Məhkəmə qərarları › İş №2-1(103)-1007/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1007/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1007/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X3, Cavabdehin nümayəndəsi X5, Tərcüməçi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Nəsimi rayon Polis İdarəsi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzi) qarşı Bakı şəhər Cavabdeh xx xxxxxx 2018-ci il tarixli “İddiaçı ata adının Azad qızına dəyişdirilməsindən imtina edilməsi barədə” qərarın ləğv edilməsi və iddiaçının ata adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinədair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1213/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxslər: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Nəsimi rayon Polis İdarəsi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzi) iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Şöbənin xx xxxxxx 2018-ci il tarixli “İddiaçı ata adının Azad qızına dəyişdirilməsindən imtina edilməsi barədə” qərarının ləğv edilməsi; iddiaçının xx.xx.2018ci il tarixli ərizəsinin təmin edilməsi və onun ata adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsi barədə qərar qəbul etmək öhdəliyinin cavabdeh Şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Doğulandan sonra atası və anası ilə birlikdə Bakı şəhərinin Xətai rayonunda yaşamışdır. Anası Naziyeva (Sokolova) Natalya Yuryevna Azərbaycan Respublikası vətəndaşıdır, milliyətcə rusdur, xx xxxxxx 1964-cü il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. İddiaçının atası X6 xx xxxxxxxx 1960cı il tarixdə Azərbayacan Respublikasının Bakı şəhərində anadan olmuş, milliyətcə erməni olmuşdur. 1988-ci ildə münaqişələr başladığında atası onları tərk edərək Rusiyaya getmiş və bir daha geri qayıtmamışdır, ondan sonra onun barəsində heç bir məlumat olmamışdır. 2018-ci ilin aprel ayına qədər iddiaçı “Arzumanyan" soyadını daşımışdır. Münaqişələr başlayanda iddiaçının 5 yaşı olmuş, soyad sonluğunun “yan” olması səbəbindən məktəbə gedə bilməmişdir. Anası onun üçün evə müəllim dəvət etmiş və o, 1989-cu ildən 1995-ci ilədək evdə təhsil almışdır. 1995-ci ildə Xətai rayonundan Sabunçu rayonuna köçmuşdür. 1995-2000-ci illərdə Bakı şəhəri Sabunçu rayon 67 saylı orta məktəbdə təhsil almışdır. Orda anasının soyadına uyğun olaraq "Sokolova" soyadı ilə oxumuşdur. 9 və 10-cu sinifi oxumaq üçün şəxsiyyət vəsiqəsi tələb olunmuşdur. 2001-ci ildə şəxsiyyəti təsdiq edən sənədlə (9 nömrəli formada arayış) təmin olunmuşdur. Şəxsiyyətini təsdiq edən sənəddə soyadı "Arzumanyan” olduğu üçün 10 və 11-ci sinfi oxuya bilməmişdir. Onun müraciəti əsasında Bakı Şəhəri Cavabdeh xx xxxxx 2018-ci il tarixdə soyadını “Arzumanyan"dan “Sokolova“ya dəyişdirmişdir. Hal-hazırda, ünvan 1 mən., 30 ünvanında yaşayır. xx xxxxxxxx 2018-cı il tarixdə iddiaçı ata adının "Robertovna" dan "Azad qızı”na dəyişdirilməsi barədə ərizə ilə Bakı Şəhəri Cavabdehnə müraciət etmişdir. Həmin ərizə barəsində cavabdeh xx.xx.2018-ci il tarixdə ata adının dəyişdirilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərar iddiaçıya xx xxxxxx 2018-ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini, cavabdeh inzibati orqanın xx xxxxxx 2018-ci il tarixli “İddiaçı ata adının Azad qızına dəyişdirilməsindən imtina edilməsi barədə” qərarının ləğv edilməsini, iddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinin təmin edilməsini və onun ata adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsi barədə qərar qəbul etmək öhdəliynin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1213/2019 saylı, xx xxxxx 2019cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1213/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1772/2019 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1772/2019 saylı qərarın ləğv edilməsini, iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 3241/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili X8 apellyasiya şikayətinə və iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, cavabdeh inzibati orqanın imtinası Nəsimi RPİ tərəfindən verilən rəyə əsaslanmışdır. Halbuki, qanunvericilikdə cavabdeh iddiaçının müraciətini araşdırarkən Polis İdarəsi tərəfindən verilmiş rəyə istinad etməsi imperativ qayda kimi nəzərdə tutulmamışdır. Həmçini, iş materiallarında belə bir rəy mövcud deyildir və işə baxılarkən həmin rəy tədqiq olunmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin və iddiasının tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək göstərdi ki, o, soyadını dəyişərkən də inzibati orqan tərəfindən eyni məzmunlu imtina məktubu verilmişdir. İnzibati orqan tərəfindən verilən imtina əsaslandırılmamış, imtinanın səbəbləri iddiaçıya izah edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin və iddiasının tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi izahatında əlavə olaraq bildirmişdir ki, cavabdeh inzibati orqan Nəsimi RPİ tərəfindən verilən rəyə istinad edərək imtina etmişdir. Həmin rəydə İddiaçı ata adının dəyişdirilməsi məqsədə müvafiq hesab edilməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək və apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli,iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. İş materiallarında olan xx.xx.1984-cü il tarixli, 117676 nömrəli doğum haqqında şəhadətnamədə İddiaçı atası X7, anası X4raq qeyd edilmişdir. xx.xx.1999-cu il tarixli, 370801 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X13 və X9 xx.xx.1999-cu il tarixində nikahlarını bağlamışlar. İddiaçının müraciəti əsasında Bakı Şəhəri Cavabdeh xx xxxxx 2018-ci il tarixdə onun soyadını “Arzumanyan"dan “Sokolova“ya dəyişdirmişdir. İddiaçı ata adını (“Robertovna”) anasının həyat yoldaşı olan X10 adına (“Azad”) dəyişdirilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqanın xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunan qərarda bildirilmişdir ki, İddiaçı təqdim etdiyi sənədlər yoxlama aparılması üçün Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. Lakin aparılan müvafiq yoxlama nəticəsində xx.xx.2018-ci il tarixdə müvafiq orqan tərəfindən ata adının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməməsi barədə rəy verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi haqqında Qaydalar”ın 6.15, 6.16, 6.18-ci bəndlərini rəhbər tutaraq İddiaçı ata adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsi mümkün hesab edilmədiyindən imtina edilməsi barədə qərar çıxarılmışdır. İddiaçı cavabdeh inzibati orqanın imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinası ilə razılaşaraq hesab etmişdir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7 və 87.9-cu maddələrini rəhbər tutaraq hesab edir ki, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən, əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan qərar ləğv edilməli və icraatın davam etdirilməsi üçün müvafiq inzibati məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İPM-in 2.2-ci və 2.2.2-ci maddələrində inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən olunmuşdur. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər Məhkəmə qərarını əsaslandırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 79 №-li Qərarı ilə «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.4-cü bəndinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 191.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 79 №-li Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.4-cü bəndinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 191.1-ci maddəsinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hazırki işdə iddiaçı hesab edir ki, cavabdeh əsassız olaraq onun ərizəsinin təmin edilməsindən imtina etmiş və imtinasını əsaslandırmamışdır. İşə baxan məhkəmə isə işdə olan sübutlar əsasında müəyyən konkret qərarın qəbul edilməsinin mümkün olmamasını qərarında əsaslandırmamış, cavabdeh orqandan müvafiq sübutları, sənədləri tələb etməmiş, həmin sübutlar üzrə hər hansı bir qiymətləndirmə aparmadan və özünün hüquqi mövqeyinin nədən ibarət olduğunu göstərmədən iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın İddiaçı Robertovanın ata adının Azad qızına dəyişdirilməsindən imtina edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarında Nəsimi rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli rəyinə istinad edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarını araşdırarkən qeyd olunan rəyə istinad etməmiş, inzibati orqandan müvafiq rəyi tələb etməmiş və imtinanın əsaslılığını yoxlamamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 79 №-li Qərarı ilə «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 6.5. bəndinə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmin Qaydaların 6.15. ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Həmin Qaydaların 6.16. bəndinə rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. Həmin Qaydaların 6.17. bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir (2 nömrəli əlavə). Həmin Qaydaların 6.18. bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi müvafiq polis idarəsinin imtina məktubunun (rəyinin) əsaslılığının Qaydalarda əks olunan müddəalara uyğun olub-olmamasını araşdırmamışdır. Birinci instansiya məhkəməsi prossessual qanunvericiliyin bəhs edilən normalarına əməl etməyərək işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməmiş, bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim edilməsi ilə bağlı tədbir görülməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs edilən hallar isə işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Göründüyü kimi, işə baxılarkən məhkəmə tərəfindən ciddi prosessual pozuntulara yol verilmiş, iş üçün əhəmiyyəti olan çoxlu sayda sübutlar araşdırılmamışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1213/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri qismən təmin olunsun. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1213/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali X1 (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar