Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1020/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Günel Cəbrayıl qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4101/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 22 saylı fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reystrində onun adına qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 1123.60 kv.m. fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları onun adına hüquqi qeydiyyata alınmışdır. Həmçinin həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair texniki pasportun verilməsi üçün cavabdeh orqana müraciət edilmiş, lakin idarə mülkiyyət hüquqlarını təsdiq edən sənəd təqdim edilməməsi bəhanəsiylə tələbinin təminindən imtina etmişdir. Halbuki iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər cavabdeh idarəyə tədim edilmişdir. Bundan əlavə əgər hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi halda belə, cavabdeh idarə hansı sənədlərin təqdim edilməməsini belə öz imtinasında göstərməmiş, sadəcə olaraq əsassız süründürməçiliyə yol vermişdir. Halbuki inzibati orqan kimi cavabdeh idarənin yardım etmə vəzifəsi olduğu halda qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də onun pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3-cü, 8.1.1-ci, 14.2-ci, 35.1-ci və 68.2-ci maddələrinə istinad edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 22 saylı fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reystrində onun adına qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4101/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 22 saylı fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reystrində İddiaçı adına qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-4101/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhərrəm Abışov küçəsində özbaşına olaraq inşa edilmiş 22 saylı fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə çıxarış verilməsi ilə bağlı iddiaçı tərəfindən İdarəyə rəsmi müraciət daxil olmamış və bununla bağlı İdarəyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin bununla bağlı hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamışdır. Bundan başqa məhkəmə qərarında qeyd olunan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 1123.60 kv.m olan fərdi yaşayış evi X5 (İİİ mərtəbədən, ü/s 66.1 kv.m.), X9 (İİİ mərtəbədən 2 otaq y/s 34.9 kv.m. k/s 24,4 kv.m. və a/e 6.4 kv.m), X15 (İV mərtəbədən 2 otaq y/s 34.9 kv.m, k/s 24.4 kv.m., a/e 6.4 kv.m.), X16 (İİ mərtəbədən 2 otaq, y/s 34,9 kv.m, k/s 24.4 kv.m., a/e 6.4 kv.m.), X4 (İV mərtəbədən 3 otaq ü/s 91.9 kv.m.), X14 (l-ci mərtəbədən 2 otaq 59.4 kv.m), X6 (1-ci mərtəbədən 2 otaq 52.1 kv.m), X17 (İV mərtəbədən 66.1 kv.m, 2 otaq), X10 (1-ci lərtəbə, 2 otaq ü/s - 57.1 kv.m), X11 (2-ci mərtəbə, 2 otaq, ü/s-67.9 /,m), X12 (qalan hissədən 2 otaq, ü/s - 66.1 kv.m) İİ mərtəbə), X7 (2-ci mərtəbəsindəki 3 otaq, ü/s 91.9 kv.m), İddiaçı (qalan hissə), X8 (4-cü mərtəbədəki 2 otaq, ü/s 67.9 y.m.), X23 (3-cü mərtəbədən üm/sahə 91.9 kv.m (sol tərəf)), X2 (3-cü mərtəbə, 2 otaq ü/s - 67.9kv.m) adına daşınmaz ımlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq iş düzgün və ətraflı araşdırılmamış, iddiaçının iddia tələbinin mümkünlüyü birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamış, ekspertiza keçirilməmiş və müvafiq daşınmaz əmlaka dair qanunvericiliyin tələblərinə uyğun olan hüquqmüəyyənedici sənədlər olmadan qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlardan əlavə, müvafiq inzibati işlə bağlı sonuncu xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclası barədə məhkəmə bildirişi İdarəyə məhkəmə qərarı qəbul edildikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə göndərilmiş və bu səbəbdən İdarənin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı mümkün olmamışdır. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasa gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək və məhkəməyə ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1020/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətindən imtina edilməsinə dair ərizəsi təmin olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdırıb cavabdehin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. İşin faktiki hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli texniki pasportuna əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin subyekti kimi İddiaçı adı qeyd olunmuş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhərrəm Abışov küçəsi, 23 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları İddiaçı adına hüquqi qeydiyyata alınmış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 2 saylı evin qarşısında yerləşən fərdi yaşayış evinin eskiz layihəsi tərtib edilmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini məhkəmə qaydasında mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qanuni və əsaslı hesab edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. “X18” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası qeyd edir k, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət olunan zaman hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciət edilməmişdir, iş materiallarında iddiaçının müraciətindən imtina edilməsinə dair hər hansı məlumat və imtina məktubu mövcud deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxıb qərar qəbul edərkən səhvə yol vermiş, iddianın mümkünlük şərtlərini araşdırmadan qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 81, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4101/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1020/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1020/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver