Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1019/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 qızının, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7996/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən ona 60 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına "Asan 5" Xidmət vasitəsi ilə 21.04.2021-ci il tarixində müraciət edərək, ona xüsusi ilə zərərli və ağır olan əmək şəraitində çalışdığı üçün qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 27.05.2021-ci il tarixli **********7 saylı cavab məktubu ilə müraciətə imtina edərək, bildirmişdir ki, "... Mərkəz filiala təqdim edilən sənədlərində 17.04.2004-11.12.2018 il tarixləri arasındakı dövr ərzində "X9" MMC-nin Poladəritmə sexində işlədiyi odadavamlı materiallar bənnası peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Metallurgiya istehsalı bölməsinin (3) polad və ferroərintilər istehsalatı yarımbölməsində (3.2) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (2 il 5 ay 13 gün (13.12.2018-ci il tarixindən bügunədək olan dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilməmişdir. İddiaçı hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və ona görə aşağıda qeyd olunan əsaslar nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.-ci maddəsinə əsasən "Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 avını həmin islərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 60 yaşı 11.04.2021-ci il tarixində tamamlanmışdır. İş materiallarına əlavə edilmiş əmək kitabçalarından göründüyü kimi, o, 25 ildən artıq ümumi sığorta stajına malikdir (ümumi stajı 29 il), bu müddətin 16 il 9 ayını metallurgiya istehsalatı sahəsində işləmiş və fərdi hesabının sığorta hissəsində 43000 manat pensiya kapitalı vardır. Bununla yanaşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalan haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Qanunvericiliyin qeyd olunan tələbinə uyğun olaraq, iddiaçı tərəfindən cavabdehə müvafiq arayışlar təqdim edilmiş, lakin sonuncu tərəfindən həmin arayışlar nəzərə alınmamış və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, "X9" MMC tərəfindən verilən 13.04.2021-ci il tarixli 234/A saylı arayışla onun 17.09.2004-cü il tarixindən 15.09.2009-cu il tarixinədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası peşəsində çalışdığı qeyd edilmiş və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.2. yarımbölməsində isti işlərdə məşğul olan odadavamlı materialla işləyənlər kimi öz əksini tapdığı bildirilmişdir. 38/L saylı 13.04.2021-ci il tarixli arayışla onun 15.09.2009-cu il tarixindən 03.09.2012-ci il tarixinədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası; 03.09.2012-ci il tarixindən 11.12.2018-ci il tarixinədək Poladəritmə sexində isti və zərərli iş şəraitində böyük odadavamlı materiallar bənnası peşələrində çalışdığı qeyd edilmiş və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.2. yarımbölməsində isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər kimi öz əksini tapdığı bildirilmişdir. "X10 and Foundry Company" MMC tərəfindən verilən 055/1- 21-G/BNFFC saylı 05.04.2021-ci il tarixli arayışla, onun 13.12.2018-ci il tarixində odadavamlı materiallar sahəsinə çalovçu peşəsinə işə qəbul olunduğu və hal hazırda həmin peşədə işlədiyi qeyd edilmiş və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.2. Polad və ferroərintilər istehsalatı yarımbölməsində qeyd edilən "çalovçular" şifrəsinə uyğun olduğu bildirilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilən "güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına" dair iş yerindən arayışlara əsasən onun 17.09.2004-cü ildən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığı və həmin işlər üzrə stajı 16 il 9 ay olduğu aşkardır. Lakin, iddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına yetərli sübutlar təqdim edilməsinə baxmayaraq, sonuncunun imtinası əsassız olmuşdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Eyni zamanda bildilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 17.04.2004-11.12.2018-ci il tarixləri arasındakı dövr ərzində “X9” MMC-nin Poladəritmə sexində işlədiyi “odadavamlı materiallar bənnası” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalı bölməsinin (3) polad və ferroərintilər istehsalatı yarımbölməsində (3.2) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (2 il 5 ay 13 gün (13.12.2018-ci il tarixindən bugünədək olan dövr) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7996/2016 saylı, 04 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 17.04.2004-11.12.2018-ci il tarixləri arasındakı dövr ərzində “X9” MMCnin Poladəritmə sexində işlədiyi odadavamlı materiallar bənnası peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalı bölməsinin (3) polad və ferroərintilər istehsalatı yarımbölməsində (3.2) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (2 il 5 ay 13 gün (13.12.2018-ci il tarixindən bugünədək olan dövr) təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il tarixdə Füzuli rayonu Qaraxanbəyli kəndində doğulmuş İddiaçı Füzuli rayonu Qaraxanbəyli ünvanında qeydiyyatdadır. - NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1961- ci il təvəllüdlü İddiaçı 15.05.1980-cı il tarixdən 18.05.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. - İT-İ seriyalı ******* nömrəli 08.07.1982-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 02.07.1976-cı ildə Füzuli rayonu Füzuli adına Şərab Sovxozuna fəhlə kimi qəbul edilmişdir. 10.04.1980-cı ildə Sovet Ordusu sıralarına çağırıldığı üçün vəzifədən azad edilmişdir. 10.07.1982-ci ildə Füzuli adına Şərab Sovxozuna fəhlə kimi işə qəbul edilmişdir. 20.03.1986-cı ildə təhsilini artırmaq üçün Saratov şəhərinə getdiyinə görə vəzifəsindən azad edilmişdir. 03.05.1986-cı ildə Füzuli adına sovxoza fəhlə qəbul edilmişdir. 28.08.1986-cı ildə başqa təşkilata keçdiyi üçün işdən azad edilmişdir. 01.07.1986-cı ildə balıqçılıq birliyinə anbar müdiri təyin edilmişdir. 30.05.1988-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 06.07.1988-ci ildə 4 N-li üzüm emalı zavodunun Füzuli rayon məntəqəsində fəhlə təyin edilmişdir. 23.08.1993-cü ildə 4 N-li üzüm emalı zavodu Ermənistan işğalı ilə əlaqədar iş fəaliyyətinə son verilmişdir. 19.02.2002-ci ildə "xxxx" QSC “Azəriqaznəql” İB Avtomobil və Mexanizasiya Nəql İdarəsi Avtonəqliyyat sahəsinə 2-ci dərəcəli gözətçi qəbul edilmişdir. 15.09.2004-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. 17.09.2004-cü ildə Poladəritmə sexinə “odadavamlı materiallar bənnası” vəzifəsinə qəbul edilmişdir. 15.09.2009-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. 15.09.2009-cu ildə Poladəritmə sexinə “odadavamlı materiallar bənnası” vəzifəsinə qəbul edilmişdir. 03.09.2012-ci ildə Poladəritmə sexinə böyük “odadavamlı materiallar bənnası” keçirilmişdir. 11.12.2018-ci ildə öz xahişi ilə işdən azad edilmişdir.13.12.2018-ci ildə “X10 and Foundry Company” MMC-yə odadavamlı materiallar sahəsinə “çalovçu” peşəsinə işə qəbul edilmişdir. - “X9” MMC tərəfindən verilən 38/L nömrəli 13.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 15 sentyabr 2009-cu il tarixindən 03 sentyabr 2012-ci il tarixinədək Poladəritmə sexində isti və zərərli iş şəraitində “odadavamlı materiallar bənnası” peşəsində çalışmışdır. 03 sentyabr 2012-ci il tarixindən 11 dekabr 2018-ci il tarixinədək Poladəritmə sexində isti və zərərli iş şəraitində böyük “odadavamlı materiallar bənnası” peşəsində çalışmışdır. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (a) yarımbəndində isti işlərdə məşğul olan odadavamlı materialla işləyənlər kimi öz əksini tapmışdır. - “X9” MMC tərəfindən verilən 234/A nömrəli 13.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı X9 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X3 Salan Mərkəz tərəfindən tərtib edilmiş X9 Limited şirkətinin arxiv fondunun materiallarında qeyd edilmişdir ki, iddiaçı 17 sentyabr 2004-cü il tarixindən 15 sentyabr 2009-cu il tarixinədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası peşəsində çalışmışdır. 15.09.2009-cu il tarixindən 03.09.2012-ci il tarixinədək Poladəritmə sexinə odadavamlı materiallar bənnası vəzifəsinə qəbul edilmişdir. Poladəritmə sexinə böyük odadavamlı materiallar bənnası peşəsində çalışmışdır. - Məhkəmə tərəfindən cavabdehin imtina məktubunda qeyd etdiyi 17.04.2004-cü il tarixdən 11.12.2018-ci il tarixədək "X9" MMC-nin Poladəritmə sexində işlədiyi odadavamlı materiallar bənnası peşəsinin güzəştli iş stajı verən peşələrə aid olub-olmaması araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının işlədiyi həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Metallurgiya istehsalı bölməsinin “Polad və ferroərintilər istehsalatı” adlı 3.2 yarımbölməsində güzəştli iş stajı verən isti işlərdə məşğul olan “Polad və ferroərintilər istehsalatı” bölməsinin “isti iş şəraitində məşğul olan odadavamlı materiallarla işləyənlər” peşəsinə uyğundur və həmin peşə üzrə iddiaçının güzəştli iş stajı 14 il 07 ay 24 gün təşkil edir. - “X10 and Foundry Company” MMC tərəfindən verilmiş 055/1-21- G/BNFFC nömrəli 05.04.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, 13.12.2018-ci il tarixində “X10 and Foundry Company” MMC-nin Odadavamlı materiallar sahəsinə çalovçu peşəsinə işə qəbul edilmişdir (13.12.2018-ci il tarixli 133-BNFFC №-li Əmək müqaviləsi) və hal hazırda həmin peşədə işləyir. Göstərilən bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12-saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 3-cü Metallurgiya istehsalı bölməsinin 3.2. Polad və ferroərintilər istehsalı yarımbölməsində qeyd edilən “çalovçular” şifrəsinə uyğundur. - İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 27.05.2021-ci il tarixli **********7 saylı imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarım və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə 17.04.2004-11.12.2018-ci il tarixləri arasındakı dövr ərzində “X9” MMCnin Poladəritmə sexində işlədiyi odadavamlı materiallar bənnası peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalı bölməsinin (3) polad və ferroərintilər istehsalatı yarımbölməsində (3.2) nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (2 il 5 ay 13 gün (13.12.2018-ci il tarixindən bugünədək olan dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının Poladəritmə sexində işlədiyi odadavamlı materiallar bənnası peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Siyahının 3.2-ci bəndində qeyd olunan “isti iş şəraitində məşğul olan odadavamlı materiallarla işləyənlər” peşəsi isti iş şəraitində məşğul olan odadavamlı materiallarla işləyən müxtəlif növ fəhlələri, o cümlədən bənnaları nəzərdə tutulduğundan iddiaçının 11.04.2021-ci il tarixədək, qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalının, 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Məhkəmə kollegiyasının araşdırması dövründə iş üzrə zərurət yarandığından İddiaçı “X9” MMC-də işləməsi barədə məlumatların (arxiv kitablarına əsasən), o cümlədən işlədiyi vəzifə və peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş əmək pensiyası hüququ verən vəzifələrin Siyahısına aid olub-olmadığını təsdiq edən güzəştli arayışın (işə qəbul və işdən çıxma əmrlərin, əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətləri əlavə edilməklə) məhkəməyə kollegiyasına təqdim edilməsi “X9” MMCdən tələb edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq “X9” MMC tərəfindən verilmiş 28.04.2022-ci il tarixli, N X-Y-1250 saylı məktub əsasında bildirilmişdir ki, AR Milli Arxiv İdarəsi yanında X3 Salan Mərkəz tərəfindən tərtib edilmiş “X9” MMC-nin arxiv fondunun materiallarına əsasən İddiaçı “X9” MMC-nin nümayəndəliyində 17.09.2004-cü il tarixindən 15.09.2009-cu il tarixinədək işləmişdir. Vətəndaşın əmək kitabçasına əsasən o, həmin müddət ərzində Poladərtimə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası peşələrində işləmişdir. İddiaçı 15 sentyabr 2009-cu il tarixindən 11 dekabr 2018-ci il tarixinədək öz fəaliyyətini “X9” QSC-nin (bundan əvvəl “X9” MMC-nin) Poladəritmə sexində isti və zərərli iş şəraitində böyük odadavamlı materiallar bənnası peşələrində davam etdirmişdir. Müəssisədə iş yerlərinin attestasiyasının nəticələrinə əsasən, əmək şəraiti zərərli olduğu üçün iddiaçıya “X9” MMC-də işlədiyi dövrdə əmək haqqına əlavə olaraq 8 faiz ödənilmişdir. Əmək Məcəlləsinin 115-ci maddəsinə uyğun olaraq 6 gün əlavə məzuniyyət günləri verilmişdir. “X9” MMC tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 13.04.2021-ci il tarixli №234/A saylı arxiv arayışına əsasən, iddiaçı 15 sentyabr 2004-cü il tarixindən 15 sentyabr 2009-cu il tarixinədək Poladərtimə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası peşəsində çalışmışdır. Qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (a) yarımbəndində isti işlərlə məşğul olan odadavamlı materialla işləyən kimi öz əksini tapmışdır. “X9” MMC tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 13.04.2021-ci il tarixli №38/L saylı arxiv arayışına əsasən iddiaçı 15 sentyabr 2009-cu il tarixindən 03 sentyabr 2012-ci il tarixinədək tarixinədək Poladərtimə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası peşəsində çalışmışdır. 03 sentyabr 2012-ci il tarixindən 11 dekabr 2018-ci il tarixinədək Poladərtimə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası peşəsində çalışmışdır. Qeyd edilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (a) yarımbəndində isti işlərlə məşğul olan odadavamlı materialla işləyən kimi öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının 15 sentyabr 2009-cu il tarixdən 03 sentyabr 2012-ci il tarixədək işlədiyi odadavamlı materiallar bənnası peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Metallurgiya istehsalı bölməsinin “Polad və ferroərintilər istehsalatı” adlı 3.2 yarımbölməsində güzəştli iş stajı verən isti işlərdə məşğul olan “Polad və ferroərintilər istehsalatı” bölməsinin “isti iş şəraitində məşğul olan odadavamlı materiallarla işləyənlər” peşəsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının 11.04.2021-ci il tarixədək, qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalının, 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda İddiaçı 11.04.2021-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına və qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7996/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1019/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1019/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver