Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1012/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və plan-ölçünün verilməsi tələbinə dair inzibati mübahisə üzrəüzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-4444/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 4444/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən sahəsi 0,12 ha olan 3688 saylı bağ sahəsinin mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydə alınması buna dair plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim Z.Tağıyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən sahəsi 0.12 ha olan 3688 saylı bağ sahəsinin plan və ölçünün tərtib edilməsi, onun adına dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən sahəsi 0.12 hektar olan 3688 saylı bağ sahəsi Bakı şəhər Soveti İcrayyə Komitəsinin xx xxxx 1991- ci il tarixli 8/447 qərarına əsasən iddiaçıya verilibdir. Həmin qərara edilmiş 1 № - li Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında adım 6-cı sırada göstərilibdir. Bunu Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 08.07. 2019- cu il arxiv Çıxarışı təsdiq edir.Göstərilən bağ sahəsi uzun illərdir ki, onun qanuni istifadəsindədir. Göstərilən bağ sahəsinin iddiaçının adına hüquqi qeydiyyata alınması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət etsə də müraciəti təmin edilməyibdir. Cavabdehin həmin bağ sahəsini onun adına hüquqi qeydiyyata almaqdan imtina etməsini mövcud qanunvericiliyə zidd hesab edir. Bundan başqa Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “Bağ icarəçilərinin, bağ-tikinti kooperativinləri üzvlərin qanuni istifadəsindəki icarələrindəki bağların xüsusi mülkiyyətlərinə verilməsi haqqında” xx xxxxxx 1996-cı il tarixli 1124 nömrəli sərəncamı da mövcuddur. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən sahəsi 0,12 hektar olan 3688 saylı bağ sahəsi Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx xxxx 1991-ci il tarixli 8/447 qərarına əsasən ona verilmişdir.İddiaçı müvafiq baq sahəsinə dair sənəd surətlərinin verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə idarəyə müraciət etmişdir.Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən müvafiq bağ sahəsinə çıxarış verilməsi ilə bağlı İdarəyə rəsmi müraciət daxil olmamış və bununla bağlı İddiaçı tərəfindən İdarəyə hər hansı hüquqmüəyyənedici sənəd (2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış) təqdim edilməmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin bununla bağlı hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamışdır.Bundan əlavə, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, 3688 saylı bağ sahəsi ayrılmasına dair İdarənin arxivində hər hansı sənəd aşkar edilməmişdir.Nümayəndə qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşdə olan Azərbaycan Respublikası DİN BŞPİ xx.xx.2019-cu il tarixli, 039-11337- 1219 saylı məktubunda İddiaçı məxsus olan 226 nömrəli Ləhiş tikinti kooperativinin 3688 saylı bağ orderinin tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmadığı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2019-cu il tarixli, Ə-308 saylı arxiv çıxarışına əsasən Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarına əlavə edilmiş ilə 226 saylı Ləhiş bağ tikinti kooperativinin siyahısında İddiaçı adı 1-ci sırada göstərilmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********60 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 3688 saylı bağ sahsi ayrılmasına dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı qanuni istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmə qaydasında mübahisələndirmişdir. İş materiallarından göründüyü kimi iddiaçı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Yəni bu iddia növü ilə iddiaçı məhkəmədən tələb edir ki, məhkəmə inzibati orqanın üzərinə qanunvericiliklə müəyyən edilmiş vəzifənin icrası öhdəliyini üzərinə qoysun. Belə ki, öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifənin icrasından imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində üzərinə düşən öhdəlik icra edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və XəritəçəkməKomitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və XəritəçəkməKomitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin mübahisə edilməyən hallarından görünür ki, Azərbaycan Respublikası DİN BŞPİ xx.xx.2019-cu il tarixli, 039-11337-1219 saylı məktubunda İddiaçı məxsus olan 226 nömrəli Ləhiş tikinti kooperativinin 3688 saylı bağ orderinin tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmadığı qeyd olunmuş və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2019-cu il tarixli, Ə-308 saylı arxiv çıxarışına əsasən Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarına əlavə edilmiş ilə 226 saylı Ləhiş bağ tikinti kooperativinin siyahısında adı 6-cı sırada göstərilmişdir. İşin hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi uzun müddətdir ki, istifadəsindədir, qeyd olunan torpaq sahəsində iddiaçıya məxsus fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və torpaq sahəsi hazırda mübahisəsiz iddiaçı tərəfindən istifadə edilməkdədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Birinci instanisya məhkəməsi hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi inzibati icraat zamanı işin bütün faktiki və hüquqi cəhətdən hallarını hərtərəfli, tam və obyektiv araşdırmayaraq, əsassız olaraq iddiaçının ərizəsini təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstəriləniddiaçı tərəfindən müvafiq bağ sahəsinə çıxarışın verilməsi ilə bağlı İdarəyə rəsmi müraciətin daxil olmaması və bununla bağlı iddiaçı tərəfindən İdarəyə hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilməməsi, iddiaçıya bağ sahəsinin ayrılmasına dair İdarənin arxivində hər hansı sənədin aşkar edilməməsi dəlillərini qəbul etmir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin İddiaçı etibarnamə üzrə nümayəndəsinə ünvanlandığı xx.xx.2019-cu il tarixli, **********60 saylı məktubda İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 3688 saylı bağ sahəsinin ayrılmasına dair sənədin İdarənin arxivində aşkar olunmaması barədə bildirilmişdir. Məhkəmənin sorğusuna əsasən DƏRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli, **********42 saylı məktubu ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 nömrəli qərarına əsasən 226 nömrəli Bağ tikinti Kooperativinin üzvlərinin siyahısının və yerləşmə sxeminin təsdiq edilmiş surətlərini göndərmişdir. Məktuba əlavə edilmiş Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarına əsasən 1 nömrəli Əlavədən görünür ki, İddiaçı 226 nömrəli bağ tikinti kooperativi üzvlərinin Siyahısında “6” nömrə ilə göstərilmişdir. Həmçinin, məktuba əlavə edilmiş BTK-226 Ləhiş massivində bağ sahələrinin yerləşmə sxemində “3688” nömrəli bağ da öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunun 15.2-ci madddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunla üzərinə düşən öhdəliyin icrasının istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübüta yetməməklə yanaşı, onun tərəfindən “İnzibati icraat haqqında” Qanunun qeyd olunan normalarının da tələblərinə əməl edilməmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 4444/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1012/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1012/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver