Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1012/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 Teyyub qızının iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8675/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır.
2. НЗ seriyalı, ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1982ci il tarixdən xx.xx.1984-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
3. Azərbaycan SSR X5 Təhsili Komitəsi tərəfindən 04 mart 1985-ci ildə verilmiş 632105 №li diplomdan (surəti) müəyyən olunur ki, İddiaçı 01 sentyabr 1981-ci ildə Bakı şəhəri 2 №li orta Texniki Peşə məktəbinə daxil olmuş 04 mart 1985-ci ildə elektrovozun maşinist köməkçisi peşəsi üzrə tam kursu bitirmiş, ona elektrovozun təmiri üzrə 3-cü dərəcəli çilingər ixtisası verilmişdir.
4. İddiaçıya məxsus xx.xx.1987-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasında (notarial qaydada tərcümə - təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o, aşağıda qeyd olunan müəssisələrdə işləmişdir;
5. “Aznəqliyyattikinti” trestinin 323 saylı Tikinti Quraşdırma Qatarında (iş stajı: 01 il, 11 ay, 21 gün ) xx.xx.1985-ci il tarixdə işə teplovoz maşinistinin köməkçisi qismində qəbul edilmişdir; xx.xx.1987-ci il tarixdə “Aznəqliyyattikinti” trestinin 518 saylı Tikinti Quraşdırma Qatarına köçürülmə qaydasında işdən azad edilmişdir.
6. “Aznəqliyyattikinti” trestinin 518 saylı Tikinti Quraşdırma Qatarında (iş stajı: 19 il, 07 ay, 01 gün) xx.xx.1987-ci il tarixdə 323 saylı Tikinti Quraşdırma Qatarından köçürülmə qaydasında işə teplovoz maşinistinin köməkçisi vəzifəsinə qəbul edilmişdir; xx.xx.1991-ci il tarixdə teplovoz maşinisti vəzifəsinə keçirilmişdir; xx.xx.2006-cı il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir.
7. “X4” ASC-də (iş stajı: 01 ay, 05 gün + 01 il, 02 ay, 01 gün = 01 il, 03 ay, 06 gün) xx.xx.2008-ci il tarixdə maşinist köməkçisi vəzifəsinə qəbul edilmişdir; xx.xx.2009-cu il tarixdə işdən azad edilmişdir. xx.xx.2009-cu il tarixdə qülləli kranlar bölməsinə maşinist vəzifəsinə qəbul edilmişdir; xx.xx.2010-cu il tarixdə AR Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (pensiya hüququ yarandığı xx.xx.2024-cü il tarixədək iş stajı: 06 il, 05 ay, 16 gün + 05 il, 08 ay, 19 gün = 12 il, 01 ay, 17 gün) xx.xx.2011-ci il tarixdə teplovozçu maşinist qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2018-ci il tarixdə teplovozu maşinist qəbul edilmişdir.
9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, № 10 saylı arayışında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Teplovoz maşinisti vəzifəsində xx.xx.2011-ci il tarixli 03 №-li Əmrə əsasən işə qəbul olmuş,xx.xx.2018-cı il tarixli 10 №-li əmrə əsasən işdən azad edilmişdir. xx.xx.2018-ci il tarixdə 13 №-li əmrə əsasən işə qəbul edilmiş və hal-hazırki dövrə qədər işləyir. Teplovoz maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li xx.xx.1993-cü il tarixli qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və gözətçilərin siyahısı”na daxildir. (Siyahı İİ, XXVİİİ bölmə, Nəqliyyat: kod 23001000-14241.Teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri). İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 12 il 2 ay təşkil edir.
10. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 518 saylı Tikinti Quraşdırma Qatarı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 02/A № li və xx.xx.2024-cü il tarixli, 07/H № li arayışlarında göstərilmişdir ki, İddiaçı Ağabala oğlu xx.xx.1987-ci il tarixdən (əmr № 52, xx.xx.1987) xx.xx.1991-ci ü tarixədək (əmr № 185, xx.xx.1991) 518 saylı Tikinti Quraşdırma Qatarında teplovoz maşinist köməkçisi, xx.xx.1991-ci ildən xx.xx.2006-cı ilə qədər (əmr № 29, xx.xx.2006) teplovoz maşinisti vəzifəsində işləmişdir. Teplovoz maşinisti və teplovoz maşinist köməkçisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li xx.xx.1993-cü il tarixli qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlann, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına” daxildir. (Siyahı İİ, XXVİİİ bölmə, Nəqliyyat: Kod 23001000- 14241. Teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri). Azərbaycan Respublikası Prezidentinin 851 №-li xx.xx.1998-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti "xxxx" X6 Cəmiyyətinə çevrilmişdir.
11. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X3 Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2024-cü il tarixli, № 72 saylı arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixində indiki Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (keçmiş 2 № li Texniki peşə məktəbi) “Elektrovoz maşiniti köməkçisi” ixtisas qrupuna daxil olmuş və xx.xx.1982-ci il tarixində ordu sıralarına çağrışla əlaqədar olaraq təhsilini dayandırmışdır. Ordu sıralarından tərxis olunduqdan sonra xx.xx.1984-cü ildə yenidən təhsilini davam etdirmək üçün məktəbə bərpa olmuş və xx.xx.1985- ci ildə həmin məktəbi əyani formada bitirmişdir. O dövrdəki Azərbaycan SSR X5 Təhsili Komitəsi tərəfindən ona E № 632105 saylı diplom verilmişdir. Həmin dövrdə məktəbin direktoru R.Y Həsənov olmuşdur
12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, № 13 saylı arayışında göstərilmişdir ki, xx.xx.2011-ci il tarixli 03 №-li əmrə əsasən "xxxx" MMC-yə teplovoz maşinisti vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixində ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.2018-ci il tarixində 13 №-li əmrə əsasən yenidən teplovoz maşinisti vəzifəsinə işə qəbul edilmiş və hal-hazıradək teplovoz maşinisti vəzifəsində işləyir. Teplovoz maşinisti və maşinist köməkçisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li, xx.xx.1993-cü il tarixli qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyhısına ”daxildir. (Siyahı İİ, XXVİİİ bölmə, Nəqliyyat: kod 23001000- 1424 Teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri). İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 12 il, 02 ay təşkil edir.
13. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-51271/ №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ii iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndinə əsasən əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın Nəqliyyat bölməsinin (21), dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş 7 mart 1987-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasında, “Azərnəqliyyatyoltikinti" ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarının 12 fevral 2024-cü il tarixli 02/A nömrəli ona dair arayışında xx.xx.1992-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində, "xxxx" MMC-nin 6 fevral 2024-cü il tarixli 10 nömrəli arayışında isə xx.xx.2011-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2018-ci il tarixindən bugünədək həmin müəssisədə teplovoz maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən də xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər üzrə də işləyib-işləməməyinə dair əsaslı şübhələr yaranmışdır. Buna görə də xx.xx.1992-xx.xx.2006-cı il tarixləri arasındakı dövrü onun iş stajına daxil etmək mümkün deyil. Eyni zamanda, işlədiyi müəssisələrin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Həmçinin,1981-1985-ci illər arasındakı dövr ərzində təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd tərəfindən Mərkəzi Filiala təqdim edilməyib. Göstərilən səbəblərdən də, onun ümumi iş stajı 25 ildən az (21 il 3 ay 13 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1987ci il, xx.xx.1987- xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər və 2009-2023-cü illər üzrə 12 il 6 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33016,89 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
Məhkəmənin müvafiq sorğusuna əsasən:
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, № 3-21-3/2-14295/2024 saylı cavab məktubunda göstərilmişdir ki, “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 646 nömrəli, 2 dekabr 1997-ci il tarixli fərmanı ilə "xxxx" Dövlət Şirkəti ləğv olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 851 nömrəli, 16 iyul 1998-ci il tarixli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin müəssisələri özəlləşdirilməyə açılmışdır. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 336 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin 34.34 %-i özəlləşdirilmişdir.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-21-2-2-1/2-9585/2024 saylı cavab məktubu ilə təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüuqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə № ********** qeydiyyat nömrəsi (VÖEN) ilə qeydiyyat alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qeyriqanuni hesab edilərək, ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981 - xx.xx.1982 və xx.xx.1984 xx.xx.1985-ci illərdə Texniki Peşə məktəbində əyani formada “Elektrovoz maşinisti köməkçisi” ixtisası üzrə təhsil almışdır. xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə adına xx.xx.1987-ci il tarixdə açılmış ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən xx.xx.1985-ci ildə teplovoz masinisti köməkçisi kimi başlamışdır. Adına açılmış əmək kitabçasına əsasən onun 60 yaşının tamam olduğu xx.xx.2024- cü il tarixə ümumi iş stajı 30 ildən çoxdur ki, bunun da 12 il 6 aydan çoxu (bütün işlər) güzəştli hesab olunan peşələrin siyahısına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarına görə (siyahı İİ. XXVİİİ bölmə Nəqliyyat: kod: 23001000-14241. Teplovoz, elektrovoz maşinisti və maşinist köməkçiləri) istər 518 saylı Tikinti Quraşdırma Qatarında (xx.xx.1987 xx.xx.2006) istərsə də "xxxx" MMC-də işlədiyi teplovoz maşinisti peşələri zərərli hesab olunduğundan güzəştli şərtlə pensiyaya çıxmaq hüququ vardır. Bununla əlaqədar olaraq müvafiq sənədlərini toplayaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edərək ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etsə də, müraciəti cavabdeh tərəfindən təmin olunmamışdır. Hesab edir ki, cavabdehin imtinasının əsasları qanunsuzdur və qanunla qorunan hüquqlarını pozur. İstər 518 saylı TQQ və eləcə də istərsə də "xxxx" MMC-də işlədiyi zaman yüklərin daşınması respublikadaxili dəmir yolunda həyata keçirilmişdir. Əsas fəaliyyət istiqaməti isə tikinti materiallarının daşınmasından ibarət olmuşdur. Həmçinin "xxxx" MMCdə işlədiyi 10 ildən artıq müddətdə teplovoza qoşulan yük vaqonları "xxxx" QSCyə aiddir. Digər tərəfdən onun 1992-2006-cı illər 518 saylı TQQ-da işlədiyi dövrü heç bir araşdırma aparmadan iş stajı dövrünə aid etmirlər. Hesab edir ki, onun cavabdeh tərəfindən pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməlidir. Cavabdeh tərəf heç bir əsas olmadan qüvvədə olan Qanunun tələbinə əməl etmir, onun Konstitusiya ilə təsbit olunan və dövlət tərəfindən qorunan pensiya təminatı hüququ kobud surətdə pozulur.
18. xx.xx.2024-cü il tarixdə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, № 3-17-1/3-11296/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtinasının əsasları aşağıdakılardan ibarətdir. Ümumi staja münasibətdə: 1. 1981-1985-ci illər arasındakı dövr ərzində iddiaçının təhsil aldığı müddətin əyani olub- olmamasını təsdiq edən sənəd cavabdeh orqana təqdim edilməmişdir. 2. Cavabdeh orqanın araşdırması zamanı xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən də xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ("xxxx" ASC) üzrə də iddiaçının işləyib-işləməməyinə dair əsaslı şübhələr yaranmışdır. Buna görə də xx.xx.1992-xx.xx.2006-cı il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Güzəştli staja münasibətdə: 1. iddiaçının təqdim etdiyi 7 mart 1987-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında həmçinin "xxxx" ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarının 12 fevral 2024-cü il tarixli 02/A nömrəli arayışında xx.xx.1992-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində teplovoz maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. 2. Həmin əmək kitabçasında, eləcə də "xxxx" MMC-nin 6 fevral 2024-cü il tarixli 10 nömrəli arayışında xx.xx.2011-xx.xx.2018ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2018-ci il tarixdən bugünədək həmin müəssisədə iddiaçının teplovoz maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Pensiya kapitalına münasibətdə: hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33016,89 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1 -dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndinə əsasən əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Nəqliyyat bölməsinin (21), dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən ganunvericiliyin normalarına uyğun olarag iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-482/2024 nömrəli gərarında geyd edilmişdir ki, Əmək Məcəlləsinin 159cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iglim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haggının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş yerlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haggında” Qanunun 9.1-ci maddəsinin tətbigi üçün özü-özlüyündə əsas vermir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)- 669/2024 nömrəli gərarında bildirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təgdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi gəbul etməməlidir. Məhkəmə tərəfindən İPM-in 58.6-cı maddəsinə uyğun olarag, işə baxılarkən həmin arayışın məzmunu diggətlə tədgig edilməli və giymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafig araşdırma aparılmagla iddiaçının həgigətən güzəştli şərtlə pensiya hügugu verən sahədə və peşədə işləyib işləmədiyi mötəbər gaydada müəyyən edilməlidir. İmtinanın ilkin əsası kimi, iddiaçının təhsil dövrünün staja daxil edilməsinə münasibətdə qeyd edək ki, ganunvericiliyin tələblərindən də aydın olur ki, şəxsin yalnız əyani təhsil dövrünün ümumi staj dövrünə daxil edilməsi nəzərdə tutulmuşdur. İddiaçıya məxsus xx.xx.1985-ci il tarixli 632105 Ne-li diploma əsasən onun xx.xx.1981ci il tarixdən xx.xx.1987-ci il tarixədək Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı dövrün əyani və ya giyabi olduğu aşkar edilə bilməmişdir. Cavabdeh orqan haqlı olaraq həmin dövrü iddiaçının ümumi stajına daxil etməkdən imtina etmişdir. xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən də xx.xx.1992xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ("xxxx" ASC) üzrə də iddiaçının işləyibişləməməyinə dair əsaslı şübhələr yaranmışdır. Cavabdeh orqan xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığını müəyyən etdiyindən, haqlı olaraq müəssisənin xx.xx.2006-cı il tarixdən əvvəlki dövrdə fəaliyyətdə olmasını şübhəli sayaraq, iddiaçının əmək kitabçasında sözügedən müəssisəyə dair qeydləri mötəbər hesab etməmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-139/2024 nömrəli qərarında da qeyd edildiyi kimi iddiaçı mübahisələndirdiyi xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr ərzində Zəngilan rayon İstehlak Cəmiyyətində faktiki işləmədiyindən, əmək haqqı almadığından və məcburi dövlət sosial sığorta haqqı ödəmədiyindən əmək kitabçasında qeyd olunan həmin dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. İddiaçının təqdim etdiyi güzəştli arayışlardan onun teplovoz maşinisti olaraq hansı sahədə çalışdığını müəyyən etmək mümkün olmadığından, cavabdeh orqan həmin dövrlərin güzəştli staja daxil edilməsindən imtina etmişdir. Ali Məhkəmənin müvafiq qərarlarından da aydın olur ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən şəxsin güzəştli stajını müəyyən etmək üçün müəssisədən güzəştli staja dair məlumatlar ətraflı şəkildə əks olunmalıdır, yəni vəzifənin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş siyahıya formal şəkildə uyğunlaşdırılması iddiaçının güzəştli staja malik olduğu anlamına gəlmir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8675/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi müddət sığorta stajına daxil edilməlidir. Odur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı ilə bağlı şərti ödəmişdir.
21. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir.
22. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
23. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
24. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8675/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
25. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi güzəştli arayışlardan onun teplovoz maşinisti olaraq hansı sahədə çalışdığını müəyyən etmək mümkün olmadığından, cavabdeh orqan həmin dövrlərin güzəştli staja daxil edilməsindən imtina etmişdir. Ali Məhkəmənin müvafiq qərarlarından da aydın olur ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən şəxsin güzəştli stajını müəyyən etmək üçün müəssisədən güzəştli staja dair məlumatlar ətraflı şəkildə əks olunmalıdır, yəni vəzifənin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş siyahıya formal şəkildə uyğunlaşdırılması iddiaçının güzəştli staja malik olduğu anlamına gəlmir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı əldə edilmiş “X2” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 13-1/2-7722/2024 nömrəli məktubundan aydın olur ki, iddiaçının işlədiyi teplovoz maşinisti vəzifəsinin dəmiryolu sahəsinə uyğunluğu müəyyən edilməmişdir. Bununla yanaşı, cavabdeh orqan tərəfindən "xxxx" ASC-yə və "xxxx" MMC-yə müvafiq dövrlərdə iddiaçının güzəştli iş stajı barədə məlumatların təqdim olunması tələb olunsa da, müvafiq sorğulara aydın cavab verilməmişdir. Müvafiq məsələ məhkəməyə bildirildikdən sonra "xxxx" ASC-yə məhkəmə tərəfindən 2-1(112)-8675/2024 nömrəli 02 avqut 2024-cü il tarixli sorğu göndərilmiş və həmin sorğu cavablandırılmamışdır. Nəticə etibarilə, məhkəmə araşdırması tamvə hərtərəfli aparılmamış və iddia əsassız şəkildə təmin edilmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır
30. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
31. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. (13 may 2022-ci il tarixədək olan qüvvədə redaksiyada)Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixdən qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; .... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti
32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD №li Qanunu: Maddə 2. Keçid müddəaları 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: XXVİİİ. Nəqliyyat. - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsi – (23001000—14241) - teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
38. Mübahisənin mahiyyətinə və apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmənin mövqeyi aşağıdakı kimidir:
39. Belə ki, tətbiq olunan Qanunvericiliyin (“Əmək Pensiyaları haqqında” Qanun) yuxarıda qeyd olunan tələblərinə görə (13 may 2022-ci il tarixdən qüvvədə olan redaksiyada) əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması.
40. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması gərəkdir.
41. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixində, yəni 60 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir.
42. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir
43. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur:
44. 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir;
45. 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
46. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır.
47. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının:
48. 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür:
49. -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı;
50. -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
51. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
52. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının:
54. 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən;
55. Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, əksinə əmək kitabçası olmadıqda işəgötürənin arayışı əsasında müəyyən edilməsini şərtləndirmişdir
56. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: “Aznəqliyyattikinti” trestinin 323 saylı Tikinti Quraşdırma Qatarında iş stajı 01 il, 11 ay, 21 gün, “ Aznəqliyyattikinti ” trestinin 518 saylı Tikinti Quraşdırma Qatarında iş stajı 19 il, 07 ay, 01 gün, X4 ASC-də iş stajı: 01 il, 03 ay, 06 gün və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində pensiya hüququ yarandığı xx.xx.2024-cü il tarixədək iş stajı 12 il, 01 ay, 17 gün təşkil edir.
57. Məhkəmə iddiaçının təhsil aldığı dövrlə bağlı isə bildirir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir.
58. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.
59. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir.
60. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
61. İş materiallarında olan diplomun surətindən, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X3 Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2024-cü il tarixli, № 72 saylı arayışından göründüyü kimi İddiaçı xx.xx.1981-ci il tarixində indiki Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (keçmiş 2 № li Texniki peşə məktəbi) “Elektrovoz maşiniti köməkçisi” ixtisas qrupuna daxil olmuş və xx.xx.1982-ci il tarixində ordu sıralarına çağrışla əlaqədar olaraq təhsilini dayandırmışdır. Ordu sıralarından tərxis olunduqdan sonra xx.xx.1984-cü ildə yenidən təhsilini davam etdirmək üçün məktəbə bərpa olmuş və xx.xx.1985-ci ildə həmin məktəbi əyani formada bitirmişdir. Belə ki, iddiaçının təhsil müddəti xx.xx.1981-xx.xx.1982-ci il və xx.xx.1984-xx.xx.1985-ci il tarixləri əhatə edir. Göründüyü kimi iddiaçının təhsil müddəti 01 il 04 ay 15 gün təşkil etmişdir.
62. Cavabdeh inzibati orqan imtina məktubunda, eləcə də iddia tələbinə dair yazılı etirazıda göstərilmişdir ki, iddiaçının 1981-1985-ci illərdə arasındakı dövr ərzində təhsil müddətinin əyani olub-olmaması təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən həmin dövrün sığorta stajı kimi nəzərə alınmadığını qeyd etmişdir ki, halbuki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X3 Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2024-cü il tarixli, № 72 saylı arayışından qeyd olunmuşdur ki, o, əyani formada təhsil almışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının təhsil müddəti bağlı mövqeyi yanlışdır.
63. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir.
64. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir.
65. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlə yanaşı iddiaçının hərbi xidmət müddəti də pensiya təyinində nəzərə alınmalıdır. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur ki, həmin müddət ümumilikdə 02 il 23 gün təşkil edir.
66. Qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətdə olduğu, təhsil müddəti, həmçinin əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (37 il 06 ay 23 gün təşkil edir) çox təşkil edir.
67. Lakin nəzərə alınmalıdır ki, cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrü nəzərə almamışdır.
68. Məhkəmə tərəfindən bu hissədə müvafiq araşdırma aparılmış və müəssisənin həmin dövrdə mövcud olduğu müəyyən olunmuşdur.
69. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMNə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.”
70. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilibödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olubolmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır.
71. Hazırki işin araşdırılmış hallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunda iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrü nəzərə almamış və əsas kimi isə müəssisə tərəfindən xx.xx.2006-xx.xx.2006-cı il tarixləri ərzində ödənilməsi məcburi sosial sığorta haqlarının olmaması ilə əlaqələndirmişdir.
72. Məhkəmə araşdırılması zamanı iddiaçının işlədiyi müəssisənin mövcudluğu ilə əlaqədar aidiyyəti üzrə ünvanlanmış sorğulara cavab məktublarından görünür ki, “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 646 nömrəli, 2 dekabr 1997-ci il tarixli fərmanı ilə "xxxx" Dövlət Şirkəti ləğv olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 851 nömrəli, 16 iyul 1998-ci il tarixli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin müəssisələri özəlləşdirilməyə açılmışdır. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 336 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin 34.34 %-i özəlləşdirilmişdir.
73. Məcburi sosial sığorta haqqlarının ödənilməməsinə gəldikdə isə Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonraki dövrdə işləməsi və məcburi sosial sığorta haqlarının ödənilməməsi hazırki pensiyanın təyinini istisna etmir. Ümumilikdə xx.xx.2006-xx.xx.2006-cı il tarixləri ərzində müəssisə tərəfindən məcburi sosial sığorta haqlarının ödənilməməsi əsası ilə həmin dövrün iddiaçının əmək stajına əlavə edilməməsi qismində haqlı olsa da, sonuncunun xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək stajının nəzərə alınmaması əsassızdır.
74. Çünki iddiaçının xx.xx.2006-cı il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyəti işləməsini də nəzərə alaraq topladığı staj ona pensiya hüququnun təyini üçün əsasdır.
75. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
76. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır.
77. Bu normadan hərəkətlə iddiaçının 1992-2002-ci illərdəki işlədiyin dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002- 2005-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyəti işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsi (xx.xx.2006-cı il tarixədək) mühüm rol oynamır.
78. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi müddət sığorta stajına daxil edilməlidir. Odur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı ilə bağlı şərti ödəmişdir.
79. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir.
80. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
81. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
82. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
83. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
84. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyi qənaətindədir.
85. “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na nəzər yetirdikdə görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23001000—14241 - teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri pensiya hüququ verən peşələrə aid olmuşdur.
86. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş arayışlar da bunu sübut edir.
87. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-578/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki; “..Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və maşinist köməkçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən teplovozların maşinistləri və maşinist köməkçiləri anlamında qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər...“
88. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərə və maşinist köməkçilərinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz.
89. Məhkəmənin qənaətinə görə iddiaçının işlədiyi həmin peşə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na görə iddiaçıya güzəştli iş stajı imkanı verir. İddiaçının faktiki olaraq həmin dövrdə işlədiyi müddəti nəzərə alasaq müəyyən olunur ki, onun pensiya hüququ yaranan tarixədək 12 il 06 aydan çox güzəştli iş stajı (“Aztransstroy” trestinin 323 saylı Tikinti Quraşdırma Qatarında iş stajı 01 il, 01 ay, 21 gün, “Aztransstroy” trestinin 518 saylı Tikinti Quraşdırma Qatarında iş stajı19 il, 07 ay, 01 gün və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 12 il, 01 ay, 17 gün) mövcuddur.
90. Məhkəmə bir məqama da toxunmaq istəyir ki, ümumiyyətlə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının (33016,89 manat) təşkil etməsi iddiaçıya münasibətdə güzəşrli şərtlərlə yaşa görə pensiyasının təyini zamanı əhəmiyyət kəsb etmir. Belə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa qanunun qüvvədə olan redaksiyasında nəzərdə tutulmadığından, iddiaçının ümumi və güzəşti staj ilə bağlı şərtlər ödənildiyindən, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalından asılı olmayaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır.
91. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3);
92. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının təqdimetdiyi güzəştli arayışlardan onun teplovoz maşinisti olaraq hansı sahədə çalışdığını müəyyən etmək mümkün olmadığından, cavabdeh orqan həmin dövrlərin güzəştli staja daxil edilməsindən imtina etmişdir. Ali Məhkəmənin müvafiq qərarlarından da aydın olur ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən şəxsin güzəştli stajını müəyyən etmək üçün müəssisədən güzəştli staja dair məlumatlar ətraflı şəkildə əks olunmalıdır, yəni vəzifənin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş siyahıya formal şəkildə uyğunlaşdırılması iddiaçının güzəştli staja malik olduğu anlamına gəlmir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı əldə edilmiş “X2” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 13-1/2-7722/2024 nömrəli məktubundan aydın olur ki, iddiaçının işlədiyi teplovoz maşinisti vəzifəsinin dəmiryolu sahəsinə uyğunluğu müəyyən edilməmişdir. Bununla yanaşı, cavabdeh orqan tərəfindən "xxxx" ASC-yə və "xxxx" MMC-yə müvafiq dövrlərdə iddiaçının güzəştli iş stajı barədə məlumatların təqdim olunması tələb olunsa da, müvafiq sorğulara aydın cavab verilməmişdir. Müvafiq məsələ məhkəməyə bildirildikdən sonra "xxxx" ASC-yə məhkəmə tərəfindən 2-1(112)-8675/2024 nömrəli 02 avqut 2024-cü il tarixli sorğu göndərilmiş və həmin sorğu cavablandırılmamışdır. Nəticə etibarilə, məhkəmə araşdırması tam və hərtərəfli aparılmamış və iddia əsassız şəkildə təmin edilmişdir.
93. Məhkəmə Kollegiyası iddia tələbinə etirazın dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür.
94. Əlavə olaraq məhkəmə Kollegiyası bir daha qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərə və maşinist köməkçilərinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz.
95. Başqa sözlə, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız yalnız magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və maşinist köməkçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır.
96. Apellyasiya şikayətinin məhkəmə araşdırması tam və hərtərəfli aparılmaması dəlilinə münasibətdə məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlardan əlavə diqqətə çəkir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, № 10 saylı, Azərnəqliyyatyoltikinti” Açıq Səhmdar Cəmiyyətinin 518 saylı Tikinti Quraşdırma Qatarı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 02/A № li və xx.xx.2024-cü il tarixli, 07/H № li arayışlarından da görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) həmin hüquqi şəxslərdə iddiaçı Teplovoz maşinisti vəzifəsində işləmişdir və Teplovoz maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li xx.xx.1993-cü il tarixli qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və gözətçilərin siyahısı”na daxildir. (Siyahı İİ, XXVİİİ bölmə, Nəqliyyat: kod 23001000- 14241.Teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri).
97. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
98. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8675/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
99. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8675/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.