Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1013/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı «əmək pensiyası təyin edilməsi tələbinə dair» inzibati iş üzrə məhkəmə qərarının icrasının təmin edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2196/2016 saylı xx.xx.2022-ci il qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2196/2016 saylı - xx.xx.2016-ci il tarixli qərarı və həmin qərarın nəticə hissəsində buraxılmış yanlışlığın düzldilməsi barədə xx.xx.2016-cı il tarixli yanlışlığın düzəldilməsi barədə qərardadına əsasən: “İddiaçı “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1№-li Siyahısına uyğun olaraq (kod 12100000-19906) xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, iddiaçıya xx.xx.2006-cı il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdəki qanunvericiliyə əsasən 2004-2005ci illərin əmək haqqı əsas götürülməklə təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulmuşdur.” Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 oktyabr 2016-cı il tarixli 2-1(103)-2184/2016 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2016-cı il tarixli qərarı - “İddiaçıya ödəniləcək pensiya məbləğinin birdəfəyə ödənilməsi” hissəsində ləğv edilməsi, iddiaçının tələbinin həmin hissədə təmin edilməməsi, qərarın irası qaydasının müəyyən edilərək, İddiaçı pensiyanın yenidən hesablanması nəticəsində ödənilməli olan məbləğin 2 (iki) il ərzində hissə-hissə, onun pensiyasına əlavə olunmaqla ödənilməsi vəzifəsi cavabdeh DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinə həvalə olunmuşdur.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 2-1(102)-677/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2-1(82)-2196/2016 saylı qərarı xx.xx.2017-ci il tarixli məktubla icra olunması üçün DSMF-nin Nizami rayon şöbəsinə göndərilmişdir. DSMF-nin Nizami rayon şöbəsinin 2 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsinə ünvanladığı xx.xx.2017-ci il tarixli 15/1904 saylı məktubunda bildirmişdir ki, qərar icra olunaraq İddiaçı hüququ yarandığı gündən əmək pensiyasının təyin olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək məhkəmə qərarlarının icrasını təmin etmək üçün tədbir görülməsi və ona pensiya ödənişini dayandırıldığı vaxtdan bərpa edilərək, davam etdirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna və Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına icrası məcburi olan göstəriş verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə qərarları qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və pensiya ödənişi faktiki olaraq 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təmin edilmişdir. Lakin 2020-ci ilin sentyabr ayından ona pensiya ödənişi dayandırılmış, bundan sonra, o bir neçə ay Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əməkdaşları ilə danışıqlar aparmış, pozulmuş hüququmun bərpa edilməsini tələb etmiş, lakin danışıqların faydasız olduğuna əmin olduqdan sonra, 29 yanvar 2021-ci il tarixli şikayətlə müvafiq instansiyalara müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubu ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2-1(82)-2196/2016 saylı qərarının icra olunaraq görülmüş icra tədbirlərin nəticəsi barədə 15 (on beş) gün müddətində məhkəməyə məlumat verilməsi tələb olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra edilməməsinə görə İPM-nin 120-ci maddəsinin tələblərinə əsasən onlara 50.000 manatadək məbləğdə cərimə tətbiq oluna biləcəyi bildirilmişdir. Daha sonra, məhkəmə tərəfindən iddiaçının məhkəmənin qərarını icrasının təmin edilməsi barədə ərizəsinə baxılması üçün xx.xx.2022-ci il tarixinə məhkəmə iclası təyin edilmiş, həmin məhkəmə iclasına iddiaçı gəlsə də, məhkəmənin qərarının icrasının təmin olunması üçün 15 gün müddət təyin edilərək, həmin müddət ərzində qərar icra edilmədiyi təqdirdə, İPM-in 120-ci maddəsinin tələbləri qaydasında cavabdehə cərimə ediləcəyi barədə xəbərdar edilmiş, lakin sonuncu tərəfindən qərar icra olunmamış, bununla bağlı təyin olunmuş məhkəmə iclasına da gəlməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2196/2016 saylı xx.xx.2022-ci il qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(82)- 2196/2016 saylı, 13 iyul 2016-ci il tarixli qərarının icrasını təmin etmədiyinə görə AR ƏƏSMN DSMF PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 500 (beş yüz) manat məbləğində cərimə təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin həmin qərardaadından Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və həmin qərardadla müəyyən edilmiş 500 (beş yüz) manat məbləğində cərimənin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apelyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosesual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassızdır. Belə ki, Fond tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək peensiyasının təyin edilmiş əmək pensiyasının ödənişi «Əmək pensiyaları haqqında» Əmək pensiyaları haqqında» Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. Ərizəçinin əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişləri dayandırılmışdır. Bundan başqa yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıb-yaranmadığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir. Qərarda ərizəçiyə əmək haqqı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qərar icra edilərək əmək haqqı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İşin hallarında görünür ki, qərar artıq icra olunmuşdur. Sonradan pensiyanın dayandırılmasına əsas olan şübhələr yaranması və bunun nəticəsində pensiyanın dayandırılması qərarın icra olunmaması kimi başa düşülməməlidir. Buna görə də məhkəmənin inzibati orqanı 500 manat məbləğində cərimə etməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiysının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əhmədov apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlanılmasını xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, işin qeyd olunan hallarından göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı, məhkəmənin xx.xx.2017-ci il tarixli məktubu ilə icra olunması üçün DSMF-nin Nizami rayon şöbəsinə göndərilmiş və Nizami rayon şöbəsi tərəfindən həmin qərar icra olunaraq, bu barədə xx.xx.2017-ci il tarixli 15/1904 saylı məktubla məhəkməyə məlumat verilmişdir. Konkret halda, iddiaçının qeyd olunan ərizəsindən də göründüyü kimi, məhkəmənin qərarı qanuni qüvvəsini aldıqdan və icraya yönəldildikdən sonra, ona faktiki olaraq 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təmin edilərək əmək pensiyası ödənilmiş, lakin 2020-ci ilin sentyabr ayından pensiya ödənişi dayandırılmış, bundan sonra cavabdehə və müxtəlif orqanlara dəfələrlə müraciət etməsinə baxmayaraq, pensiya ödənişisı bərpa olunmamışdır. Cavabdehin apellyasiya qeyd olunan şikayətində təsdiq olunur ki, DSMF-nin Nizami rayon şöbəsi tərəfindən qərar icra edilərək iddiaçıya əmək haqqı əsasında təyin edilmiş yaşa görə əmək pensiyası üzrə ödənişlər, müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından dayandırılmışdır. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarının icrasının 2020-ci ilin sentyabr ayından etibarən cavabdeh tərəfindən dayandırılaraq icra olunmadığı işin mübahisələndirilməyən hallarını təşkil edir. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. İşin hallarından göründüyü kimi, Bakı İnzibati Məhkəməsi tərəfində cavabdehə xx.xx.2022-ci il tarixli məktub ünvanlanaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarının icra olunması və görülmüş icra tədbirlərin nəticəsi barədə 15 (on beş) gün müddətində məhkəməyə məlumat verilməsi tələb olunmuş və əks təqdirdə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra edilməməsinə görə İPM-nin 120ci maddəsinin tələblərinə əsasən onlara 50.000 manatadək məbləğdə cərimə tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh məhkəmənin həmin xəbərdarlıq məktubuna, heç münasibəti bildirməmiş və iddiaçının pensiyası bərpa olunmamış, apellyasiya şikayətinin qeyd olunan dəlillərindən və nümayəndəsinin izahatından da aydın olur ki, hal-hazırkı ana qədər də iddiaçıya pensiya ödənişin dayandırılmasında israrlıdır. İPM-in 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Birinci instansiya məhkəməsinin qərardadından da görünür ki, cavabdeh, Məcəllənin qeyd olunan tələbləri nəzərə alınmaqla, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirmədiyi üçün 15 gün müddət təyin edilməklə, cərimə olunacağı barədə xəbərdarlıq edilsə də müsbət nəticəsi olmadığından cavabdehə 500 manat məbləğində cərimə tətbiq olunmuşdur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə məhkəmə qərarının icra edilməmsinə görə cavabdeh barəsində tətbiq edilmiş 500 məbləğində cəriməni işin hallarına və prosessual hüquq normalarına uyğun nəticə kiimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərardadla ona 500 manat məbləğində cərimə tətbiq olunmasının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 2196/2016 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2196/2016 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1013/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1013/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver