Məhkəmə qərarları › İş №2-1(103)-1008/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1008/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1008/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N596/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbində məhkəmədən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “İxtisasca həkim anestezioloq-reanimatoloqdur. N989-cu idən 2002-ci ilə qədər Respublika Klinik Xəstəsanasında işləmişdir. Respublika Sanitar Aviasiya xidməti xətti ilə ayrı-ayrı vaxtlarda (N990-N993-cü illərdə) müxtəlif müddətdə döyüş bölgələrinə ezam olunmuşdur (ezamiyyət vərəqələri əlavə olunur). Ezamiyyət müddətində onlarla yaralı əsgərə ixtisaslaşmış tibbi xidmət göstərmişdir. Belə ki, xx.xx.N990-cı il tarixdən xx.xx.N990-cı il tarixədək Şuşa rayon mərkəzi xəstəxanasına, xx.xx.N992-cı il tarixdən xx.xx.N992-ci il tarixədək Ağdam rayon mərkəzi xəstəxanasına ezam olunmuş, hərbi hospitallara və cəbhədəki tibb müəssisələrinə hərbi qulluqçu kimi yox, həkim-mütəxəssis kimi göndərilmişdir. Beləliklə döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirmişdir…» Cavabdeh iddia ərizəsinə dair məhkəməyə təqdim etdiyi mülahizəsində iddianı qəbul etməmiş, mümkün sayılmamasını xahiş etmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın məlumatına əsasən iddiaçının “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə müraciəti komissiyaya daxil olmuş və o hərbi qulluqçu statusuna malik olmadığına görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaradılmış komsissiyaya müraciət etməsi tövsiyə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N596/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbuledilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Məhkəmənin qərarı əsassızdır. Belə ki, qeyd ediilən Əsasnamənin tələbinə görə birinci və ikinci kateqoriyadan olan hərbi qulluqçulara yalnız döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirildiyi halda, üçüncü kateqoriyadan olan hərbi qulluqçulara münasibətdə isə bütün təminat növləri, yəni döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat üzrə tapşırıqların yerinə yetirildiyi halda müharibə veteranı adı və vəsiqəsi verilməsi nəzərdə tutulmuşdur. İddiaçı da məhz N992-ci ildə tibbi təminat üzrə tapşırıqları yerinə yetirmək üçün döyüş bölgəsinə göndərildiyindən birinci kateqoriyaya aid şəxslərə aid edilməklə, iddiaçının şəxsində bu kateqoriyadan olan şəxslərə münasibətdə qeyd edilən təminat üzrə tapşırıqların yerinə yeririlməsi müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün əsas sayılmır. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan xüsusatlarını nəzərə almadan iddiaçının döyüşən hərbi hissəyə ezam olunması və orada iştirak etməsinin arxiv arayışları ilə təsdiq olunduğunu qeyd edərək iddianı təmin etmişdir. Halbuki, iddiaçı döyüş bölgəsinə hərbi qulluqçu kimi ezam olunduğu və döyüş əməliyyatlarında iştirak etdiyini iddia etmir, iddiaçının tələbi məhz tibbi təminatla bağlı döyüş bölgəsinə ezam olunub orada tibbi xidmət göstərməsi ilə əlaqədar ona müharibə veteranı adının və vəsiqəsinin verilməsidir ki, hansı ki, işin yuxarıda qeyd olunan faktiki və hüquqi halları ilə iddiaçının tibbi təminatla bağlı ezam olunması müəyyən edilsə də, qeyd edilən faktın hüquqi əsası olmamışdır. Belə ki, həmin dövrdə tibbi təminatla bağlı tapşırıqların yerinə yetirilməsi üçün döyüş bölgəsinə ezam olunmuş şəxslərə müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericilikdə təsbit edilməmişdir...” Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, döyühş bölgələrinə ezam olunmasının işdə olan sənədlərlə təsdiq olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin N-ci hissəsinin - 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd olunan məzmunundan göründüyü kimi, döyüş əməliyatları aparan bölgələr hesab edilən rayonlarının ərazilərdə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilə bilər. İş materiallarına əsasən əhəmiyyət kəsb edən faktiki hallar aşağıdakılardan ibarətdir: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Qarabağın dağlıq hissəsində əhaliyə göstərilən tibbi yardımın yaxşılaşdırılması barədə” xx.xx.N992-ci il tarixli N5 nömrəli əmrinə əsasən Akad. Mir-Qasımov adına Respublika Klinik xəstəxanası üzrə anestezioloq İddiaçı Qarabağın dağlıq hissəsinə əhaliyə tibbi yardım göstərilməsi üçün növbəli şəkildə göndərilməli həkimlərin siyahısına daxil edilmiş; - “Təcili və XN Stansiyası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli N3 saylı arayışına əsasən həkim anestezioloq-reanimatoloq İddiaçı Səhiyyə Nazirliyinin sərəncamına əsasən Sanaviasiya xətti ilə xx.xx.N990-cı il tarixli 3N4 nömrəli əmrlə Şuşa Rayon Mərkəzi Xəstəxanasına xəstələrə tibbi planlı yardım göstərmək məqsədilə 30 (otuz) gün, xx.xx.N992-ci il tarixli 8 nömrəli əmrlə Şuşa Rayon Mərkəzi Xəstəxanasına güllə yarası almış xəstələrə xidmət göstərmək məqsədilə 5 (beş) gün, 43 nömrəli xx.xx.N992-ci il tarixli əmrlə Ağdam Rayon Mərkəzi Xəstəxanasına N5 (on beş) gün müddətinə, 347 nömrəli xx.xx.N993-cü il tarixli əmrlə Tərtər, Ağdam, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına ağır yaralılara tibbi yardım göstərmək üçün 7 (yeddi) gün müddətinə ezam olunmuş; -Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.N992-ci il tarixli N99 saylı əmrindən çıxarışa əsasən iddiaçı sərhədboyu rayonlarda döyüş əməliyyatlarında aktiv iştirak etdiyinə görə bir aylıq əmək haqqı məbləğində mükafatlandırılmışdır. Eyni zamanda, adıçəkilən “Təcili və XN Stansiyası” PHŞ-in təqdim etdiyi sənədlərə əsasən isə aşağıdakılar müəyyən olunur: - xx.xx.N990-cı il tarixli 3N4 nömrəli əmrə əsasən İ.H.Haxverdiyev Şuşa RMXda xəstələrə tibbi planlı yardım göstərmək üçün xx.xx.N990-cı ildə san. maşını ilə 30 gün müddətinə ezam olunmuş; - xx.xx.N992-ci il tarixli 43 nömrəli əmrə əsasən İddiaçı Ağdam RMX-da güllə yarası almış xəstələrə təcili tibbi yardım göstərmək üçün xx.xx.N992-ci ildən N5 gün müddətinə san.vertolyotu ilə ezam olunmuş; - xx.xx.N993-cü il tarixli 238 saylı əmrə əsasən İddiaçı Beyləqan RMX-da olan yaralılara təcili tibbi yardım göstərmək üçün xx.xx.N993-cü ildə sanav. Mi-8 vertolyotu ilə 3 gün müddətinə ezam olunmuş; -xx.xx.N993-cü il tarixli 347 saylı əmrinə əsasən İ.Axverdiyev Tərtər, Ağdam, Ağcabədi RMX-da olan ağır yaralılara təcili tibbi yardım göstərilməsi üçün 7 gün müddətinə ezam olunmuş; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 5/45 nömrəli əmrinə əsasən İddiaçı- Bakı rvk anes-loq 05 gün müddətinə kömək məqsədilə hərbi hissəyə ezam edilmiş və o, yemək və yatacaq təminatına qoyulmuşdur. Eyni zamanda, işə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/2-N843 saylı məktubunda da təsbit olunur ki, N №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. Beləliklə, tədqiq olunan sübutlarla İddiaçı xx.xx.N993-cü ildə həkim kimi Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində yaralılara tibbi yardım göstərmək üçün - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən N nömrəli hərbi hissəyə ezam edildyi və onun N990-N993-cü illərdə müxtəlif vaxtlarda Şuşa, Ağdam, Beyləqan rayon mərkəzi xəstəxanalarına ezam olunduğu öz təsdiqini tapır. Adıçəkilən «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin qeydinin 2-ci hissəsinin 4-cü abzasından isə görünür ki, hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərə müharibə vetiranı statusu ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və digər müvafiq icra hakimiyyəti orqanları tərəfindən onların yaratdıqları komissiyanın rəyinə əsasən verilir. Konkret halda da, ən azından, iddiaçı döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün Müdafiə Nazirliyinin döyüş əməliyyatlarında iştirak edən N saylı hərbi hissəsinə ezam olunduğu və onun döyüş əməliyyaitlarında iştirak edərək, yaralılara tibbi yardım göstərdiyi sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona veteran adı və vəsiqəsi verilməsindən imtina olunması əsassızdır və bu imtina iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-nin 73.N-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının tibbi təminatla bağlı ezam olunması müəyyən edilsə də, qeyd edilən faktın hüquqi əsası olmadığını və məhkəmə ətərəfindən iddianın əsasız olaraq təmin edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-N596/2023 saylı xx.xx.2023-cü il tarixli dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N596/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar