Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-101/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X22 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, cavabdeh X10, üçüncü şəxs X11 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X16) qarşı “şəhadətnamələrin (şəhadətnamələrin koordinatlarının) ləğv edilməsi və iddiaçıya ayrılmış sahədən çıxarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(112)-676/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu) İcra Hakimiyyəti tərəfindən xx.xx.1999-cu il 1112 nömrəli sərəncama əsasən torpaq sahəsində yaranmış nöqsanları, maneələri və JN-3385, JN- 28627 saylı şəhadətnamələri elektron kadastr məlumatlarına əsasən üst-üstə düşdüyünə görə ləğv edilməsinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu) İcra Hakimiyyəti tərəfindən xx.xx.1999-cu il 1112 nömrəli sərəncama əsasən İddiaçı 96 saylı sahədə 750 kv.m. torpaq sahəsi ayrılmışdır. Cavabdeh qurum tərəfindən bildirilmişdir ki, həmin torpaq sahəsi JN-3385, JN-28627 saylı şəhadətnamələrlə üst-üstə düşür. Cavabdeh inzibati orqan etirazında göstərmişdir ki, iddiaçının iddia tələbi aydın olmadığından iddiaya yazılı münasibət bildirmək mümkün deyildir. Eyni zamanda, iddia ərizəsində qeyd olunanlarla bağlı bildirilmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., 96 saylı sahədə yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi JN-3385, JN-28627 saylı şəhadətnamələrlə üst-üstə düşür və qaz kəmərinin mühafizə zolağında yerləşir. Həmçinin, əlavə 263.0 kv.m torpaq sahəsi istifadə edilməkdədir və bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış bu barədə iddiaçıya **********86 və **********73 saylı məktublar ünvanlanmışdır. Əlavə olaraq bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş JN-28627 saylı şəhadətnamənin baza məlumatlarına əsasən istifadəçi X16, JN-3385 saylı şəhadətnamənin baza məlumatlarına əsasən isə istifadəçi X12 qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X12 və X16 İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçının ərizəsi əsasında iddia tələbinin Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 25 noyabr 1999-cu il tarixli, 1112 nömrəli sərəncamı ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsində 96 saylı sahədə yerləşən İddiaçı ayrılmış 750 kv.m torpaq sahəsinə münasibətdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən səhv işlənmiş JN-3385 və JN-28627 saylı şəhadətnamələrin (həmin şəhadətnamələrin koordinatların) ləğv edilməsi (İddiaçı ayrılmış sahədən çıxarılmasına) öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(112)-676/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına fotoşəkillər əlavə edilmişdir. Həmin şəkillərdə görünən boş sahə iddiaçının torpaq sahəsidir, həmin torpaq sahədən görünən daş hasarla ayrılmış 2 ədəd fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X7 və X13 məxsus şəhadətnamələrlə göstərilən sahələrdir. Göründüyü kimi şəhadətnamələrdə göstərilən torpaq sahəsi faktiki olaraq iddiaçı qonşu olan ayrı ayrı sahələrdir ki, həmin sahələrdə fərdi yaşayış evi də inşa olunubdur. Məhkəmə qərarında həmin sahənin Elman Xankişiyevin qalan sahəsi kimi müəyyən edilmədiyini qeyd etsə də, yanlışlığa yol vermişdir, Elman Xankişiyev 0,12 ha sahənin yarısını C.Hüseynova, yarısını isə Ə.Əliyevə satmışdır. Lakin iddiaçı ilə üçüncü şəxlərin torpaq sahələri ayrı-ayrı olsa da, cavabdeh təşkilat Elman Xankişiyevə və C.Hüseynova aid torpaq sahələrinin şəhadətnamələrini səhv olaraq iddiaçının boş sahəsinə işləyib. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X11 nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2023-cü il tarixli, 2- 1(103)-101/2023-cü il tarixli qərardadı ilə X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(112)-676/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1999-cu il tarixli 1112 saylı sərəncamı ilə İddiaçı adına 96 saylı 750 kv.m. torpaq sahəsi ayrılmışdır. Əzizbəyov (hazırda Xəzər) rayon icra hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 128 nömrəli sərəncamı ilə M-1211№-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi X7 ayrılmışdır. Qeyd edilən torpaq sahəsinin X6 mülkiyyətinə verilməsinə dair JN- 3385H KOD00300016 saylı şəhadətnamə tərtib olunmuşdur. Həmin torpaq sahəsinin 0,06 ha hissəsi X12 və X16 arasında bağlanmış xx.xx.2006cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, X2. Qeyd edilən torpaq sahəsinin X11 mülkiyyətinə verilməsinə dair JN-28627H KOD-00300016 saylı şəhadətnamə tərtib olunmuşdur. X12 ilə X14 arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi X1. Həmin torpaq sahəsinin JN-3385H saylı şəhadətnaməyə əsasən X7 məxsus 0,12 ha torpaq sahəsinin qalan 0,06 ha hissəsi olduğu müəyyən edilmir Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə (iş nömrə 2(003)- 101/2019) əsasən, İddiaçı cavabdeh X5 qarşı “torpaq sahəsindən cavabdehin çıxarılması, inşa etdirdiyi hasarın onun hesabına sökülməsi, torpaq sahəsinin qanuni sahibliyinə qaytarması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnaməyə əsasən müəyyən olunur: ... Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 22 fevral 1994-cü il tarixdə verilmiş 128/1 saylı sərəncamın və JN-3386H KOD-00300016 saylı şəhadətnamənin surətindən görünür ki, X9 Mərdəkan qəsəbəsində M-1210 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın Alqısatqı Müqaviləsinin surətindən görünür ki, X15 Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsini X3 mülkiyyətinə vermişdir. JN-3385H saylı və JN-3386H saylı şəhadətnamələrə əsasən torpaq sahələri bitişik yerləşir. İddiaçı tərəfindən X16 tərəfindən Xəzər rayon məhkəməsinə ünvanlanmış ərizə təqdim edilmişdir. Həmin ərizədə bildirilir ki, İddiaçı Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən 25 noyabr 1999-cu il tarixli 1112 nömrəli sərəncamına əsasən 750 kv.m. ayrılmış torpaq sahəsi onun evinin sağ tərəfində yerləşir, onun həyəti ilə arasında daş hasar var, ona heç bir aidiyyəti yoxdur. Məhkəməyə təqdim olunmuş ekspertiza rəyində göstərilmiş JN28627 nömrəli torpağın mülkiyyətə verilmiş şəhadətnamə əsasında qonşu İddiaçı torpaq sahəsinin üstünə düşdüyünə görə həmin ərazidən ləğv olunmasını xahiş edir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “Azəriqaz” İB tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 96 saylı sahədə İddiaçı məxsus torpaq sahəsindən qaz xətləri və qurğuları mövcud deyil, həmçinin həmin sahə qaz xətlərinin mühafizə zonasında yerləşmir. İddiaçının Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 96 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı müraciətinə daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi JN-3385, JN-28627 saylı şəhadətnamələrlə üst-üstə düşür və qaz kəmərinin mühafizə zolağında yerləşir. Həmçinin bildirilmişdir ki, əlavə 263,0 kv.m torpaq sahəsi istifadə edilməkdədir və bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: 1.Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayon icra hakimiyyəti başçısının 25 noyabr 1999-cu il tarixli 1112 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsi 96 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 750 kv.m. torpaq sahəsinin (bunda sonra – torpaq sahəsi) koordinatlar üzrə yerləşmə sxemi müəyyən olunsun; 2.Koordinatlar üzrə yerləşmə sxemi üzrə Torpaq sahəsi JN-3385 və JN-28627 saylı şəhadətnamələrlə üst-üstə düşürmü (Düşürsə hansı hissədə)?; Həmin koordinatların dəyişdirilməsi və ya dəqiqləşdirilməsi mümkündürmü?; 3.Koordinatlar üzrə yerləşmə sxemi üzrə Torpaq sahəsi hər hansı digər şəxsə məxsus hüquqmüəyyenidici sənədlə üst-üstə düşürmü (Düşürsə hansı hissədə)?; Həmin koordinatların dəyişdirilməsi və ya dəqiqləşdirilməsi mümkündürmü?; 4. Torpaq sahəsinin məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq kateqoriyası barədə (kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları); 5.orpaq sahəsi üzərində hüququn forması (dövlət, bələdiyyə və xüsusi mülkiyyət) və Torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənmə (məhdudiyyətlər) barədə. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin mütəxəssisləri tərəfindən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə edilmişdir). Təqdim edilmiş sənədlərə və sxemlərə əsasən: -Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1999-cu il tarixli 1112 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsi 96 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 750 kv.m torpaq sahəsinin sərəncamının ayrılmaz hissəsi olan ayrıc aktı (hər hansı istinad nöqtəsindən məsafəsi göstərilən sxem və ya eskiz və sair texniki sənədin) təqdim edilməməsi səbəbindən İddiaçı Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1999cu il tarixli 1112 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin sərəncama əsasən naturada yerini müəyyən etmək mümkün olmamışdır (bunda sonra - torpaq sahəsi). İddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən ərazinin naturada müəyyən edilmiş koordinarları ilə JN-3385 və JN-28627 saylı şəhadətnamələrin elektron bazada yerləşmə mövqeyinin koordinatları üst-üstə düşür (sxem əlavə edilmişdir). Mübahisələndirilən ərazinin naturada müəyyən edilmiş koordinarlar üzrə yerləşən torpaq sahəsinin 0,12 hektarı JN-3385 nömrəli şəhadətnaməyə əsasən X6, 0,06 hektarı isə JN- 28627 nömrəli şəhadətnaməyə əsasən X11 mülkiyyətlərində olan hüquqmüəyyənedici sənədlərlə üst-üstə düşür (sxem əlavə edilmişdir). Həmin koordinatların dəyişdirilməsi mümkün deyil və əlavə edilmiş sxemdə qeyd edilən koordinarların naturaya köçürülməsi mümkündür. Mübahisələndirilən ərazinin naturada koordinarları müəyyən edilmiş torpaq sahəsi məqsədli təyinatına götə yaşayış məntəqəsi torpağıdır. Mübahisələndirilən naturada müəyyən edilmiş koordinarlar üzrə yerləşən torpaq sahəsi xüsusi mülkiyyət olmaqla JN-3385 nömrəli şəhadətnaməyə əsasən X6, JN-28627 nömrəli şəhadətnaməyə əsasən isə X11 adına hüquqmüəyyənedici sənədlərlə yüklüdür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respubliaksının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, JN-3385H saylı və JN-28627H saylı şəhadətnaməyə əsasən hüquqlar iddiaçıdan daha əvvəl - Əzizbəyov (hazırda Xəzər) rayon icra hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli sərəncamı ilə yaranmış, hüquqlar müvafiq qaydada qeydə alınmış və həmin koordinatların dəyişdirilməsi mümkün deyildir. qeyd edilən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi və həqiqi hüquqi vəziyyətə uyğun olmadığı məhkəmə araşdırması nəticəsində müəyyən edilməmişdir. Bununla belə, iddiaçı ona ayrılmış sahəni dəqiq təsvir edən notarial qaydada təsdiq olunmuş cizgi və xəritədən çıxarışın surətini məhkəməyə təqdim edərək bildirmişdir ki, həmin cizgidə İddiaçı ayrılmış sahənin “Kəndimiz” adlanan restorandan 400 metr məsafədə yerləşən döngənin 42 metrliyində yerləşməsi qeyd olunur. Cizgiyə uyğun xəritədən çıxarışda iddiaçının torpaq sahəsinin yerləşməsi dəqiq təsvir edilir. Torpaq sahəsinin dəqiq ölçüləri də qeyd olunub, küçə tərəfdən eni 21,9 metr, yan tərəfdən uzunluğu 34,4 metr təşkil edir. Lakin həmin cizgi torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması üçün inzibati orqana təqdim edilməmişdir. Odur ki, iddiaçı Mərdəkan qəsəbəsində Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 1112 saylı sərəncamı ilə ona ayrılmış 96 saylı sahənin cizgisi və xəritədən çıxarışını qeydiyyat orqanına təqdim etməklə torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması üçün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(112)-676/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-101/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-101/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver