Məhkəmə qərarları › İş №2-1(103)-1017/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1017/2021

04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1017/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X24 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X20, vəkili Vəkil, cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı “X13 (AzİnTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-4805/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-4805/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı “X13 (AzİnTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 dekabr 2019-cu il tarixli, **********195477 nömrəli qərarının 8.432.242,99 (598.456,82 ƏDV + 5.826.262,02 QR ƏDV + 2.007.524,15 ÖMV) manat məbləğində verginin və həmin vergi məbləğinə müvafiq maliyyə sanksiyasının hesablanması hissəsində ləğv olunması qərara alınmışdır. (hakim N.Abıyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı “X13 (AzİnTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra mətndə Dövlət Vergi Xidməti) qarşı qərarın və aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi orqanının “İnzibati şikayətin təmin edilməməsi haqqında” 29 aprel 2020-ci il tarixli, **********285400 nömrəli qərarının ləğv edilməsi, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2019-cu il tarixli, **********195477 nömrəli qərarının və 19 noyabr 2019-cu il tarixli, **********156724 nömrəli səyyar vergi yoxlaması aktının mübahisələndirilən hissədə, yəni 8.443.595,32 (598.456,82 ƏDV + 5.826.262,02 QR ƏDV + 2.018.876,48 ÖMV) manat məbləğində vergi və buna müvafiq hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, əsl olmayan cavabdeh Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə Milli Gəlirlər Baş İdarəsi) ilə əvəz edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2019cu il tarixli, **********195477 nömrəli qərarının və 19 noyabr 2019-cu il tarixli, **********156724 nömrəli səyyar vergi yoxlaması aktının mübahisələndirilən hissədə, yəni 8.443.595,32 (598.456,82 ƏDV + 5.826.262,02 QR ƏDV + 2.018.876,48 ÖMV) manat məbləğində vergi və buna müvafiq hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə yenidən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2019-cu il tarixli, **********195477 nömrəli qərarının mübahisələndirilən hissədə, yəni 8.443.595,32 (598.456,82 ƏDV + 5.826.262,02 QR ƏDV + 2.018.876,48 ÖMV) manat məbləğində vergi və buna müvafiq hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" MMC yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 dekabr 2019-cu il tarixli, **********195477 nömrəli qərarının mübahisələndirilən hissədə, yəni 8.432.242,99 (598.456,82 ƏDV + 5.826.262,02 QR ƏDV + 2.007.524,15 ÖMV) manat məbləğində vergi və buna müvafiq hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Milli Gəlirlər Baş İdarəsinin səyyar vergi yoxlamasının keçirilməsi haqqında 29 iyun 2018-ci il tarixli, **********155055 nömrəli Qərarına əsasən, vergi orqanı tərəfindən "xxxx" MMC (bundan sonra iddiaçı) üzrə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlanılan vergi növləri və müvafiq dövrlərin siyahısı 19 noyabr 2019-cu il tarixli, **********156724 nömrəli səyyar X29 (bundan sonra, “Akt”) öz əksini tapmışdır. Akta əsasən, iddiaçı tərəfindən bəyan edilmiş və ödənilmiş vergilər, o cümlədən, 2016 və 2017-ci illər üzrə Mənfəət və Əmlak vergisi, 2016-cı ilin avqust ayından 2018-ci ilin aprel ayınadək olan dövrü əhatə edən müddət üzrə X31 (bundan sonra, “ƏDV”) və qeyri rezidentlərin X31 (bundan sonra, “QR ƏDV”), eləcə də, 2016-cı ilin 3-cü rübündən 2018-ci ilin 1-ci rübünədək olan dövrü əhatə edən müddət üzrə X27 (bundan sonra, “ÖMV”) yoxlanılması həyata keçirilmişdir. Belə ki, aktda qeyd edilən dövrlər üzrə müvafiq vergi bəyannamələrinin yoxlanması nəticəsində iddiaçı tərəfindən yuxarıda qeyd olunan vergilər üzrə bəyan olunmuş məbləğlərin azaldıldığı iddia edilmiş və həmin vergi məbləğlərinə 50% miqdarında maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. 29 dekabr 2019-cu il tarixli **********195477 nömrəli Qərara (bundan sonra, “Qərar”) əsasən, iddiaçıya ümumilikdə 12.193.900,78 manat olmaqla, 8.579.652,18 manat məbləğində əlavə vergi və 3.614.248,60 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Qərarın qəbulunun ardınca 30 dekabr 2019-cu il tarixində iddiaçı müvafiq qərarın razılaşmadığı hissələrinə dair inzibati şikayətlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etmişdir. 29 aprel 2020-ci il tarixində vergi orqanı “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********285400 nömrəli qərar qəbul edərək, müvafiq inzibati şikayətin təmin edilməsindən imtina etmişdir. Müvafiq qərarda şikayətin təmin edilməməsinin əsasları izah edilməmiş, yalnız Vergi Məcəlləsinin (bundan sonra, “VM”) bir sıra maddələrinin adı çəkilmiş və hansı səbəbdən bu maddələrin Qərarda yer alması naməlum qalmışdır. Müvafiq qərarda qeyd edilən və razılaşmadıqları əlavə hesablanmış vergi məbləğlərinin ətraflı izahı aşağıdakı kimidir: ƏDV ilə bağlı qərarda qeyd edilir ki, yoxlama dövrü ərzində ƏDV məbləğinin ümumilikdə 6.499.743,55 manat azaldılması (o cümlədən, 2016-cı ilin avqust-dekabr aylarında 1.503.764,53 manat azaldılması, 2017-ci il üzrə 4.056.045,7 manat azaldılması, 16.647,01 manat artıq hesablanması, 2018-ci ilin yanvar-aprel aylarında 956.580,33 manat azaldılması) aşkar edilmişdir. QR ƏDV ilə bağlı Qərarda qeyd edilir ki, qeyri-rezidentlər tərəfindən göstərilmiş 32.368.122,36 manat dəyərində xidmətlərə görə ödənilməli olan məbləğlər ƏDV dövriyyəsində nəzərə alınmamış və ümumilikdə 5.826.262,02 manat ƏDV məbləği iddiaçı tərəfindən azaldılmışdır. Ümumilikdə azaldılmış 6.499.743,55 manat ƏDV məbləğinin 5.826.262,02 manat hissəsi QR ƏDV-i ilə bağlıdır. ÖMV ilə bağlı qərarda qeyd edilir ki, ödəmə mənbəyində tutulan verginin ümumilikdə 2.018.876,48 manat azaldılması, 554,34 manat artıq hesablanması müəyyən edilmişdir. Beynəlxalq rabitə xidmətlərinə görə yoxlanılmış dövr üzrə qeyri-rezidentlərə ödənilmiş cəmi 9.019.674,65 manat məbləğ ÖMV-yə cəlb olunmamış və bu, ümumilikdə 541.180,48 manat ÖMV-nin azaldılmasına gətirib çıxarmışdır. Vergi orqanı yuxarıda qeyd olunan ƏDV və ÖMV-nin tətbiqi ilə bağlı məsələni düzgün şəkildə əsaslandırılmamış, bu isə VM-in müvafiq müddəalarının qeyri-düzgün tətbiqi, əhəmiyyətli məbləğdə əlavə vergilərin hesablanması və beləliklə də İddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Aktı nəzərdən keçirdikdə bu qənaətə gəlmək olar ki, yoxlanılan dövr, yəni avqust 2016-cı il - aprel 2018- ci il (bundan sonra, “Dövr”) ərzində hesablanmış ƏDV bəyannamələrində göstərilmiş ƏDV məbləğləri ilə bu məbləğlərlə bağlı sənədləşmələr üzləşdirilmişdir. Nəticədə, vergi orqanı iddiaçı tərəfindən müvafiq əməliyyat üzrə ƏDV öhdəliyinin ümumilikdə 598.456,82 manat məbləğində azaldıldığı iddiasını irəli sürmüşdür. Bu məbləğin hansı hissəsinin bəyan olunmaması və ya düzgün dövrdə bəyan olunmaması aktda açıqlanmamışdır. Akta əsasən, iddiaçı ƏDV tutulan əməliyyatların ƏDV-nin məqsədləri üçün tanınma dövrünün şərtlərini pozmuşdur. Belə ki, iddia olunur ki, ƏDV tutulan əməliyyatların tanınması dövrünün müəyyən olunması üçün xidmətlərin təqdim edilməsini sübut edən sənədin imzalanma tarixi deyil, həmin xidmətlərin təmin olunması dövrü nəzərə alınmalıdır. İddiaçı tərəfindən telekommunikasiya sahəsində göstərilən xidmətlər müntəzəm və ya daimi əsasda göstərilən xidmətlər kateqoriyasına aid edilərək həyata keçirilir və bu zaman VM-in 166.1 və 166.3-cü maddələrinin şərtlərinə müvafiq qaydada ƏDV bəyan edilir. Eyni vergi orqanı xidmətlərin müntəzəm xarakterli xidmət olduğuna qəbul etmişdir. Belə ki, VM-in 166.1-ci maddəsinə müvafiq olaraq, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının (bundan sonra, “e-VHF”) verildiyi vaxt sayılır. Yəni ƏDV-yə cəlb olunan gəlirin tanınması günü, malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 30 gün ərzində ödəniş həyata keçirildikdə, ödənişin keçirildiyi tarix, ödəniş 30 gün sonra həyata keçirildikdə və malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 5 gün ərzində ƏDV-nin e-VHF verilirsə, eVHF-nın tarixi, əks halda malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi tarixi əsas götürülməlidir. Göründüyü kimi, sözügedən maddə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtını ümumi şəkildə müəyyən edir və xüsusi hallarda müvafiq qaydadan kənar digər qaydaların mövcudluğunu istisna etmir.VM-in 166.3-cü maddəsinə əsasən, xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV- nin e- VHF-nın verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. Qeyd edilən müddəaya əsasən aydındır ki, iddiaçı tərəfindən müntəzəm və ya daimi əsasda göstərilən telekommunikasiya xidmətlərinin vaxtı ƏDV məqsədləri üçün VM-in 166.1-ci maddəsi ilə deyil, belə xidmətlər üçün xüsusi qaydanı nəzərdə tutan 166.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilməlidir. ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğundan, bu verginin məqsədləri üçün müntəzəm və ya daimi əsasda göstərilən xidmətlər dedikdə, həmin xidmətlərin hər ay üzrə mütəmadi olaraq göstərilməsi başa düşülür. Vergi Məcəlləsinin 166.3-cü maddəsinə əsasən, bu əməliyyatlar zamanı ƏDV tutulan əməliyyatların vaxtı ödəmənin əvvəlcədən həyata keçirildiyi hal istisna olmaqla, xidmətlərin tam başa çatdığı vaxtdan sonrakı 5 gün müddətində e-VHFnın verildiyi vaxt, xidmətlər tam başa çatdığı vaxtdan sonrakı 5 gün müddətində e-VHF verilmədiyi halda isə həmin xidmətlərin tam başa çatdığı vaxt hesab edilir. Aktı nəzərdən keçirdikdə məlum olur ki, yuxarıdakı əməliyyatlardan başqa, vergi orqanı həmçinin iddiaçı tərəfindən müntəzəm və ya daimi əsasda həyata keçirilmiş xidmətlərin tanınma dövrü ilə razılaşmır və VM-in 166.3-cü maddəsinin tələblərinin pozulması nəticəsində ƏDV kənarlaşmalarının olduğunu iddia edir. İddiaçı bu kimi xidmətləri vergi-hesab fakturanın verildiyi dövrdə və ödəmə əvvəl baş verdiyi təqdirdə ödəmə tarixi dövründə ƏDV dövriyyəsində tanımış və müvafiq ƏDV hesablamışdır. Ayrıca olaraq, VM-in 166.1-ci maddəsindən fərqli olaraq, VM-in 166.3-cü maddəsində xidmətlərin göstərilməsindən (işlərin görülməsindən) sonra 30 gün ərzində ödənişin edilməməsi, və ya bu tarixdən etibarən e-VHF-nın 5 gün ərzində verilməməsi halında, ƏDV tutulan dövriyyənin məhz xidmətlərin göstərilməsi (işlərin görülməsi) ayının əsas götürülməsi tələbi yoxdur. Bundan başqa, VM-in 166.2-ci maddəsindən fərqli olaraq, VM-in 166.3-cü maddəsində VM-in 166.1-ci maddəsinə istinad yoxdur. Onu da qeyd etmək lazımdır ki, VM- in 166-cı maddəsinin bütün müddəaları bərabər hüquqi qüvvəyə malikdir və biri digərindən üstün hesab edilə bilməz. Bu isə, Aktda göstərilən “Vergi Məcəlləsinin 166.3-cü maddəsinə əsasən bu əməliyyatlar zamanı ƏDV tutulan əməliyyatların vaxtı ödəmənin əvvəlcədən həyata keçirildiyi hal istisna olmaqla, xidmətlərin tam başa çatdığı vaxtdan sonrakı 5 gün müddətində e-VHF-nın verildiyi vaxt, xidmətlər tam başa çatdığı vaxtdan sonrakı 5 gün müddətində e-VHF verilmədiyi halda isə həmin xidmətlərin tam başa çatdığı vaxt hesab edilir” nəticəsinin VM-in 166.3-cü maddəsinin VM-in 166.1-ci maddəsi ilə qanunsuz olaraq əlaqələndirilməsi deməkdir. Yuxarıda qeyd olunanları və iddiaçı özünün apardığı ilkin hesablamalara əsasən yuxarıda qeyd olunan vergi məbləğinin 224.162.56 manat hissəsinin iddiaçı tərəfindən sonrakı hesab dövrlərində bəyan olunduğunu, lakin vergi orqanı tərəfindən nəzərə alınmadığını müəyyən etmişdir. Qalan 374,294.26 manat məbləğin (598,456.82- 224,162.56) isə vergi orqanı tərəfindən necə hesablandığını aşkar etmək mümkün olmamışdır. Beləliklə, vergi orqanının ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların tanınması vaxtına dair VM-in tələblərinin pozulmasına dair iddiası əsassızdır. Aktda həmçinin qeyri-rezidentlərin vergi öhdəlikləri ilə bağlı kənarlaşmaların aşkarlandığı qeyd olunur. Belə ki, akta müvafiq olaraq, qeyri-rezidentlər tərəfindən göstərilmiş 32.368.122.36 manat dəyərində xidmətlərə görə ödənilməli olan məbləğlər ƏDV dövriyyəsində nəzərə alınmamış və ümumilikdə 5.826.262,02 manat ƏDV məbləği iddiaçı tərəfindən azaldılmışdır. Bundan əlavə, qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daha bir vergi öhdəliyi olan ÖMV məbləğlərinin də 2.018.876.48 manat azaldıldığı göstərilmişdir. Aktda vergidən kənarlaşmalarla bağlı QR ƏDV-si üzrə VM-in 169-cu maddəsinin tələblərinin və ÖMV üzrə VM-in 125.1-ci maddəsinin tələblərinin gözlənilmədiyi qeyd olunur. Bununla yanaşı, vergidən yayınma barədə iddianı dəstəkləmək məqsədilə X12 Reqlamentinin 6.3-cü maddəsinə istinad olunur. Belə ki, sözügedən maddədə təklif olunan azadolma güzəştləri yalnız qeyri-rezident tərəfindən əldə olunan telekommunikasiya xidmətlərinə münasibətdə tətbiq olunur və İddiaçı və qeyri-rezidentlər arasında aparılan əməliyyatlara, yəni qeyri-rezidentdən Azərbaycan istehlakçılarına satılmaq üçün nəzərdə tutulan telekommunikasiya xidmətlərinə tətbiq edilmir. İddiaçı Azərbaycan Respublikasında yerli telekommunikasiya şirkətlərinin abunəçilərinə beynəlxalq telekommunikasiya xidmətləri göstərmək məqsədilə xarici telekommunikasiya şirkətindən (bundan sonra “qeyri-rezident”) müvafiq telekommunikasiya xidmətlərini alır və beləliklə, xidmətləri göstərən qeyri-rezident ƏDV məqsədləri üçün VM-in 168.1.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında xidmət göstərmiş hesab olunur. Bundan əlavə, VM-in 13.2.16.17-ci maddəsinə əsasən, qeyri- rezident belə xidmətlərin göstərilməsinə görə ÖMV məqsədləri üçün Azərbaycan mənbəyindən gəlir əldə etmiş hesab olunur. VM-in 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində VM-in 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə, bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Eyni zamanda, VM-in 169.2-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün vergi agenti sayılır. VM-in 168.1.5-ci maddəsində isə telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı işlərin görüldüyü yer belə xidmətlərin alıcısının qeydiyyatda olduğu yer kimi göstərilir. Yuxarıda qeyd edilən maddələrin tələblərini nəzərə alaraq, qeyri-rezident mobil operator iddiaçıya telekommunikasiya xidmətləri göstərdiyinə və İddiaçının qeydiyyatda olduğu yer Azərbaycan Respublikası olduğuna görə, bu əməliyyatlar QR ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatlar sayılır. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Prezidenti tərəfindən 14 mart 2000-ci il tarixində imzalanmış 826-İQ nömrəli “X6 Nizamnaməsinə və Konvensiyasına, habelə düzəliş sənədlərinə qoşulmaq barədə” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası X4 1992-ci il dekabrın 22- də Cenevrə şəhərində qəbul edilmiş Nizamnaməsinə və Konvensiyasına, habelə 1994-cü il oktyabrın 14-də Kioto şəhərində imzalanmış düzəliş sənədlərinə və Azərbaycan Respublikası Prezidenti tərəfindən 3 fevral 2014-cü il tarixində imzalanmış 895-İVQ nömrəli “X7”nin təsdiq edilməsi haqqında Qanuna əsasən, Azərbaycan Respublikası 2012-ci il dekabrın 14-də Dubay şəhərində imzalanmış “X7”-nin (bundan sonra, “TR”) müddəalarına qoşulmuşdur. TR-in 1.1-ci maddəsinə əsasən, əhaliyə beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil olunması, təmin olunması və göstərilməsində iştirak etmək üçün üzv dövlət tərəfindən səlahiyyətləndirilən və ya tanınan istismar təşkilatlarına (authorized operating agency), eləcə də, belə xidmətlərin göstərilməsi üçün istifadə olunan beynəlxalq telekommunikasiyanın əsas ötürülmə vasitələri ilə əlaqədar tətbiq edilə bilən müddəalar əks olunur. TR-in A. abis) bəndinə əsasən, TR-də əhaliyə beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil olunması, təmin olunması və göstərilməsində iştirak etmək üçün üzv dövlət tərəfindən səlahiyyətləndirilən və ya tanınan istismar təşkilatlarına (bundan sonra, “səlahiyyətli istismar təşkilatları”) tətbiq edilə bilən müddəalar da əks olunur. Beynəlxalq telekommunikasiya xidməti isə öz TR-ın 2.2-ci bəndinə əsasən müxtəlif ölkələrdə yerləşən və ya müxtəlif ölkələrə məxsus istənilən növ telekommunikasiya müəssisələri və ya stansiyaları arasında telekommunikasiya xidmətlərinin təqdim edilməsi kimi müəyyənləşdirilir. İddiaçının Nizamnaməsinə əsasən, o, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir və onun əsas məqsədi kimi Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında beynəlxalq telekommunikasiya və poçt xidmətlərinin təşkil edilməsi, operatorlararası hesablaşmaların aparılması, telekommunikasiya və informasiya texnologiyaları sahəsində xidmət göstərən yerli və beynəlxalq operatorlarla (müəssisə və təşkilatlarla) işgüzar fəaliyyətin genişləndirilməsi və gəlir əldə etməsi göstərilir. TR-in 6-cı maddəsinə və onun istinad etdiyi Əlavə 1 və 2-yə əsasən göstərilən xidmətlər və onların haqqı iki hissəyə bölünür: səlahiyyətli istismar təşkilatları ilə müştəri arasında baş verən səlahiyyətli istismar təşkilatları arasında baş verən. TR-də müştəriyə anlayış verilməsə də, səlahiyyətli istismar təşkilatlarına verilən anlayışdan bəllidir ki, o müştəri deyil. Bu, həm də müştəri və səlahiyyətli istismar təşkilatlarının müxtəlif tərkibdə olan eyni maddələr daxilində, eyni zamanda istifadə olunmasından da aydınlaşır. Belə ki, TR-ın 2.7-ci bəndinə əsasən hesablaşma məzənnəsi - səlahiyyətli istismar təşkilatları arasında razılaşmaya əsasən bu qarşılıqlı əlaqədə tətbiq edilən və beynəlxalq hesabların təqdim edilməsi üçün istifadə olunan məzənnə (accounting rate) hesab edilir. TR-ın 2.8-ci bəndinə əsasən isə, tutulan haqq (collection charges) səlahiyyətli istismar təşkilatlarının beynəlxalq telekommunikasiya xidmətlərindən istifadəyə görə öz müştərilərinə təyin etdiyi və onlardan tutduğu haqq hesab edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hər iki növ əməliyyatın vergiyə cəlb edilməsi aşağıda göstərilir. Səlahiyyətli istismar təşkilatları ilə müştəri arasında baş verən əməliyyatlar TR-in 6.3-cü maddəsinə əsasən, üzv ölkələrin milli qanunvericiliyinə uyğun olaraq beynəlxalq telekommunikasiya xidmətləri üzrə tutulan haqqa görə vergi qoyulması nəzərdə tutularsa, o zaman hesablanan vergi yalnız bu ölkənin müştərilərinə təqdim edilən beynəlxalq telekommunikasiya xidmətləri üçün qoyulur. Bu maddə faktiki olaraq, vergi qoyma sahəsini məhdudlaşdıraraq, onun 1) səlahiyyətli istismar təşkilatlarına deyil, onların müştərilərinə, 2) məhz bu tələbi irəli sürən qanunvericiliyin aid olduğu üzv ölkənin müştərilərinə münasibətdə tətbiq olunmalı olduğunu şərtləndirir. Bu şərtlər çərçivəsində, faktiki olaraq VM əsasında İddiaçı öz yerli müştərilərinə göstərdiyi xidmətlər üzrə haqqa (collection chagres) ƏDV tətbiq edir, bu cür haqlardan mənfəət vergisi hesablayır. Səlahiyyətli istismar təşkilatları arasında baş verən əməliyyatlar. Əlavə 1-in 1.6-cı bəndinə əsasən, səlahiyyətli istismar təşkilatının hesablaşma məzənnəsi və ya digər mükafatlarından tutulan öhdəliklər və ya vergilər olduqda, o, öz növbəsində sözügedən öhdəlikləri və vergiləri digər səlahiyyətli istismar təşkilatına tətbiq etmək (ötürmək) hüququnu malik deyil. Bununla aydın olur ki, səlahiyyətli istismar təşkilatının (qeyrirezident) digər səlahiyyətli istismar təşkilatından (rezident, İddiaçı) əldə etmək huququ olduğu haqlara görə yaranacaq, bu haqq üzrə vergi öhdəlikləri səlahiyyətli istismar təşkilatının (qeyri-rezident) üzərindədir. Eyni zamanda, TR-nin Əlavə 1-nin 3.3.4-cü bəndinə əsasən (yəni, ödəniş şərtləri hissəsi) debitor tərəfin (qeyri-rezidentin) ölkəsində nəzərdə tutulmuş ödəniş xərcləri (vergilər, komissiyalar və s.) debitor (qeyri- rezidentin) tərəfindən ödənilir. Kreditor (rezident, İddiaçı) tərəfin ölkəsində isə tətbiq olunan hər hansı bir ödəniş xərcləri kreditor (rezident, İddiaçı) tərəfindən ödənilməsi nəzərdə tutulur. Yuxarıda qeyd olunan müddəaları birlikdə nəzərdən keçirdikdə aydın olur ki, səlahiyyətli istismar təşkilatlarının arasında olan əməliyyatların nəticəsi olaraq, hər biri aid olduğu üzv ölkənin qanunvericiliyinə əsasən öz vergi öhdəliklərinin öz ölkəsində yerinə yetirilməsi məsuliyyətini daşıyır. Eyni zamanda, qeyri-rezident səlahiyyətli şəxsə ödəniləcək məbləğlərdən heç bir ödəniş tutula bilməz və ödəniləcək belə məbləğə görə hər hansı xərclər yaranarsa bunu rezident səlahiyyətli şəxs çəkməlidir. Bu isə o deməkdir ki, qeyri-rezident səlahiyyətli şəxsə edilən ödəniş Azərbaycanda vergiyə cəlb olunarsa, bu vergi xarici səlahiyyətli şəxsdən tutula bilməz. Eyni zamanda, bu verginin yerli səlahiyyətli şəxs tərəfindən ödənilməsini də 1.6-cı maddə qadağan edir, yəni belə bir vergi yerli səlahiyyətli şəxsin boynuna qoyula bilməz. X4 2013-cü ildə dərc etdiyi “Telekommunikasiyada vergiqoyma” haqda hesabatının “Daxil olan beynəlxalq zənglərin vergiyə cəlbedilməsi” adlı 6-cı bəndində (X8 bölməsi) daxil olan zənglərin vergiyə cəlb olunmasının beynəlxalq zənglərin artmasına mənfi təsir göstərdiyini irəli sürər. Belə ki, hesabatda bildirilir ki, əgər həm zənglərin edildiyi (çıxan zənglər) , həm də zənglərin başa çatdığı (daxil olan zənglər) ölkələr bu zənglərə vergi qoysalar və öz aralarında bu məsələni razılaşdırmasalar bu zənglərin qiymətinin çox baha olmasına gətirib çıxarar. Bu isə öz növbəsində bütün telekommunikasiya gəlirlərinin azalması ilə nəticələnəcək. Aydındır ki, bu arzuolunan hal deyil, amma bu baş versə, sözügedən iki ölkənin bu vəziyyətdən çıxması mürəkkəb olacaq. Bu səbəbdən 2012-ci ildə BƏƏ, Dubayda X4 Dünya Konfransında TR yenidən nəzərdən keçirilmişdir. Nəzərə almaq lazımdır ki, TR hər bir ittifaq üzvü üçün üstün qüvvəyə malik, beynəlxalq qarşılıqlı əlaqə və əməliyyatları, həmçinin bunların səmərəliliyini, ictimaiyyət tərəfindən geniş istifadəni təmin edən beynəlxalq müqavilədir. Hesabat, 2012-ci ildə, yenilənmiş TR-da yer alan yuxarıda qeyd olunmuş maddəyə diqqət çəkir və qeyd edir ki, ciddi mənfi nəticələrin qarşısını almaq üçün bu maddəni diqqətə almaq və bu maddədə göstərilən vergi şərtlərinin düzgün və ədalətli tətbiqi vacibdir. Bundan başqa, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Beynəlxalq zənglərin sonlandırılması” mövzusunda hazırladığı 2014-cü il tarixli hesabatında (6-cı bəndi “Daxil olan beynəlxalq zənglərin vergiyə cəlbedilməsi”) TR-ə toxunaraq bildirir ki, TR-ın 6.1.3 və Əlavənin 1.6-cı maddələrinin hər ikisinin məqsədi bir ölkənin başqa ölkədə olan operator və ya müştərinin vergiyə cəlb edilməsinin qarşısını almaqdır. Həmçinin göstərilir ki, 2012-ci ildə yenilənmiş TR ikiqat vergiqoymanı qadağan edir. İkiqat vergiqoyma isə, eyni gəlirin, aktivin və ya əməliyyatın iki və daha artıq ölkədə vergiyə cəlb edilməsi kimi müəyyən edilir. Qeyd etmək zəruridir ki, eyni məsələ, yəni İddiaçı tərəfindən beynəlxalaq telekommunikasiya xidmətinə görə xarici səlahiyyətli istismar təşkilatlarına (qeyrirezidentlərə) ödənilən məbləğlərin TR əsasında vergiyə cəlb edilməməsi məsələsi ilk dəfə vergi orqanı tərəfindən yalnız 24 fevral 2014-cü il tarixli X29 da qaldırılmış, 14 aprel 2014-cü il tarixli, **********746223 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında” Qərarında əks olunan həmin məsələ ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-2931/2014 nömrəli 17 iyun 2014cü il tarixli Qərarı ilə vergi orqanının müvafiq inzibati aktı qanunsuz hesab edilmiş və İddiaçının müvafiq mövqeyi düzgün hesab edilərək iddia təmin edilmişdir. Belə ki, məhkəmə öz qərarında TR və VM-in müvafiq maddələrinə istinad edərək əsaslandırmışdır ki, TR-ın 6.1.3 və Əlavənin 1.6-cı maddələrinə əsasən xarici səlahiyyətli istismar təşkilatlarına (qeyri-rezidentlərə) ödənilən məbləğlərdən Azərbaycanda vergi tutulması əsassızdır. Bundan sonra, vergi orqanı apelyasiya şikayəti verməmiş və 14 aprel 2014-cü il tarixli, **********746223 saylı Qərarının sözügedən məsələyə dair hissəsni ləğv etmişdir. Eyni zamanda, İddiaçı öz mövqeyinin düzgünlüyünə bir daha əmin olmuş, Vergi Məcəlləsi, TR və Məhkəminin sözügedən Qərarını əsas tutaraq həmin ödənişlərdən vergi tutmamağa davam etmişdir. Baxmayaraq ki, Məhkəmə Qərarı eyni vergi ödəyicisi və eyni məsələ üzrə yekun mövqe bildirmişdir, vergi orqanı bu Qərara da məhəl qoymadan müvafiq eyni məsələni yenidən mübahisələndirmişdir. Qeyd edilənləri nəzərə alaraq, VMin və TR-in 2014-cü ildən sonrakı dövrlrədə müvafiq müddalarının dəyişmədiyi nəzərə alınaraq, hesab edilir ki, vergi orqanının mövqeyi tamamilə əsassızdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Mübahisələndirilən vergilərin hesablanma əsasları ilə bağlı nümayəndə aşağıdakıları bildirmişdir: ƏDV üzrə - (A) Müəssisənin yoxlanılan dövr üzrə (avqust 2016 – aprel 2018) təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən göstəriciləri aşağıdakı kimi olmuşdur: Ölkənin lokal telefon şəbəkələri istifadəçilərinin digər dövlətlərə beynəlxalq çıxış zəngləri müəssisənin stansiyasından keçərək birbaşa beynəlxalq kanallar ölkələrinə ötürülmüş, lakin həmin xidmətlərə görə qeyri-rezident rabitə müəssisələrinə edilmiş ödənişlər ƏDV-yə cəlb edilməmişdir. Beləliklə, qeyri-rezindentə edilən 32.368.122,36 ödəniş üzrə 5.826.262,02 (32.368.122,36×18%) manat ƏDV hesablanmışdır. (B) Bundan əlavə, dövr üzrə müəssisə tərəfindən müxtəlif xarakterli xidmətlər (uyğunluq sertifikatının verilməsi, avadanlıqların icarəyə verilməsi və yerləşdirilməsi, SİP telefoniya, “Data Mərkəz” və s. xidmətlərin göstərilməsi) göstərilmiş, həmin xidmətlər üzrə ay ərzində ödənişlər edilsə və e-vhf-lar təqdim edilsə də, müvafiq hesabat dövrlərində ƏDV məbləği ümumiyyətlə bəyan edilməmişdir. Nəticədə ayrı-ayrı hesabat ayları üzrə ƏDV-nin 598.456,82 manat az hesablanması müəyyən edilmişdir. ÖMV üzrə - (A) Yoxlama zamanı müəyyən edilmişdir ki, beynəlxalq telekommunikasiya operatorları tərəfindən Azərbaycan Respublikasının istifadəçilərinə (ölkə ərazisində fəaliyyət göstərən rabitə müəssisələrinin və mobil rabitə operatorlarının istifadəçiləri olan rezident və qeyri-rezident şəxslər, vətəndaşlar) beynəlxalq telekommunikasiya xidmətləri göstərilmiş, X11 xidmətlərinə görə ödənişlər ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. Yoxlamaya təqdim edilmiş mühasibat sənədlərinə əsasən 9.019.674,65 manat məbləğində ödənişin edildiyi müəyyən edilərək 541.180,48 manat (9.019.674,65 × 6 %) ÖMV hesablanmışdır. (B) Bundan başqa, müəssisə ilə beynəlxalq telekommunikasiya operatorları arasında aparılmış qarşılıqlı hesablaşmalar barədə yoxlamaya təqdim edilmiş məlumatlar əsasında yoxlanılan dövrdə müəssisə tərəfindən göstərilmiş beynəlxalq rabitə xidmətlərinə görə beynəlxalq telekommunikasiya operatorları ilə qarşılıqlı hesablar üzrə mübadilə olunmuş və ya əvəzləşdirilmiş (yəni, alınmış xidmətlərə görə yaranmış kreditor məbləğlərinin göstərilmiş xidmətlərə görə yaranmış debitor məbləğləri hesabına qarşılıqlı olaraq bağlanmış) məbləğlərdən də X27 hesablanmaması müəyyən edilmişdir. Beləliklə, 24.448.299,99 manat debitor və kreditor borclarının qarşılıqlı əvəzləşdirilməsinə əsasən 1.466.898,0 manat (24.448.299,99 × 6 %) ÖMV hesablanmışdır.Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi əsaslarından biri olaraq “X5” (Dubay, 2012-cı il) 6.3-cü, 1 nömrəli Əlavəsinin 1.6cı, 3.3.4-cü müddəalarına istinad edərək qeyri-rezident tərəfindən təqdim olunmuş telekommunikasiya xidmətlərinə görə vergi tutmaq öhdəliyinin olmaması barədə iddiaçının dəlili ilə razılaşmışdır. Halbuki, bu müddəalarla bağlı cavabdehin istinad etdiyi hallara qərarda münasibət bildirməmişdir. Bununla əlaqədar nümayəndə bildirdi ki, yoxlamaya təqdim olunmuş ilkin mühasibat sənədlərinə əsasən Azərbaycan Respublikasının lokal telefon şəbəkələri istifadəçilərinin dünya ölkələrinə beynəlxalq çıxış zəngləri "X13 (Azintelecom)" MMC-nin stansiyasından keçərək mövcud birbaşa beynəlxalq kanallarla dünya ölkələrinə ötürülmüş və göstərilmiş xidmətlərə görə qeyri-rezident rabitə təşkilatlarına ödənilmiş məbləğlərə əsassız olaraq ƏDV və ÖMV hesablanmamışdır. Vergi Məcəlləsinin 13.2.16.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya daşınmalar həyata keçirilərkən telekommunikasiya və ya nəqliyyat xidmətlərindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. Digər tərəfdən həmin Məcəllənin 125.1.4-cü maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri üzrə 6 faiz dərəcə ilə vergi tutulur. VM-nin 150.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Daha sonra VM-nin 168.1.5-cı maddəsinə əsasən telekommunikasiya xidmətlərinin göstərilməsi (siqnalların, sənədlərin, şəkillərin və ya səsin, yaxud istənilən xarakterli informasiyanın teleqraf, radio, optik və ya digər elektromaqnit sistem vasitəsilə alınması, yayılması, ötürülməsi, o cümlədən bu cür ötürmə, alma və ya yayım hüquqlarının təqdim edilməsi və ya alınması) zamanı işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer sayılır. Qeyri-rezidentlərin ƏDV-yə cəlb edilməsi isə bağlı müddəalar Vergi Məcəlləsinin 169-cu maddəsinin müddəaları ilə müəyyən edilir. Yuxarıda göstərilən normalara əsasən qeyri-rezidentlər tərəfindən iddiaçıya təqdim olunan telekommunikasiya xidmətlərindən əldə olunan gəlir Azərbaycan mənbəyində yaranan gəlirlərdir, bu gəlirlər üzrə X27 dərəcəsi 6%, ƏDV üzrə dərəcə isə 18%-dir, xidmətin göstərildiyi yer Azərbaycandır və bu vergini tutmaq öhdəliyi iddiaçının üzərindədir. Əməliyyatın həyata keçirildiyi yer Azərbaycan olduğundan ƏDV Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tətbiq edilməlidir. Buna baxmayaraq, məhkəmə maddi hüquq norması olan “X7”nin 6.3-cü bəndinin tətbiqində əhəmiyyətli səhvə yol vermiş və belə nəticəyə gəlmişdir yuxarıda təsvir olunan əməliyyatlar bütün növ vergilərdən azaddır. Başqa sözlə, məhkəmə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Halbuki, məhkəmənin istinad etdiyi maddi hüquq normasında mütləq şəkildə bütün növ əməliyyatlara vergi güzəştinin tətbiqi nəzərdə tutulmur. Məhkəmə ümumiyyətlə bu normanın tətbiqi ilə bağlı vergi orqanının istinad etdiyi hallara qiymət verməmişdir. Hazırkı halda Reqlamentin istinad olunan müddəalarında qeyri-rezident tərəfindən iddiaçıya təqdim olunan xidmətlərin vergidən azad olunmasına gətirib çıxaran hər hansı bir məna ifadə olunmur. Nümayəndə qeyd etdi ki, “X7 (Dubay, 2012-cı il)” öz Preambulasına əsasən telekommunikasiya xidmətlərinin inkişafının dəstəklənməsi və mövcud qaydaların beynəlxalq səviyyədə harmonizasiyasını tənzimləmək məqsədi daşıyır. Belə ki, Reqlamentin 2. A. abis) bəndinə əsasən bu Reqlamentdə əhaliyə beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil olunması, təmin olunması və göstərilməsində iştirak etmək üçün üzv dövlət tərəfindən səlahiyyətləndirilən və ya tanınan istismar təşkilatlarına (bundan sonra - səlahiyyətli istismar təşkilatlan) tətbiq edilə bilən müddəalar da əks olunur. Başqa sözlə, Reqlament yalnız səlahiyyətli istismar təşkilatları arasında baş verən münasibətləri tənzimləyir və hər bir üzv dövlətin səlahiyyətli istismar təşkilatı ilə yerli rabitə şirkətləri arasında baş tutan münasibətləri tənzimləmir. Belə ki, bu hər ölkənin öz daxili qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Ayrı-ayrı ölkələrin milli vergi qanunvericiliyinə əsasən beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsinə görə ödənişlərdən vergilər, xüsusi ilə də ƏDV aşağıdakı müxtəlif qaydalarda tutula bilər: - xidməti təqdim edən şəxsin rezidenti olduğu ölkədə; - xidməti alan şəxsin rezidenti olduğu ölkədə. Xidmətlərin satıcısı birinci metodu tətbiq edən ölkə, alıcısı isə ikinci metodu tətbiq edən ölkə olduqda eyni əməliyyat hər iki ölkədə vergitutma obyektini təşkil edir və bu hal ikiqat vergitutmaya səbəb olmaqla, beynəlxalq telekommunikasiya xidmətlərinin inkişafının qarşısını alır. Məhz bu səbəbdən, yəni fərqli metodlar tətbiq edən ölkələrin rezidentləri arasında göstərilən beynəlxalq telekommunikasiya xidmətlərinin vahid qayda üzrə vergiyə cəlb edilməsini təmin etmək üçün “X7 (Dubay, 2012-cı il)” qəbul edilmişdir. Reqlamentin 6.3-cü (42K) bəndinə gəldikdə qeyd etmək lazımdır ki, həmin bəndə əsasən əgər hər hansı bir ölkənin milli qanunvericiliyinə uyğun olaraq beynəlxalq telekommunikasiya xidmətləri üzrə tutulan xərclərə vergi qoyulması nəzərdə tutulursa, o zaman konkret xüsusi hallar üzrə bağlanılan digər razılaşmalar olmadığı halda bu vergi, bir qayda olaraq, yalnız bu ölkənin müştərilərinə, təqdim edilən beynəlxalq telekommunikasiya xidmətləri üçün qoyulur. Bu bəndin tətbiqi üçün tələb olunan ilkin şərt konkret dövlətin milli qanunvericiliyinə əsasən beynəlxalq telekommunikasiya xidmətinə görə ödənişlərin vergiyə cəlb edilməli olmasıdır. Növbəti mərhələdə Reqlamentin qeyd olunan bəndi beynəlxalq telekommunikasiya xidmətinə görə ödənişlərin hansı hallarda vergidən azad olduğunu müəyyən edir. Başqa sözlə, həmin bənd beynəlxalq telekommunikasiya xidmətlərini aşağıdakı iki qrupa ayırır: -əldə edildikdən sonra yekunda həmin ölkənin müştərisinə təqdim edilən beynəlxalq telekommunikasiya xidmətləri; -əldə edildikdən sonra yekunda həmin ölkənin deyil, digər dövlətin müştərisinə təqdim edilən beynəlxalq telekommunikasiya xidmətləri. Göründüyü kimi Reqlamentin 6.3-cü bəndi vergitutma ilə bağlı məsələni həll etmək üçün beynəlxalq telekommunikasiya xidmətlərini həmin xidmətlərin sonradan təqdim olunacağı subyektin rezidentliyindən asılı vəziyyətə salır. Başqa sözlə, beynəlxalq telekommunikasiya xidmətlərinin son alıcısı hansı ölkənin rezidentidirsə həmin xidmətlərin göstərilməsinin əvvəlki mərhələsində də vergilər məhz həmin dövlətdə tutulur. Qeyd olunanları hazırkı işə tətbiq etdikdə göstərmək lazımdır ki, beynəlxalq telekommunikasiya xidmətlərinin ilkin sifarişçisi Azərbaycan Respublikasının rezidenti olduqda vergitutma məqsədləri üçün həmin xidmətlərin göstərildiyi ərazi ölkəmizin ərazisidir, yəni bu xidmətlər bizim milli qanunvericiliyə əsasən vergiyə cəlb edilir. Qeyri-rezidentlərdən beynəlxalq telekommunikasiya xidmətlərini qəbul edən iddiaçı həmin xidmətləri öz növbəsində bizim ölkədə yerləşən müştərilərinə təqdim edir. Bu halda telekommunikasiya xidmətlərinin son alıcısı – müştərisi qismində ölkəmizin rezidentləri çıxış etmiş olur. Göründüyü kimi, sadalanan hallar məhz Reqlamentin 6.3-cü bəndində təsvir olunan tələblərə cavab verir. Bu isə onu deməyə əsas verir ki, xidmətlərin son alıcısı bizim ölkədə yerləşən müştərilər olduğu üçün iddiaçının həmin xidmətləri əldə etdiyinə görə qeyrirezidentlərə ödədiyi vəsait də bizim dövlətdə vergiyə cəlb edilir. Əgər iddiaçı əldə etdiyi beynəlxalq telekommunikasiya xidmətlərini ölkəmizdəki rezident müştərilərinə deyil, digər ölkələrdə yerləşən və bizim dövlətə münasibətdə qeyrirezident olan şəxslərə ötürmüş olsaydı, bu zaman iddiaçının həmin xidmətlərin əldə edilməsinə görə qeyri-rezidentlərə ödədiyi vəsait bizim dövlətin ərazisində vergitutma obyekti hesab edilməyəcəkdi. Buna əlavə olaraq qeyd etmək lazımdır ki, Reqlamentin 2.2-ci maddəsinə görə beynəlxalq telekommunikasiya xidmətləri - müxtəlif ölkələrdə yerləşən və ya müxtəlif ölkələrə məxsus istənilən növ telekommunikasiya müəssisələri və ya stansiyaları arasında telekommunikasiya xidmətlərinin təqdim edilməsi deməkdir. Reqlamentin 2.8-ci maddəsinə görə tutulan haqq - səlahiyyətli istismar təşkilatlarının beynəlxalq telekommunikasiya xidmətlərindən istifadəyə görə öz müştərilərinə təyin etdiyi və onlardan tutduğu haqqdır. Qeyd olunan anlayışları Reqlamentin 6.3-cü maddəsinin məzmununa əlavə etdikdə norma aşağıdakı kimi alınır: Əgər hər hansı bir ölkənin milli qanunvericiliyinə uyğun olaraq müxtəlif ölkələrdə yerləşən və ya müxtəlif ölkələrə məxsus istənilən növ telekommunikasiya müəssisələri və ya stansiyaları arasında telekommunikasiya xidmətlərinin təqdim edilməsi üzrə səlahiyyətli istismar təşkilatlarının beynəlxalq telekommunikasiya xidmətlərindən istifadəyə görə öz müştərilərinə təyin etdiyi və onlardan tutduğu haqlara vergi qoyulması nəzərdə tutulursa, o zaman konkret xüsusi hallar üzrə bağlanılan digər razılaşmalar olmadığı halda bu vergi, bir qayda olaraq, yalnız bu ölkənin müştərilərinə təqdim edilən beynəlxalq telekommunikasiya xidmətləri üçün qoyulur.Halhazırda qüvvədə olan Vergi Məcəlləsinə əsasən səlahiyyətli istismar təşkilatlarının beynəlxalq telekommunikasiya xidmətlərindən istifadəyə görə öz müştərilərinə təyin etdiyi və onlardan tutduğu haqlara vergi qoyulması nəzərdə tutulur və iddiaçı qanunvericiliyə uyğun olaraq öz müştərilərindən tutduğu haqlara ƏDV tətbiq etmişdir. Lakin Vergi Məcəlləsinin qüvvədə olan normalarına əsasən iddiaçının qeyri-rezidentdən aldığı beynəlxalq telekommunikasiya xidmətlərinə görə ödənilən haqlardan da ƏDV və ÖMV-nin tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin istinad olunan 6.3-cü maddənin nə məntiqi, nə də hərfi mənası ümumiyyətlə iddiaçının qeyri-rezidentdən aldığı beynəlxalq telekommunikasiya xidmətlərinə görə ödənilən haqlardan ƏDV və ÖMV tutulmalı olmasını inkar etmir. Ona görə vergi orqanı hesab edir ki, həm iddiaçı, həm də məhkəmə tərəfindən Reqlamentin 6.3-cü maddəsinin hərfi və məntiqi mənası yanlış anlaşılmışdır. Nümayəndə hesab edir ki, Reqlamentin 6.3-cü bəndində əsasən iddiaçı tərəfindən qeyri-rezidentə ödənilən məbləğlərə vergilərin tətbiqi istisna edilməmiş, əksinə qeyri-rezident rabitə şirkətlərindən alınmış rabitə xidmətləri Azərbaycan istehlakçılarına satılması üçün nəzərdə tutulduğu halda qeyri-rezidentə ödənilən məbləğlərə ödəmə mənbəyində vergi və ƏDV tutularaq dövlət büdcəsinə ödənilməsi göstərilmişdir. Qeyri-rezident rabitə şirkətlərindən alınmış rabitə xidmətləri digər xarici ölkənin rabitə şirkətinə ötürüldüyü halda isə vergilərin tutulması istinad olunan 6.3-cü maddə ilə istisna olunmuşdur. Məhkəmənin iddiaçının xeyrinə olaraq istinad etdiyi Reqlamentə əlavə 1-in 1.6-cı bəndin yaranmış mübahisəyə tətbiq edilməsi də tamamilə yanlışdır. Belə ki, Əlavə 1-in 1.6-cı bəndinə əsasən, səlahiyyətli istismar təşkilatının hesablaşma məzənnəsi və ya digər mükafatlarından tutulan öhdəliklər və ya vergilər olduqda, o, öz növbəsində sözügedən öhdəlikləri və vergiləri digər səlahiyyətli istismar təşkilatına tətbiq etmək hüququna malik deyil. Bu müddəa iddiaçıya beynəlxalq telekommunikasiya xidməti göstərən digər ölkənin rezidentinə aid norma olmaqla onun rezidenti olduğu ölkə ilə aralarında yaranmış münasibətlərə şamil olunur. Qeyd edilən norma səlahiyyətli istismar təşkilatının (iddiaçının) əldə etdiyi mükafatlardan, yəni gəlirləri üzrə yaranan vergi öhdəliklərinin digər tərəfin (qeyri-rezidentin) üzərinə qoyulmasını istisna edir. Hazırkı işdə isə aparılan hesablamalar iddiaçıya göstərilən xidmətlər üzrə onun ödədiyi məbləğlərdən hesablanmalı vergi öhdəliyi ilə bağlıdır. Məhkəmənin istinad etdiyi Reqlamentə əlavə 1-in 3.3.4-cü bəndi isə birbaşa olaraq vergi orqanının mövqeyini ifadə etmişdir. Belə ki, Əlavə 1-in 3.3.4-cü bəndinə əsasən, debitor tərəfindən ölkəsində nəzərdə tutulmuş ödəniş xərcləri (vergilər, komissiyalar) debitor tərəfindən ödənilir. Hazırki münasibətlə iddiaçı debitor rolunda çıxış edir və ölkəsində nəzərdə tutulan vergi xərclərini özü ödəməlidir, hansı ki cavabdeh vergi orqanı da qanunvericilikdə nəzərdə tutulan vergilərin ödənilməsi öhdəliyini iddiaçının üzərinə qoymuşdur. İddianın təmin edilməsinin digər əsası olaraq məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsi ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtını ümumi şəkildə müəyyən etdiyindən, müntəzəm və ya daimi əsasda göstərilən telekommunikasiya xidmətlərinin vaxtı ƏDV məqsədləri üçün 166.1.-ci maddəsi ilə deyil, belə xidmətlər üçün xüsusi qaydanı nəzərdə tutan 166.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilməlidir. Bununla əlaqədar nümayəndə bildirdi ki, məhkəmə tərəfindən işin faktiki halları düzgün araşdırılmamış və iddiaçıya hesablanmış ƏDV-nin hesablanma səbəbləri düzgün müəyyən edilməmişdir. Başqa sözlə, məhkəmə tərəfindən vergilərin hesablanma səbəb və əsasları müəyyən edilməli olsa da, heç bir araşdırma aparılmadan iddiaçının bu mövqedə irəli sürdüyü dəlillə razılaşaraq iddianı təmin etmişdir. Ona görə də nümayəndə qeyd etmişdir ki, yoxlanılan dövr üzrə müəssisə tərəfindən müxtəlif xarakterli xidmətlər (uyğunluq sertifikatının verilməsi, avadanlıqların icarəyə verilməsi və yerləşdirilməsi, SİP telefoniya, “Data Mərkəz” və s. xidmətlərin göstərilməsi) göstərilmiş, həmin xidmətlər üzrə ay ərzində ona ödənişlər edilsə və e-vhf-lar təqdim edilsə də, ƏDV məbləği ya həmin hesabat dövrü üzrə, ya da ümumiyyətlə bəyan edilməmişdir. Nəticədə ayrı-ayrı hesabat ayları üzrə ƏDV-nin 598.456,82 manat az hesablanması müəyyən edilmişdir. Göründüyü kimi, mübahisə vergitutulan əməliyyatının vaxtının müəyyən edilməsi ilə deyil, iddiaçı tərəfindən konkret olaraq göstərdiyi xidmətlərin ödənilmiş dəyərinin ƏDV bəyannamələrində əks etdirməməsi ilə bağlı olmuşdur. Başqa sözlə, iddiaçı tərəfindən vergitutulan dövriyyə gizlədilmişdir. Apelyasiya şikayətində qeyd edilmiş cədvəlləri ilə aşağıdakılar müəyyən edilir: Belə ki, iddiaçı 2016-cı ilin sentyabr ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 193.444,05 manat məbləğində 20 ədəd vergitutulan əməliyyatları (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirmişdir. Buna baxmayaraq, müəssisə eyni hesabat dövründə cəmi 158.850,92 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etmişdir. Başqa sözlə, müəssisə həmin ilin sentyabr ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 34.593,13 manat hissəsini ümumiyyətlə bəyan etməmişdir. Daha sonra iddiaçı 2016-cı ilin oktyabr ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 167.261,64 manat məbləğində 31 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirmişdir. Buna baxmayaraq, müəssisə eyni hesabat dövründə cəmi 55.855,64 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etmişdir. Başqa sözlə, müəssisə həmin ilin oktyabr ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 111.406,0 manat hissəsini ümumiyyətlə bəyan etməmişdir. Bundan başqa, iddiaçı 2016-cı ilin noyabr ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 256.249,28 manat məbləğində 48 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirmişdir. Buna baxmayaraq, müəssisə eyni hesabat dövründə cəmi 117.796,69 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etmişdir. Başqa sözlə, müəssisə həmin ilin noyabr ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 138.452,59 manat hissəsini ümumiyyətlə bəyan etməmişdir. İddiaçı 2016-cı ilin dekabr ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 950.103,78 manat məbləğində 48 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirmişdir:.Buna baxmayaraq, müəssisə eyni hesabat dövründə cəmi 420.825,21 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etmişdir. Başqa sözlə, müəssisə həmin ilin dekabr ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 529.278,57 manat hissəsini ümumiyyətlə bəyan etməmişdir. Bundan başqa, iddiaçı 2017-ci ilin yanvar ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 804.145,90 manat məbləğində 50 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirmişdir.Buna baxmayaraq, müəssisə eyni hesabat dövründə cəmi 788.536,06 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etmişdir. Başqa sözlə, müəssisə həmin ilin yanvar ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 15.609,84 manat hissəsini ümumiyyətlə bəyan etməmişdir. İddiaçı 2017-ci ilin mart ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 859.464,67 manat məbləğində 33 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirmişdir. Buna baxmayaraq, müəssisə eyni hesabat dövründə cəmi 777.306,51 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etmişdir. Başqa sözlə, müəssisə həmin ilin mart ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 82.158,16 manat hissəsini ümumiyyətlə bəyan etməmişdir. Daha sonra, iddiaçı 2017-ci ilin may ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 1.069.536,90 manat məbləğində 67 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirmişdir.Buna baxmayaraq, müəssisə eyni hesabat dövründə cəmi 1.062.647,82 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etmişdir. Başqa sözlə, müəssisə həmin ilin may ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 6.889,09 manat hissəsini ümumiyyətlə bəyan etməmişdir. İddiaçı 2017-ci ilin iyun ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 880.963,07 manat məbləğində 42 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirmişdir. Buna baxmayaraq, müəssisə eyni hesabat dövründə cəmi 870.471,94 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etmişdir. Başqa sözlə, müəssisə həmin ilin may ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 10.491,13 manat hissəsini ümumiyyətlə bəyan etməmişdir. İddiaçı 2017-ci ilin avqust ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 1.027.821,29 manat məbləğində 77 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirmişdir. Buna baxmayaraq, müəssisə eyni hesabat dövründə cəmi 1.001.909,34 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etmişdir. Başqa sözlə, müəssisə həmin ilin avqust ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 25,490.18 manat hissəsini ümumiyyətlə bəyan etməmişdir. İddiaçı 2017-ci ilin sentyabr ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 848.860,99 manat məbləğində 67 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirmişdir.Buna baxmayaraq, müəssisə eyni hesabat dövründə cəmi 720.773,96 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etmişdir. Başqa sözlə, müəssisə həmin ilin sentyabr ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 128.087,03 manat hissəsini ümumiyyətlə bəyan etməmişdir. İddiaçı 2017-ci ilin oktyabr ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 873.348,14 manat məbləğində 86 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirmişdir. Buna baxmayaraq, müəssisə eyni hesabat dövründə cəmi 79.773,80 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etmişdir. Başqa sözlə, müəssisə həmin ilin oktyabr ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 793,574.34 manat hissəsini ümumiyyətlə bəyan etməmişdir. İddiaçı 2017-ci ilin noyabr ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 778.165,77 manat məbləğində 72 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirmişdir. Buna baxmayaraq, müəssisə eyni hesabat dövründə cəmi 333.685,36 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etmişdir. Başqa sözlə, həmin aya təsadüf edən konkret əməliyyatların bir qismi – 444.480,41 manat hissəsi ümumiyyətlə bəyan edilməmişdir. İddiaçı 2017-ci ilin dekabr ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 896.717,62 manat məbləğində 65 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirmişdir. Buna baxmayaraq, müəssisə eyni hesabat dövründə cəmi 118.293,14 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etmişdir. Başqa sözlə, müəssisə həmin ilin dekabr ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 778.424,48 manat hissəsini ümumiyyətlə bəyan etməmişdir. İddiaçı 2018-ci ilin mart ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 718.460,33 manat məbləğində 71 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirmişdir. Buna baxmayaraq, müəssisə eyni hesabat dövründə cəmi 446.969,04 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etmişdir. Başqa sözlə, müəssisə həmin ilin mart ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 271,491.29 manat hissəsini ümumiyyətlə bəyan etməmişdir. İddiaçı 2018-ci ilin aprel ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 704.048,83 manat məbləğində 76 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirmişdir. Buna baxmayaraq, müəssisə eyni hesabat dövründə cəmi 325.946,48 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etmişdir. Başqa sözlə, müəssisə həmin ilin aprel ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 378,102.35 manat hissəsini ümumiyyətlə bəyan etməmişdir. Beləliklə, təsvir olunan cədvəllərdən göründüyü kimi, iddiaçı tərəfindən yoxlanılan dövr ərzində 11.028.170,49 manat dəyərində xidmətlər göstərilməsinə baxmayaraq bu xidmətlərin dəyəri 7.279.641,91 manatı bəyan edilməklə ümuilikdə 3.748.528,58 manat (11.028.170,49 -7.279.641,91) məbləğində dövriyyə gizlədilmişdir (bəyan edilməmişdir). Cavabdeh vergi orqanı tərəfindən qeyd olunan yayınma aşkarlanaraq iddiaçıya dövr üzrə büdcəyə artıq hesabladığı 76.278,32 manat ƏDV məbləği nəzərə alınmaqla, cəmi 598.456,82 manat {(11.028.170,49-7.279.641,91)×18%-76.278,32} ƏDV hesablanmışdır. Başqa sözlə, iddiaçı müxtəlif xarakterli xidmətlər (o cümlədən, daimi və müntəzəm əsasla) xarakterli xidmətlər göstərmiş və vergi orqanı hər bir konkret əməliyyatın xarakterindən asılı olaraq Vergi Məcəlləsinin 166.1-ci, 166.2-ci və 166.3-cü maddələrinə istinad etməklə vergitutulan dövriyyəni müəyyən etmişdir. Məhkəmə isə mücərrəd şəkildə yalnız 166.3-cü maddənin tətbiq edilməli olduğunu qeyd etməsinə baxmayaraq konkret hansı əməliyyatları nəzərdə tutduğunu, məhz hansı meyarlara əsasən dövriyyəni və hesabat dövrünü müəyyən etdiyini izah etməmişdir. Bu hal onu deməyə əsas verir ki, məhkəmə bu istiqamətdə ümumiyyətlə heç bir araşdırma aparmamışdır. Nümayənədə onu da qeyd etdi ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtda aparılmış sayılır: Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə (qüvvədə olan redaksiya) uyğun olaraq malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda. Həmin Məcəllənin 166.3.-cü maddəsinə görə xidmətlər müntəzəm və ya daimi əsasda göstərilərsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. Göründüyü kimi, qanunvericilik Məcəllənin 166.1-ci maddəsi ilə əməliyyatların vaxtının müəyyən edilməsinin əsas və ən mühüm şərtlərini konkretləşdirmiş, 166.3-cü maddə ilə isə əməliyyatların vaxtının hissə-hissə müəyyənləşdirilməsinin mümkünlüyünü vurğulamışdır. Məhkəmənin isə vergitutulan əməliyyatın vaxtının Məcəllənin 166.1-ci maddəsinin deyil 166.3-cü maddəsi ilə tənzimlənməsi barədə qənaəti əsassızdır. Belə ki, akta və qərara diqqət yetirildikdə əməliyyatın vergitutulan vaxtının müəyyən edilməsinə həm 166.1-ci, həmdə 166.3-cü maddəsinin müddəalarının tətbiq edildiyini və hər iki müddəaya əsaslanaraq əlavə hesablama aparıldığı görünür. Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 176.3-cü maddəsinə əsasən (qüvvədə olan redaksiya) vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcludur. Qanunvericilik 5 gün ərzində E-VHF təqdim olunması tələbi qoymaqla, vergitutma məqsədləri baxımından əməliyyatın vaxtının tərəflərin iradəsindən asılı olaraq müəyyənləşdirilməsinin qarşısını alır. Göründüyü kimi VM-nin 166.1-ci və 166.3-cü maddələri bir-birini istisna etmir və onların kompleks şəkildə tətbiqi zəruridir. Başqa sözlə, xidmət müntəzəm və ya daimi əsasla göstərilmiş olsa belə, onun hər bir hissəsi üçün 5 gün ərzində e-VHF təqdim edilməlidir. Buna baxmayaraq, iddiaçı bəzi əməliyyatlar üzrə məqsədli şəkildə e-VHF-nin vaxtında, yəni aid olduğu hesabat dövründə verilməsini təmin etməmişdir. Məhkəmə qərarında həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyun 2014-cü il tarixli 2-1(81)-2931/2014 nömrəli qərarına istinad edərək eyni xarakterli mübahisə üzrə iddiaçının daha əvvəlki iddiasının təmin olunmasına istinad edilmişdir. Bununla bağlı nümayəndə hesab edirik ki, birinci instansiya məhkəməsi daha əvvəlki mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyun 2014-cü il tarixli 2-1(81)-2931/2014 nömrəli qərarın hazırkı işə münasibətdə preyudisial əhəmiyyət daşıması barədə qənaətə gələrkən yanılmışdır. Məlum olduğu kimi nə İnzibati Prosessual Məcəllə, nə də Mülki Prosessual Məcəllə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan halların başqa işə baxan məhkəmə üçün məcburi olmasını müəyyən etmir. Digər tərəfdən hazırkı işdə mübahisə predmetini konkret hüquqi mübahisə təşkil edir və faktiki hallarla bağlı mübahisə mövcud deyildir. Başqa sözlə, birinci instansiya məhkəməsinin istinad etdiyi məhkəmə qərarının hazırkı işə münasibətdə preyudisial əhəmiyyəti mövcud deyildir. Bu baxımdan qanuni qüvvəyə minmiş hansısa qərarın hazırkı işə tətbiq edilməsi prosessual qanunvericiliyin əhəmiyyətli dərəcədə pozulması hesab olunmalıdır. Bununla yanaşı, istinad olunan məhkəmə işi yalnız birinci instansiya məhkəməsində baxılmış, yuxarı instansiya məhkəmələrinin həmin mübahisə üzrə qərarı mövcud olmamışdır. Cavabdehin nümayəndəsi Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli 2- 1(112)-4805/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, vəkili apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi qərarında gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, Cəmiyyət Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə 03 iyul 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Nizamnamənin 1.1-ci bəndində göstərilmişdir ki, Cəmiyyət Azərbaycan Respublikası Rabitə Nazirliyinin 07 fevral 1994-cü il tarixli 13 nömrəli əmri ilə "xxxx" İB-nin tərkibində yaradılmış X19 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin HŞDQ üzrə Bakı bölgə şöbəsi tərəfindən 22 oktyabr 1996-cı il tarixində D-1548 nömrəsi ilə dövlət qeydiyyatına alınmış, beynəlxalq telekommunikasiya operatoru kimi fəaliyyət göstərən Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. Nizamnamənin 3.1-ci bəndində göstərilmişdir ki, Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında beynəlxalq telekommunikasiya və poçt xidmətlərinin təşkil edilməsi, operatorlara beynəlxalq hesablaşmaların aparılması, telekommunikasiya və informasiya texnologiyaları sahəsində xidmət göstərən yerli və beynəlxalq operatorlarla (müəssisə və təşkilatlarla) işguzar fəaliyyətin genişləndirilməsindən və gəlir əldə edilməsindən ibarətdir. İşin faktiki halları (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir): 19.11.2019-cu il tarixli **********156724 №li Səyyar X29n görünür ki, Milli Gəlirlər Baş İdarəsinin 29.06.2018 tarixli **********155055 saylı qərarına əsasən "xxxx" MMC (VÖEN **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə - Sadələşdirilmiş vergi 3-cü Rüb 2016 - 1 -ci Rüb 2018; Mənfəət vergisi 2016-cı il - 2017-ci il; Aksiz vergisi-Sentyabr 2016 - Aprel 2018; Mədən vergisi Sentyabr 2016 - Aprel 2018; Əmlak vergisi 2016-cı il - 2017-ci il; X31 Avqust 2016 - Aprel 2018; Torpaq vergisi-2017-ci il - 2018-ci il; Muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi 2016-cı il - 2017-ci il; Ödəmə mənbəyində tutulan vergi 3-cü Rüb 2016 - 1 -ci Rüb 2018; Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 16.07.2018-ci il tarixdə başlanılmış və 19.11.2019-cu il tarixdə başa çatdırılmışdır. Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 28.12.2019-cu il tarixli **********195477 №li qərardan görünür ki, "xxxx" MMC (VÖEN **********) üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında 19.11.2019 tarixli **********156724 nömrəli akta və 27.12.2019 tarixli **********625000 nömrəli sənədə baxılaraq aşağıdakılar müəyyən edilmişdir: - Mənfəət vergisi üzrə yoxlamaya təqdim edilmiş baş kitab, dövriyyə cədvəlləri, elektron vergi hesabfakturaları, qaimə fakturalar, işlərin, xidmətlərin təhvil-təslim aktları, bank və kassa sənədləri, vergi bəyannamələri və s. ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 132-ci və 133-cü və 108-ci maddələrinin tələbləri pozulmaqla mənfəət vergisi 2016-cı il üzrə 13904,91 manat, 2017-ci il üzrə 47133,98 manat, cəmi 61038,89 manat azaldılmışdır. Mənfəət vergisinin azaldılmasının səbəbləri aşağıdakılardan ibarət olmuşdur: 2016cı il üzrə: -Əmək haqqı xərcləri 114459,41 manat, Sosial Sığorta Fonduna ayırmalar 351,0 manat, nəqliyyat vasitələrinin təmir xərci 10148,79 manat, cəmi 124959,20 manat gəlirdən çıxılan xərclərə artıq aid edilmişdir; -Yanacaq xərcləri 2827,14 manat, rabitə xərcləri 13626,12 manat, digər xərclər 35175,14 manat (o cümlədən, konsaitinq xidmətləri 31742,94 manat, audit xidmətləri 3432,2 manat), əmlak vergisi 892,06 manat, torpaq vergisi 377,0 manat, nəqliyyat vasitələrinin normadan artıq təmir xərcinə hesablanmış 2537,20 manat amortizasiya xərcləri, cəmi 55434,66 manat gəlirdən çıxılan xərclərə az aid edilmiş, bununla da Vergi Məcəlləsinin 108-ci, 133.1-ci və 133.2-ci maddələrinin tələbləri pozulmuşdur. 2017-ci il üzrə: -Malların, iş və xidmətlərin təqdim olunmasından gəlir 109188,52 manat azaldılmış, bununla da, Vergi Məcəlləsinin 132.1-ci maddəsinin tələbləri pozulmuşdur; -Əmək haqqı xərcləri 3834,1 manat, Sosial Sığorta Fonduna ayırmalar 61564,47 manat, rabitə xərcləri 112975,80 manat, digər xərclər 11513,0 manat, əmlak vergisi 344,47 manat, cəmi 190231,84 manat məbləğ gəlirdən çıxılan xərclərə artıq aid edilmişdir; -Enerji xərcləri 34377,01 manat, su və kanalizasiya xərcləri 1842,05 manat, digər xərclər 27531,0 manat, cəmi 63750,06 manat məbləğ gəlirdən çıxılan xərclərə az aid edilmiş, bununla da Vergi Məcəlləsinin 133.1 və 133.2-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə ümumilikdə azaldılmış 61038,89 manat vergi məbləğinə 50% miqdarında, yəni 30519,45 manat məbləğində (o cümlədən, 2016-cı il üzrə 6952,46 manat, 2017-ci il üzrə 23566,99 manat) maliyyə sanksiyası tətbiq edilsin. Əmlak vergisi üzrə Yoxlamaya təqdim olunmuş ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamələrdə ilin əvvəlinə və sonuna vergiyə cəlb olunan əsas vəsaitlərin qalıq dəyərləri düzgün göstərilməmiş, nəticədə 2016-cı ildə əmlak vergisi 892,06 manat azaldılmış, 2017-ci ildə isə 344,47 manat artıq hesablanmışdır. Bununla da Vergi Məcəlləsinin 202.0.1-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 2016-cı ildə azaldılmış 892,06 manat vergi məbləğinə 50% miqdarında, yəni 446,03 manat maliyyə sanksiyasının tətbiq edilsin. Ödəmə mənbəyində tutulan vergilər üzrə Yoxlamaya təqdim edilmiş baş kitab, dövriyyə cədvəlləri, qaimə fakturalar, işlərin, xidmətlərin təhvil-təslim aktları, bank və kassa sənədləri, vergi bəyannamələri və s. ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, yoxlanılan dövrdə ödəmə mənbəyində tutulan vergi ümumilikdə 2018322,15 manat azaldılmışdır (o cümlədən, 2016-cı ilin 3-cü -4-cü rüblərində 654224.11 manat, 2017-ci ildə 1165678,18 manat, 2018-ci ilin 1-ci rübündə 198419,86 manat). Bununlä da Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin tələbləri pozulmuşdur. - Cəmiyyət tərəfindən ödəmə mənbəyində tutulan vergilərin azaldılmasının səbəbləri aşağıdakılar olmuşdur: 1. Qeyri-rezidentlər Almaniyanın "Equinix", Türkiyənin "X3 A.Ş.", X2 Union, X28 Hizmerleri, X21 LLP, Kanadanın Neotelis, X23 Club, X17 B.V., Bolqarıstan Respublikasının Bulqarian Volleyball Federation, X25 İtaly, X15 X18 LTD, Bolqarıstanın MKM-2012LTD, Kanadanın Univercity of Regina, X26 NCC, İngiltərənin GSM Association şirkətlərinə və fiziki şəxslərə göstərilmiş xidmətlərə görə yoxlanılan dövr üzrə ümumilikdə ödənilmiş 107979,96 manat (o cümlədən 2016-cı ilin 4-cü rübü üzrə 19407,63 manat, 2017-ci ilin 1-4-cü rübləri üzrə 88572,33 manat) xidmət haqqı ödəmə mənbəyində 10% dərəcə ilə vergiyə cəlb olunmaması və 10798,00 manat vergi məbləğinin az hesablanması, eyni zamanda, 2016-cı ilin 3-cü rübü üzrə 176,53 manat, 2018-ci ilin 1-ci rübü üzrə 377,81 manat, cəmi 554,34 manat ödəmə mənbəyində tutulan verginin artıq hesablanması olmuşdur. Bununla da Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin tələbləri pozulmuşdur. - Yoxlama zamanı müəyyən edilmişdir ki, yoxlanılan dövrdə beynəlxalq telekommunikasiya operatorları tərəfindən Azərbaycan Respublikasının istifadəçilərinə (ölkə ərazisində fəaliyyət göstərən rabitə müəssisələrinin və mobil rabitə operatorlarının istifadəçiləri olan rezident və qeyri-rezident şəxslər, vətəndaşlar) beynəlxalq telekommunikasiya xidmətləri göstərilmiş, X11 xidmətlərinə görə ödənişlər Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən ödəmə mənbəyində 6 % dərəcə ilə vergiyə cəlb edilməmişdir. Yoxlamaya təqdim edilmiş mühasibat sənədlərinə (dövriyyə cədvəllərinə, jurnal (memorial)-orderlərə və digər analitik uçot məlumatlarına) və ilkin uçot sənədlərinə (vergi ödəyicisi ilə beynəlxalq telekommunikasiya operatorları arasında aparılmış hesablaşma məlumatlarına, xidmətlərin görülməsini təsdiq edən aktlara, ödəniş sənədlərinə və s.) əsasən yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin maddələrinin tələbləri pozularaq, beynəlxalq rabitə xidmətlərinə görə qeyri-rezidentlərə (beynəlxalq telekommunikasiya operatorlarına) ödənilmiş 2016-cı ilin 3-cü-4-cü rübləri üzrə 119047,16 manat, 2017-ci il üzrə 7729365,83 manat və 2019-cü ilin 1-ci rübü üzrə 1171261,66 manat, cəmi 9019674,65 manat məbləğ ödəmə mənbəyində 6% dərəcə ilə vergiyə cəlb olunmamış və ümumilikdə 541180,48 manat, ö cümlədən 2016-cı ilin 3-cü-4cü rübləri üzrə 7142,83 manat, 2017-ci il üzrə 463761,95 manat və 2018-ci ilin 1-ci rübü üzrə 70275,70 manat vergi hesablanmamışdır. Bundan başqa, vergi ödəyicisi ilə beynəlxalq telekommunikasiya operatorları arasında aparılmış qarşılıqlı hesablaşmalar barədə yoxlamaya təqdim edilmiş məlumatlar əsasında yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən göstərilmiş beynəlxalq rabitə xidmətlərinə görə beynəlxalq telekommunikasiya operatorları ilə qarşılıqlı hesablar üzrə mübadilə olunmuş və ya əvəzləşdirilmiş (yəni, alınmış xidmətlərə görə yaranmış kreditor məbləğlərinin göstərilmiş xidmətlərə görə yaranmış debitor məbləğləri hesabına qarşılıqlı olaraq bağlanmış) məbləğlərdən də ödəmə mənbəyində 6% dərəcə ilə verginin hesablanmaması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.16.17-ci, 125.1.4-cü və 150.1.6-cı maddələrinin tələbləri pozularaq beynəlxalq rabitə xidmətlərinə görə İddiaçı MMC ilə beynəlxalq telekommunikasiya operatorları arasında debitor və kreditor borclarının qarşılıqlı əvəzləşdirilməsi nəticəsində 2016-cı ilin 3-cü-4-cü rübləri üzrə bağlanmış 10755284,0 manat, 2017-ci il üzrə 11550983,16 manat və 2018-ci ilin 1-ci rübü üzrə 2142032,83 manat, cəmi 24448299,99 manat məbləğ ödəmə mənbəyində 6% dərəcə ilə vergiyə cəlb olunmamış və ümumilikdə 1466898,0 manat, o cümlədən 2016-cı ilin 3-cü-4-cü rübləri üzrə 645317,04 manat, 2017ci il üzrə 693058,99 manat və 2018-ci ilin 1-ci rübü üzrə 128521,97 manat vergi hesablanmamışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış 2018322,15 manat vergi məbləğinə 50% miqdarında, yəni 836439.07 manat məbləğində (o cümlədən, 2016-cı ilin 3-cü rübü üzrə azaldılmış məbləğə tətbiq edilməsi təklif olunan 172722.01 manat maliyyə sanksiyası nəzərə alınmaqla, 2016-cı ilin 4-cü rübü üzrə 154390.05 manat, 2017-ci il üzrə 582839,09 manat, 2018-ci ilin 1-ci rübündə 99209,93 manat) maliyyə sanksiyası tətbiq edilsin. X31 üzrə yoxlamaya təqdim edilmiş baş kitab, dövriyyə cədvəlləri, elektron vergi hesab-fakturaları, qaimə fakturalar, işlərin, xidmətlərin təhvil-təslim aktları, bank və kassa sənədləri, vergi bəyannamələri və s. ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 157,3. 159.1,159.2, 161.1 və 166.3,169, 85.4 və 175.1-ci, 175.1.2-ci maddələrinin tələbləri pozulmaqla yoxlanılan dövr ərzində ümumilikdə ƏDV 6605169,26 manat azaldılmışdır (o cümlədən, 2016-cı ilin avqust-dekabr aylarında 1569723,94 manat azaldılmış, 2017-ci il üzrə manat azaldılmış, 16647,01 manat artıq hesablanmış, 2018-ci ilin yanvar-aprel aylarında 956580,33 manat azaldılmışdır). - Yoxlama ilə müəyyən edilmiş ƏDV-nin azaldılmasının səbəbləri aşağıdakılardan ibarət olmuşdur: 1) Cəmiyyət tərəfindən göstərilmiş xidmətlər (uyğunluq sertifikatlarının verilməsi, avadanlıqların icarəyə verilməsi və yerləşdirilməsi, SİP telefoniya, "Data Mərkəz" və s. xidmətlərin göstərilməsi) üzrə tutulan əməliyyatların vaxtı müəyyənləşdirilərkən VM-nin 166.1-ci maddəsinə zidd olaraq 30 gün müddətində həyata keçirilmiş ödəmələr nəzərə alınmamış, habelə yoxlama ilə ƏDV bəyannamələrində göstərilmiş vergiyə cəlb olunan dövriyyələr yazılmış e-VHF-lar iizrə dövriyyələrlə və mühasibat uçotu məlumatlarında əks olunmuş dövriyyələrlə üzləşdirilərkən vergi ödəyicisi tərəfindən kənarlaşmalara yol verildiyi və VM-nin 159.2-ci maddəsinə zidd olaraq göstərilmiş bəzi xidmətlərin dəyərinin vergiyə cəlb olunan dövriyyələrə daxil edilmədiyi müəyyən edilmişdir. Belə ki, ƏDV-yə cəlb olunan dövriyyə ayrı-ayrı hesabat aylan üzrə ümumilikdə 3748528,58 manat (o cümlədən 2016-cı il üzrə 813730,29 manat və 2017-ci il üzrə 2285204,65 manat və 2018-ci ilin yanvar-aprel ayları üzrə 649593,64 manat) azaldılmış, eyni zamanda 423768,42 manat (o cümlədən 2017-ci il üzrə 77789,37 manat və 2018-ci il üzrə 345979,05 manat) artıq hesablanmışdır. Nəticədə, ayrı-ayrı hesabat ayları üzrə dövlət büdcəsinə hesablanmalı ƏDV 598456,82 manat (o cümlədən 2016-cı il üzrə 146471,44 manat və 2017-ci il üzrə 411336,84 manat və 2018-ci ilin yanvar-aprel ayları üzrə 116926,86 manat) az hesablanmış, eyni zamanda ayn-ayn hesabat ayları üzrə -76278,32 manat (o cümlədən 2017-ci il üzrə 14002,09 manat və 2018-ci il üzrə 62276,23 manat) artıq hesablanmış, bununla da Vergi Məcəlləsinin 159.1, 159,2, 161.1 və 166.3-cü maddələrinin tələbləri pozulmuşdur; 2) Qeyri-rezidentlər tərəfindən göstərilmiş xidmətlərə görə hesablanmış ƏDV-nin düzgünlüyü yoxlanarkən 2017-ci ildə ödənilmiş 15204,57 manat xidmət haqqı 18% dərəcə ilə vergiyə cəlb olunmamış və 2736,82 manat vergi məbləği az hesablanmışdır. Eyni zamanda, 2018-ci ilin yanvar-aprel ayları üzrə 28131,98 manat xidmət haqqı vergiyə cəlb olunan dövriyyəyə artıq daxil edilmiş və 5063,75 manat ƏDV artıq hesablanmış, bununla da Vergi Məcəlləsinin 169-cu maddəsinin tələbləri pozulmuşdur; 3) "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş malın dəyəri 585698,48 manat, ƏDV 105425,73 manat olan 22.07.2013-cü il tarixli HF seriyalı 902334 nömrəli vergi hesab-fakturası üzrə, 2016-cı ilin sentyabr ayında 366441,23 manat malın dəyəri, 65959,42 manat ƏDV, 2017-ci ilin aprel ayında təkrar olaraq malın dəyəri 366441,23 manat, ƏDV 65959,42 manat, cəmi 131918,84 manat ƏDV malların təqdim olunmasından 3 il keçməsinə baxmayaraq düzgün olmayaraq əvəzləşdirilmiş, bununla da Vergi Məcəlləsinin 157.3.3-cü və 85.4-cü maddələrinin tələblərinin pozulduğu aktda qeyd edilmişdir. Lakin araşdırma nəticəsində müəssisə tərəfindən ƏDV əvəzləşdirilməsinin yalnız 26493.11 manat artıq aparıldığı müəyyən edilərək əlavə olaraq hesablanmış, 105425.73 manat ƏDV əvəzləşdirilməsi bərpa edilmişdir. 4) "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 04.10.2016-cı il tarixli HM seriyalı 121235 nömrəli vergi hesab fakturası üzrə 27138,74 manat ƏDV, 02.02.2017-ci il tarixli HM seriyalı 998151 nömrəli vergi hesab - fakturası üzrə 224640,0 manat, cəmi 251778,74 manat ƏDV, mallar 2017-ci ilin fevral ayında alındığı üçün cəmiyyətin göstərdiyi kimi 2017-ci ilin dekabr ayında deyil, 2017-ci ilin fevral ayında əvəzləşməü idi. Eyni zamanda "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 21.12.2016-cı il tarixli HM seriyalı 720190 nömrəli vergi hesabfakturası üzrə 301,31 manat və 12.12.2016-cı il tarixli HM seriyalı 642567 nömrəli vergi hesab-fakturası üzrə 39908,07 manat, cəmi 40209,38 manat ƏDV, ödəniş 2017-ci ilin fevral ayında aparıldığı üçün, əvəzləşmə cəmiyyətin göstərdiyi kimi 2017-ci ilin iyun ayında deyil, 2017-ci ilin fevral ayında aparılmalı idi; 5) "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 02.03.2017-ci il tarixli HN seriyalı 210573 nömrəli vergi hesab fakturası üzrə 53595,90 manat ƏDV-nin əvəzləşməsi malların dəyərinin və ƏDV-nin 2017ci ilin mart ayında ödənildiyi üçün cəmiyyətin göstərdiyi kimi 2017-ci ilin dekabr ayında deyil, 2017-ci ilin mart ayında əvəzləşdirilməli idi; 6) "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 31.05.2017-cİll tarixli HO seriyalı 158372 nömrəli vergi hesabfakturaları iizrə əvvəlki dövrlərdə aparılmış əvəzləşmələr nəzərə alınmaqla 34799,69 manat ƏDV artıq əvəzləşdirilmiş, bununla da Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri pozulmuşdur; 7) "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 19.09.2017-ci il tarixli HP seriyalı 602349 nömrəli vergi hesab-fakturası üzrə malın dəyərinin və ƏDV-nin ödənişi 2017-ci ilin noyabr ayında aparıldığı üçün, həmin vergi hesab-fakturası üzrə 58481,89 manat məbləğində ƏDV-nin əvəzləşməsi, cəmiyyətin göstərdiyi kimi 2017-ci ilin sentyabr ayında deyil, 2017-ci ilin noyabr ayında aparılmalıdır; 8) "xxxx" MMC (VÖEN-**********) tərəfindən təqdim olunmuş 04.10.2016-cı il tarixli HM seriyalı 121235 nömrəli vergi hesabfakturası üzrə 27138,74 manat ƏDV 2016-cı ilin oktyabr ayında əvəzləşdirilməsinə baxmayaraq, 2017-ci ilin fevral ayında təkrar əvəzləşdirilmişdir, eyni zamanda qeyrirezidentə görə əvəzləşdirilən ƏDV məbləği şəxsi hesab vərəqədə qeyri-rezidentə görə ödənilmiş ƏDV-dən 10,58 manat artıq göstərilmişdir; 9) Cəmiyyət tərəfindən 2017-ci ilin iyun aymda idxalda ödənilmiş 11306,3 manat ƏDV əvəzləşmədə nəzərə alınmamış, nəticədə ƏDV büdcəyə 11306,3 manat artıq hesablanmışdır; 10) "xxxx" ASC (VÖEN 9********) tərəfindən təqdim olunmuş 22.09.2016cı il tarixli HM seriyalı 049144 nömrəli vergi hesab-fakturası üzrə 125,7 manat ƏDV-nin əvəzləşməsi 2016-cı ilin oktyabr aymda aparılmasına baxmayaraq, 2016-cı ilin noyabr ayında təkrar əvəzləşdirilmişdir; 11) “Toyota” Bakı Mərkəzi” MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 15.08.2016- cı il tarixli HL seriyalı vergi hesab-fakturası üzrə 88,02 manat ƏDV-nin 2016-cı ilin noyabr aymda əvəzləşdirilməsinə baxmayaraq, 2017-ci ilin yanvar aymda təkrar əvəzləşdirilmişdir; 12) "xxxx" QSC (VÖEN **********) tərəfindən təqdim edilmiş 16.10.2017-ci il tarixli HP seriyalı 964945 nömrəli vegi hesab-fakturası üzrə 2017-ci ilin oktyabr ayında 2,07 manat ƏDV ödəniş olmadan artıq əvəzləşdirilmişdir. 13) Yoxlamaya təqdim olunmuş ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının lokal telefon şəbəkələri istifadəçilərinin dünya ölkələrinə beynəlxalq çıxış zəngləri "X13 (Azintelecom)" MMC-nin stansiyasından keçərək mövcud birbaşa beynəlxalq kanallarla dünya ölkələrinə ötürülmüş, lakin 2016-cı ilin sentyabrdekabr aylarında 7539818,73 manat, 2017-ci ildə 19789451,18 manat və 2018-ci ilin yanvar-aprel aylarında 5038852,45 manat, ümumilikdə 32368122,36 manat göstərilmiş xidmətlərə görə qeyri rezidentə ödənməli olan məbləğə 2016-cı ilin sentyabrdekabr aylarında 1357167,37 manat, 2017-ci ildə 3562101,21 manat və 2018-ci ilin yanvar-aprel aylarında 906993,44 manat, ümumilikdə 5826262,02 manat ƏDV hesablanmamışdır. Bununla da Vergi Məcəlləsinin 169-cu maddəsinin tələbləri pozulmuşdur. Müəssisə tərəfindən ƏDV-nin və ÖMV-nin hesablanmaması X1 6.1.3-cü bəndinə istinad edilərək həyata keçirilmişdir. Lakin X1 6.1.3-cü bəndində qeyd edilmişdir ki, hər hansı bir ölkənin milli qanunvericiliyində beynəlxalq telekommunikasiya xidmətlərinə görə vergilərin tutulması nəzərdə tutulursa, bu halda bir qayda olaraq bu vergilər yalnız ölkənin istifadəçiləri tərəfindən ödənilən beynəlxalq telekommunikasiya xidmətlərinə tətbiq edilir. Sözügedən Reqlamentin maddəsi üzrə vergilərin tətbiqi istisna edilməmiş və vergilərin bir qayda olaraq yalnız ölkənin istifadəçiləri tərəfindən ödənilən beynəlxalq telekommunikasiya xidmətlərinə tətbiq edilməsi göstərilmişdir. Qeyri-rezident rabitə şirkətlərindən alınmış rabitə xidmətləri Azərbaycan istehlakçılarına satılması üçün nəzərdə tutulduğu halda həmin məbləğ hissəsində ödəmə mənbəyində vergi və ƏDV tutularaq dövlət büdcəsinə ödənilməlidir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə aylar üzrə azaldılmış 6499743,43 manat vergi məbləğinə 50% miqdarında, yəni 2724295.11 manat məbləğində (o cümlədən, 2016-cı ilin sentyabr, oktyabr, noyabr ayları üzrə azaldılmış məbləğə tətbiq edilməsi təklif olunan 533900.11 manat və 2017-ci ilin aprel ayı üzrə azaldılmış məbləğə tətbiq edilməsi təklif olunan 19733.15 manat maliyyə sanksiyası nəzərə alınmaqla, 2016-cı ilin dekabr ayı üzrə 217982.15 manat, 2017-ci il üzrə 2028022.80 manat, 2018-ci ilin yanvar-aprel ayları üzrə 478290,16 manat) maliyyə sanksiyası tətbiq edilsin. Vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər: "xxxx" MMC 20.12.2019-cu il tarixli **********061000 nömrəli məktubla yoxlamada müəyyən edilmiş məsələlərə aşağıdakı etirazlarını bildirmişlər. 1. Səyyar X29 izahlı əsaslandırılmalar üzrə məbləğlərin cəmi müvafiq xülasədə qeyd olunan yekun əlavə hesablanmış vergi məbləğindən fərqlənir. Belə ki, 2017-ci il üzrə əlavə hesablanmış ƏDV məbləğinin yekunu 4078864.99 manat müəyyən olduğu halda, yalnız 4012900.0 manat ƏDV məbləğinin əlavə hesablanması ilə bağlı izahlı əsaslandırma təqdim olunmuşdur. Vergi ödəyicisinin bu dəlilinə dair bildirilmişdir ki, qeyd olunan hesablamalar yenidən aparılmış və hər hansı uyğunsuzluq aşkar edilməmişdir. Belə ki, 2017-ci il üzrə hesablamaların yekunu 4078864.99 manat (o cümlədən 411336.84 - 14002.09 + 2736.82 + 65959.42 + 34799.69 + 27138.74 + 10.58 - 11306.3 + 88.02 + 2.07 + 3562101.2) təşkil etmiş və aktda göstərilmişdir. 2. Malların təqdim olunmasından 3 il keçməsinə baxmayaraq aparılmış ƏDV əvəzləşdirilməsinin VMnin 157.3.3-cü maddəsinin zidd olduğu bildirilmişdir. Vergi ödəyicisinin bu dəlilinə dair bildirilmişdir ki, göstərilmiş xidmətlərin dəyərinin ödənildiyi tarixlərdən 3 il keçmədiyi üçün vergi ödəyicisinin əvəzləşdirilmə hüququnun olduğu əsaslı hesab edilmiş və 105425.73 manat ƏDV əvəzləşdirilməsi bərpa edilmişdir. Bir sıra şirkətlər üzrə əvəzləşdirilən ƏDV-nin tanınması vaxtının düzgün qeyd olunmadığı, ƏDV məbləğinin əvəzləşdirilməsinin malların və ya xidmətlərin təqdim edilməsinin tamamlanması, e-VHFnin təqdim edilməsi, əsas məbləğin bank hesabına, ƏDV məbləğinin isə depozit hesabına ödənilməsi şərti əsasında aparılmalı olduğu göstərilmişdir. Vergi ödəyicisinin bu dəlilinə dair bildirilmişdir ki, ƏDV əvəzləşdirilmələrinə yenidən baxılmış və hər hansı uyğunsuzluq aşkar edilməmişdir. Aparılmış ƏDV əvəzləşdirilmələri barədə səyyar X29 və qərarda geniş açıqlama verilmişdir. 4. ƏDV tutulan əməliyyatların ƏDV-nin məqsədləri üçün tanınma dövrünün yoxlama zamanı düzgün müəyyən edilmədiyi və bununla da VM-nin 166.1-ci və 166.3-cü maddələrinin tələblərinin pozulduğu göstərilmişdir. Vergi ödəyicisinin bu dəlilinə dair bildirilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xidmətlərin müntəzəm və ya daimi əsasda göstərilməsi müəyyən olunmuşdur. Bağlanmış müqavilə üzrə xidmətlərin müntəzəm və ya daimi əsasda göstərilməsi zamanı vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün hər dəfə ƏDV-nin elektron vergi hesabfakturasmın verildiyi vaxt hesab edilir. Lakin Vergi Məcəlləsinə əsasən vergi tutulan əməliyyat üçün elektron vergi hesab-fakturası xidmətlər göstəriləndən 5 gün ərzində verilməlidir. Göstərilən xidmətlərə görə 5 gün ərzində ƏDV-nin elektron vergi-hesab fakturası təqdim edilmədiyi halda ƏDV tutulan əməliyyatın vaxtı xidmətlərin tam başa çatdığı vaxt və ya göstərilən xidmətlərə görə ödəmə əvvəlcədən həyata keçirilmişdirsə əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. 5. Vergi Məcəlləsinin 2.5-ci maddəsi və X1 6.1.3-cü bəndin əsas gətirilərək beynəlxalq müqavilələr üzrə qeyrirezidentin ƏDV-si və ÖMV hesablanması ilə əlaqədar məsələlərlə razı olmadıqları bildirilmişdir. Vergi ödəyicisinin bu dəlilinə dair bildirilmişdir ki, Azərbaycan Respublikasının lokal telefon şəbəkələri istifadəçilərinin dünya ölkələrinə beynəlxalq çıxış zəngləri "X13 (Azintelecom)" MMC-nin stansiyasından keçərək mövcud birbaşa beynəlxalq kanallarla dünya ölkələrinə ötürülmüş, lakin ƏDV və ÖMV hesablanmamışdır. Müəssisə tərəfindən ƏDV-nin və ÖMV-nin hesablanmaması X1 6.1.3-cü bəndinə istinad edilərək həyata keçirildiyi göstərilmişdir. Lakin X1 6.1.3-cü bəndində qeyd edilmişdir ki, har hansı bir ölkənin milli qanunvericiliyində beynəlxalq telekommunikasiya xidmətlərinə görə vergilərin tutulması nəzərdə tutulursa, bu halda bir qayda olaraq bu vergilər yalnız ölkənin istifadəçiləri tərəfindən ödənilən beynəlxalq telekommunikasiya xidmətlərinə tətbiq edilir. Sözügedən Reqlamentin maddəsi üzrə vergilərin tətbiqi istisna edilməmiş və vergilərin bir qayda olaraq yalnız ölkənin istifadəçiləri tərəfindən ödənilən beynəlxalq telekommunikasiya xidmətlərinə tətbiq edilməsi göstərilmişdir. Qeyri-rezident rabitə şirkətlərindən alınmış rabitə xidmətləri Azərbaycan istehlakçılarına satılması üçün nəzərdə tutulduğu halda həmin məbləğ hissəsində ödəmə mənbəyində vergi və ƏDV tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunan qərarla vergi orqanı tərəfindən vergi ödəyicisi "xxxx" MMC-yə cəmi 8.579.652,18 manat əlavə vergi hesablanmış və 3.614.248,60 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçıya “Vergi borcunun, fazilərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********580500 №li tələbnamə göndərilərək, büdcəyə ödənilməli olan cəmi 12.193.900,78 manat vəsaitin 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Məhkəmə hesab edir ki, vergi orqanının qərarı mübahisələndirilən hissədə qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh vergi orqanı tərəfindən yoxlama ilə müəyyən edilmiş ƏDV-nin azaldılmasının səbəbləri iddiaçı Cəmiyyət tərəfindən göstərilmiş xidmətlər (uyğunluq sertifikatlarının verilməsi, avadanlıqların icarəyə verilməsi və yerləşdirilməsi, SİP telefoniya, "Data Mərkəz" və s. xidmətlərin göstərilməsi) üzrə tutulan əməliyyatların vaxtı müəyyənləşdirilərkən VM-nin 166.1-ci maddəsinə zidd olaraq 30 gün müddətində həyata keçirilmiş ödəmələrin nəzərə alınmamasından, habelə yoxlama ilə ƏDV bəyannamələrində göstərilmiş vergiyə cəlb olunan dövriyyələr yazılmış e-VHF-lar üzrə dövriyyələrlə və mühasibat uçotu məlumatlarında əks olunmuş dövriyyələrlə üzləşdirilərkən vergi ödəyicisi tərəfindən kənarlaşmalara yol verilməsindən və VM-nin 159.2-ci maddəsinə zidd olaraq göstərilmiş bəzi xidmətlərin dəyərinin vergiyə cəlb olunan dövriyyələrə daxil edilməməsindən ibarət olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə (01.01.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1ci və 166.1.2- ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; və yaxud (166.1.1.); malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda (166.1.2.). Həmin Məcəllənin 166.3-cü maddəsinə (01.01.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Cəmiyyət tərəfindən telekommunikasiya sahəsində göstərilən xidmətlər müntəzəm və ya daimi əsasda göstərilən xidmətlər kateqoriyasına aid edilərək, həyata keçirilir və bu zaman VM-in 166.1 və 166.3-cü maddələrinin şərtlərinə müvafiq qaydada ƏDV bəyan edilir. Belə ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərindən də göründüyü kimi, sözügedən maddə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtını ümumi şəkildə müəyyən edir və xüsusi hallarda müvafiq qaydadan kənar digər qaydaların mövcudluğunu istisna etmir. İddiaçı tərəfindən müntəzəm və ya daimi əsasda göstərilən telekommunikasiya xidmətlərinin vaxtı ƏDV məqsədləri üçün VM-in 166.1-ci maddəsi ilə deyil, belə xidmətlər üçün xüsusi qaydanı nəzərdə tutan 166.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilməlidir. ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğundan, bu verginin məqsədləri üçün müntəzəm və ya daimi əsasda göstərilən xidmətlər dedikdə, həmin xidmətlərin hər ay üzrə mütəmadi olaraq göstərilməsi başa düşülür. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı Azərbaycan Respublikasında yerli telekommunikasiya şirkətlərinin abunəçilərinə beynəlxalq telekommunikasiya xidmətləri göstərmək məqsədilə xarici telekommunikasiya şirkətindən (bundan sonra “qeyri-rezident”) müvafiq telekommunikasiya xidmətlərini alır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Həmin Məcəllənin 104.3-cü maddəsinə əsasən qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri, bu Məcəllənin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri - 6 faiz (125.1.4.;). Həmin Məcəllənin 13.2.16.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya daşınmalar həyata keçirilərkən telekommunikasiya və ya nəqliyyat xidmətlərindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. Qeyd edilən maddələrin tələbləri nəzərə alınmaqla qeyri-rezident mobil operator iddiaçıya telekommunikasiya xidmətləri göstərdiyinə və iddiaçının qeydiyyatda olduğu yer Azərbaycan Respublikası olduğuna görə, bu əməliyyatlar QR ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatlar sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Prezidenti tərəfindən 14 mart 2000-ci il tarixində imzalanmış 826-İQ nömrəli “X6 Nizamnaməsinə və Konvensiyasına, habelə düzəliş sənədlərinə qoşulmaq barədə” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası X4 1992-ci il dekabrın 22-də Cenevrə şəhərində qəbul edilmiş Nizamnaməsinə və Konvensiyasına, habelə 1994-cü 23 il oktyabrın 14-də Kioto şəhərində imzalanmış düzəliş sənədlərinə və Azərbaycan Respublikası Prezidenti tərəfindən 3 fevral 2014-cü il tarixində imzalanmış 895-İVQ nömrəli “X7”nin təsdiq edilməsi haqqında Qanuna əsasən, Azərbaycan Respublikası 2012-ci il dekabrın 14-də Dubay şəhərində imzalanmış “X7”-nin (bundan sonra, “TR”) müddəalarına qoşulmuşdur. TR-in 1.1-ci maddəsinə əsasən, əhaliyə beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil olunması, təmin olunması və göstərilməsində iştirak etmək üçün üzv dövlət tərəfindən səlahiyyətləndirilən və ya tanınan istismar təşkilatlarına (authorized operating agency), eləcə də, belə xidmətlərin göstərilməsi üçün istifadə olunan beynəlxalq telekommunikasiyanın əsas ötürülmə vasitələri ilə əlaqədar tətbiq edilə bilən müddəalar əks olunur. TR-in A. abis) bəndinə əsasən, TR-də əhaliyə beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil olunması, təmin olunması və göstərilməsində iştirak etmək üçün üzv dövlət tərəfindən səlahiyyətləndirilən və ya tanınan istismar təşkilatlarına (bundan sonra, “səlahiyyətli istismar təşkilatları”) tətbiq edilə bilən müddəalar da əks olunur. Beynəlxalq telekommunikasiya xidməti isə öz TR-ın 2.2-ci bəndinə əsasən müxtəlif ölkələrdə yerləşən və ya müxtəlif ölkələrə məxsus istənilən növ telekommunikasiya müəssisələri və ya stansiyaları arasında telekommunikasiya xidmətlərinin təqdim edilməsi kimi müəyyənləşdirilir. TR-in 6-cı maddəsinə və onun istinad etdiyi Əlavə 1 və 2-yə əsasən göstərilən xidmətlər və onların haqqı iki hissəyə bölünür: səlahiyyətli istismar təşkilatları ilə müştəri arasında baş verən səlahiyyətli istismar təşkilatları arasında baş verən. TR-də müştəriyə anlayış verilməsə də, səlahiyyətli istismar təşkilatlarına verilən anlayışdan bəllidir ki, o müştəri deyil. Bu, həm də müştəri və səlahiyyətli istismar təşkilatlarının müxtəlif tərkibdə olan eyni maddələr daxilində, eyni zamanda istifadə olunmasından da aydınlaşır. Belə ki, TR-ın 2.7-ci bəndinə əsasən hesablaşma məzənnəsi - səlahiyyətli istismar təşkilatları arasında razılaşmaya əsasən bu qarşılıqlı əlaqədə tətbiq edilən və beynəlxalq hesabların təqdim edilməsi üçün istifadə olunan məzənnə (accounting rate) hesab edilir. TR-ın 2.8-ci bəndinə əsasən isə, tutulan haqq (collection charges) səlahiyyətli istismar təşkilatlarının beynəlxalq telekommunikasiya xidmətlərindən istifadəyə görə öz müştərilərinə təyin etdiyi və onlardan tutduğu haqq hesab edilir. TR-in 6.3-cü maddəsinə əsasən, üzv ölkələrin milli qanunvericiliyinə uyğun olaraq beynəlxalq telekommunikasiya xidmətləri üzrə tutulan haqqa görə vergi qoyulması nəzərdə tutularsa, o zaman hesablanan vergi yalnız bu ölkənin müştərilərinə təqdim edilən beynəlxalq telekommunikasiya xidmətləri üçün qoyulur. Bu maddə faktiki olaraq, vergi qoyma sahəsini məhdudlaşdıraraq, onun 1) səlahiyyətli istismar təşkilatlarına deyil, onların müştərilərinə, 2) məhz bu tələbi irəli sürən qanunvericiliyin aid olduğu üzv ölkənin müştərilərinə münasibətdə tətbiq olunmalı olduğunu şərtləndirir. Bu şərtlər çərçivəsində, faktiki olaraq VM əsasında iddiaçı öz yerli müştərilərinə göstərdiyi xidmətlər üzrə haqqa (collection chagres) ƏDV tətbiq edir, bu cür haqlardan mənfəət vergisi hesablayır. Səlahiyyətli istismar təşkilatları arasında baş verən əməliyyatlar. Əlavə 1-in 1.6-cı bəndinə əsasən, səlahiyyətli istismar təşkilatının hesablaşma məzənnəsi və ya digər mükafatlarından tutulan öhdəliklər və ya vergilər olduqda, o, öz növbəsində sözügedən öhdəlikləri və vergiləri digər səlahiyyətli istismar təşkilatına tətbiq etmək (ötürmək) hüququnu malik deyil. Bununla aydın olur ki, səlahiyyətli istismar təşkilatının (qeyrirezident) digər səlahiyyətli istismar təşkilatından (rezident, İddiaçı) əldə etmək huququ olduğu haqlara görə yaranacaq, bu haqq üzrə vergi öhdəlikləri səlahiyyətli istismar təşkilatının (qeyri-rezident) üzərindədir. Eyni zamanda, TR-nin Əlavə 1-nin 3.3.4-cü bəndinə əsasən (yəni, ödəniş şərtləri hissəsi) debitor tərəfin (qeyri-rezidentin) ölkəsində nəzərdə tutulmuş ödəniş xərcləri (vergilər, komissiyalar və s.) debitor (qeyri- rezidentin) tərəfindən ödənilir. Bundan əlavə iş materiallarında olan qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1 (81)-2931/2014 №li 17 iyun 2014-cü il tarixli qərarından görünür ki, eyni xarakterli mübahisə üzrə Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentinə qarşı sonuncunun 24.02.2014-cü il tarixli səyyar vergi yoxlaması aktının və 14.04.2014-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarının ləğv olunması barədə iddiası təmin olunmuşdur. Göstərilənləri nəzərə almaqla biirinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı iddiaçı “AzİnTelecom" MMC-yə səyyar vergi yoxlaması ilə əhatə olunan dövrlər üzrə 8.432.242,99 (598.456,82 ƏDV + 5.826.262,02 QR ƏDV + 2.007.524,15 ÖMV) manat məbləğində verginin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir, əksinə məhkəmə araşdırması zamanı iddiaçı “AzİnTelecom" MMC tərəfindən yoxlama ilə əhatə olunan dövrlər ərzində dövlət büdcəsinə ödənilməli olan vergilərin düzgün hesablandığı və hər hansı kənarlaşmaya yol verilmədiyi müəyyən edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, cavabdeh Milli Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı “AzİnTelecom" MMC barəsində qəbul edilm iş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 dekabr 2019-cu il tarixli, **********195477 nömrəli qərarı 8.432.242,99 (598.456,82 ƏDV + 5.826.262,02 QR ƏDV + 2.007.524,15 ÖMV) manat məbləğində verginin və həmin məbləğə müvafiq maliyyə sanksiyasının hesablanması hissəsində ləğv olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Mübahisələndirilən vergilərin hesablanma əsasları ilə bağlı aşağıdakıları qeyd etmək lazımdır Müəssisənin yoxlanılan avqust 2016 – aprel 2018 dövr üzrə təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən göstəriciləri aşağıdakı kimi olmuşdur: Dövriyyə 18 faiz -11 843 956,46 manat, dövriyyənin ƏDV-si - 2 131 912,17 manat, dövriyyə 0 faiz - 47 074 330,82 manat, cəmi dövriyyə 58 918 287,28 manat, qeyrirezidentin dövriyyəsi 1 843 760,00 manat, qeyri-rezidentin ƏDV məbləği – 331 876,82 manat, cəmi əvəzləşən dövriyə - 40 966 329,05 manat, cəmi əvəzləşən ƏDV 7 373 939,25 manat, büdcəyə ödəmə 247 775,05 manat. Ölkənin lokal telefon şəbəkələri istifadəçilərinin digər dövlətlərə beynəlxalq çıxış zəngləri müəssisənin stansiyasından keçərək birbaşa beynəlxalq kanallar ölkələrinə ötürülmüş, lakin həmin xidmətlərə görə qeyri-rezident rabitə müəssisələrinə edilmiş ödənişlər ƏDV-yə cəlb edilməmişdir və qeyri-rezindentə edilən 32.368.122,36 ödəniş üzrə 5.826.262,02 (32.368.122,36×18%) manat ƏDV hesablanmışdır. Bundan əlavə, dövr üzrə müəssisə tərəfindən müxtəlif xarakterli xidmətlər (uyğunluq sertifikatının verilməsi, avadanlıqların icarəyə verilməsi və yerləşdirilməsi, SİP telefoniya, “Data Mərkəz” və s. xidmətlərin göstərilməsi) göstərilmiş, həmin xidmətlər üzrə ay ərzində ödənişlər edilsə və e-vhf-lar təqdim edilsə də, müvafiq hesabat dövrlərində ƏDV məbləği ümumiyyətlə bəyan edilməmişdir. Nəticədə ayrı-ayrı hesabat ayları üzrə ƏDV-nin 598.456,82 manat az hesablanması müəyyən edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, beynəlxalq telekommunikasiya operatorları tərəfindən Azərbaycan Respublikasının istifadəçilərinə (ölkə ərazisində fəaliyyət göstərən rabitə müəssisələrinin və mobil rabitə operatorlarının istifadəçiləri olan rezident və qeyrirezident şəxslər, vətəndaşlar) beynəlxalq telekommunikasiya xidmətləri göstərilmiş, X11 xidmətlərinə görə ödənişlər ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. Yoxlamaya təqdim edilmiş mühasibat sənədlərinə əsasən 9.019.674,65 manat məbləğində ödənişin edildiyi müəyyən edilərək 541.180,48 manat (9.019.674,65 × 6 %) ÖMV hesablanmışdır. Bundan başqa, müəssisə ilə beynəlxalq telekommunikasiya operatorları arasında aparılmış qarşılıqlı hesablaşmalar barədə yoxlamaya təqdim edilmiş məlumatlar əsasında yoxlanılan dövrdə müəssisə tərəfindən göstərilmiş beynəlxalq rabitə xidmətlərinə görə beynəlxalq telekommunikasiya operatorları ilə qarşılıqlı hesablar üzrə mübadilə olunmuş və ya əvəzləşdirilmiş (yəni, alınmış xidmətlərə görə yaranmış kreditor məbləğlərinin göstərilmiş xidmətlərə görə yaranmış debitor məbləğləri hesabına qarşılıqlı olaraq bağlanmış) məbləğlərdən də X27 hesablanmaması müəyyən edilmişdir. Beləliklə, 24.448.299,99 manat debitor və kreditor borclarının qarşılıqlı əvəzləşdirilməsinə əsasən 1.466.898,0 manat (24.448.299,99 × 6%) ÖMV hesablanmışdır. Yoxlamaya təqdim olunmuş ilkin mühasibat sənədlərinə əsasən Azərbaycan Respublikasının lokal telefon şəbəkələri istifadəçilərinin dünya ölkələrinə beynəlxalq çıxış zəngləri "X13 (Azintelecom)" MMC-nin stansiyasından keçərək mövcud birbaşa beynəlxalq kanallarla dünya ölkələrinə ötürülmüş və göstərilmiş xidmətlərə görə qeyrirezident rabitə təşkilatlarına ödənilmiş məbləğlərə ƏDV və ÖMV hesablanmamışdır. Apelyasiya şikayətinə əlavə olunan cədvəllərdən görünür ki, iddiaçı tərəfindən - 2016-cı ilin sentyabr ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 193.444,05 manat məbləğində 20 ədəd vergitutulan əməliyyatları (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirtdiyi, müəssisə eyni hesabat dövründə cəmi 158.850,92 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etdiyi, müəssisə həmin ilin sentyabr ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 34.593,13 manat hissəsini ümumiyyətlə bəyan etmədiyi; - 2016-cı ilin oktyabr ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 167.261,64 manat məbləğində 31 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirtdiyi; müəssisə eyni hesabat dövründə cəmi 55.855,64 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etdiyi, müəssisə həmin ilin oktyabr ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 111.406,0 manat hissəsini ümumiyyətlə bəyan etmədiyi; - 2016-cı ilin noyabr ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 256.249,28 manat məbləğində 48 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirtdiyi; müəssisə eyni hesabat dövründə cəmi 117.796,69 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etdiyi, müəssisə həmin ilin noyabr ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 138.452,59 manat hissəsini ümumiyyətlə bəyan etmədiyi; - 2016-cı ilin dekabr ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 950.103,78 manat məbləğində 48 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirtdiyi, müəssisə eyni hesabat dövründə cəmi 420.825,21 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etdiyi, müəssisə həmin ilin dekabr ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 529.278,57 manat hissəsini ümumiyyətlə bəyan etmədiyi; - 2017-ci ilin yanvar ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 804.145,90 manat məbləğində 50 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirtdiyi, müəssisə eyni hesabat dövründə cəmi 788.536,06 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etdiyi, müəssisə həmin ilin yanvar ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 15.609,84 manat hissəsini ümumiyyətlə bəyan etmədiyi; - 2017-ci ilin mart ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 859.464,67 manat məbləğində 33 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirtdiyi, müəssisə eyni hesabat dövründə cəmi 777.306,51 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etdiyi, müəssisə həmin ilin mart ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 82.158,16 manat hissəsini ümumiyyətlə bəyan etmədiyi; - 2017-ci ilin may ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 1.069.536,90 manat məbləğində 67 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirtdiyi, müəssisə eyni hesabat dövründə cəmi 1.062.647,82 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etdiyi, müəssisə həmin ilin may ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 6.889,09 manat hissəsini ümumiyyətlə bəyan etmədiyi; - 2017-ci ilin iyun ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 880.963,07 manat məbləğində 42 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirtdiyi, müəssisə eyni hesabat dövründə cəmi 870.471,94 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etdiyi, müəssisə həmin ilin may ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 10.491,13 manat hissəsini ümumiyyətlə bəyan etmədiyi; - 2017-ci ilin avqust ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 1.027.821,29 manat məbləğində 77 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirtdiyi, müəssisə eyni hesabat dövründə cəmi 1.001.909,34 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etdiyi, müəssisə həmin ilin avqust ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 25,490.18 manat hissəsini ümumiyyətlə bəyan etmədiyi; - 2017-ci ilin sentyabr ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 848.860,99 manat məbləğində 67 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirdiyi, müəssisə eyni hesabat dövründə cəmi 720.773,96 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etdiyi, müəssisə həmin ilin sentyabr ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 128.087,03 manat hissəsini ümumiyyətlə bəyan etmədiyi; - 2017-ci ilin oktyabr ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 873.348,14 manat məbləğində 86 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirtdiyi, müəssisə eyni hesabat dövründə cəmi 79.773,80 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etdiyi, müəssisə həmin ilin oktyabr ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 793,574.34 manat hissəsini ümumiyyətlə bəyan etmədiyi; - 2017-ci ilin noyabr ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 778.165,77 manat məbləğində 72 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirtdiyi, müəssisə eyni hesabat dövründə cəmi 333.685,36 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etdiyi, həmin aya təsadüf edən konkret əməliyyatların bir qismi – 444.480,41 manat hissəsi ümumiyyətlə bəyan edilmədiyi; - 2017-ci ilin dekabr ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 896.717,62 manat məbləğində 65 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirtdiyi, müəssisə eyni hesabat dövründə cəmi 118.293,14 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etdiyi, müəssisə həmin ilin dekabr ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 778.424,48 manat hissəsini ümumiyyətlə bəyan etmədiyi, - 2018-ci ilin mart ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 718.460,33 manat məbləğində 71 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirtdiyi, müəssisə eyni hesabat dövründə cəmi 446.969,04 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etdiyi, müəssisə həmin ilin mart ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 271,491.29 manat hissəsini ümumiyyətlə bəyan etmədiyi; - 2018-ci ilin aprel ayı ərzində 18 % dərəcə ilə ƏDV-yə cəlb edilən 704.048,83 manat məbləğində 76 ədəd vergitutulan əməliyyatı (e-VHF təqdim etdiyi və ödənişini əldə etdiyi konkret əməliyyatlar) həyata keçirtdiyi, müəssisə eyni hesabat dövründə cəmi 325.946,48 manat 18 % dərəcə ilə vergitutulan dövriyyə bəyan etdiyi, müəssisə həmin ilin aprel ayına təsadüf edən konkret əməliyyatların bir qismini – 378,102.35 manat hissəsini ümumiyyətlə bəyan etmədiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçı tərəfindən yoxlanılan avqust 2016- aprel 2018 dövr ərzində 11.028.170,49 manat dəyərində xidmətlər göstərilməsinə baxmayaraq bu xidmətlərin dəyəri 7.279.641,91 manatı bəyan edilməklə ümumilikdə 3.748.528,58 manat (11.028.170,49 -7.279.641,91) məbləğində dövriyyə bəyan edilməmişdir. Cavabdeh vergi orqanı tərəfindən qeyd olunan yayınma aşkarlanaraq iddiaçıya dövr üzrə büdcəyə artıq hesabladığı 76.278,32 manat ƏDV məbləği nəzərə alınmaqla, cəmi 598.456,82 manat {(11.028.170,49-7.279.641,91)×18%-76.278,32} ƏDV hesablanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında “X5” (Dubay, 2012cı il) 6.3-cü, 1 nömrəli Əlavəsinin 1.6-cı, 3.3.4-cü müddəalarına istinad edərək qeyrirezident tərəfindən təqdim olunmuş telekommunikasiya xidmətlərinə görə vergi tutmaq öhdəliyinin olmaması əsası razılaşmır. Belə ki, “X7 (Dubay, 2012-cı il)”nin 2.A. abis) bəndinə əsasən bu Reqlamentdə əhaliyə beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil olunması, təmin olunması və göstərilməsində iştirak etmək üçün üzv dövlət tərəfindən səlahiyyətləndirilən və ya tanınan istismar təşkilatlarına (bundan sonra - səlahiyyətli istismar təşkilatlan) tətbiq edilə bilən müddəalar da əks olunur. Reqlamentin 2.2-ci maddəsinə görə beynəlxalq telekommunikasiya xidmətləri müxtəlif ölkələrdə yerləşən və ya müxtəlif ölkələrə məxsus istənilən növ telekommunikasiya müəssisələri və ya stansiyaları arasında telekommunikasiya xidmətlərinin təqdim edilməsidir. Reqlamentin 2.8-ci maddəsinə görə tutulan haqq - səlahiyyətli istismar təşkilatlarının beynəlxalq telekommunikasiya xidmətlərindən istifadəyə görə öz müştərilərinə təyin etdiyi və onlardan tutduğu haqqdır. Göründüyü kimi, Reqlament yalnız səlahiyyətli istismar təşkilatları arasında baş verən münasibətləri tənzimləyir və hər bir üzv dövlətin səlahiyyətli istismar təşkilatı ilə yerli rabitə şirkətləri arasında baş tutan münasibətləri tənzimləmir və bu münasibət hər ölkənin öz daxili qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Ayrı-ayrı ölkələrin milli vergi qanunvericiliyinə əsasən beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsinə görə ödənişlərdən vergilər, xüsusi ilə də ƏDV aşağıdakı müxtəlif qaydalarda tutula bilər: xidməti təqdim edən şəxsin rezidenti olduğu ölkədə; xidməti alan şəxsin rezidenti olduğu ölkədə. Xidmətlərin satıcısı birinci halda tətbiq edən ölkə, alıcısı isə ikinci halda tətbiq edən ölkə olduqda eyni əməliyyat hər iki ölkədə vergitutma obyektini təşkil edir və bu hal ikiqat vergitutmaya səbəb olur. Reqlamentin 6.3-cü (42K) bəndinə əsasən əgər hər hansı bir ölkənin milli qanunvericiliyinə uyğun olaraq beynəlxalq telekommunikasiya xidmətləri üzrə tutulan xərclərə vergi qoyulması nəzərdə tutulursa, o zaman konkret xüsusi hallar üzrə bağlanılan digər razılaşmalar olmadığı halda bu vergi, bir qayda olaraq, yalnız bu ölkənin müştərilərinə, təqdim edilən beynəlxalq telekommunikasiya xidmətləri üçün qoyulur. Bu bəndin tətbiqi üçün tələb olunan ilkin şərt konkret dövlətin milli qanunvericiliyinə əsasən beynəlxalq telekommunikasiya xidmətinə görə ödənişlərin vergiyə cəlb edilməli olmasıdır. Reqlamentin qeyd olunan bəndi beynəlxalq telekommunikasiya xidmətinə görə ödənişlərin hansı hallarda vergidən azad olduğunu da müəyyən edir. Göründüyü kimi Reqlamentin 6.3-cü bəndi vergitutma ilə bağlı məsələni həll etmək üçün beynəlxalq telekommunikasiya xidmətlərinin son alıcısı hansı ölkənin rezidentidirsə həmin xidmətlərin göstərilməsinin əvvəlki mərhələsində də vergilər məhz həmin dövlətdə tutulur. Hazırkı işdə beynəlxalq telekommunikasiya xidmətlərinin ilkin sifarişçisi Azərbaycan Respublikasının rezidenti olduqda vergitutma məqsədləri üçün həmin xidmətlərin göstərildiyi ərazi ölkənin ərazisidir, yəni bu xidmətlər milli qanunvericiliyə əsasən vergiyə cəlb edilir. Məhkəmə kollegiyası hesab edir ki, Reqlamentin 6.3-cü bəndində əsasən iddiaçı tərəfindən qeyri-rezidentə ödənilən məbləğlərə vergilərin tətbiqi istisna edilməmiş, əksinə qeyri-rezident rabitə şirkətlərindən alınmış rabitə xidmətləri Azərbaycan istehlakçılarına satılması üçün nəzərdə tutulduğu halda qeyri-rezidentə ödənilən məbləğlərə ödəmə mənbəyində vergi və ƏDV tutularaq dövlət büdcəsinə ödənilməsi göstərilmişdir. Qeyrirezident rabitə şirkətlərindən alınmış rabitə xidmətləri digər xarici ölkənin rabitə şirkətinə ötürüldüyü halda isə vergilərin tutulması istinad olunan 6.3-cü maddə ilə istisna olunmuşdur. Vergi Məcəlləsinin 13.2.16.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya daşınmalar həyata keçirilərkən telekommunikasiya və ya nəqliyyat xidmətlərindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri üzrə 6 faiz dərəcə ilə vergi tutulur. VM-nin 150.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. VM-nin 168.1.5-cı maddəsinə əsasən telekommunikasiya xidmətlərinin göstərilməsi (siqnalların, sənədlərin, şəkillərin və ya səsin, yaxud istənilən xarakterli informasiyanın teleqraf, radio, optik və ya digər elektromaqnit sistem vasitəsilə alınması, yayılması, ötürülməsi, o cümlədən bu cür ötürmə, alma və ya yayım hüquqlarının təqdim edilməsi və ya alınması) zamanı işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer sayılır. Qeyri-rezidentlərin ƏDV-yə cəlb edilməsi isə bağlı müddəalar Vergi Məcəlləsinin 169-cu maddəsinin müddəaları ilə müəyyən edilir. Yuxarıda göstərilən normalara əsasən qeyri-rezidentlər tərəfindən iddiaçıya təqdim olunan telekommunikasiya xidmətlərindən əldə olunan gəlir Azərbaycan mənbəyində yaranan gəlirlərdir, bu gəlirlər üzrə X27 dərəcəsi 6%, ƏDV üzrə dərəcə isə 18%-dir, xidmətin göstərildiyi yer Azərbaycandır və bu vergini tutmaq öhdəliyi iddiaçının üzərindədir. Əməliyyatın həyata keçirildiyi yer Azərbaycan olduğundan ƏDV Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tətbiq edilməlidir. Göründüyü kimi, vergi qanunveriliyinə görə səlahiyyətli istismar təşkilatlarının beynəlxalq telekommunikasiya xidmətlərindən istifadəyə görə öz müştərilərinə təyin etdiyi və onlardan tutduğu haqlara vergi qoyulması nəzərdə tutulur və iddiaçı qanunvericiliyə uyğun olaraq öz müştərilərindən tutduğu haqlara ƏDV tətbiq etmişdir. Vergi qanunvericiliyi ilə iddiaçının qeyri-rezidentdən aldığı beynəlxalq telekommunikasiya xidmətlərinə görə ödənilən haqlardan da ƏDV və ÖMV-nin tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddiaçının xeyrinə olaraq istinad etdiyi Reqlamentə əlavə 1-in 1.6-cı bəndin yaranmış mübahisəyə tətbiq edilməsi də əsassızdır. Belə ki, Əlavə 1-in 1.6-cı bəndinə əsasən, səlahiyyətli istismar təşkilatının hesablaşma məzənnəsi və ya digər mükafatlarından tutulan öhdəliklər və ya vergilər olduqda, o, öz növbəsində sözügedən öhdəlikləri və vergiləri digər səlahiyyətli istismar təşkilatına tətbiq etmək hüququna malik deyil. Bu müddəa iddiaçıya beynəlxalq telekommunikasiya xidməti göstərən digər ölkənin rezidentinə aid norma olmaqla onun rezidenti olduğu ölkə ilə aralarında yaranmış münasibətlərə şamil olunur. Qeyd edilən norma səlahiyyətli istismar təşkilatının (iddiaçının) əldə etdiyi mükafatlardan, yəni gəlirləri üzrə yaranan vergi öhdəliklərinin digər tərəfin (qeyri-rezidentin) üzərinə qoyulmasını istisna edir. Hazırkı işdə isə aparılan hesablamalar iddiaçıya göstərilən xidmətlər üzrə onun ödədiyi məbləğlərdən hesablanmalı vergi öhdəliyi ilə bağlıdır. Həmçinin, birinci instansiya məhkəməsinin istinad etdiyi Reqlamentə əlavə 1-in 3.3.4-cü bəndi isə birbaşa olaraq vergi orqanının mövqeyini ifadə etmişdir. Belə ki, Əlavə 1-in 3.3.4-cü bəndinə əsasən, debitor tərəfindən ölkəsində nəzərdə tutulmuş ödəniş xərcləri (vergilər, komissiyalar) debitor tərəfindən ödənilir. Hazırki münasibətlə iddiaçı debitor rolunda çıxış edir və ölkəsində nəzərdə tutulan vergi xərclərini özü ödəməlidir, hansı ki cavabdeh vergi orqanı da qanunvericilikdə nəzərdə tutulan vergilərin ödənilməsi öhdəliyini iddiaçının üzərinə qoymuşdur.. İddianın təmin edilməsinin digər əsası olaraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsi ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtını ümumi şəkildə müəyyən etdiyindən, müntəzəm və ya daimi əsasda göstərilən telekommunikasiya xidmətlərinin vaxtı ƏDV məqsədləri üçün 166.1.-ci maddəsi ilə deyil, belə xidmətlər üçün xüsusi qaydanı nəzərdə tutan 166.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, yoxlanılan dövr üzrə müəssisə tərəfindən müxtəlif xarakterli xidmətlər (uyğunluq sertifikatının verilməsi, avadanlıqların icarəyə verilməsi və yerləşdirilməsi, SİP telefoniya, “Data Mərkəz” və s. xidmətlərin göstərilməsi) göstərilmiş, həmin xidmətlər üzrə ay ərzində ona ödənişlər edilsə və e-vhf-lar təqdim edilsə də, ƏDV məbləği ya həmin hesabat dövrü üzrə, ya da ümumiyyətlə bəyan edilməmişdir. Nəticədə ayrı-ayrı hesabat ayları üzrə ƏDV-nin 598.456,82 manat az hesablanması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən konkret olaraq göstərdiyi xidmətlərin ödənilmiş dəyərinin ƏDV bəyannamələrində əks etdirməməsi ilə bağlı olmuşdur, yəni iddiaçı tərəfindən vergitutulan dövriyyə gizlədilmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı müxtəlif xarakterli xidmətlər (o cümlədən, daimi və müntəzəm əsasla) xarakterli xidmətlər göstərmiş və vergi orqanı hər bir konkret əməliyyatın xarakterindən asılı olaraq Vergi Məcəlləsinin 166.1-ci, 166.2-ci və 166.3-cü maddələrinə istinad etməklə vergitutulan dövriyyəni müəyyən etmişdir. Birinci instansiya məhkəməsi 166.3-cü maddənin tətbiq edilməli olduğunu qeyd etsə də, konkret hansı əməliyyatları nəzərdə tutduğunu, məhz hansı meyarlara əsasən dövriyyəni və hesabat dövrünü müəyyən etdiyini izah etməmişdir. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtda aparılmış sayılır: Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə (qüvvədə olan redaksiya) uyğun olaraq malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda. Həmin Məcəllənin 166.3.-cü maddəsinə görə xidmətlər müntəzəm və ya daimi əsasda göstərilərsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. Göründüyü kimi, qanunvericilik Məcəllənin 166.1-ci maddəsi ilə əməliyyatların vaxtının müəyyən edilməsinin şərtlərini konkretləşdirmiş, 166.3-cü maddə ilə isə əməliyyatların vaxtının hissə-hissə müəyyənləşdirilməsinin mümkünlüyünü nəzərdə tutmişdur. Kollegiya hesab edir ki, məhkəmənin vergitutulan əməliyyatın vaxtının Məcəllənin 166.1-ci maddəsinin deyil 166.3-cü maddəsi ilə tənzimlənməsi barədə qənaəti əsassızdır. Belə ki, akta və qərara diqqət yetirildikdə əməliyyatın vergitutulan vaxtının müəyyən edilməsinə həm 166.1-ci, həmdə 166.3-cü maddəsinin müddəalarının tətbiq edildiyini və hər iki müddəaya əsaslanaraq əlavə hesablama aparıldığı görünür. Bundan əlavə, qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 176.3-cü maddəsinə əsasən (qüvvədə olan redaksiya) vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcludur. Qanunvericilik 5 gün ərzində E-VHF təqdim olunması tələbi qoymaqla, vergitutma məqsədləri baxımından əməliyyatın vaxtının tərəflərin iradəsindən asılı olaraq müəyyənləşdirilməsinin qarşısını alır. Göründüyü kimi VM-nin 166.1-ci və 166.3-cü maddələri bir-birini istisna etmir və onların kompleks şəkildə tətbiqi zəruridir. Başqa sözlə, xidmət müntəzəm və ya daimi əsasla göstərilmiş olsa belə, onun hər bir hissəsi üçün 5 gün ərzində e-VHF təqdim edilməlidir. Buna baxmayaraq, iddiaçı bəzi əməliyyatlar üzrə məqsədli şəkildə e-VHF-nin vaxtında, yəni aid olduğu hesabat dövründə verilməsini təmin etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyun 2014-cü il tarixli 2-1(81)- 2931/2014 nömrəli qərarına istinad edərək eyni xarakterli mübahisə üzrə iddiaçının daha əvvəlki iddiasının təmin olunmasına istinad edilməsi və həmin qərarın hazırkı işə münasibətdə preyudisial əhəmiyyət daşıması barədə qənaətə gəlməsi əsassızdır. Hazırkı işdə mübahisə predmetini konkret hüquqi mübahisə təşkil edir və faktiki hallarla bağlı mübahisə mövcud deyildir. Birinci instansiya məhkəməsinin istinad etdiyi məhkəmə qərarının hazırkı işə münasibətdə preyudisial əhəmiyyəti mövcud deyildir. Bu baxımdan qanuni qüvvəyə minmiş hansısa qərarın hazırkı işə tətbiq edilməsi prosessual qanunvericiliyin əhəmiyyətli dərəcədə pozulması hesab olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-4805/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı “X13 (AzİnTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Həmid Həmidov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar