Məhkəmə qərarları › İş №2-1(103)-1019/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1019/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1019/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili X7, Cavabdehin vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X12 Xüsusi X3rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və alınmamış pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3981/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3981/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X12 Xüsusi X3rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və alınmamış pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdiyi diplomdan, hərbi biletdən və əmək kitabçasından da görünür ki, təhsil müddəti, hərbi xidmət müddəti də daxil olmaqla və müxtəlif vəzifələrdə çalışmaqla ümumilikdə 20 ildən artıq sosial sığorta stajı var və bu müddətin 10 ildən artıq bir müddətini güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində, yəni əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. Cavabdeh təşkilatın iddiaçıya ünvanladığı **********4 saylı xx.xx.2019-cu il tarixli imtina məktubuna güzəştli şərtlərlə pensiya təyinatı aparılmasının qeyrimümkünlüyünü, iddiaçının xx xxxxxx 2006-cı il tarixədək olan dövr üçün ümumi iş stajının 20 ildən az təşkil etməsi ilə əsaslandırmışdır. İddia üzrə məhkəmədə işə baxılarkən isə cavabdeh təşkilat iddiaya etiraz ərizəsində isə güzəştli şərtlərlə pensiya təyinatı aparılmasının qeyri-mümkünlüyünü tamamilə başqa əsaslarla sübut etməyə çalışmışdır. Məlumdur ki, istehsalat üzrə iş yerlərində əmək funksiyaları - fəhlələr, ustalar, mütəxəssislər və rəhbərlər tərəfindən həyata keçirilir. Əgər inzibati orqan olan cavabdeh təşkilat üçün “aparatçı’nın yuxarıda sadalanan peşə və vəzifələrdən hansına aid olması və ya heç birinə aid olmaması barədə hər hansı şübhə var idisə, bu zaman qanunvericiliyin tələbinə uyğun olaraq, həmin təşkilat bu qeyri-müəyyənliyin aydınlaşdırılması üçün müvafiq tədbirlər görməli idi... Məhkəmədən “aparatçı” peşəsinin (vəzifəsi) xarakterik olaraq “fəhlə” kateqoriyasına aid olub-olmamasını müəyyən etmək üçün işəgötürən “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavoduna sorğu verilməsi və ya müdafiəçi tərəfindən belə bir sorğunun verilməsi üçün vaxt verilməsi xahiş olunsa da, işə baxan məhkəmə buna heç bir lüzum olmadığını qeyd edərək işə baxılmasını yekunlaşdıraraq iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi qərarında onun “qazın qurudulması üzrə aparatçı” işlədiyini yazmışdır. Halbuki, o, belə bir işdə işləməmişdi, “qazın qurudulması” işi olub, bu da NK-nin təsdiq etdiyi siyahıda vardır. Hətta bu iş (yəni xx.xx.1990-xx.xx.1991-ci ilə kimi olan 1 il 1 ay müddət) nəzərə alınmasa belə yenə də iddiaçının qanunun tələb etdiyi 10 il güzəştli şərtlə stajı mövcuddur. Məhkəmə onu da araşdırmadı ki, əgər iddiaçı zəhərli maddələrlə işləməmişdisə, bəs nə üçün sözügedən müəssisədə işlədiyi illərdə hər gün ona qəbul etmək üçün süd verilirdi? Nə üçün onun məzuniyyət günləri digər işçilərlə müqayisədə daha çox olmuşdur? Nə üçün onun əmək haqqısı digər işçilərlə müqayisədə daha yüksək olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilmədən, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə xx.xx.2019-cu il tarixli **********4 N-li məktub ünvanlanmışdır. İmtinaya səbəb kimi iddiaçının xx xxxxxx 2006-cı il tarixədək ümumi iş stajının 20 ildən az təşkil etdiyi qeyd olunmuşdur. Bundan sonra, İddiaçı cavabdeh Аzərbaycan Rеspublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət X12 Xüsusi X3rşı İT 019870 saylı xx.xx.1986-ci il tarixli diplomda qeyd edilmiş 1982-1986-ci illər ərzində olan təhsil müddəti sosial sığorta stajına daxil olunaraq, 52 yaşdan yəni hüququn yarandığı xx.xx.2019-cu il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və iş üzrə məhkəmə qərarı icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etirazında iddiaçının 20 il ümumi staj müddəti tamam olmaması ilə yanaşı, iddiaçının çalışdığı peşələrlərlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında 1080A010 şifri ilə qeyd edilmiş peşələr arasında qazayırma sahəsində “aparatçı” vəzifəsinə rast gəlinmədiyinə, bununla da xüsusi sığorta stajını toplamadığına istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli siyahısında göstərilməmişdir. Buna görə də iddiaçının yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin a bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Göründüyü kimi hazırkı iddia tələbi üzrə iddiaçıya 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının xx.xx.2006cı il tarixədək azı 20 il sığorta stajına malik olması və bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması, eləcə də 52 yaş həddinə çatması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırki iş üzrə iddiaçıya münasibətdə ödənilir. İşdən müəyyən olunur ki, İddiaçı xx.xx.1967-ci il təvəllüdlü olmaqla xx.xx.2019-cu ildə 52 yaşını tamamlamışdır. İddiaçıya məxsus 019870 saylı diploma əsasən xx.xx.1982-xx.xx.1986-cı ilə kimi X9 Texnikumunda “Kimya və neft-qaz emalı zavodlarının avadanlığı” ixtisası üzrə orta ixtisas təhsil almışdır. İşdə olan ******* saylı hərbi biletə əsasən iddiaçı xx.xx.1986-xx.xx.1989-cu illər ərzində hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИT ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1986-cı ildən əmək fəaliyyətinə başlamış (xx.xx.1986-cı ilədək), xx.xx.1990-cı ildən Sumqayıt Sintezkauçuk zavodunda 5-ci sexə qazan qurudulması üzrə 4-cü dərəcə aparatçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci ildən həmin sexdə 4-cü dərəcə qazların ayrılması üzrə aparatçı vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü ildən Etilen-Polietilen zavodunun 03 saylı qazayırma sexinə 6-cı dərəcəli qazayırma aparatçısı vəzifəsinə, xx.xx.1995-ci ildən həmin sexdə növbə ustası vəzifəsinə, xx.xx.1996-cı ildən həmin sexdə 6-cı dərəcəli qazayırma aparatçısı vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu ildən öz xahişi ilə işdən azad olunmuş, xx.xx.2000-ci ildən Sumqayıt Etilen-Polietilen Zavodunda 35 saylı enerjinin təchizatı və boru kəmərləri sexinə 5-ci dərəcəli qaz payların mərkəzə qulluq edən aparatçı qəbul edilmiş, xx.xx.2001-ci ildən 03 saylı qazayırma sexinə 6-cı dərəcəli qazayırma aparatçısı vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildən həmin sexdə növbə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildən həmin sexdə növbə ustası, xx.xx.2010-cu ildən 03 nömrəli qazayırma sexinə növbə rəisi vəzifəsinə keçirilmişdir və hazırda da həmin vəzifədə işləyir. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx xxxxxxxx 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ortinaturada təhsil müddəti iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 22 il 03 ay 26 gün ümumi iş stajı mövcuddur. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışlardan görünür ki, İddiaçı xx.xx.1990cı ildən xx.xx.1994-cü ilədək X1 keçmiş Sintezkauçuk zavodunun qazayırma sexində aparatçı vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək X1 Etilen Polietilen zavodunda qazayırma sexində aparatçı, növbə ustası vəzifəsində, xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə kimi qazayırma sexində aparatçı, növbə rəisi, növbə ustası vəziflərində işləmişdir. Göstərilən peşə (hər üç arayışa əsasən) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993- cü il 21 iyun tarixli, 320 nömrəli qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan piroliz qazlarının ayrılması istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İşdə olan SOCAR X1 Etilen Polietilen zavodunun xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 saylı siyahıya əsasən siyahının Vİİİ bölməsinin (kimya istehsalatı) bölməsində sadalanan tam iş günü məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlə, rəhbər və mütəxəssisləri, həmçinin piroliz qazlarının ayrılması funksiyasını icra edən işçilər güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Müəssisə tərəfindən İddiaçı verilmiş arayışlardan və özünün əmək kitabçasından göründüyü kimi İddiaçı kimya müəssisəsinin piroliz qazlarının ayrılması fəaliyyətini təmin edən Qazayırma sahəsində aparatçı (fəhlə), növbə rəisi (rəhbər) və növbə ustası (rəhbər) vəzifələrində çalışmışdır. Apelyasiya baxışı zamanı X6 Etilen Polietilen zavodu tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli keçmiş “Sintezkauçuk” zavodunun Qazayırma sexində aparatçı peşəsində işləmiş İddiaçı Novruzəli oğlunun iş fəaliyyəti barədə məlumatda göstərilmişdir ki, keçmiş "Sintezkauçuk" zavodunun Qazayırma sexində aparatçı (fəhlə) peşəsində işləmiş İddiaçı işlədiyi Qazayırma sexinin əsas vəzifəsi Piroliz nəticəsində alınan piroqazı rektifikasiya etməklə əmtəəlik etilen, propilen və digər əlavə məhsulların (butilen-butadien fraksiyası (BBF), maye piroliz, C5 fraksiyası, etan, propan, metan və hidrogen fraksiyası) alınmasına xidmət edir.

1. İddiaçı "Azərikimya" İstehsalat Birliyinin keçmiş "Sintezkauçuk" zavodunun Qazayırma sexində aparatçı (fəhlə) peşəsində işləyərkən onun əmək məzunuyyətinin müddəti: 1990-1991-ci iş ili 24 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzunuyyət 3 gün, 1991-1992-ci iş ili 24 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzunuyyət 3 gün. 1992-1993-cü iş ili 27 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 3 gün, iş stajına görə 3 gün olmuşdur.

2. İddiaçı "Azərikimya" İstehsalat Birliyinin keçmiş "Sintezkauçuk" zavodunun Qazayırma sexində aparatçı (fəhlə) peşəsində işlədiyi müddətdə iş şəraiti zərərli olduğu üçün göstərilən güzəştlərdən: - əlavə məzuniyyət; - aylıq tarif maaşına 12% əlavə; - gündə bir dəfə olmaqla isti yeməklə; - hər gün 0,5 litr südlə təmin olunmuşdur.

3. İddiaçı "Azərikimya" İstehsalat Birliyinin keçmiş "Sintezkauçuk" zavodunun Qazayırma sexində aparatçı (fəhlə) peşəsində işlədiyi müddətdə iş şəraiti zərərli olduğu üçün 0, aylıq tarif maaşının 12%-i miqdarında əlavə vəsaitlə, və yuxarıda göstərilən əlavə məzuniyyətlə təmin edilmişdir.

4. İddiaçı "Azərikimya" İstehsalat Birliyinin keçmiş "Sintezkauçuk" zavodunun Qazayırma sexində aparatçı (fəhlə) peşəsində işlədiyi müddətdə iş şəraiti ağır və zərərli olmuşdur.

5. İddiaçı "Azərikimya" İstehsalat Birliyinin keçmiş "Sintezkauçuk" zavodunun Qazayırma sexində aparatçı (fəhlə) peşəsində işlədiyi müddətdə iş şəraiti zərərli olduğu üçün xüsusi qida məhsullarından hər gün 0,5 litr südlə və isti yeməklə təmin edilmişdir. Kollegiya işin hallarını, iddiaçının işlədiyi müəssisədən verilmiş araşdırıcı arayışlara əsasən qazayırma sexində aparatçı,növbə rəisi, növbə ustası vəzifələrinin zərərli xüsusiyyətlərini, həmin vəzifələrdə işləyən iddiaçıya verilmiş güzəştləri nəzərə alaraq hesab edir ki, iddiaçının işlədiyi vəzifələr zərərli işlərə aid olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında 8-ci bölmənin 1-ci bəndinin 1080A010 saylı şifrinə əsasən piroliz qazlarının ayrılması sahəsinin fəhlələri, rəhbərləri və mütəxəssisləri vəzifəsi zərərli iş kimi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, iddiaçının əmək kitabçasında nəzərdə tutulan qazayırma sexində aparatçı növbə rəisi, növbə ustası peşələri siyahıda konkret olaraq adı çəkilməsə də həmin vəzifələr öz əmək şəraitinə və yerinə yetirilən işlərin xüsusiyyətlərinə görə neft kimya sənayesi sahələrinin “fəhlələri” “rəhbərləri” vəzifələrinə uyğundur. Qeyd edilənlərə əsasən iddiaçı xx.xx.2006-cı il tarixədək 15 il 03 ay 29 gün güzəştli iş stajı toplamışdır. Digər tərəfdən, Kollegiya iddiaçının məhkəmə kollegiyasının iclasında onunla birgə işləmiş və hazırda güzəştli şərtlərlə pensiya alan adını çəkdiyi vətəndaşın pensiya işinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X12 Sumqayıt şəhər Şöbəsinə sorğu vermişdir. Məhkəmənin sorğusuna cavab olaraq DSMF Sumqayıt şəhər şöbəsi həmin şöbədən pensiya alan vətəndaş X2 pensiya işinin surətini təqdim etmişdir. Həmin vətəndaşa məxsus pensiya işi sənədlərindən müəyyən olunmuşdur ki, X8 xx.xx.1986-cı ildən xx.xx.2005-ci ilə kimi X6 Etilen-Polietilen zavodunun qazayırma sexində aparatçı vəzifəsində işləmişdir. DSMF Sumqayıt şəhər şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə X4 xx.xx.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə grə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Kollegiya işin qeyd edilən halını nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə pensiya təyinindən imtinası eyni əsaslı müraciətlərə münasibətdə inzibati icraatın tələb etdiyi “bərabərlik” prinsipinə zidd olmuşdur. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi 52 yaşdan yəni hüququn yarandığı xx.xx.2019-cu il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi hissəsində əsaslı olduğundan təmin olunmalıdır. İddia tələbinin “iş üzrə məhkəmə qərarı icra ediləcəyi günə alınmamış pensiya məbləğinin birdəfəlik ödənilməsi” hissəsi ilə isə kollegiya razılaşmır və hesab edir ki, iddiaçının həmin tələbi əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Həmin Qanunun 6.3-cü maddəsinə görə əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. “Əmək pensiyaları” haqqında Qanunun xx xxxx 2017-ci ildən qüvvədə olan 32.1-1ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi əmək pensiyasının sığorta və yığım hissələri bir qayda olaraq büdcəyə tədrici ödənişlər hesabına toplanan məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir. Ona görə də Kollegiya hesab edir ki, iddiaçının keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği tədricən və aldığı pensiyaya hissə-hissə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı apelyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3981/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. İddiaçı İT 019870 saylı xx.xx.1986-ci il tarixli diplomda qeyd edilmiş 1982-1986-ci illər ərzində olan təhsil müddəti sosial sığorta stajına daxil olunaraq, xx.xx.2019-cu il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X12 X11 İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə

Hakim: Ülvi Mayılov

Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar