Məhkəmə qərarları › İş №2-1(103)-1015/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1015/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1015/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı, vəkili X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə (3-cü şəxslər: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və 13 saylı Birləşmiş şəhər xəstəxanası) qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2-1(112)- 1775/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2-1(112)-1775/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı Cavabdeh hərəkəti qanunsuz sayılması qərara alınmışdır. (hakim E.Əliyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə, X7 adına Milli Oftalmologiya Mərkəzinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına qarşı məhkəməyə müraciət edərək, İddiaçı 22.05.2017-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsinə əsas olmuş 88 saylı göndərişin etibarsız hesab edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin qərarı və hərəkətləri qanunsuz hesab edilməsi və İddiaçı etibarsız edilmiş əlillik dərəcəsi bərpa edilməsi və 29.06.2019-cu il tarixən ödənilməyən pensiyasının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı “İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı hərəkətin qanunsuz sayılması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəzi ilə müraciət edib və ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı 22.05.2017-ci il tarixdən 29.06.2019-cu il tarixədək olan müddətdə əlillik dərəcəsi təyin edilmiş və müvafiq pensiya almışdır. Ona verilmiş əlillik dərəcəsinə dair sənədin ƏƏSMN-nin TSERAS elektron məlumat sistemində təsdiqini tapmadığı əsas göstərilməklə əlillik dərəcəsi ləğv edilmiş və pensiya ödənişi dayandırılmışdır. 4 Nömrəli TSEK-in 13.09.2019-cu il tarixli məktubundan görünür ki, əlillik dərəcəsi etibarsız hesab edilmiş və Səhiyyə Nazirliyinə müraciət etməlidir. Səhiyyə Nazirliyinin 17.10.2019-cu il tarixli məktubundan görünür ki, əlilliyin təyini ilə bağlı forma 88 saylı göndəriş Həkim Məsləhət Komissiyasının jurnalında qeyd olunmamış, göstərilən tarixlərdə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçilməmişdir. Hesab edir ki, forma 88 saylı göndərişin etibarsız hesab edilməsi ilə bağlı göstərilənlər və cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçının xəstəliyi müvafiq sənədlərlə təsdiq olunmuş və əlillik dərəcəsinin təyin edilməsi qanuni olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi, X7 adına Milli Oftalmologiya Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının cavabdehlər qismində prosessual iştiraklarına xitam verilmiş, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 13 nömrəli Birləşmiş şəhər xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsl olan cavabdeh Azərbaycan Respublikası Cavabdeh ilə əvəz edilməsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı əlillik vəziyyəti Səhiyyə Nazirliyinin Bakı şəhər 13 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 0041003AABMU saylı göndərişi əsasında 22.05.2017-ci il tarixdə qiymətləndirilmiş və “OU-proliferativ diabetik retinopatiya.OU-proliferativ diabetik retinopatiya. Şəkərli diabet lltip orta ağır gedişli. Hipertoniya xəstəliyi ll-mərhələ. Sadə hipermetropik astiqmatzm. Aşağı ətrafların diabetik angiopatiyası. Binokulyar, ağır görmə pozğunluğu. Diabetik nevropatiya. Xroniki pankreatit. VİZUS müayinədə OD=0.06 kareksiaya etmir, OS= 0.05 korreksiya etmir” xəstəliyi ilə ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 29.01.2019-cu il tarixli, 02/02- 45 nömrəli məktubu X1 rəsmiləşdirilmiş göndərişin etibarsız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti Bakı şəhər 13 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 0041003AABMU saylı göndərişi əsasında 22.05.2017-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən Səhiyyə Nazirliyi tərəfindən əlilliyin təyininə əsas olan 0041003AABMU saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə və müalicə olunduqdan sonra, göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və vəkili X8 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəmsəinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. 3-cü şəxslər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və 13 saylı Birləşmiş şəhər xəstəxanası məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan 3-cü şəxslər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və 13 saylı Birləşmiş şəhər xəstəxanasının nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi aşağıdakı əsaslara görə hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumatına əsasən İddiaçı 22.05.2017-ci il tarixdən 22.05.2022- ci il tarixədək ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq 05.11.2020-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı Bakı 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 18.05.2017-ci il tarixli, 0041003AABMU nömrəli göndərişinə əsasən ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 29.01.2019-cu il tarixli, 02/02-45 nömrəli məktubu ilə 105 nəfərin, o cümlədən İddiaçı əlilliyin təyini üçün əsas olmuş göndərişinin etibarsız edilməsi barədə məlumat daxil olmuşdur. Qeyd olunan əsasla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində İddiaçı əlilliyi etibarsız edilmişdir. Səhiyyə Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq 14.05.2020-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə 29.01.2019-cu il tarixli 02/02-45 nömrəli məktubun göndərilməsi müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində İddiaçı əlilliyinin etibarsız edilməsini Səhiyyə Nazirliyinin 29.01.2019-cu il tarixli, 02/02-45 nömrəli məktubu ilə əsaslandırsa da, Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə 29.01.2019-cu il tarixli 02/02-45 nömrəli məktubun göndərilməsini müəyyən etmədiyi bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 3.1.2ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı təyin edilmiş ikinci əlilliyinin etibarsız edilməsinə əsas olmuş məktubun mövcud olmaması iş materialları ilə öz təsdiqini tapdığından, qüvvədə olan qanunvericilik iddiaçıya əlillik təyin edilən zaman şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsi onun məhz qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən aparılmalı olduğunu tələb edilmədiyindən, İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkəti qanunsuz sayılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İşdə olan sənədlərlə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti Bakı şəhər 13 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 0041003AABMU saylı göndərişi əsasında 22.05.2017-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 22.05.2019-cu il tarixli, 20/19- 4330 nömrəli məktubunda AR ƏƏSMN-dən daxil olmuş, 105 nəfər şəxsin adına 88 saylı göndərişlər rəsmiləşdirilərkən, AR NK 30.03.2016-cı il tarixli, 140 nömrəli “Tibbi Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1-ci bəndinə əməl edilməməməsi ilə bağlı məktuba baxılması, Siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupun 13.05.2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab edilməsi barədə bildirilmişdir. Həmin məktuba əlavə edilmiş siyahıda İddiaçı adına rəsmiləşdirilmiş Suraxanı rayonu 13 nömrəli Birləşmiş şəhər xəstəxananın göndərişin etibarsız hesab edildiyi qeyd edilmişdir. İşdə olan AR Səhiyyə Nazirliyinin İddiaçı ünvanlandığı 17.10.2019-cu il tarixli, 2- 69/N-21617 saylı məktubda əllilik dərəcəsinin ləğv edilməsi ilə bağlı araşdırmanın aparılması və araşdırma zamanı əlilliyin təyini ilə bağlı 88 saylı göndəriş rəsmiləşdirilərkən, xəstəliyin heç bir tibbi sənədlə öz təsdiqini tapmadığını, göndəriş barədə Həkim Məsləhət Komissiyasının jurnalında qeydiyyatın aparılmaması, eyni zamanda Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən sorğu əsasında alınmış məlumata əsasən göndərişdə göstərilən tarixlərdə həmin mərkəzdə müayinədən keçmədiyi məlum olduğu bildirilmişdir. Bununla əlaqədar əlilliyin təyini ilə bağlı adına rəsmiləşdirilmiş göndəriş əsassız hesab edilmişdir. AR ƏƏSMN yanında X9 Fondunun Suraxanı rayon şöbəsinin Elxan Hacıevə ünvanlandığı 22.07.2019-cu il tarixli, **********6 saylı məktubunda əlillik dərəcəsinə dair sənədin Nazirliyinin TSERAS elektron məlumat sistemidə təsdiqinin tapmadığı barədə bildirilmişdir. 4 nömrəli Tibbi-sosial Ekspert Komissiyası İddiaçı ünvanlandığı 13.09.2019-cu il tarixli məktubunda Səhiyyə Nazirliyi tərəfindən əlilliyə əsas verən göndəriş (Forma 088) əsassız edildiyinə görə əlillik dərəcəsinin Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi tərəfindən etibarsız hesab edilməsi, məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin müvafiq qurumlarına müraciət edilməsi barədə bildirilmişdir. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən edilir ki, Səhiyyə Nazirliyi tərəfindən əlilliyin təyini ilə bağlı iddiaçının adına rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edildiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində E.Haciyevin əlilliyi etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir.İddiaçı adına rəsmiləşdirilmiş göndərişin etibarsız hesab edilməsi ilə bağlı Səhiyyə Nazirliyinin qərarın, hərəkət (hərəkətsizliyi) mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək haqlı olmamalşdır, ona görə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2-1(112)-1775/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı Cavabdehnə (3-cü şəxslər: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və 13 saylı Birləşmiş şəhər xəstəxanası) qarşı əlillik dərəcəsinin təyin edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Elmira Nağıyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar