Məhkəmə qərarları › İş №2-1(103)-1011/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1011/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1011/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi ilə (məruzəçi); Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə; Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6520/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n et d i : Birinci instansiya və apelyasiya instansiya məhkəmələrində aparılan icraatlar : İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1007/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə qərardaddan apellyasiya şikayəti verərək 5 ildən artıq Sumqayıt şəhərində "xxxx" ASC-də işlədiyini, işi ilə əlaqədar Sumqayıt şəhərində, 2011-ci ildən isə Binəqədi rayonu, Sulutəqə qəsəbəsində yaşadığını, maddi cəhətdən və işi ilə əlaqədar Gəncə şəhərinə getməsinin mümkün olmadığını göstərib Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1007/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qərardadının ləğv edilməsini və onun işinə Bakı İnzibati Məhkəməsində baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-983/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsin 2-1(112)-1007/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qərardadı ləğv edilərək işə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1007/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə qərardan apellyasiya şikayəti verərək onun müraciətinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-228/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsin 15 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1007/2020 nömrəli qərarı ləğv edilmiş, iddia ərizəsi üzrə inzibati iş yenidən baxılması üçün birinci instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6520/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adının və “Müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ciil tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: N88-ci ıl fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı. Yuxarı Əskıpara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteram" adı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 nömrəli Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli Qərarına əsasən: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi aavdası və şərtləri haqqında" Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci varımbəndində "hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizəmi hissə üzrə əmrləri və və arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1 (102)-1161/2017 saylı xx.xx.2017-ci il tarixli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz. Qeyd olunmalıdır ki, iddiaçı həqiqi hərbi xidmətdən buraxılması üçün güzəştli əsaslara malik olmadığı halda, xx.xx.N92-ci il il tarixdə həqiqi hərbi xidmətdən buraxıla bilməzdi. Həmin dövrlərdə Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı azad etmək və düşmən tərəfindən yeni ərazilərimizin işğalının qarşısını almaq uçun ölüm-dirim mübarizəsi aparırdı. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Respublikası ərazisində hücumlarının şiddətlənməsini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti özünün 20 fevral N92- ci il tarixli 117 nömrəli Fərmanı ilə qismən səfərbərlik elan etməyə məcbur olmuşdur. İddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması barədə hərbi hissə komandirinin əmri olmamışdır. Yalnız, Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında" 23 yanvar N96-cı il tarixli 433 nömrəli Fərmanında göstərilir ki, Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatını nəzərə alaraq, N96-cı il martın 1-dək 25 yaşı tamam olmuş və daha çox yaşı olan, keçmiş Sovet Ordusunun və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular (çavuşlar və əsgərlər) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar, iddiaçı xidmət yerində olmuş olsaydı N96-cı ilin martın 1-dən sonra tərxis oluna bilərdi. Belə ki, yuxarıda istinad olunan Əsasnaməyə əsasən Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməklə yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. Çünki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.N92-ci il tarixindən xx.xx.N92-ci il tarixinə kimi Qarabağda, Ağdam və Ağdərə rayonları ərazisində N saylı hərbi hissənin Vİ batalyonu tərkibində erməni işğalçılarına qarşı vuruşduğunu bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsininin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Bu müddəalara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin: - 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparanhərbihissə (1) və ya orqanların tərkibində (2) hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara, 10 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətivə Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 1-ci hissəsinin dördüncü bəndinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, (...)tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Sadalanmış bu müddəaların əlaqəli təhlili belə anlaşılır ki, N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissələrdə hərbi xidmət keçmiş şəxslərə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaratdığı müvafiq komissiyaların rəyi əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. İddia tələbinin əsaslarına görə sadalanmış müddəaların tətbiqi üçün aşağıdakı hallar müəyyən edilməlidir: - hərbi qulluqçu N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək hərbi xidmət keçməli (1); - hərbi qulluqçunun həmin dövrdə hərbi xidmət keçməsi arayışlar, şəxsi işlər, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər mövcud olmalıdır (2). İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ücün əsas olan müddət kimi xx.xx.N92-ci il tarixindən xx.xx.N92-ci il tarixədək olan dövrü göstərmiş və həmin vaxt N saylı hərbi hissədə xidmət etdiyinə əsaslanmışdır. 25 dekabr N91-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun: - 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər; - 18-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Sadalanmış bu müddəalardan bəlli olur ki, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. Daha sonra, 10 iyun N92-ci il tarixində qəbul edilmiş və zamana görə qüvvə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: - 24-cü maddəsinə əsasən, ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunur. Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazımi sayda hərbi vəzifəliləri üç ayadək müddətə ehtiyatdan hərbi xidmətə çağırsın. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən Azərbaycan Respublikasının Ali Soveti bu müddəti daha 3 ay uzada bilər; - 26-cı maddəsinə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir. Maddələrin tələblərindən göründüyü kimi, müharibə dövründə səfərbərlik, habelə səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həyata keçirilməlidir. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 09 oktyabr N91-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dovrü 10 may N94-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar N96-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun N96-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr N96-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması N96-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Bu müddəalara uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçının istinad etdiyi dövrə münasibətdə hərbi qulluqçu olmaqla hərbi xidmət keçməsi və tərxis olunması qanunvericiliyin yuxarıda göstərdiyi tələbləri ilə uzlaşmır, çünki hərbi xidmətdən tərxis olunma müddəti N96-cı ildən sonra başlandığından, N92-ci ildə iddiaçı hərbi qulluqçu kimi hərbi xidmətdən tərxis oluna bilməzdi. Məhkəmə araşdırması zamanı da iddiaçının hərbi xidmətdən tərxis olunması ilə bağlı hər hansı sübut müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “iddiaçının döyüş əməliyyatlarında iştirakı iddiaçının hərbi bileti, N nömrəli hərbi hissə üzrə N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 31 nömrəli əmrindən arxiv çıxarışı, Ağdam rayon Hərbi Komissarlığının çağırış vərəqəsi, uçot kartoçkasında olan qeydlər ilə təsdiqlənir”. Məhkəmə kollegiyası bildirir ki, yuxarda qeyd olunanlar iddiaçının xeyrinə şərh olunan hallar olsalarda, iddianın təmin edilməsinə əsas verə bilməz. Belə ki, iş materiallarına əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 70 nömrəli əmri, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin sentyabr N92-ci il tarixli əmrlərində öz əksini tapmadığı müəyyən olunur. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N92-ci il tarixli 071 nömrəli əmri ilə “Əlahiddə Ərazi Özünümüdafiə alayı” həqiqi adı ilə Ağdam rayonunda yaradılmışdır və “hərbi hissə 836” şərti adı verilmiş və Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N92-ci il tarixli 0158 nömrəli əmri ilə ləğv edilmiş və şəxsi heyəti N nömrəli hərbi hissənin komplektləşdirilməsinə verilmişdir. Belə olan halda, iddiacının hərbi hissədən tərxis olunması Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əmri ilə ola bilərdi. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin istinad etdiyi hərbi biletdə olan qeyd, yəni, N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 70 nömrəli əmri iddiacının hərbi hissədən tərxis olunmasını təsdiq edən mötəbər sübut hesab oluna bilməz. Görüündüyü kimi məhkəmə araşdırması zamanı iddiaçının hərbi hissədə döyüş əməliyyatlarında iştirak etməsinə dair və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənəd müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6520/2022 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1N3-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Mirzə Tağızadə Mirzə Hakimlər Kamran Əkbərov Xəya Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar