Məhkəmə qərarları › İş №2-1(103)-1010/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1010/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1010/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və onun vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (bundan sonra mətndə - AR DGK) qarşı «əmrin ləğvi və xidmətə bərpa vəzifəsinin həvalə olunması barədə» tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1113/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiyaşikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh AR DGK-nə qarşı «əmrin ləğvi və xidmətə bərpa vəzifəsinin həvalə olunması barədə»iddia ərizəsi ilə məhkəməyə müraciət edərək gömrük orqanlarından xaric olunmasına və xidmətinə xitam verilməsinə dair AR DGK-nin 2016-cı il tarixli 100/707ş nömrəli əmrini ləğv edib, onu gömrük orqanlarında xidmətə bərpa edilməsini cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2013-cü il tarixdə AR DGK-nin Xaçmaz Gömrük İdarəsinin «Yalama» gömrük postuna inspektor vəzifəsinə işə qəbul olunmuşdur. xx xxxx 2016-cı ildə adıçəkilən idarənin «Şirvanovka» gömrük postunda eyni vəzifəyə keçirilmişdir. 2016-cı ilin iyun ayıda xidməti intizam pozuntusu törətməyini əsas gətirərək cavabdeh barəsində araşdırma aparmışdır. Araşdırmanın nəticəsini rəhbər tutan cavabdeh orqan «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə istinad etməklə xx xxxx 2016-ci il tarixli 100/707ş nömrəli əmrlə onu işdən azad etmişdir. Müraciətlərinə baxmayaraq AR DGK-nin sabiq sədri onu qəbul edib şikayətlərini dinləməmiş, adıçəkilən əmrin surətini və əmək kitabçasını ona təqdim etməmişdir. Bir müddət bundan əvvəl AR DGK-nin hazırkı sədri cənab Səfər Mehdiyevin şəxsi qəbulunda olduqdan sonra xx xxxxxx 2019-cu il tarixdə əmək kitabçası ona verilmiş, xx xxxx 2016-cı il tarixli 100/707ş nömrəli əmrin surətinin müvafiq sorğu əsasında ona verilməsi izah olunmuşdur. İddiaçı qeyd etmişdir ki, cavabdeh orqan onun əmək kitabçasını xx xxxxxx 2019-cu il tarixdə ona vermişdir. Odur ki, əmək qanunvericiliyinin tələbinə uyğun olaraq işə bərpa barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Xidmətdən çixarılması ilə bağlı müraciətlərinə cavabında cavabdeh ona bildirmişdir ki, Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X6»nin 11.3-cü maddəsinin tələbinə əməl etməyərək işə orta dərəcəli sərxoş vəziyyətdə gəlmiş, sərhədi keçən vətəndaşların qarşısında özünüzü normal idarə etmək iqtidarında olmayan bir tərzdə aparmış, şərxoş insana mənsub hərəkətlərə yol vermiş, qeyri-normal pozalı və yüngül tərzli hərəkətlərinizlə sərhədi keçən vətəndaşların diqqətini cəlb etmiş, digər halda isə həmin Kodeksin 3.12-ci maddəsinin tələbinə əməl etməyərək iş yerinə məlumat vermədən ölkə ərazisini tərk etmiş, bununla da xidməti vəzifənizin icrasına səhlənkar yanaşaraq xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmusunuz. Buna görə də AR DGK-nin xx xxxx 2016-ci il tarixli 100/707ş nömrəli əmri ilə gömrük orqanlarından xaric edilmiş və gömrük orqanlarında xidmətinizə xitam verilmişdir». Hesab edir ki, cavabdehin ona tətbiq etdiyi intizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş pozuntu faktına uyğun deyil və barəsində aparılan xidməti araşdırmanın nəticəsi obyektiv olmamışdır. Belə ki, keçirilən araşdırma zamanı izahatında bildirmişdir. ki, 31.05.16-cı il tarixdə yaxın yoldaşının ad günündə olmuş və az miqdarda spirtli içki qəbul etmişdir. Həmin vaxt nəzərə almışdır ki, təsdiqlənmiş qrafikə uyğun olaraq növbəti gün, yəni xx.xx.2016-ci il tarixdə xidmətdə olmayacaq. Lakin xx.xx.2016-ci ilin səhər saatlarında, rəisinin göstərişi əsasında xidmətə çağrılmış və «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamə ilə müəyyən olunmuş qaydada iş yerində xidmətdə olmuşdur. Xidmətdə olduğu «Şirvanovka» postunun rəisi ona qarşı qərəzli olduğundan, həmin gün təxminən saat 11.00 radələrində, əsassız olaraq onu xidmətdən kənarlaşdırmış, heç bir lüzum olmadığı halda onu tibbi müayinəyə göndərmiş və «orta dərəcəli sərxoş» olmağına dair əsassız rəy almasına nail olmuşdur. Baxmayaraq ki, o, həmin gün qətiyyən spirtli içki qəbul etməmiş və yuxarıda qeyd olunan Əsasnamə ilə müəyyən olunan qaydalara uyğun xidmət etmişdir. Barəsində mübahisələndirilən əmri qəbul edən zaman cavabdehin sərəncamında onun«özünü normal idarə etmək iqtidarında olmayan tərzdə aparmağına, şərxoş insana mənsub hərəkətlərə yol verməyinə, qeyri-normal hərəkətlərilə sərhədi keçən vətəndaşların diqqətini cəlb etməyinə»dair hər hansı sübut olmamışdır.Müvafiq icazə almadan ölkə ərazisini tərk etmə ilə bağlı cavabdehə verdiyi izahatda diqqətə çatdırmışdır ki, xx.xx.2016-cı il tarixdə Ağstafa səhərində toyda olduğundan və həmin vaxt Gürcüstan Respublikasında yaşayan yaxın qohmunun ağır xəstələnməsi səbəbindən təcili olaraq ölkəni bir günlüyə tərk etmiş və səhəri gün Respublikaya qayıtmışdır. Lakin araşdırma aparan qrumun rəhbəri, habelə mübahisələndirilən əmri qəbul edən cavabdeh qeyd etdiyi üzürlü səbəbi qətiyyən nəzərə almamış, barəsində yol verdiyi pozuntuya uyğun olmayan intizam tədbirini qəbul etmişdir. Hesab edir ki, onun qanunla qorunan hüquqlarının pozulmasına yol verilməməli, xidmətdən xaric olunduğu və xidmətinə xitam verildiyi barədə əmrin ləğv edilərək yenidən xidmətə bərpa edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1113/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh AR DGK-nə qarşı gömrük orqanlarından xaric olunmasına və xidmətinə xitam verilməsinə dair AR DGK-nin 2016-cı il tarixli 100/707ş nömrəli əmrini ləğv edib, onu gömrük orqanlarında xidmətə bərpa edilməsininin cavabdehə həvalə olunmasi tələbinə dair iddiasının təmin olunmaması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən xidməti intizam qaydaları kobud şəkildə pozulduğundan, onun işdən azad edilməsinə və gömrük orqanlarında xidmətinə xitam verilmiş, cavabdehin mübahisələndirilən əmri əsaslı və qanuni, iddia tələbi isə əsassız olmuşdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1628/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli əmri maddihüquqi baxımdan qanuni olmuş, qanunvericiliyin həmin əmrin qəbul edildiyi normalarının tələblərinə riayət olunmuş, habelə iddiaçının gömrük orqanlarında xidmətdən xaric edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə öz təsdiqini tapmışdır. İddia tələbi əmrin ləğv olunması hissəsində əsassız olduğundan, iddiaçının işə bərpa tələbinə dair hissədə də müzakirə edilmədən rədd edilməlidir. Gəldiyi nəticəni məhkəmə «Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X6»nin 3.1, 3.12, «Gömrük orqanlarında xidmət haqqında Əsasnamə»nin 2, 69, 120, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5, 72, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 58, 61-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının2- 1(102)-68/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1628/2019 saylı qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəməninxx xxxxxx 2020-ci iltarixli Qərarında «Gömrük orqanlarında xidmət haqqında Əsasnamə»nin 74-ci bəndinə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 62-ci maddəsinə istinad olunaraq qeyd olunmuşdur ki, «…Qeyd edilmiş müddəaların tətbiqi ilə bağlı iddiaçının dəlilləri və onlara qarşı verilmiş cavabdehin etirazları üzrə məhkəmələr tərəfindən faktiki əsaslar araşdırılmamış və iddianın müddətlə bağlı mümkünlük şərtinə hüquqi qiymət verilməmişdir. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddianın müddətlə bağlı mümükünlük şərtinin yoxlanılması üçün iş yenidən apellyasiya məhkəməsinə qaytarılmalıdır». AzərbaycanRespublikasıİnzibatiProsessualMəcəlləsinin 96.11cimaddəsinəəsasənmübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşə yeni apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasındaiştirak etmiş İddiaçı və onun vəkili Nümayəndəiddiaərizəsinəvəapellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin əsaslı olduğundan təmin olunmasını, birinci instasiya məhkəməsnin qərarının ləğv edilərək, iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahatında apellyasiya şikayətinə etiraz edərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsinixahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə birinci instansiya məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Bu baxımdan inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Beləliklə, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı - yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır. Onu da, həmçinin qeyd etmək lazımdır ki, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi, məhz iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın mənasından da göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyünün qanunla müəyyən edilən zəruri şərtlərinin mövcudluğu aşkar olunmur. Belə ki, iş materiallarından göründüyü kimi, Xaçmaz Gömrük İdarəsinin rəisi tərəfindən AR DGK-nin sədrinə «Raport» yazılaraq bildirilmişdir ki, Xaçmaz Gömrük İdarəsi «Şirvanovka» gömrük postunun inspektoru olan iddaçı İddiaçı xx xxxx 2016-cı il tarixdə həmin postda növbədə olarkən saat 10:30 radələrində özünü qəribə və həmişəkindən fərqli şəkildə apardığı üçün kənardan qeyri-adekvat təsir bağışlamış və onun spirtli içki qəbul etdiyi şübhəsi yaratmışdır. Ona görə də İddiaçı Qusar Rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsindən keçirilmiş və qanında 0,65 P.O. miqdarda spirtin olduğu müəyyən edilmişdir. Eyni zamanda, İddiaçı xx xxxxx 2016-cı il tarixdə idarə etdiyi **-ZZ-*** dövlət qeydiyyat nişanlı «Hyundai Sonata» markalı avtomaşınla Tovuz Gömrük İdarəsinin «Şıxlı» gömrük postundan keçməklə Gürcüstan Respublikasına getmiş və bu barədə idarə və post rəhbərliyini məlumatlandırmamışdır. İş materiallarından görünür ki, iddiaçı Əliyev X4 Gömrük İdarəsinin rəisinə yazdığı izahatında göstərmişdir ki, xx xxx 2016-cı il tarixdə saat 21:00-da saat 24:00-dək dostunun ad günü məclisində iştirak etmiş və həmin məclisdə spirtli içki qəbul etmişdir. İş materiallarından görünür ki, intizam tənbehi verilməmişdən əvvəl İddiaçı yazılı izahatı alınmış, izahatında göstərdiyi məlumatların yoxlanılması həyata keçirilmiş və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilmişdir; iddiaçının Gürcüstan Respublikasına gedərkən post rəisindən icazə alması heç bir mötəbər sübutla təsdiq olunmur; xx xxxx 2016-cı il tarixdə iddiaçının xidmət yerində yüngül dərəcəli sərxoş olması rəsmi sənədlə sübuta yetir; işin 54-cü vərəqində olan təsdiqlənmiş növbəlik cədvəlindən görünür ki, iddiaçı xx xxxx 2016-cı il tarixdə iş qrafikinə uyğun olaraq xidmətdə olmalı idi, onun irəli sürdüyü kimi, səhər saat 10:30 radələrində işə gəldiyi halda intizam məsuliyyətinə cəlb edilməməsi bu faktı təkzib etmir; Əmək Məcəlləsinin 72-ci maddəsinin «b» bəndində işçinin sərxoş vəziyyətdə olması məhz əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir İş materiallarından görünür ki, AR DGK-nin sədri tərəfindən təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli Xaçmaz Gömrük İdarəsinin rəisinin xx xxxx 2016-cı il tarixli, 160-11/xxxx/000867 saylı raportunun araşdırılmasına dair «Arayış»la xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Xaçmaz Gömrük İdarəsi «Şirvanovka» gömrük postunun inspektoru olan iddiaçının «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 69-cu maddəsinə əsasən intizam məsuliyyətinə cəlb edilməsi təklif edilmişdir. İş materiallarında olan, AR DGK sədrinin xx xxxx 2016-cı il tarixli, 100/707ş nömrəli əmrindən görünür ki, Xaçmaz Gömrük İdarəsi «Şirvanovka» gömrük postunun inspektoru olan iddiaçı «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 120-ci maddəsinin 8ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından göründüyü kimi, iddiaçının tələbi AR DGK sədrinin xx xxxx 2016-cı il tarixli, 100/707ş nömrəli əmrinin ləğv edib, onu gömrük orqanlarında xidmətə bərpa edilməsindən ibarətdir. Yuxarıda istinad olunan qənunvericilik normalarına əsasən həmin əmrdən şikayət onun təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində bildirmişdir ki, əmrin surəti ona təqdim olunmamış, əmək kitabçası xx xxxxxx 2019-cu il tarixində ona verilmiş və bundan sonra məhkəməyə müraciət etmişdir və iddiaçının bu mövqeyini mübahisələndirən cavabdehin dəlillərinə görə, iddiaçı xx xxxx 2016-cı il tarixli əmrdən məlumatlı olmuş və bu hal onun cavabdehə ünvanladığı xx xxxxxx 2016-cı il tarixində qeydiyyatdan keçmiş xx xxxxxx 2016-cı il tarixli işə bərpa barədə ərizəsi ilə təsdiq olunmuşdur. İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsindən təxminən 2 il 7 ay keçməsindən sonra məhkəməyə müraciət etməklə, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. İş materiallarından həmçinin görünür ki, həqiqətən də İddiaçı xx xxxxxx 2016-cı il tarixində qeydiyyatdan keçmiş xx xxxxxx 2016-cı il tarixli ərizə ilə AR DGK sədrinə müraciət edərək, onu bağışlayıb işə bərpa etməsini xahiş etmişdir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçı AR DGK sədrinin xx xxxx 2016-cı il tarixli, 100/707ş nömrəli əmrindən əmrindən ən azı xx xxxxxx 2016-cı il tarixdə xəbərdar olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Göründüyü kimi, qeyd olunan noramanın tələbləri onu ehtiva edir ki, dövlət qulluqçularına münasibətdə əmək qanunvericiliyin tələbləri o halda tətbiq edilir ki, əgər onların hüquqi statusunu tənzimələyən normativ hüquqi aktlarda, o cümlədən əmək hüquqlarına dair münasibətlər tam əhatə edilməmişir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndin görə isə, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «Gömrük orqanlarında xidmət haqqında Əsasnamə»nin 74-ci bəndinə əsasən, intizam tənbehinin verilməsi əmrlə rəsmiləşdirilir. Əmr, törədilmiş xətanın səbəbləri göstərilməklə tənbeh verilmiş gömrük orqanının vəzifəli şəxsinə elan olunur və bu barədə ona imza etdirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.3-ci maddəsinə görə isə, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. Həmin Qanunun 62.1-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirlmişdir. İşin yuxarıda qeyd olunan hallarından isə müəyyən olunur ki, iddiaçı hazırda mübahisəndirdiyi xx xxxx 2016-cı il tarixli, 100/707ş nömrəli əmrə əsasən gömrük orqanlarından xaric edilməsi və onun gömrük orqanlarında xidmətinə xitam verilməsindən ən azı xx xxxxxx 2016-cı il tarixdə xəbərdar olsa da, məhkəmədə həmin əmrin mübahisələndirilməsi barədə iddianı xx xxxxxx 2019-cu il tarixdə, yəni xx xxxx 2016-cı il tarixli əmrdən xəbərdar olduğu gündən 2 il 5 ay sonra qaldırmaqla iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx xxxxxx 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1113/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarıhüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğvedilməli,iddia mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1113/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «əmrin ləğvi və xidmətə bərpa vəzifəsinin həvalə olunması barədə» iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar