Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1011/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X6 X3 idarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı əmək pensiyasının yenidən hesablanması vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1140/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh AR ƏƏSMN DSMF Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı məhkəməyə müraciət edərək, “2017-ci il iyunun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinin tələblərinə uyğun onun 4 il 6 ay hakimlik stajının pensiya təyin edilən vaxtdan nəzərə alınmasını və bununla əlaqədar ona təyin edilmiş pensiyanın yenidən hesablanması və “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 106-cı maddəsinin tələblərinə əsasən ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilməsini pensiya təyin edilən vaxtdan nəzərə alınması və bununla əlaqədar ona təyin edilmiş pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1 maddəsinin tələblərinin iddiaçıya münasibətdə tətbiq edilməsi və bununla əlaqədar ona təyin olunmuş pensiyanın yenidən hesablanması, eyni zamanda “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 106-cı maddəsinin tələblərinə əsasən ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilməsi pensiya təyin edilən vaxtdan nəzərə alınaraq yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-2188/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Həmin qərardadla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-204/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş apellyasiyanın mümkünlüyü məsələsinə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin xx.xx.2019-cu il tarixli **********2 nömrəli əmri ilə Dövlət X4 “İri sığortaedənlərlə iş üzrə Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2003-cü il tarixli 133 nömrəli və “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 06 nömrəli əmrlər ləğv edilmiş, “X3 İdarəsi haqqında Əsasnamə” təsdiq edilmişdir. DSMF üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Dövlət X4 X3 İdarəsi tərəfindən həyata keçirilməsi ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrdə qeyd olunmuşdur ki, 2019-cu il 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” AR Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının AR ƏƏSMN DSMF X3 İdarəsi tərəfindən aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılır. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsi İK-nın xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh AR ƏƏSMN DSMF Bakı şəhəri Yasamal rayon şöbəsi, AR ƏƏSMN DSMF X3 idarəsi ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” AR Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun müddəasından da göründüyü kimi, “aldıqları əmək haqqı” dedikdə iddiaçının həmin əmək haqqını alması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış başa düşülməlidir. İddiaçı isə pensiya hesablanması üçün şöbəyə belə bir arayış təqdim etmədiyinə görə qanunvericilikdə nəzərdə tutulmuş əlavələr orta aylıq əmək haqqına daxil edilə bilməz. Çünki, Qanun açıq və aydın şəkildə iddiaçının və ya bir başqasının qanunvericilikdə nəzərdə tutulan əmək haqqından deyil (və ya əmək haqqına daxil edilən əlavələr), aldıqları əmək haqqından pensiya hesablanmasını nəzərdə tutmuşdur. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən, hakimlərə pensiya onların hakim kimi aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqı nəzərə alınmaqla təyin edilir. Eyni zamanda, pensiya təyinatı zamanı orta aylıq əmək haqqına məcburi dövlət sosial sığorta ödəmələrinə cəlb edilmiş digər gəlirlər də daxil edilir. Bundan başqa, “Sosial sığorta haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən, sosial sığorta həmin qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığortanın ödənilməsi üçün mütləq sosial sığorta hadisəsi baş verilməlidir. Qeyd olunanlardan aydın olur ki, sosial sığorta hadisəsi baş verdikdə bütün şəxslər deyil, yalnız sığortaolunan şəxslərin sığorta ödəməsi almaq hüququ yaranır. İddiaçı “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 107 və 109-cu maddələrində nəzərdə tutulmuş əlavələri almadığından və həmin əlavələrdən sosial sığorta haqqı tutulmadığından, pensiyanın hesablanmasında həmin əlavələr nəzərə alınmır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Bakı Apellyasiya Məhkəməsi İK-nın xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdehin ərizəsi təmin edilmiş, xx.xx.2019-cu il tarixli qərardan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddət bərpa edilmiş və apellyasiya mümkün sayılmışdır. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qərarın ləğv edilərək, iddianın rədd olunması xahiş edilsə də, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qərar onun tərəfindən mübahisə edilmədiyi) və apellyasiya şikayətinin dəlilləri də iddianın təmin olunan hissəsi ilə bağlı olduğu üçün birinci instansiya məhkəməsinin qərarına cavabdehin lehinə olan hissədə hüquqi müdaxilə dispozitivlik prinsipinə zidd durum yaradar (prosessual hüquq normalarının pozuntusu istisna olmaqla), bu da cavabdehin apellyasiya şikayəti verməzdən əvvəl malik olduğu daha əlverişli hüquqi vəziyyətin pisləşməsi kimi ədalətsiz bir nəticəyə gətirib çıxarmış olardı. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qərarının əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan (rədd olunan) hissə tərəflər arasında mübahisəsiz olduğu və iş üzrə sair maddi və prosessual hüquq normalarının pozuntusu müəyyən edilmədiyi üçün, qərar həmin hissədə qanuni və əsaslı qəbul edilməlidir. Bu baxımdan şikayət mahiyyətcə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.” İşdən müəyyən edilir ki, iddiaçı da vaxtilə işlədiyi hakim vəzifəsində aldığı əmək haqqının tərkibinə daxil olmayan artımların, yəni işlədiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını tələb edir və bu hal Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında verilən şərhə ziddir. Belə ki, iddiaçıya əmək pensiyası 2003-cü ildə təyin edildiyi halda, “İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir.” məzmunda dördüncü hissə “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 106-cı maddəsinə xx.xx.2010cu il tarixli 1092-İİİQD nömrəli Qanunla əlavə edilmişdir. Bütün qeyd edilənlər də birinci instansiya məhkəməsinin iddiaçının belə bir hüququ olmadığı halda maddi hüquq normalarını pozaraq iddianı qismən təmin etməkdə haqsız olduğunu göstərir və məhkəmə kollegiyası da məhz bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbul olunmasını konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin xx.xx.2017-ci il tarixli **********0 nömrəli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddia təmin olunan hissədə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1140/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X3 idarəsinə qarşı “2017-ci il iyunun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinin tələblərinə uyğun onun 4 il 6 ay hakimlik stajının pensiya təyin edilən vaxtdan nəzərə alınmasını və bununla əlaqədar ona təyin edilmiş pensiyanın yenidən hesablanması və “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 106-cı maddəsinin tələblərinə əsasən ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilməsini pensiya təyin edilən vaxtdan nəzərə alınması və bununla əlaqədar ona təyin edilmiş pensiyanın yenidən hesablanması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1011/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1011/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver