Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1013/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-1700/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə pensiya almaq hüququnun yarandığı vaxtdan bütün pensiyasının birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən iddia tələbi “xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 may 2023-cü il tarixli məktubla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 34 ildən çox sığorta stajına malik oldduğunu və həmin stajın 15 ilini əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışdığını bildirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etsə də cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı fikrini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007–ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, cavabdeh ümumi iş stajını 25 ildən az (20 il 5ay 29 gün (xx.xx.1979xx.xx.1980-cı il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər və 2007-2022-ci illər üzrə 7 il 9 ay), güzəştli iş stajının isə olmadığını qeyd etmişdir. Cavabdeh aşağıdakı dövrləri iş stajına daxil etməmişdir: xx.xx.1980-xx.xx.1982-ci il (iki il 13 gün); xx.xx.1995- xx.xx.1995-ci il (08 ay 03 gün); xx.xx.1996-xx.xx.1997-ci il (bir il bir ay 23 gün);xx.xx.2013-cü ildən hazırkı vaxtadək işləyir (10 il üç ay). Beləliklə, cavabdeh iddiaçının 2 il 13 gün + 08 ay 03 gün + 01 il 01 ay 23 gün + 10 il 03 ay ümumilikdə 14 il 01ay 9 gün stajını nəzərə almamışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-17-1/2-238088/2023 nömrəli yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, ümumi iş stajı 25 ildən az (20 il 5 ay 29 gün (xx.xx.1979-xx.xx.1980ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər və 2007- 2022-ci illər üzrə 7 il 9 ay), güzəştli iş stajı isə mövcud deyil. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ-131871/2023 nömrəli məktubla məlumat verilmişdir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, ümumi iş stajı 25 ildən az (20 il 5 ay 29 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər və 2007-2022-ci illər üzrə 7 il 9 ay), güzəştli iş stajı isə mövcud deyil. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21335,42 manat təşkil edir. "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 1/010 nömrəli arayışında xx.xx.2007-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində, həmçinin “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırmaq” zavodunun xx.xx.2023-cü il tarixli 02/143 nömrəli arayışında onun xx.xx.2013-cu il tarixdən bugünədək rəngsaz peşəsində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışlarda iddiaçının rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Eyni zamanda iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlar araşdırılarkən 12 səhifənin 21-ci qeydindəki məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının həmin qeydində sonradan düzəlişlərin olduğu aşkar görünür. Buna görə də xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil edilməmişdir. Həmçinin sözügedən əmək kitabçasında iddiaçının xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “Pərvanə” firmasında işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Həmçinin iddia tələbinin birdəfəlik ödəmə hissəsi “Əmək pensiyaları haqqında" qanunda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.7-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Buna görə də qeyd olunanları nəzərə alaraq cavabdeh hesab edir ki, İddiaçı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-1700/2024 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-1700/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi İT-İ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisələrin - "xxxx" ASC və “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırmaq” zavodunun arayışları ilə təsdiqlənir. İddiaçının Bakı Texniki Təmir Zavodunda xx.xx.1996-cı ildə işə qəbul olunması barədə əmək kitabçasında aparılmış qeydin həqiqiliyini təkzib edəcək əsaslı sübutlar mövcud olmuş olsaydı və cavabdeh həmin dövrü onun iş stajına daxil etməsə də, məhkəmə hesab edir ki, iddiaçının ümümi iş stajı 25 ildən çox olmuşdur. “Əmək pensiyaları haqqında" qanunun 9.1-ci maddəsinin hazırki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərinvə 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ... İddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. İddiaçının hərbi xidmət müddəti texniki səhv nəticəsində sığorta stajına daxil edilməmiş, yəni xx.xx.1980-xx.xx.1982-ci illərə aid 2 il 11 gün gün müddət cavabdeh tərəfindən mübahisələndirilmir. Lakin həmin müddət daxil edildikdə də iddiaçının sığorta stajı 25 ilə tamamlanmır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-1700/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilir: • İddiaçı məxsus ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. • İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək "xxxx" ASC-nin təmirtikinti sahəsində 2-ci dərəcəli rəngsaz vəzifəsində işləmişdir. xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xx.xx.2008-ci il tarixli, D77 Əmr nömrəsi ilə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir.xx.xx.2013-cü il tarixdə “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunda xx.xx.2013-cü il tarixli 171K Əmr nömrəsi ilə İİ dərəcəli rəngsaz peşəsinə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixdə xx.xx.2015-ci il tarixli, 288K nömrəli Əmrlə İİİ dərəcəli rəngsaz peşəsi verilmişdir.xx.xx.2021-ci il tarixdə 25/K nömrəli əmrlə həmin sexdə İİ dərəcəli dülgər kimi fəaliyyətə başlamışdır. xx.xx.2023-cü il tarixdə KŞ-nin rəisinin imzası ilə həmin tarixdə işlədiyi təsdiq edilmişdir. • İZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1982ci il tarixlərdə Azərbaycan SSR silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. • Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA-04468-2022 nömrəli arxiv arayışından görünür ki, Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında 1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1983-cü il tarixli, 31/ok saylı əmrlə xx.xx.1983-cü il tarixdən “мокрый” sexə 3-cü dərəcəli boyaqçı vəzifəsinə işə qəbul olunması və xx.xx.1985-ci il tarixli, 127-ok saylı əmrlə xx.xx.1985-ci il tarixdən getməsi ilə əlaqədar öz xahişi ilə işdən azad olunması,1983,1984 və 1985-ci illərə dair əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunur. • “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” zavodunun xx.xx.2023-cü il tarixli, 02/143 nömrəli arayışdan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə - Təmir tikinti sahəsində rəngsaz işləmişdir. İşlədiyi vəzifə üzrə sığorta (əmək) stajı 11 il 01 ay 05 gündür. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri – bütün iş günü ərzində boyaq materialı kimi fl-03, bl-02, ak-070 markalı qruntlardan xb-16, xb-124, qf-1426 markalı boyalardan istifadə etmişdir. Aseton, ksilol, toluol, etill spirti, butilasetal, benzol, solvent, nayt-spirt (neftdaş – c4 – 155/200) xromatlardan ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə uyğundur. • "xxxx" ASC-nin şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair 1/010 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı, həqiqətən, xx.xx.2007-ci il tarixli D195/K saylı əmri ilə Bakı Mayesiz Transformatorlar Zavodunun Təmir-tikinti sahəsinə rəngsaz peşəsinə qəbul edilib. xx.xx.2008-ci il tarixli D77/K saylı əmrə əsasən ARƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə görə (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümümu peşə bölməsinin 35-ci yarım bəndlərində (təhlükəsizliyi 3-cü siniflərdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) öz əksini tapmışdır. Yuxarda qeyd olunanlara əsasən rəngsazlıqla məşğul olan istehsalatda çalışan şəxslərə yaşa görə güzəştlərlə pensiya hüququ verən peşədə işlədiyi üçün güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. • "xxxx" X1 “Radioquraşdırma” İdarəetmə şöbəsi tərəfindən verilən arayışa əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə - Təmir tikinti sahəsində rəngsaz işləmişdir. İşlədiyi vəzifə üzrə sığorta (əmək) stajı 03 ay 11 gündür. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri – bütün iş günü ərzində boyaq materialı kimi fl-03, bl-02, ak-070 markalı qruntlardan xb-16, xb-124, qf-1426 markalı boyalardan istifadə etmişdir. Aseton, ksilol, toluol, etill spirti, butilasetal, benzol, solvent, nayt-spirt (neftdaş – c4 – 155/200) xromatlardan ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmənin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlk növbədə qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilmiş (xx.xx.1980-xx.xx.1982, xx.xx.1995-xx.xx.1995 və xx.xx.1996xx.xx.1997), hərbi xidmətdə olduğu dövr ümumi iş stajına əlavə edilməmişdir. Belə ki, İZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə Azərbaycan SSR silahlı qüvvələrində döyüşmüşdür. Həm qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “b” bəndi, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 6-cı bəndi ilə müəyyən edilmişdir ki, hərbi xidmət, Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq (yalnız qüvvədən düşmüş qanunda), milli təhlükəsizlik, daxili işlər, Dövlət Sərhəd Xidməti və Prezidenti mühafizə orqanlarında xidmət dövrü müddəti sosial sığorta stajına daxil edilməlidir. İddiaçının xx.xx.1995-xx.xx.1995 dövrü ərzində işləməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin həmin illəri sığorta stajını daxil etməməsinə əsas iddiaçının 1995-ci illər üzrə məcburi dövlət sosial sığorta haqların ödəməsi ilə əlaqədar hər hansı sübutun təqdim edilməməsi və işəgötürən müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmamasıdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. Cavabdehin mövqeyi ondan ibarətdir ki, iddiaçının xx.xx.1996-xx.xx.1997-ci illərdə işlədiyi dövr – kitabçasının 21-ci qeydindəki məlumatların (xx.xx.1996-cı il tarixli qeydin) həqiqiliyinə əsaslı şübhələr yarandığı, həmin qeydində sonradan düzəlişlər olunduğundan iş stajına daxil edilməmişdir. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçının xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək Bakı Komvol Kombinatının sexində, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək "xxxx" ASC-nin təmirtikinti sahəsində, xx.xx.2013-cü ildən xx.xx.2022-ci ilədək “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” zavodunda təmir-tikinti sahəsində işlədiyi müxtəlif dərəcəli boyaqçı və rəngsaz vəzifələri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da 23200000 şifrəli “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000—13450 şifrə ilə göstərilmiş “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “35. Ümumi peşələr” bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının azı 25 il iş stajına malik olduğu sübut olunduğundan cavabdeh fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-1700/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-1700/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1013/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1013/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver