Məhkəmə qərarları › İş №2-1(103)-1014/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1014/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1014/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi Vəkil cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7343/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022ci il tarixli, 1000/166Ş nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçının ünvanına daxil olmuş cavabdeh Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, Komitənin xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmri ilə onun gömrük orqanlarındakı xidmətinə xitam verilmişdir.Həmin əmr iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. İddiaçı hesab edir ki, əmrin qəbul edilməsi üçün hər hansı əsas mövcud olmadığından ləğv edilməli və iddiaçı işə bərpa edilməlidir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun raportunun araşdırılması zamanı Daxili Təhlükəsizlik İdarəsi ilə Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin birgə apardığı təhlillər nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru Ş Rzayevin xidməti istifadəsində olan “HP Pavilion 20”markalı kompüterdən istifadə edilməklə Elektron ünvan ” elektron poçt ünvanından müxtəlif elektron poçt ünvanlarına gömrük rəsmiləşdirilməsi ilə bağlı sənəd və məlumatların göndərildiyi müəyyən edilmişdir. Buna gorə də xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə iddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7343/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Birinci instansiyaməhkəməsinin mövqeyinin tamamilə qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi,“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-1-ci maddəsinə istinad etməklə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının xidmətdən xaric edilməsinin əsasında birinci əsas – iddiaçının xidmət etdiyi dövrdə xidməti intizamını kobud surətdə pozması olmuşdur. Həmin Əsasnamənin 69-1-ci maddəsi, həmin Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş “xidmətdən xaric edilmə” növündə intizam tənbeh tədbirinin tətbiq edilməsi əsaslarını müəyyən edir. Həmin maddəyə əsasən bu növ tənbehin, yəni xidmətdən xaric edilmənin əsasları aşağıdakılar ola bilər: -vəzifələrin icrasızamanıxidməti intizamın bir dəfə kobud surətdə pozulması -xidmətivəzifələrin müntəzəm surətdəyerinəyetirilməməsi -bu Əsasnamənin 16-cı maddəsində nəzərdətutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərəyolverilməsi. Məhkəmə hazırkıişdə bu əsaslardan yalnız birinin mövcudluğunu, digərlərinin isəistisnalıq təşkiletdiyini aşkar şəkildə bəyan edərək bu əsasın “vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulması” olduğu kimi qiymətləndirir. Qərarda məhkəmə yazır ki, Əsasnamənin adı çəkilən 69-1-ci maddəsində “Xidməti intizamın kobudşəkildə pozulması” ifadəsinin konkret olaraq hansı halları nəzərdə tutması və yaxud konkret olaraq hansı hərəkətləri (və ya hərəkətsizlik) ehtiva etməsi göstərilməsə də, hansı əməllərin xidməti intizamın kobud şəkildə pozulması kimi qəbul edilməsi əlaqəli normalar və qanunvericilik aktları əsasında müəyyən edilə bilər.” Daha sonra məhkəmə hakimi, hansı əməllərin xidməti intizamın kobud şəkildə pozulması kimi qəbul edilməsin i başqa (özünün qeyd etdiyi kimi əlaqəli) normativ aktlarda axtarmağa başlayır və 3 (üç) normativ aktın bəzi hissələrini qərarında sadalamaqla kifayətlənərək, “İnformasiya,informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununa, “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X11 Dövlət Gömrük Komitəsinin Bakı BaşGömrük X3 İdarəsi haqqında” Əsasnamənin normalarını sadplayaraq öz qərarında göstərmişdir ki, “Qeyd edilən işçinin qanunazidd hərəkətlərinin xidməti intizamın kobud şəkildə pozulması və bu əsasdan onun xidmətdən xaric edilməsinin əsası kimi qiymətləndirilməsini isə qanunvericilik inzibati orqana qadağan etməmişdir.” Məhkəmə qeyd etmişdir ki, kobud pozuntu olan hallar qanunvericilikdə nəzərdə tutulmasa da, hansı halların məhz kobud pozuntu kimi müəyyən edilməsində (qiymətləndirilməsində) inzibati orqan (işəgötürən) tam sərbəstdir. Lakin hakim öz qərarında Əmək Məcəlləsinə ümumiyyətlə istinad etməmişdir. Halbuki, əmək münasibətləri ilə əlaqədar tətbiq olunan qanunvericilik sistemində məhz Azərbaycan Respublikasının Əmək Məcəlləsi daha üstün hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının ƏməkMəcəlləsinin 72-ci maddəsinin tələbinə əsasən “Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halları sadalanaraq o cümlədən, “d” bəndində “qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinəyetirməməsi kobud pozuntu kimi göstərilir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindənyuxarıda göstərilən hallardan yalnız birinə istinad edilə bilərdi. Burada, 72-ci maddənin d) bəndini nəzərdə tuturuq. Lakin, birinci instansiya məhkəməsinin bu bəndə istinad etməsiiş materiallarına əsasən mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin 28 mart 2022-ci il tarixli “Cinayət işininbaşlanmasının rədd edilməsi haqqında” Qərarına əsasən müəyyən edilmişdir ki, baxış zamanı İddiaçı elektron ünvanında olan sənədlərdə “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş və kommersiya sirri hesab edilən məlumatlar aşkar edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi, işin halarına düzgün qiymət verməmiş, İddiaçı hərəkətlərində kobud pozuntular aşkar edilmədiyi halda, heç bir əsas olmadan, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsində nəzərdə tutulan ən ağır intizam tənbehinin tətbiq olunmasına dair işəgötürənin qanunsuz əmrinin ləğv edilməsi və sonuncunun işə bərpa olunmasına dair iddia ərizəsini təmin etməməklə səhv nəticəyə gəlmişdir...” Cavabdeh apellyasiya şikayətinə dair etirazında da iddia ərizəsinə etirazına uyğun əsaslarla şikayətin dəlilləri ilə razılaşmamışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını, cavabdehin nümayəndəsi isə iddia ərizəsinə və apellyasiya şikayətinə etirazında göstərilənlərə istinadən, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqında iddia vasitəsilə cavabdeh Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi edilməsini tələb etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin Məcəllənin qeyd olunan tələbinə müvafiq olaraq cavabdeh tərəfindən mübahisələndirilən əmrlə iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə ki, ilk öncə, məhkəmə kollegiyası mübahisələndirən əmrdə cavabdehin əsalandığı maddi hüquq normaları ilə aşağıdakıları qeyd edir: "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin: -1 -ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra "vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. -69-cu maddəsinə görə gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə "Korrupsiyaya qarşı mübarizə haqqında ” Azərbaycan Respublikası Qanununun 5.1 -ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: irad; töhmət; sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4 aşağı vəzifəyə keçirilmə; xüsusi rütbənin bir pillə aşağı salınması; vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); gömrük orqanlarından xaric etmə; qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. -69-1 -ci maddəsinə əsasən bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. -120-ci maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 8) gömrük orqanlarından xaric edildikdə; -Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələblərin pozulması, -"Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun -ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl edilməməsi və ya həmin Qanunun 9- cu maddəsində göstərilən hüquqpozmaları törədilməsi. Əsasnamənin 16-cı maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin: sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa; "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa; müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə yetirməyə; öz xidməti vəziyyətindən istifadə etməklə üçüncü şəxslərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bir yardım göstərmək və bunun müqabilində haqq, imtiyazlar və xidmətlər əldə etməyə; təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsi ilə iştirak etməyə; tətillərin təşkili və onların keçirilməsində iştirak etməyə; siyasi partiyalar yaratmağa və yaxud onların işində iştirak etməyə; əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görməyə (elmi-tədris və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur. Əsasnamənin 44-cü maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq. “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X11”inə əsasən: ...; 9.4. Dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən, texniki nəzarət vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə, xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan məqsədlər üçün istifadə etməməlidir. ...; 10.1Gömrük orqanı əməkdaşı informasiya təhlükəsizliyinə dair müvafiq qaydalara və xidməti informasiyadan istifadə qaydalarına əməl etməlidir. 10.2.Xidməti fəaliyyəti ilə əlaqədar əldə edilmiş məlumatlardan şəxsi məqsədlər üçün istifadə etməməlidir. 10.3.İstifadəsində olan, gömrük orqanı üzrə şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatların təhlükəsizliyini qorumah, bu məlumatlardan xidməti vəzifəsinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir. 12.1.Bu Kodeksdə təsbit olunmuş prinsip və qaydalara gömrük orqanı əməkdaşı tərəfindən əməl edilməməsi, həmçinin, digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin prinsip və qaydaların pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndirilir və «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamədə nəzərdə tutulmuş intizam məsuliyyəti doğurur. 12.2.İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş pozuntu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən müəyyən edilir. Cavabdeh Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmrində iddiaçının xidmətinə xitam verilməsi onunla əsaslandırılır ki, Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X10”nin 9.4-cü, 10.1-ci, 10.2-ci və 10.3-cü bəndlərinin tələbləridə əməl etməyərək xidməti vəzifəsini yerinə yetirmək üçün ona ayrılan kompüterdən kənar məqsədlər üçün istifadə etmiş, informasiya təhlükəsizliyi qaydalarına əməl etməmiş, gömrük xidmətinin X1 Sistemindən gömrük rəsmiləşdirilməsi və nəzarəti ilə bağlı əldə etdiyi məlumatlardan şəxsi məqsədləri üçün istifadə etmiş və həmin melumatları kənar şəxslərə göndərmiş, bununla da, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilərək həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Tədqiq olunan əmrdən göründüyü kimi, onun verilməsinin əsası olaraq Daxili Təhlükəsizlik İdarəsinin arayışı göstərilir. İşə əlavə olunmuş həmin arayışdan görünür ki, Daxili Təhlükəsizlik İdarəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə ünvanladığı 03 fevral 2022-ci il tarixli, 34/190/004923 nömrəli raport əsasında tərtib olunmuşdur. Qeyd olunan raportda isə qeyd olunur ki, X4 İdarəsi ilə X2 və Statistika Baş İdarəsinin birgə apardığı təhlillər nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı xidməti istifadəsində olan “HP Pavilion 20” markalı kompüterdən istifadə edilməklə, “Elektron ünvan ” elektron poçt ünvanından müxtəlif elektron poçt ünvanlarına gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərin göndərildiyi müəyyən edilmiş, göstərilənləri nəzərə alınaraq, Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı tərəfindən sözügedən məlumatların müxtəlif elektron poçt ünvanlarına hansı məqsədlə göndərildiyinin müəyyən edilməsi üçün müvafiq araşdırma aparılması barədə göstəriş verilməsi xahiş olunur. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tərəfindən təsdiq olunmuş 03 fevral 2022-ci il tarixli 34/190/004923 nömrəli raportunun araşdırılmasına dair” Daxili Təhlükəsizlik İdarəsinin “Komitə Komitənin arayışında hesab edilmişdir ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Ş Rzayev “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən intizam məsuliyyətinə cəlb edilməsi, toplanmış materiallar onun əməlinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin. Lakin, hazırkı apellyasiya mərhələsində toplanmış sübutlara əsasən müəyyən olunur ki, iddiaçının hərəkətlərində cavabdeh inzibati orqanın informasiya təhlükəsizliyinə xələl gətirən və və işlədiyi orqanın kommersiya sirrini pozan məlumatlar, habelə, aşkar sürətdə etik qaydalarını kobud pozutu halları, başqa sözlə, onun gömrük orqanlarında xidmətinə xitam verilməsinə dair əmrin qəbul edilməsi üçün əsaslar mövcud olmamışdır. Birincisi, iş materiallarında iddiaçının xidmətinin xatamına əsas verən, onun xidməti istifadəsində olmuş “HP Pavilion 20”markalı kompüterdə ”Elektron ünvan ” elektron poçt ünvanında aşkar edilən, müxtəlif elektron poçt ünvanlarına gömrük rəsmiləşdirilməsi ilə bağlı göndərilən sənəd və məlumatları” əks etdirən sübutlar mövcud deyil, belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Hazırkı apellyasiya mərhələsində məhkəmə tərəfindən iddiaçının çalışdığı gömrük orqanlarına verilmiş sorğular isə aşağıdakı kimi cavablandırılmışdır. Bakı Baş Gömrük İdarəsi məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda idarənin elektron bazasında heç bir məlumatın aşkar edilmədiyini bildirərək Dövlət Gömrük Komitəsinə müraciət etməyi tövsiyə etmiş, Gömrük Komitəsi isə öz növbəsində məhkəmənin müvafiq sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda həmin məlumatlar kompleks şəkildə Baş Prokurorluğa göndərildiyindən, məhkəməyə təqdim edilməsi imkan xaricində olduğu bildirilmişdir. Məhkəmənin, iddiaçının elektron poçtunda aşkar edilmiş məlumatlarla bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ünvanladığı sorğu isə sonuncu tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı məktubunda onunla cavablandırılmışdır ki, aparılmış araşdırma zamanı İddiaçı əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən 28 mart 2022-ci il tarixli qərarla Cinayət işinin başlanmasının rədd edilmişdir. Məhkəməyə təqdim olunmuş, qeyd edilən idarənin adıçəkilən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 mart 2022-ci il tarixli qərardan isə görünür ki, mübahisələndirilən məlumatlar kommersiaya sirri təşkil etməyən, NB Proke” MMC-nin müqavilə üzrə xidmət göstərdiyi cəmiyyətlərə aid bəyannamələrlə və "xxxx" MMC-nin İnzibati İdarəetmə Departamentinin ixrac əmələiyyatlrla bağlı olmuş və bu zaman iddiaçı pul, sair maddi nemət tələb etməmiş və almamışdır. Həmin qərarda birbaşa qeyd olunur ki, araşdırma zamanı Komitənin təqdim etdiyi və İddiaçı məxsus elektron poçt ünvanından göndərilmiş sənədlərin əks olunduğu bir ədəd “CD” diskə baxış keçirilmiş, həmin sənədlərdə “Kommersiya sirri haqqında” Qanunla müəyyən edilmiş və kommersiya sirri hesab edilən məlumatlar aşkar edilməmişdir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının elektron poçt ünvanından göndərilmiş sənədlərin heç biri, hər kommersiya sirri təşkil etməydiyi, məhz bəyannaməçilərin özlərinə aid onların istəyi ilə əhatə olunan məlumatlarla bağlı olduğu və iddiaçı tərəfindəndə onlardan hər hansı nemət tələb edilmədiyi və alinmadığı halda, iddiaçının hərəkətləri cavabdeh inzibati orqanın fəaliyyətinə və nüfuzuna xələl gətirə bilməz. Bu baxımdan, iddiaçının hərəkətləri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törədən və Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X7 9.4 və 10.1-10.2-ci bəndlərində nəzərdə tutulan – (dövlət əşya və avaanlqlarından xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan informasiya təhlükəsizliyinə dair müvafiq qaydalara və xidməti informasiyadan istifadə qaydalarını pozaraq xidməti fəaliyyəti ilə əlaqədar əldə edilmiş məlumatlardan şəxsi məqsədlər üçün istifadə etməsi) kobud pozutular kimi qiymətlənidirilməsi əsassızdır və ona münasibətdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsində nəzərdə tutulan 8 intizam tənbehindən 7-ci bəndində nəzərdə tutulan, ən sərt “gömrük orqanlarından xaric etmə” intizam tənbehin tətbiq olunaraq gömrük orqanlarında xidmətinə xitam verilməsi - onun bu vaxta qədər gömrük orqanlarındakı qüsursuz xidmətinə, yəni, heç bir intizam tənbehi almayan və işinin öhdəsindən gələ bilən iddiaçının gömrük orqanlarındakı əvvəlki fəaliyyətinə mütənasib hesab edilə bilməz. Formalaşmış məhkəmə tərcübəsi ilə də müəyyən olunur ki, oxşar işlərə baxılarkən “intizam tənbehi vermək işəgötürənin vəzifəsi deyil, hüququdur. Lakin işçiyə intizam tənbehi verilərkən pozuntunun ağırlıq dərəcəsi, yol verilməsi şəraiti, onu törədən şəxsin əvvəlki davranışı nəzərə alınmalıdır. İntizam xətası da digər xətalara xas olan əlamətlərin: subyekt, subyektiv cəzhət, obekt, obyektiv cəhət kimi əlamətlərin məcmusundan ibarət xəta tərkibindən ibarət olmalıdır.İşçinin hərəkətlərinin qanunazidd olması dedikdə, onun əməlinin qanunlara, digər normativ hüquqi aktlara, müəssisədaxili intizam qaydalarına, intizam nizamnamələrinə, vəzifə təlimatlarına zidd olmasıdır. Əgər işçinin hərəkətlərində bu cür ziddiyyət yoxdursa, bu halda onun əməli intizam pozuntusu kimi qiymətləndirilə bilməz” (Ali Məhkəmənin 2(102)-1992/2022 saylı xx.xx.2022-ci il, i.v 59-60) “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X11”inin qeyd edilən 12.2-ci bəndində məhz tələb olunur ki, intizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş pozuntu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən müəyyən edilir. Göründüyü kimi, mübahisələndirilən əmrinin əsasını təşkil edən xidməti raport əsasında hazırlanmış mübahisəli arayış tərtib olunarkən, qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq iddiaçının əvvəlki fəaliyyəti və davranışlar nəzərə alınmamış, onun intizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş pozuntu faktı üzrə hərtərəfli xidməti təhqiqat və araşdırma aparılmamış, onun hərəkətlərinə qanunvericiliyin tələbləri baxımından, obyektiv hüquqi qiymət verilməmiş, mübahisələndirilən əmrlə gömrük orqanlarında xidmətinə xitam verilməklə, qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 70.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarında işin halarına və iddiaçının hərəkətlərinə düzgün hüquqi qiymət vermədiyini, iddianı rədd etməklə səhv nəticəyə gəldiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7343/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın təmin olunması, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi vəzifəsi həmin Komitənin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməlidir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 52, 82, 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7343/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022ci il tarixli, 1000/166Ş nömrəli əmri ləğv edilsin. İddiaçı işə (xidmətə) bərpa edilməsi vəzifəsi həmin Komitənin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar