Məhkəmə qərarları › İş №2-1(103)-1021/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1021/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1021/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə; Orucova Aysu Əli qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 Qeydiyyat-İmtahan idarəsinə qarşı “dövlət qeydiyyat nişanının verilməsi öhdəliyinin qoyulması” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3461/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3461/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı onun avtomobilinə 99-...-999 (eyni və fərqli hərflərin kombinasiyasından ibarət) dövlət qeydiyyat nişanlarından birinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət X5 Qeydiyyat-İmtahan İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin jnun iddia tələbi ilə bağlı gəldiyi nəticələr həqiqəti əks etdirmir və qanunun tələblərinə ziddir. Məhkəmə onun iddia tələbimin rədd edilməsi üçün heç bir əsas olmadan və fakt göstərmədən formal olaraq, iddiaçı iddia tələbini əsaslandıra bilmədi deyə, rədd etməsi qanuni və əsaslı hesab oluna bilməz. Qanun tələb edir ki, əgər məhkəmə onun iddia tələbini rədd edirdisə bu qərarını əsaslandırmağa borclu idi. Müvafiq halda onun cavabdeh, AR Daxili İşlər Nazirliyi Baş Dövlət X5 Qeydiyyat-imtahan İdarəsindən tələb etdiyi istəkdə qeyri-adi və qanunsuz heç nə yoxdur. O qanunvericiliyin və dövlət nömrə nişanları verilməsi qaydalarının tələblərinə müvafiq olaraq, ona müəyyən edilmiş baha qiymətlərlə satılan dövlət nömrə nişanı verilməsini xahiş edirdi. O Qarabağ müharibəsində iştirak etmiş veteran kimi imtiyazlı hüquqlara malikdir. Satılan nömrələrin başqalarına verildiyi nömrə sahiblərinin ondan üstün hüquqları yoxdur. Əgər o müraciət etdiyi zaman tələb etdiyi nömrə istismarda deyilsə, onda xahişi təmin edilməli idi. Yaxud cavabdeh, real faktla bu nömrənin artıq kimə isə verildiyini sübut erməli idi. Hal-hazırda cavabdehin bununla bağlı ona verdiyi cavab heç bir faktla təsdiq edilmir. Cavabdeh sadəcə olaraq istədiyi dövlət nömrə nişanını, müharibə veteranı və əlil kimi ona artırılmış qiymətlərlə sata bilməyəcəyinə əmin olduğundan, onun xahişindən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Cavabdehin ona mümkün dövlət nömrə nişanı təklif etməsi də reallığı əks etdirmir. Belə ki, onu heç kim AR. Dİ Nazirliyi Baş Dövlət X5 Qeydiyyar-imtahan İdarəsinə real vaxt və saatda dəvət etməmişdir. O, idarəyə ayaq döyməkdən yorulmuşdur. Ona real bir təklif verən isə olmamışdır. Təəssüf ki məhkəmə də, bu halları araşdırmadan qanunsuz və əsassız qərar çıxarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki,iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, “NAZ LİFAN 320” markalı minik avtomobilinin sahibidir, cavabdehə müraciət edərək həmin avtomobilə “99” kodlu eyni və ya fərqli hərflərin kombinasiyasından ibarət sonu 999 olan dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsini xahiş etmişdir. Həmin müraciətə cavab olaraq xx.xx.2019-cu il tarixli məktubla iddiaçıya hazırda sərfiyyatda 99-...-999 rəqəmlərinin, eyni və ya fərqli hərflərin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanının mövcud olmadığı bildirilmişdir. İddiaçının eyni məzmunlu təkrar ərizəsinə cavabdehin verdiyi xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 18.65.6.1-ci maddəsində təsbit edilən, hazırda sərfiyyatda mövcud olan “99” kodlu müxtəlif hərflərin və 002, 003, 004, 006, 008, 222, 333, 444, 666, 200, 300, 400, 600, 800 rəqəmlərinin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarından birinin müvafiq qaydada avtomobilinə təhkim edilməsi məsələsinə baxılması üçün DİN-nin Baş Dövlət X3 Qeydiyyat-İmtahan idarəsinə gəlməsi təklif olunmuşdur. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun avtomobilinə 99-...-999 (eyni və fərqli hərflərin kombinasiyasından ibarət) dövlət qeydiyyat nişanlarından birinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət X5 Qeydiyyat-İmtahan İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2019-cu il tarixli, 016-105153-1219 nömrəli məktuba əsasən dövlət qeydiyyat nişanlarında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyasından ibarət mövcud olan dövlət qeydiyyat nişanları barədə məlumatların ümumiləşdirilməsi, onların DİN-nin Baş Dövlət X3 info.dyp.gov.az elektron saytında yerləşdirilməsi, eləcə də “nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarının sifariş verilməsi” elektron xidmətinin işləməsi istiqamətində texniki və proqram təminatı üzrə işlər yekunlaşmaq üzrədir. Hal-hazırda sərfiyyatda “99” kodlu eyni və fərqli hərflərin kombinasiyasından ibarət sonu 999 olan dövlt qeydiyyat nişanları mövcud deyildir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinin İ hissəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur, İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası DİN-nin 1999-cu il “14” 06 tarixli 190 nömrəli əmri ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə” Təlimatın - 2.12-ci bəndinə əsasən qeydiyyata alınmış nəqliyyat vasitəsinin mülkiyyətçisinə aşağıdakılar təqdim edilir: - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi; - dövlət qeydiyyat nişanları; - texniki cəhətdən saz olan nəqliyyat vasitələrinə dövlət texniki baxşın keçirilməsi barədə talon. Nəqliyyat vasitəsinin sahibi və ya onun nümayəndəsi tərəfindən yuxarıda göstərilən sənədlərin və nişanların alınması barədə müvafiq reyestrdə imza edilir. Qeydiyyat hərəkətləri birbaşa üsul ilə həyata keçirildikdə, nəqliyyat vasitəsinin sahibi və ya onun nümayəndəsi bu sənədləri və nişanları alan zaman ərizədə imza edə bilər. Dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi onların rəqəm ardıcılığı qaydasında verilir. -11.1-ci bəndinə görə nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanları və nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq xüsusi razılıq (lisenziya) almış müəssisələr tərəfindən hazırlanır. Nəqliyyat vasitəsinin texniki müayinə aktı, arayış-hesab blankları və digər ləvazimat, jurnal, kitab və ərizə blankları mətbəə üsulu ilə hazırlanır. Yuxarıda göstərilən xüsusi məmulatların və dövlət qeydiyyat nişanlarının hazırlanması Azərbaycan Respublikası DİN DYP İdarəsinin sifarişi əsasında həyata keçirilir. -11.3-cü bəndinə əsasən nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanlarının və qeydiyyat şəhadətnamələrinik uçotu qeydiyyat hərəkətlərinin aparılması reyestrində, onların seriya və nömrələri yazılmaqla aparılır -11.4-cü bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları, qeydiyyat şəhadətnaməsi, texniki müayinə aktı və arayış-hesab blankları ciddi hesabat sənədləri kimi saxlanılır. İşin hallarından görünür ki, hazırda iddiaçının arzuladığı kombinasiyada (99” kodlu eyni və fərqli hərflərin kombinasiyasında ibarət sonu 999 olan) dövlət qeydiyyat nişanı cavabdeh orqanda mövcud deyildir. Bunun əksinə olaraq cavabdeh orqan hazırda sərfiyyatda mövcud olan “99” kodlu müxtəlif hərflərin və 002, 003, 004, 006, 008, 222, 333, 444, 666, 200, 300, 400, 600, 800 rəqəmlərinin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarından birinin müvafiq qaydada avtomobilinə təhkim edilməsi məsələsi iddiaçıya bildirilsə də sonuncu həmin dövlət qeydiyyat nişanlarından birini əldə etmək üçün müraciət etməmişdir. “İnzibati icraat haqqında” Qanunun -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -45.1-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Eyni Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Kollegiya hazırki halda cavabdeh orqan tərəfindən inzibati icraat gedişində işin faktiki hallarının araşdırılması və hüququn tətbiqi ilə bağlı pozuntulara yol verilmədiyini nəzərə alaraq iddianın təmin edilməsinə dair qanuni əsasların olmadığı nəticəsinə gəlir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3461/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar