Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1007/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “araşdırma aparılması öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(112)-13624/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək inzibati orqan kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlakçı kimi ona göndərilmiş "müraciətlərinizə baxılmasının nəticəsi haqqında" 3-21-1/2- 11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubunun - inzibati aktın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və "xxxx" X2 tərəfindən 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi onun hüquqlarını pozaraq Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi onun istifadəsinə verilməməsi barədə müraciətlərilə əlaqədar yenidən apaşdırma aparılması öhdəliyinin (vəzifəsinin) yerinə yetirilməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə həvalə edilməsi, inzibati icraatda iştirak edən maraqlı şəxs (ərizəçi) kimi ona vurulmuş mənəvi zərərin əvəzi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən onun xeyrinə 50.000 (əlli min) manat pul məbləğinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin may ayının əvvəllərində iddiaçı istehlakçı kimi pozulmuş istehlakçı hüquqlarının müdafiəsi ilə əlaqədar "xxxx" X2 (hüquqi ünvan: Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, 14; əlaqə telefonu: **********) tərəfindən 27 dekabr 2007-ci il tarixli Müqavilənin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi onun hüquqlarını pozan qanunsuz hərəkətləri barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə elektron qaydada və poçtla müraciətlər edərək istehlakçı kimi onunla icraçı kimi "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqavilənin şərtlərinin icra edilərək Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının dərhal binanın sahə mülkiyyətçisi kimi onun istifadəsinə verilməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" X1 həvalə edilməsini xahiş edib. Belə ki, icraçı kimi "xxxx" Mənzil Tikinti Kooperativi ilə istehlakçı kimi iddiaçı arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqaviləyə əsasən sonuncu Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən 55 saylı mənzilinin tam dəyərini ödəyərək həmin mənzili alıb. Bildirir ki, həmin bina "xxxx" MMC tərəfindən inşa edilmişdir. 01 oktyabr 2009-cu il tarixli Müqavilə ilə "xxxx" Mənzil-Tikinti Kooperativi qeyd olunan binanın idarə edilməsini "xxxx" MMM-yə həvalə etmişdir və həmin yaşayış binası halhazırda da "xxxx" MMM-nin idarəçiliyindədir. "xxxx" Mənzil-Tikinti Kooperativi ilə iddiaçı arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndində həyətdə yeraltı qaraj yerləşdiriləcəyi, "Payçı"lar qarajdan istifadə etmək istədikdə tərəflər bu Müqaviləyə Əlavə edərək yeraltı qarajlardan istifadə şərtlərini bu Əlavə ilə tənzimləyəcəkləri göstərilmişdir. Yuxarıda qeyd etdiyi kimi 01 oktyabr 2009-cu il tarixdən hal-hazıra kimi İ.Qutqaşınlı küçəsində yerləşən 89 saylı binanın idarə edilməsi "xxxx" X2 tərəfindən həyata keçirilməsinə baxmayaraq, artıq 14 (on dörd) ilə yaxın müddətdir ki, "xxxx" MMM 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi iddiaçının hüquqlarını pozaraq binada yerləşən yeraltı avtomobil qarajını binanın sahə mülkiyyətçisi kimi onun istifadəsinə vermir. "xxxx" MMM faktiki olaraq "xxxx" MMC-nin tabeçiliyində fəaliyyət göstərir. Müraciətləri baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmişdir. 08 may 2023-cü il tarixdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Səbuhi adlı işçisi iddiaçıya zəng edərək yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi kimi onun istifadəsinə qanunsuz olaraq verilməməsi barədə ərizəsinin onun icraatında olmasını bildirərək onun ərizəsi ilə əlaqədar bütün sənədlərin surətlərini WhatsApp-la onun həmin telefon nömrəsinə göndərməyini xahiş etmişdir və həmin gün - 08 may 2023-cü il tarixdə yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi kimi onun istifadəsinə qanunsuz olaraq verilməməsi barədə onun həmin ərizəsilə əlaqədar bütün sənədlərin surətlərini - istehlakçı kimi onunla icraçı kimi "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqavilənin surətini; mənzilin dəyərinin payçı kimi onun tərəfindən tam ödənilməsi və onun "xxxx" Mənzil-Tikinti Kooperativinə borcunun olmaması barədə "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 27 dekabr 2007-ci il tarixli maliyyə arayışının surətini; "xxxx" Mənzil- Tikinti Kooperativinin İdarə Heyətinin sədrinin təşəbbüsü ilə növbədənkənar çağırılmış ümumi yığıncağın 01 oktyabr 2009-cu il tarixli Protokol-Qərarının surətini; binanın idarə edilməsinin "xxxx" X1 həvalə edilməsi barədə "xxxx" Mənzil-Tikinti Kooperativi ilə "xxxx" X2 arasında bağlanmış 01 oktyabr 2009-cu il tarixli Müqavilənin surətini; sifarişçi kimi onunla icraçı kimi "xxxx" X2 arasında bağlanmış "Mənzil-kommunal xidməti haqqında" 01 avqust 2009-cu il tarixli Müqavilənin surətini; "xxxx" X2 tərəfindən təsdiq edilmiş "Yasamal rayonu, İ.Qutqaşınlı 89 saylı bina üzrə sakinlərə göstərilən xidmət və ümumi istifadədə olan sahələrin istismar xərclərinin Hesabati"nın surətini; "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 89 saylı binanın və digər binaların inşa edilməsi barədə "xxxx" MMC-nin bukletinin surətini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Səbuhi adlı işçisinin mobil telefonuna WhatsApp-la göndərib. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinin müavini Elnur Bağırov tərəfindən ona elektron qaydada göndərilmiş "Müraciətin icraata götürülməsi haqqında" 3-21-1/2-8122/2023 nömrəli 10 may 2023-cü il tarixli məktubunda göstərilmişdir: "Avtomobil qarajının istifadənizə təqdim edilməməsi haqqında İqtisadiyyat Nazirliyinə daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətinizə (daxil olma qeydiyyatı: 3-21/1- D- 30xx-xx/2023, xx.xx.2023) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılaraq nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir". İki ay müddət keçməsinə baxmayaraq, onun müraciətləri ilə əlaqədar aparılmış araşdırma barəsində və onun müraciətləri üzrə hansı qərarın qəbul edilməsi barədə ona Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən rəsmi qaydada heç bir məlumat verilməmişdir. Bu səbəbdən 14 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 195-1-4 nömrəli "Çagri Mərkəzi"nə şikayət edərək "xxxx" X2 tərəfindən 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi hüquqlarını pozaraq Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi kimi (istehlakçı) kimi istifadəsinə verilməməsi barədə müraciətlərilə əlaqədar aparılmış araşdırma barəsində və müraciətləri üzrə hansı qərarın qəbul edilməsi barədə ona Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən rəsmi qaydada heç bir məlumatın verilməməsini bildirib və onun şikayəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 195-1-4 nömrəli "Çagri Mərkəzi" tərəfindən 14 iyul 2023-cü il tarixdə 3-21/3-5-29396/2023 daxilolma nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə etdiyi müraciətlərilə əlaqədar xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərdə ona rəsmi qaydada poçtla təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev tərəfindən imzalanmış "müraciətlərinə baxılmasının nəticəsi haqqında" 3-21-1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubunda göstərilmişdir: "xxxx" MMM ilə aranızda yaranmış mübahisə haqqında İqtisadiyyat Nazirliyinə daxil olmuş müraciətlərinizə (daxilolma qeydiyyatları: 3- 21/1-D-30xx-xx/2023, xx.xx.2023-cü il; 3-21/1-D-3008/2-41/2023, xx.xx.2023- cü il; 3- 21/1-D-3008/3-41/2023, xx.xx.2023-cü il; 3-21/1-D-3008/4-41/2023, xx.xx.2023-cü il) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Müraciətinizlə əlaqədar aparılmış araşdırma zamanı "xxxx" MTK-nın rəhbərliyi tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2007-ci il tarixində sözügedən şirkət ilə müqavilə bağlayaraq ünvan 3 ünvanında yerləşən yaşayış binasının 16-cı mərtəbəsində, ümumi sahəsi 196,4 kv.m. olan, 4 otaqlı, 55 saylı mənzili aldığınız, təmir edərək hal-hazırda istifadənizdə olduğu bildirilmiş, həmçinin xx.xx.2007-ci il tarixli müqavilənin 2.3-cü bəndində göstərildiyi kimi, "Payçı" qarajdan istifadə etmək istəyən zaman, bu münasibətlərin müqaviləyə "xxxx" ilə tənzimlənəcəyi qeyd edilmişdir. Göründüyü kimi, qarajdan istifadə etmək üçün MTK ilə müqaviləyə "xxxx"nin imzalanmasının zəruri olduğu, digər "Payçılar"la olan razılaşmaya əsasən həmin şəxslərin müraciətlərinin ardıcıllığına əsasən qarajların dəyəri ödənilməklə satıldığı (çıxarışlar sakinlərə təqdim edilmişdir) və hazırda qeyd olunan binada boş qarajın olmadığı bildirilmişdir. Eyni zamanda, Sizin yaşadığınız mənzilə dair 10 ildən artıq müddətdir ki, hər hansı kommunal haqqı ödəmədiyiniz qeyd edilmiş və bu səbəbdən "xxxx" MMM tərəfindən Yasamal Rayon Məhkəməsində Sizə qarşı "kommunal xidmət haqqının ödənilməsi" tələbinə dair iddia qaldırılmışdır. Bununla əlaqədar bildiririk ki, "xxxx" MTK-nın mövqeyi ilə razılaşmadığınız təqdirdə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki icraat qaydasında aidiyyəti üzrə məhkəmədə iddia qaldıra bilərsiniz. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciətiniz barədə qəbul edilmiş qərarla razılaşmadığınız halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır". İstehlakçı kimi ona ünvanlanmış inzibati orqan olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 3-21-1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli qanunsuz və əsassız məktubu ilə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri; "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri; "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 739-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1531 nömrəli 14 iyul 2017-ci il tarixli Fərmanının tələbləri; Azərbaycan Respublikası Prezidentinin 1017 nömrəli 12 may 2020-ci il tarixli Fərmanı ilə təsiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi"nin tələbləri, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında formalaşdırılmış məcburi hüquqi mövqelərin tələbləri kobud şəkildə pozulmuşdur və istehlakçı kimi onun hüquqlarının müdafiəsi inzibati orqan olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qanunsuz olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1017 nömrəli 12 may 2020-ci il tarixli Fərmanı ilə təsiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi"nin 3.0-cı və 3.0.24-cü bəndlərinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericliyə riayət olunmasına dövlət nəzarətini həyata keçirmək, istehlakçıların hüquqlarının pozulmasının aradan qaldırılması haqqında yazılı tələbnamə (göstəriş) vermək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər görmək bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələrinə daxildir. "xxxx" X2 tərəfindən 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi iddiaçının hüquqlarını pozaraq Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi kimi (istehlakçı) kimi iddiaçının istifadəsinə verilməməsi barədə müraciətlərilə əlaqədar inzibati orqan kimi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən yuxarıda qeyd edilən qanunvericlik aktlarının tələbləri pozularaq mahiyyəti üzrə heç bir araşdirma aparılmamışdır, işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplamamışdır və nəzərə almamışdır, iş üçün əhəmiyyət kəsb edən faktlar əldə edilməmişdir və zəruri sübutlar tələb edilməmişdir, sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq hüquqi qiymət verilməmişdir, inzibati icraatda iştirak edən şəxsləri bildiriş göndərərək inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar olunmamışdır, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev tərəfindən imzalanmış "müraciətlərinizə baxılmasının nəticəsi haqqında" 3-21-1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubu - inzibati aktı yazılı şəkildə yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırılmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunun qanunsuz və əsassız olması onunla əlaqədardır ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binanın yeraltı hissəsində boş avtomobil qarajları hazırda da mövcuddur, bəzi avtomobil qarajları başqa şəxslərin istifadəsinə və icarəsinə verilmişdir və bu halların, o cümlədən ''Bisütun" Mənzil- Tikinti Kooperativi tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmiş dəlillərin araşdırılması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən binanın yeraltı hissəsində yerləşən avtomobil qarajlarına baxış keçirilməmişdir. Ümumilikdə hansı sayda avtomobil qarajlarının mövcud olması araşdırılmamış və bu barədə sənədlər "xxxx" MTKdan və digər aidiyyəti şəxslərdən tələb edilməmiş, satılmış qarajlar barədə alqı-satqı müqavilələri və çıxarışlar "xxxx" MTK-dan və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilməmiş, qarajların satılması ilə əlaqədar "xxxx" Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının razılıq qərarlarının olub-olmaması araşdırılmamış, qarajların "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvü olmayan və Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binanın sakini olmayan başqa binalarda yaşayan şəxslərə hansı əsaslarla satılması araşdırılmamış, bu hallarla əlaqədar obyektiv, tam və hərtərəfli araşdırma aparılaraq inzibati akt kimi qərar qəbul edilməmiş və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçı kimi onun pozulmuş hüquqlarının bərpa edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 1017 nömrəli 12 may 2020-ci il tarixli Fərmanı ilə təsiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi"nin 3.0-cı və 3.0.24-cü bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" X1 və "xxxx" Mənzil-Tikinti Kooperativinə yazılı tələbnamə (göstəriş) verməklə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binanın yeraltı hissəsində yerləşən avtomobil qarajının "xxxx" Mənzil-Tikinti Kooperativi ilə iddiaçı arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinə əsasən onun istifadəsinə verilməsi təmin edilməmişdir. Cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu qanunsuz hərəkətləri iddiaçını mənəvi sarsıntıya məruz qoymuş və onu mənəvi əzabəziyyətə düçar etmişdir. Bu səbəbdən hesab etmişdir ki, inzibati icraatda iştirak edən maraqlı şəxs (ərizəçi) kimi ona vurulmuş mənəvi zərərin əvəzi kimi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən onun xeyrinə 50.000 (əlli min) manat pul məbləği tutulmalıdır. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(112)-13624/2023 saylı qərardadı ilə (hakim G.Sevdimalıyeva) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini, iddiasının mümkün hesab edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi ona yardım etmək vəzifəsini yerinə yetirməyərək iddiasını mümkün saymamışdır. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərardadında (13-cü səhifə, 12-ci bənd) cavabdehin mövqeyi əsaslı hesab edilmişdir. Halbuki, həmin məsələyə iddianın mümkünlüyü mərhələsində baxıla bilməz və iddianın əsaslılığı ilə əlaqədar həmin məsələyə tərəfindən yalnız iddiaya mahiyyəti üzrə baxılarkən hüquqi qiymət verilə bilər. Onun mənəvi ziyanın ödənilməsi tələbi müstəqil xarakterə malik olduğu halda, həmin iddia tələbi də qanunsuz və əsassız olaraq mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadında qeyd etmişdir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir. Eyni zamanda, məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli məktubla müvafiq hüquqi yardım göstərilərək iddia tələbinin aydın olmadığı və inzibati məhkəmə icraatında hüquqi marağın nədə ifadə olunduğu izah edilmişdir. İddiaçının hüquqi marağı MTK ilə bağladığı müqaviləyə əsasən (hesab edir ki, istehlakçı kimi) hüquqlarının müdafiə edilməsi ilə bağlıdır və iddiaçının cavabdeh inzibati orqana müraciətinə cavab olaraq ona müqavilə münasibətlərindən irəli gələn hüquqlarının müdafiə edilməsi üçün səmərəli hüquq müdafiə vasitəsi hesab edilən mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddia tələbi zərərin əvəzinin ödənilməsi hissəsində əsas tələbə (müraciətlərilə əlaqədar yenidən apaşdırma aparılması öhdəliyinin (vəzifəsinin) yerinə yetirilməsi) münasibətdə subsidiar xarakter daşıdığı üçün əsas tələbin mümkünsüzlüyü həmin törəmə tələbi də mümkünsüz edir. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ona hüquqi yardım göstərilməmiş, cavabdehin mövqeyinin əsaslı hesab edilməsinə dair məsələyə iddiaya mahiyyəti üzrə baxılarkən hüquqi qiymət verilməli olduğu halda iddianın mümkünlüyünün yoxlanılması mərhələsində qiymət verilmiş və mənəvi ziyanın ödənilməsi tələbi müstəqil xarakterə malik olduğu halda, həmin iddia tələbi də qanunsuz və əsassız olaraq mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqe ilə razılaşaraq şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.3.-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 12 oktyabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(112)-13624/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1007/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1007/2024
23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver