Məhkəmə qərarları › İş №2-1(103)-1018/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1018/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1018/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: arayışın verilməsi) (İş № 2-1(103)-1018/2023) Bakı şəhəri 23 may 2023-cü il Giriş hissə: Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X11 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 (ali təhsilli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində hüquq məsləhətçisi işləyən) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1683/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq “ünvan 4ən 75 saylı mənzilin mərhum X5 aid olması barədə arayışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iş üzrə 14 aprel 2022-ci il tarixli qərari ilə iddiа tələbi təmin еdilərək ünvan 4ən 75 saylı mənzilin mərhum X5 aid olması barədə arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti xx.xx.2022- ci il tarixdə vəsatət ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(112)-1683/2022 saylı qərarın ləğv olunmasını, iş üzrə icraatın təzələnməsini və Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üçüncü şəxs qismində işdə iştirak etmək üçün cəlb edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentini Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı strukturunda mənzilkommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının verdiyi səlahiyyətlər həddində Bakı şəhər MənzilKommunal Təsərrüfatı Departamenti idarəetmə orqanı funksiyaları həyata keçirir. Bakı şəhər mənzil fonduna aid yaşayış və qeyri-yaşayış binaları Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin struktur təşkilatlarının balansında olmaqla, bu sahədə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçota alınmaqla dövlət mənzil fonduna aid boşalmış yaşayış sahələrini hüququ olan şəxslərə verilməsinə nəzarəti həyata keçirir. ünvan 4ən 75 saylı mənzil Departamentin balansında olduğu üçün, məhkəmə icraatında onların iştirak etməməkləri qanunla qorunan hüquqlarının pozulmasına yol açmışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı şəhər İcra Hakimiyyəti Başçısının 894 nömrəli xx.xx.1999cu il tarixli, 266 nömrəli xx.xx.1999-cu il tarixli, 341 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamların və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 25 fevral tarixli 100 nömrəli sərəncamının surətləri məhkəməyə təqdim edərək, vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə qəbul edilmiş 14 aprel 2022-ci il tarixli 2-1(112)-1683/2022 saylı məhkəmə qərarı ləğv edilərək iş üzrə icraat təzələnmiş, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 Bakı Kamvol Kombinatının əyirici sexində əyirici vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş qaydada Bakı Kamvol Kombinatının əyirici sexinin ixtiyarında olan Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 128, 75 saylı mənzilin X5 verilməsi və həmin mənzilə köçürülməsi təmin edilmişdir. X12 09 aprel 1992-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən 75 saylı mənzil X5 verilmişdir. Bakı Kamvol Kombinatının 09 aprel 1992-ci il tarixli qərarı əsasında Bədəlova Dilbər 09 aprel 1992-ci il tarixdən ünvan 4ən 75 saylı mənzildə daimi qeydiyyatda olmuş və 20 dekabr 2020-ci il tarixə qədər də orada yaşamışdır. Həmin mənzil 09 saylı orderlə X5 məxsus olmuşdur. X8 20 dekabr 2020-ci i tarixdə Böyüklərin respirator pozğunluq (distress) sindromu xəstəliyi səbəbindən vəfat etmişdir. İddiaçı icarə müqaviləsi bağlanmasına dair Nərimanov rayon İcra hakimiyyətinə müraciət etmişdir, Nərimanov rayon İcra Hakimiyyəti yeni icarə müqaviləsinin bağlanmasından imtina etmişdir. X3 xx.xx.2020-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi olan bacısı İddiaçı ərizəsi ilə 3 saylı “Asan xidmət” mərkəzinin notarial ofisində V-302/2021 nömrəli vərəsəlik işi açılmışdır. 3 saylı “Asan xidmət” mərkəzinin notariat ofisinin 20 may 2021-ci il tarixli, 898 saylı ərizəsi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edərək ünvan 4ən 75 saylı mənzilə dair hüquq müəyyənedici sənəd-Çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 2 ünvanında yerləşən 75 saylı mənzilə dair hüquq müəyyənedici sənəd çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinin 02 iyul 2021-ci il tarixli məktubunda ünvan 4ən 75 saylı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədin təqdim edilmədiyini göstərmişlər. Həmin məktub “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1 1 -ci maddəsinə əsaslanmışdır. Həmin maddədə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın ldək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olduğu göstərilmişdir. Halbuki, 03 iyun 2021-ci il tarixli Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanan ərizəyə ünvan 4ən 75 saylı mənzilin iddiaçının bacısı X5 məxsus olması ilə bağlı orderin surəti əlavə olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********06 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)-1683/2022 qərarı ilə (sədrlik edən hakim Miminat Haclbəyova) iddia tələbi rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikaytinin dəlilləri İddiaçı apellyasiya şikayətini – iddia ərizəsinə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qərarının əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Şifahi məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62-ci maddəsinə əsasən, işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – mübahisəli yaşayış sahəsinə dair sənədlər, cavabdehin imtina bildirişi və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımından lazımı qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2-ci və 85.3-cü maddələri). «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İlkin olaraq qeyd edilməlidir ki, İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Mahiyyət baxımından apellyasiya şikayəti uğursuzdur. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 2.1 və 2.2-ci maddələri). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı). İşin hallarından göründüyü kimi, iddiaçı mübahisəli evin üzərində mərhum bacısı X8 tərəfindən mülkiyyət (əşya) hüquqların əldə edilməsini təsdiq edən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıda göstərilən hər hansı sənədi cavabdehə və məhkəməyə təqdim etməmiş, həmin sənədlərin mövcud olması barədə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının, üzərində mərhum X3 mülkiyyət hüququnun tanınması və bu barədə iddiaçıya arayış verilməsini istədiyi ünvan 4ən 75 saylı mənzil (yataqxanada otaq) X3 istifadəsinə müvəqqəti olaraq verilmiş, həmin otağa dair qanunvericilikdə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mövcud deyildir. Bakı Kamvol Kombinatı tərəfindən verilmiş “yataqxanada yaşayış sahəsini tutulmasına dair hüququ barədə” 09 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, ünvan 5 ünvanında yerləşən yataqxananın 75 saylı otaq Bakı Kamvol Kombinatının HİK-nin xx.xx.1992-ci il tarixli 20 nömrəli qərarına əsasən X5 verilmişdir. Bakı Kamvol Kombinatının həmkarlar ittifaqı komitəsinin xx.xx.1992-ci il tarixində keçirilmiş iclasının 20 nömrəli protokolundan çıxarışın surətinə əsasən, Leninqrad prospekti 128 ünvanında yerləşən subaylar yataqxanasında boşalmış 75 nömrəli otaq əyirici sexində əyirici işləyən X8 və X6 verilməsi qərara alınmışdır. ********** nömrəli xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli RX-081 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətinə əsasən, məhdud kommunal şəraitli 75 saylı otaq mübahisəlidir, ölçü işlərinin aparılmasına şərait yaradılmadı; sözügedən otaqda İddiaçı ilə birlikdə Bakı Kamvol Kombinatının digər işçisidə yaşayıb (yataqxana subaylar üçün nəzərdə tutulub). Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birıiyinin xx.xx.2021-ci il tarixli 113 nömrəli iddiaçıya ünvanladığı məktuba əsasən, mərhum X3 vəfat etdiyi günə qədər yaşadığı Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 128, mənzil 75-ə Bakı Kamvol Kombinatı tərəfindən xx.xx.1992-ci il tarixdə X7 məxsus 09 saylı order verilmişdir. X10 hal-hazırda F.X.Xoyski prospekti, ev 128 mənzil 75-də daimi pasport qeydiyyatındadır. Birinci instansiya məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-8765/2021 saylı sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti xx.xx.2021-ci il tarixli 855 saylı məktubu ilə bildirmişdir ki, əvvəllər Bakı Kamvol Kombinatına məxsus olmuş Nərimanov rayonu, X19 prospekti, 128 ünvanında yerləşən keçmiş yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 895 saylı sərəncamı ilə balansa verilmişdir. Hal-hazırda qeyd edilən bina dövlət mənzil fonduna aid olmaqa 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göstərilən yataqxana binası balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı, yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 75 saylı mənzildə X1 ilə birlikdə 1985-ci ildən qeydiyyatda olmaqla X3 və həmin vaxtdan qeyiyyatsız X4 yaşadığı müəyyən edilmişdir. Həmin yataqxanaya aid bir neçə mənzildə biri-biri ilə qohumluq əlaqəsi olmayan şəxslərin bir otaqda yaşaması mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1-ci maddəsinə əsasən, etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə xx.xx.2006cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, iddiaçının mərhum bacısının mübahisəli yaşayış sahəsi üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etməsi müəyyən edilmir. Belə olan halda isə iddiaçının tələb hüquqları mövcud deyildir. Yəni, iddiaçı əmlaka tələb hüququnu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda isə, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1683/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar