qızına və Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiya ödənilməklə evin boşaldılması barədə iddia tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(81)-1542/2019 saylı qərarından Cavabdeh1 Əlibaba qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(81)- 1542/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilərək, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçi Cavabdeh1 Əlibaba qızına 28 000 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır (hakim T.Əsədova). Həmin qərardan narazı qalan Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(103)- 1846/2019 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1542/2019 saylı,xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi Ü.Mayılov, hakimlər M.Tağızadə və İ.Əhmədov). Həmin qərardan narazı qalan Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx xxxxxx 2020-ci il tarixli 2- 1(102)-77/2020 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2- 1(103)-1846/2019 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir (sədrlik edən və məruzəçi A.Hüseynov, hakimlər R.Nəbizadə və X.Məmmədov). İşin halları: İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1 Əlibaba qızına və Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçi Cavabdeh1 Əlibaba qızına 28 000 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cuil tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərar ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədi ilə alan orqan kimi Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq «Daşınmaz əmlakın alınması qrupu»nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Cavabdeh1 Əlibaba qızı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir, digər cavabdeh isə mülkiyyətçinin ailə üzvü olmaqla orda yaşayır və qeydiyyatdadır. Həmin mənzil (əmlak) qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarın təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun mülkiyyətçisi olduğu daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə yaşadıqları daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətlənditici «xxxxxxxxxxxx» MMC tərəfındən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasımn Qanununun tələblərinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə mülkiyyətçi Cavabdeh1 Əlibaba qızına 28 000 manat məbləğində kompensasiya (iki aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin, mülkiyyətçi təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. İş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdeh1 Əlibaba qızı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan Cavabdeh2 və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 45 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X6, X7, X4, X8 və Cavabdeh1 Əlibaba qızının adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 43 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Arayışdan görünür ki, cavabdehlər ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərar qəbul etmişdir. Həmin Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq, Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələrinin kəsişməsindəki ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyriyaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xəttlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq «Daşınmaz əmlakın alınması qrupu»nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. İş materiallarından görünür ki, cavabdehlərin qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 45 №-li ev yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşür. İş materiallarından görünür ki, İddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehin istifadəsində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar «xxxxxxxxxxxx» MMC-ni müstəqil qiymətlənditici olaraq cəlb etmişdir. İş materiallarından görünür ki, müstəqil qiymətlənditici «xxxxxxxxxxxx» MMC tərəfındən xx xxxx 2018-ci il tarixdə tərtib olunmuş qiymətləndirmə hesabatından çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, 2018-ci il iyun ayına olan bazar dəyəri, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün növ kompensasiya növləri nəzərə alınaraq, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 28 000 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. İş materiallarında olan «xxxxxxxxxxxx» MMC-nin direktoru və 43 saylı MKİS-nin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 45 №-li evin Cavabdeh1 Əlibaba qızına məxsus yaşayış sahəsinə görə 28 000 manat məbləğində kompensasiya təklif edilmiş, lakin Cavabdeh1 Əlibaba qızı könüllü razılaşmadan imtina etmişdir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən göstərişlərini nəzərə alaraq, işdə olan Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə sifariş edilmiş və “xxxxxxxxxxxxxx” X1 tərəfindən xx.xx.2019-cu il tarixdə icra olunmuş mütəxəssis rəyinə qiymət verərək, hesab edir ki, eyni daşınmaz əmlakın sahəsi və bazar qiyməti fərqli ölçüdə müəyyən edildiyindən, həmin rəy mötəbər sübüt kimi qəbul edilə bilməz. Belə ki, həmin rəyə əsasən ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın orta bazar dəyəri 69075 manat məbləğində qiymətlədirilmiş, bu zaman vizual baxış aparılmaqla qiymətləndirilən əmlakın ümumi sahəsi 23,39 kv.m (faktiki isə 27,63 kv.m.), bundan 13,34. kv.m - əsas və 14,29 kv.m köməkçi sahələr kimi götürülmüşdür. “xxxxxxxxxxx” MMC-nin qiymətləndirmə hesabatından xx.xx.2018-ci il tarixli çıxarışında daşınmaz əmlakın faktiki mövcud olan sahəsi əsas sahə - 12,8 kv.m, köməkçi sahə - 5.2 kv.m, cəmi 18 kv.m təşkil edildiyi müəyyən edilir. Lakin “xxxxxxxxxxxxxx” X1 tərəfindən xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində əmlakın faktiki mövcud vəziyyəti deyil, əmlakın tikintialtı sahəsi 37,42 kv.m, yaşayış mənzili tikinti standartlarına uyğun tikilmədiyi üçün divarların qalınlığı nəzərə alınaraq, divarlar 0,3 əmsal ilə hesablanaraq, əmlakın faktiki ümümi sahəsi 27,629 kv.m göstərilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 Əlibaba qızı məhkəmə kollegiyasının iclasında izahatında bildirdi ki, ona təklif olunmuş kompensasiyanın məbləğini almış, həmin kompensasiyadan razı olduğunu bildirmişdir. Onun tələb etdiyi tikintinin altında olan torpaq sahəsinin dəyəridir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin tikili altında olan torpaq sahəsinin kompensasiyasının ödənilməsi tələbi əsassızdır. Belə ki, işdə olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 45 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/6 hissə üzrə Cavabdeh1 Əlibaba qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və 0,01322 ha olan torpaq sahəsinin mülkiyyət növü - dövlət mülkiyyətidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar «Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında «Azərbaycan Respublikasının xx.xx.2012- ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9- cu maddəsi “Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır» kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında «Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsi isə «Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir» kimi redaksiyada verilmişdir. Yuxarıda qeyd edilən dəyişiklik əsasında yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsin 248.1-ci maddəsinə əsasən «Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər» Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2.-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Eyni zamanda «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinə əsasən Alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində məhkəmə qərarlarının icrası barədə qanunvericiliyin müvafiq müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh1 Əlibaba qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(81)- 1542/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1006/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1006/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver