Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1015/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi tələbi”nə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10113/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə qarşı «iddiaçının kirayədə qalmağını, ailə vəziyyətini və xəstəliyini nəzərə alaraq mənzil növbəsinə götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1982-ci ildə doğulmuşdur. xx.xx.2000-xx.xx.2021-ci ilə qədər hərbi xidmətdə olmuş, xx.xx.2015-xx.xx.2021-ci ilə kimi hərbi qulluqçu olmuşdur. xx.xx.2020-ci il tarixində İİ Qarabağ Müharibəsi başlayan gündən cəbhəyə yollanaraq orada gedən döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.2020-ci il tarixində ağır yaralanmışdır. Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağı ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə ona məktub ilə imtina verilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Mənzilin kirayə haqqı 300 (üç yüz) manatdır. Həmin məbləğ müvafiq icra hakimiyyəti tərəfindən ödənilmir. Göstərilənlərə əsasən, iddiaçının adına daşınmaz əmlak (ev və ya ev tikmək üçün torpaq sahəsi) olmadığından, cavabdehin imtinası onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş ********** nömrəli çıxarışa əsasən, iddiaçı vətəndaş X1 məxsus mənzilə ailə üzvləri ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata düşməklə mənzil şəraitini süni şəkildə pisləşdirmişdir. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verildikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər və bu səbəbdən vətəndaş İddiaçı xahişinin təmin edilməsinin imkan xaricində olduğu nəzərinə çatdırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10113/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və əlavə olaraq onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Tibbi-Sosial Ekspertiza Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konsitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü dərəcə əlilliyi müəyyən olunmuşdur. 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışına əsasən, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcə müharibə əlilliyinə görə xx.xx.2022-ci il tarixdən 120 manat sosial müavinət, 300 manat məbləğində Prezident təqaüdü alır. Təyinatın bitmə tarixi xx.xx.2027-ci ildir. AZ-T 031585 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə Nümayəndə arasında xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı ilə də məlum olur ki, İddiaçı adına Respublika ərazisi üzrə heç bir daşınmaz əmlak mövcud deyildir. Eyni zamanda, sözügedən orqan Nümayəndə da adına hər hansı daşınmaz əmlak olmadığı məlum olmuşdur. Tovuz rayon İcra Hakimiyyət Başçısının 16 iyun 2022-ci il tarixli, 7-12/64 saylı arayışına əsasən, İddiaçı Abbaəli oğlu həqiqətən Vətən müharibəsi əlili kimi Tovuz rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun məktublarına əsasən, nə Nümayəndə, nə də İddiaçı verilmiş ipoteka krediti, eyni zamanda güzəştli ipoteka krediti mövcud deyildir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İnzibati işdən müəyyən olunur ki, cavabdeh inzibati orqan Bakı şəhəri Xətai RİH tərəfindən İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülməsi məsələsinə dair müraciətinə mahiyyəti üzrə baxılmış və vətəndaş X1 məxsus mənzilə ailə üzvləri ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata düşməklə mənzil şəraitini süni şəkildə pisləşdirməsi əsası ilə məsələnin həllindən imtina olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə görə qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Tibbi-Sosial Ekspertiza Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlillik təyin olunmuşdur. 3 saylı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcə müharibə əlilliyinə görə xx.xx.2022-ci il tarixdən 120 manat sosial müavinət, 300 manat məbləğində Prezident təqaüdü alır. Təyinatın bitmə tarixi xx.xx.2027-ci ildir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli elektron arayışına əsasən ünvan 1 ünvanında yaşayan İddiaçı, əsgər (kursant) rütbəsində xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2015-xx.xx.2021-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən İddiaçı (xx.xx.1982-ci il təvəllüdlü) 05 may 2022-ci ildən, X2 (xx.xx.1998-ci il təvəllüdlü); Nümayəndə (xx.xx.1985ci il təvəllüdlü); X3 (xx.xx.2009-cu il təvəllüdlü); X5 (xx.xx.2011-ci il təvəllüdlü) ünvan 2 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, S-69-068 nömrəli məktubuna əsasən, araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-tı tərəfindən verilmiş ********** nömrəli çıxarışa əsasən, vətəndaş X1 məxsus mənzilə iddiaçı ailə üzvləri ilə xx.xx.2022-cı il tarixdə qeydiyyata düşməklə mənzil şəraitini suni şəkildə pisləşdirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Yuxarıda qeyd olunanları və qüvvədə olan qanunverciliyin tələblərini nəzərə alaraq xahişi təmin etmək imkan xaricindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışına əsasən, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışına əsasən, Nümayəndə adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022 tarixli, ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Tovuz rayon İcra Hakimiyyəti başçısının aparatının 16 iyun 2022-ci il tarixli, 7-12/64 saylı arayışına əsasən, İddiaçı həqiqətən Vətən müharibəsi əlili kimi Tovuz Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmamışdır. Arayış Xətai rayon İcra Hakimiyyətinə təqdim etmək üçün verilir. Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinin 26 may 2022-ci il tarixli, 03/5-383 saylı arayışına əsasən, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı, Nümayəndə adına Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmayıb. Arayış Xətai rayon İcra Hakimiyyətinə təqdim olunmaq üçün verilir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 12 may 2022-ci il tarixli, ix/2290534 saylı məktubuna əsasən, hazırda Fondun mövcud informasiya sistemlərində Nümayəndə verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 12 may 2022-ci il tarixli, ix/2290533 saylı məktubuna əsasən, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubu ilə bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə adına Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Məktubda qeyd olunan Nümayəndə adına daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən İddiaçı 05 may 2022-ci il tarixdə qeydiyyat ünvanını dəyişmiş və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq üçün lazım olan müvafiq sənədlərinin əksəriyyətini 05 may 2022-ci il tarixdə və həmin tarixə yaxın tarixlərdə əldə etmiş, dərhal sonra Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət etmiş və sonuncunun 24 iyun 2022-ci il tarixli məktubuna əsasən onun mənzil növbəsinə alınmasından imtina edilmiş, iddiaçı tərəfindən iddia ərizəsi isə 29 iyun 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. İşin qeyd olunan hallarından da görünür ki, iddiaçı mənzil şəraitini süni şəkildə pisləşdirmişdir. Bundan başqa, İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə adına Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, İddiaçı 05 may 2022-ci il tarixdə qeydiyyat ünvanını dəyişməklə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsini istəyirsə, onun hərəkəti uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış şəraitinin qəsdən pisləşdirilməsi kimi qiymətləndirilməlidir. Belə olan halda isə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinin tələblərinə əsasən yaşadığı ünvanı tərk edərək Bakı şəhərinə gəlib kirayə müqaviləsi əsasında özgəsinin evinə qeydiyyata düşdüyü vaxtdan (mənzil şəraitinin süni şəkildə pisləşdirilməsi anından) 5 il müddət keçmədiyindən, iddiaçı uçota alına bilməz. Odur ki, cavabdeh Bakı şəhəri Xətai RİH-in imtinasının qanunazidd sayılması üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10113/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1015/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1015/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver