Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1014/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (03.10.1956-cı il tarixdə Göyçay rayonunun Bəydövül kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)- 2065/2020 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı 05.12.2019-cu il tarixdə cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Nərimanov rayon şöbəsinə qarşı iddiа ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə mürаciət еdərək prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın orta aylıq əmək haqqı kimi nəzərə alınmaqla iddiaçının pensiyasının məbləğinin 26.10.2007-ci ildən yenidən hesablanması və həmin vaxtdan ödənilməmiş məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı, 1973-cü ildə kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır, 1974-1976-cı illərdə Sovet Ordusu sıralarında qulluq etmişdir, 1977-ci ildən 1982-ci ilə qədər Rusiya Federasiyasının Tomsk Dövlət Universitetində hüquq fakultəsində təhsil almışdır, universiteti bitirdikdən sonra 11.10.1982-ci ildən Rusiya Federasiyası Krasnoyarsk diyarı X2 Boqrad və Ust-Abakan rayon prokurorluqlarında müstəntiq vəzifəsində, daha sonra isə 23.11.1989-cu ilədək Boqrad və Beyski rayon prokurorunun əvəzi vəzifəsində xidmət etmişdir. 04.12.1989-cu ildən 18.06.1991-ci ilə qədər Qazaxstan Respublikası Quryev şəhər Prokurorluğunda böyük müstəntiq və Quryev vilayət prokurorluğunda istintaq şöbəsinin prokuroru vəzifələrində işləmişdir. Daha sonra köçürmə yolu ilə 21.06.1991-ci ildən 25.02.1993-cü ilə qədər Dağlıq Qarabağ üzrə Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində işləmişdir. 25.02.1993-cü ildən Azərbaycan Respublikası Prokurorluq orqanlarında daimi işə qəbul olunmaqla Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsinə təyin edilmişdir və bundan sonra 07.08.2008-ci ilədək Azərbaycan Respublikası Prokurorluğuna və Hərbi Prokurorluğuna tabe olan idarələrdə xüsusilə mühüm işlər üzrə müstəntiq, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, dövlət ittihamçısı, idarə prokuroru işləmişdir. İddiaçı prokurorluq orqanlarında xidmət edərkən ona qulluq stajına görə pensiya təyin edilmişdir və iddiaçı prokurorluq orqanlarında xidmətini davam etdirmişdir. 06.08.2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2979 №li sərəncamı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir, buna görə də prokurorluq orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən onun sosial təminat hüquqları pozulmuşdur, belə ki, iddiaçının 40 ildən çox əmək stajı vardır, iddiaçının 7 il şimal bölgəsində, 1 il 8 ay döyüş bölgəsində xidmət etdiyi dövr və həmin dövrdə ikiqat əmək haqqı alması kimi xüsusatlar nəzərə alınmamışdır. Eyni zamanda prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları üçün verilən ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində müavinətlər və hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım pensiya təyin edilən zaman nəzərə alınmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 27.02.2020-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə ünvanlanmış, ərizədə iş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Nərimanov Rayon Şöbəsinin əsl cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsi xahiş olunmuşdur. 27.02.2020-ci il tarixli məhkəmə iclas protokoluna əsasən iş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Nərimanov Rayon Şöbəsi əsl cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2065/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddiа tələbi qismən təmin еdilmiş, İddiaçı hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı ilin dekabr ayından başlayaraq ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. 25.12.2020-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2065/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya əmək pensiyası təyin edilərkən onun 1992-1996-cı il tarixləri arasında işlədiyi dövr ərzində aldığı əməkhaqqı və digər gəlirləri nəzərə alınmışdır. Bu zaman iddiaçının pensiya işinə aid sənədlərdə iddiasında qeyd etdiyi yuxarıda göstərilən müavinətlərin ona ödənildiyinə dair hər hansı məlumat olmadığından həmin pul təminatlarının qanunvericiliyin tələbləri baxımından (itirilmiş gəlirlərin kompensasiyası prinsipi nəzərə alınmaqla) iddiaçıya münasibətdə tətbiq edilməsini mümkün hesab etmirlər. Belə ki, iddiaçı işlədiyi və əmək pensiyasının hesablanması zamanı nəzərə alınan dövr ərzində ona ödənilməmiş əlavə pul təminatı və maddi yardımların pensiya hesablanarkən nəzərə alınmasını tələb etməkdə haqsızdır. Bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 15.01.2021-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2065/2020 nömrəli qərarının iddianın rədd olunan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 26.11.2007-ci ildə iddiaçı prokurorluq orqanlarında xidmət edərkən ona qulluq stajına görə pensiya təyin edilmiş, prokurorluq orqanlarında xidmətini davam etdirmişdir. 06.08.2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2979 saylı sərəncamı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, hazırda da hakim kimi fəaliyyətini davam etdirir. Məhz hakim təyin olunduğuna görə prokurorluq orqanlarında xidmətinə xitam verilmişdir. O, 01.07.2017-ci il tarixdən əvvəl pensiyaçı olduğundan, barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa qeyd edilən tarixdən edilmiş dəyişikliklər hazırkı işə münasibətdə tətbiq edilməməlidir. Tərəflər sonuncu məhkəmə kollegiyası iclasının keçirilmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən Məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 cavabdehin apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin 10.06.2019-cu il tarixli iddiaçıya ünvanlanmış məktubunda göstərilmişdir ki, iddiaçıya 26.10.2007-ci ildən dövlət qulluqçusu kimi 1756.80 manat (baza hissəsi 50, sığorta hissəsi 28,15, qulluq stajına görə 1678,65 ) əmək pensiyası təyin edilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, iddiaçı dövlət qulluqçusu kimi yenidən işə qəbul edildiyi üçün həmin tarixdən ona əmək pensiyası hesablanan zaman qulluq stajına görə əlavə 50% hesablanmalı olduğu halda iddiaçı bu barədə məlumat vermədiyinə görə 100% həcmində hesablanmışdır.01.06.2019cu ildən əmək pensiyasının məbləği 1267.01 manat təşkil edir. Nəticədə 01.06.2019-cu ilə 119922,17 manat artıq vermə yaranmışdır. İddiaçıdan həmin artıq ödənilmiş vəsaitin dövlət nəfinə bərpa edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun 11.09.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8 və 20.9-cu maddələrinə uyğun olaraq prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərdən Dövlət Sosial Müdafiə Fonduna ayırmalar yalnız 2007-ci ildən məzuniyyət üçün müavinət, 2010-cu ildən müalicə üçün müavinət sosial müdafiə ayırmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq əməkdaşlarına onların əmək haqqının 2 qat mislindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikasının Baş Prokurorunun ümumi əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 dəfə maddi yardım verilir. - Azərbaycan Respublikası Baş Prokurorluğunun 11.09.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 07.1991-02.1993-cü ildə Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq işləyərkən 200% vəzifə maaşı almışdır, 03.1993-06.1996-cı ilə kimi Respublika Baş Prokurorluğunun mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində işləmiş, illər üzrə aşağıdakı mükafatları almışdır: 1992 – dekabr ayı 100 % vəzifə maaşı həcmində; 1993 – mart ayı 100 %, may ayı 50%, dekabr ayı 100 % vəzifə maaşı həcmində; 1994 – may ayı 50%, dekabr ayı 50% vəzifə maaşı həcmində; 1995 may ayı 50%, noyabr ayı 50% vəzifə maaşı həcmində; 1996 – mart ayı 100%, may ayı 50% vəzifə maaşı həcmində;Xidmət illərinə görə 45% əmək haqqı almışdır. - Cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində olan sənədlərin surətlərinə əsasən iddiaçıya pensiya orqanının 26.11.2007-ci il tarixli qərarına əsasən prokurorluqda xidmətinə görə 1756,8 manat əmək pensiyası təyin edilmişdir, pensiya təyin edilən zaman iddiaçının prokurorluq orqanlarında 25 il 14 gün əmək stajı nəzərə alınmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı prokurorluq orqanlarında xidmət etmişdir, pensiya yaşı çatdığına görə ona 2007-ci ildə dövlət qulluqçusu kimi 1756.80 manat (baza hissəsi 50, sığorta hissəsi 28,15, qulluq stajına görə 1678,65) əmək pensiyası təyin edilmişdir. Lakin sonradan pensiyanın məbləği azaldılmışdır və 01.06.2019-cu ildən əmək pensiyasının məbləği 1267.01 manat təşkil edir. İddiaçı hazırda cavabdeh tərəfindən sosial təminat hüquqlarının pozulduğunu bildirərək “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını və yaranmış fərqin birdəfəlik ödənilməsini tələb edir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. «Əmək pеnsiyаlаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 1.0.1-ci mаddəsinə əsаsən, əmək pеnsiyаsı – bu qаnunlа nəzərdə tutulmuş qаydа və şərtlərlə müəyyən еdilən və məcburi dövlət sоsiаl sığоrtа оlunаnlаrın оnlаrа əmək pеnsiyаsı təyin оlunduqdаn əvvəl аldıqlаrı əmək hаqqı və digər gəlirlərin, yахud sığоrtа оlunаnlаrın ölümü ilə əlаqədаr оnlаrın аilə üzvlərinin itirdikləri gəlirlərin kоmpеnsаsiyаsı məqsədi ilə vətəndаşlаrа аylıq pul ödənişidir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla); Həmin Qanunun 9.4-cü maddəsinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-1-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Həmin Qanunun 20.8.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2-ci maddəsinə əsasən isə prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərar qəbul edərkən, işin faktiki hallarını xidməti vəzifəsinə uyğun olaraq tam araşdırmamış, bununla da qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə qərarının tam ləğv edilməsini xahiş etmişdir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2065/2020 nömrəli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2065/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın orta aylıq əmək haqqı kimi nəzərə alınmaqla iddiaçının pensiyasının məbləğinin 26.10.2007-ci ildən yenidən hesablanması və həmin vaxtdan ödənilməmiş məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1014/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1014/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver