Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1022/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X19 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X9 və X18 ibarət tərkibdə, X14-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğvi və işə bərpa olunma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7956/202N saylı 20 sentyabr 202N-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Cavabdeh xx.xx.2022-ci il tarixli, 046N/ş nömrəli Əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Xüsusi Riskli Xilasetmə Xidməti N saylı Hərbi Hissə Komandirinin xx.xx.2022-ci il tarixli 151/ş nömrəli Əmri ilə hərbi hissənin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156 "e" bəndinə “xidməti uyğunsuzluğa" əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında xx.xx.2022-ci il tarixli əmri ləğv edərək, onun işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7956/202N nömrəli xx.xx.202N-cü il tarixli qərardadı ilə iddia tələbi “Xüsusi Riskli Xilasetmə Xidmətinin 0N noyabr 2022-ci il tarixli 046N/ş nömrəli əmrinin ləğv edilməsi və işə bərpa edilmə öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması” şəklində icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. 201N-cü ildə Bakı şəhəri 1N Saylı Peşə Məktəbini bitirmişdir. 2012-ci ildə Dəmiryol Peşə məktəbini bitirmişdir. 2010-2012-ci illərdə Hərbi Xidmətdə olmuşdur. 10 iyul 2019-cu ildən xx.xx.2022-ci il tarixinədək Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasedici Xidmətində Həqiqi hərbi xidmətdə olmuşdur. Müqavilə beş il müddətinə bağlansa da, o xx.xx.2022-ci il tarixində "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı "e" bəndinə (Xidmət Uyğunsuzluğa) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Barəsində qanunsuz olaraq işdən çıxarılma barədə qəbul edilən əmr ləğv olunmalı, işə bərpa olunması barədə qərar qəbul olunmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı dəfələrlə intizam qaydalarını pozmuşdur. Bu hallar onun yazılı izahatları ilə də öz təsdiqini tapır. İddiaçıya dəfələrlə şifahi xəbərdarlıqlar edilmişdir. Bunlara məhəl qoymadığı üçün yazılı xəbərdarlıq, töhmət və şiddətli töhmət intizam cəzaları verilmiş və onun xidməti vərəqəsində müvafiq qeydlər aparılmışdır. Nəhayət 01 noyabr 2022-ci il tarixdə Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin gizir heyətinin şərəf məhkəməsinin yığıncağı keçirilmiş, yığıncaqda 44 nəfər iştirak etmiş, onlardan 14-ü zabit, N0-u gizir olmuşdur. Məhkəmə yığıncağının qərarına əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün dalğıc xilasetmə katerləri taqımının təlimatçı - dalğıcı gizir İddiaçı hərbi xidmətə laqeyd yanaşdığı, xidmət yerinə mütəmadi gecikdiyini, hərbi intizamının aşağı səviyyədə olmasını, gələcək perspektivlərinin olmadığını və özünün şəxsi keyfiyyətlərinin qənaətbəxş olmamasını, verilmiş cəzalardan nəticə çıxarmamasını, başqa hərbiçilərə pis nümunə olduğunu nəzərə alaraq gizir İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların “Şərəf məhkəməsi haqqında” Əsasnamənin 5.2.6-ı maddəsini və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ı maddəsinin “e” bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış, vəsatət təmin olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsində istinad olunmuş hallar tamamilə əsassızdır və bu halları sübut edən hər hansı bir mötəbər sübut mövcud deyildir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58,68-69-cu maddələrinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı xx.xx.2022-ci il tarixli 046N/ş nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair iddianın tamamilə əsassız olduğunu nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7956/202N saylı 20 sentyabr 202N-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarından narazıdır. Belə ki, məhkəmə ona verilən töhmətlərdən xəbəri olmamağını araşdırmamışdır. Onun izahatı alınmamışdır. Bununla da məhkəmə araşdırması obyektiv olmamışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xidmətdə olarkən dəfələrlə intizam qaydalarını pozmuşdur. Bu hallar onun yazılı izahatları ilə də öz təsdiqini tapır. İddiaçıya dəfələrlə şifahi xəbərdarlıqlar edilmişdir. Bunlara məhəl qoymadığı üçün yazılı xəbərdarlıq, töhmət və şiddətli töhmət intizam cəzaları verilmiş və onun xidməti vərəqəsində müvafiq qeydlər aparılmışdır. Nəhayət 01 noyabr 2022-ci il tarixdə Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin gizir heyətinin şərəf məhkəməsinin yığıncağı keçirilmiş, yığıncaqda 44 nəfər iştirak etmiş, onlardan 14-ü zabit, N0-u gizir olmuşdur. Məhkəmə yığıncağının qərarına əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün dalğıc xilasetmə katerləri taqımının təlimatçı - dalğıcı gizir İddiaçı hərbi xidmətə həvəs göstərmədiyini və laqeyd yanaşdığını, xidmət yerinə mütəmadi gecikdiyini, hərbi intizamının aşağı səviyyədə olmasını, gələcək perspektivlərinin olmadığını və özünün şəxsi keyfiyyətlərinin qənaətbəxş olmamasını, verilmiş cəzalardan nəticə çıxarmamasını, başqa hərbçilərə pis nümunə olduğunu nəzərə alaraq gizir İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların “Şərəf məhkəməsi haqqında” Əsasnamənin 5.2.6ч maddəsini və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-1 maddəsinin “e” bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış, vəsatət təmin olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsində istinad olunmuş hallar tamamilə əsassızdır və bu halları sübut edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı xx.xx.2022-ci il tarixli 046N/ş nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair iddianın tamamilə əsassız olduğunu nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi və Bakı İnzibati Məhkəməsinin xx.xx.202N-cü il tarixli 2-1(112)-7956/202N saylı iş üzrə Qərarının qüvvədə saxlanılması xahiş olunur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı bu barədə məlumatlı olsa da, iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə onun iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.N-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin N2.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin N8.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan N0 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Birinci instansiya məhkəməsinin xx.xx.202N-cü il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi barədə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İşin mahiyyətinə gəldikdə isə qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı tələbi “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156 "e" bəndinə “xidməti uyğunsuzluğa" əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında xx.xx.2022ci il tarixli əmrin ləğv edilərək, onun işə bərpa olunması barədə qərar qəbul edilməsi” barədədir. Bununla bağlı o, məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Cavabdeh 14 aprel 202N-cü il tarixli N-18-16/2-405/202N nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətlərindən görünür ki: Azərbaycan Respublikası Cavabdeh xx.xx.2019-cu il tarixli 0669/ş nömrəli Əmrdən çıxarışından görünür ki, İddiaçı həqiqi hərbi xidmətə qəbul edilməsi haqqında “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 12-ci maddəsinin “q” bəndinə, 5N-cü maddəsinə əsasən və Azərbaycan Respublikası fövqəladə hallar nazirinin 21 yanvar 2011-ci il tarixli 004 nömrəli əmrinin 1.2-ci bəndini rəhbər tutaraq ehtiyatda olan əsgər İddiaçı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilməsi və Xidmətin Su hövzələrində xüsusi riskli xilasetmə taborunun (N saylı hərbi hissə) Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc taqımının təlimatçı dalğıcı vəzifəsinə təyin edilməsi Əmr edilmişdir. xx.xx.2022-ci il tarixli 120/ş nömrəli Xüsusi Riskli Xilasetmə Xidməti N saylı Hərbi Hissə XN görünür ki, Azərbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin “v” bəndini rəhbər tutularaq Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc taqımının təlimatçı-dalğıcı gizir İddiaçı səhər yerbəyerinə gecikdiyinə görə Azərbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin “v” bəndinə müvafiq olaraq "Şiddətli Töhmət” elan edilmişdir. 28 oktyabr 2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, “Biz aşağıda imza edənlər Xüsusi Riskli Xilasetmə Xidmətinin Su hövzələrində xüsusi riskli xilasetmə taborunun (N saylı hərbi hissə) hərbi qulluqçuları, Maddi texniki təminat bölməsinin baş köməkçisi baş leytenant X25, Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc xilasetmə katerləri taqımının komandirinin köməkçisi baş leytenant X10, Əməliyyat növbətçi hissənin əməliyyat növbətçisi gizir X11, Maddi texniki təminat bölüyünün Avtomobil taqımının baş sürücüsü gizir X12, Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Qəza xilasetmə taqımının mütəxəssis xilasedicisi gizir X16, Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc xilasetmə taqımının təlimatçı dalğıcı gizir Babaşov Elçin Uğur oğlu tərtib edirik həmin aktı ondan ötrəri ki, xx.xx.2022-ci il tarixdə saat 20:50 də hərbi hissə üzrə cavabdeh baş leytenant X25 və mobil qrup rəhbəri vəzifələrini yerinə yetirən baş leytenant X10, hərbi hissənin əməliyyat növbətçisi gizir X11 qazanxana operatorları üçün ayrılmış otağa daxil olarkən hərbi hissə üzrə patrul nəfərləri, Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc xilasetmə katerləri taqımının təlimatçı dalğıcı gizir İddiaçı, Maddi texniki təminat bölüyünün Avtomobil taqımının baş sürücüsü gizir X5, mobil qrup nəfərləri Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Qəza xilasetmə taqımının mütəxəssis xilasedicisi gizir X8, Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc xilasetmə taqımının təlimatçı dalğıcı gizir Babaşov Elçin Uğur oğlunun günün nizam qaydalarını kobud surətdə pozaraq qazanxana operatorları üçün ayrılmış otaqda domino oynadıqları aşkar edilmişdir. Tərəfimizdən tərtib olunmuş aktın doğruluğunu imzalarımızla təsdiq edirik. XN4, Kazımov Sadiq, Mahmudov İlqar, Hümbətov Məhəmməd, Əliyev Namiq, Babaşov Elçin tərəfindən imzalanmışdır.” İddiaçı xx.xx.2022-ci il tarixli Xüsusi Riskli Xilasetmə Xidməti N saylı Hərbi Hissəyə verdiyi İzahatında qeyd etmişdir ki, “o, xx.xx.2022-ci il tarixdə sutkalıq naryadda patrul nəfəri kimi xidmətdə olarkən təyin olunmuş marşrut üzrə hərəkət etməyib patrul nəfəri üçün təyin olunmuş xidməti yeri tərk edərkən qazanxana operatoru otağında domino oynamışdır. Hərbi hissə üzrə cavabdeh şəxs və mobil qrupun rəhbəri tərəfindən aşkar olundu, onunla birlikdə gizir Babaşov Elçin, gizir Əliyev Namiq, gizir İddiaçı, giziri Hümbətov Məhəmməd, mülki Vəliyev Şəhrudə domino oynayıb. Bölük komandiri tərəfindən bu kimi halların qadağan olunması barədə təlimat verilmişdir.” Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissə komandirinin 147/ş saylı xx.xx.2022-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc taqımının təlimatçı-dalğıcı gizir Babaşov Elçin Uğur oğlu, Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Qəza-xilasetmə taqımının mütəxəssisxilasedici gizir X16 və maddi texniki təminat bölüyünün Avtomobil taqımının baş sürücüsü gizir X12 xx.xx.2022-ci il tarixdə verdikləri izahatlarında bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən qazanxana otağında domino oynamışlar. Gələcəkdə bu kimi halların qarşısının alınması və bir daha təkrarlanmaması məqsədilə Azərbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin “v” bəndi rəhbər tutularaq, Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc taqımının təlimatçı-dalğıcı gizir Babaşov Elçin Uğur oğlu, Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Qəza-xilasetmə taqımının mütəxəssis- xilasedici gizir X16 və maddi texniki təminat bölüyünün Avtomobil taqımının baş sürücüsü gizir X12 xidmət zamanı günün nizam qaydalarını kobud şəkildə pozduqlarına görə (domino oynamaqla) onlara Azərbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin “v” bəndinə müvafiq olaraq “şiddətli töhmət” elan edilmişdir. Eyni zamanda Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissə komandirinin N09 saylı xx.xx.2022-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc-xilasetmə katerləri taqımının təlimatçı-dalğıcı gizir İddiaçı hərbi xidmətə laqeyd yanaşmış, xidət yerinə mütəmadi olaraq gecikmiş, hərbi intizamı aşağı səviyyədə olmuş, hərbi geyim formasının daşınma qaydalarını pozmuş, tutulan iradlardan, verilmiş cəzalardan aparılmış fərdi söhbətlərdən nəticə çıxarmamışdır. Hərbi hissə üzrə cavabdeh baş leytenant X25 tərəfindən gizir İddiaçı xx.xx.2022-ci il tarixdə hərbi hissə üzrə Patrul nəfəri növbətçiliyi zamanı günün intizam qaydalarını kobud surətdə pozaraq qazanxana operatorları üçün ayrılmış otaqda digər hərbi qulluqçularla birgə domino oynadığı aşkar edildiyindən Şərəf Məhkəməsinin sədri kapitan Anar Hacıyevə məhkəmənin keçirilməsinə zəruri olan materialları toplamaq və xx.xx.2022-ci il tarixdə gizirlər üçün şərəf məhkəməsinin keçirilməsini təmin etmək tapşırılmışdır. xx.xx.2022-ci il tarixli Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissənin gizirlərin Şərəf Məhkəməsinin Qərarı ilə Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc-xilasetmə katerləri taqımının təlimatçı-dalğıcı gizir İddiaçı hərbi xidmətə laqeyd yanaşdığını, xidmət yerinə mütəmadi olaraq gecikdiyini, hərbi intizamının aşağı səviyyədə olmasını, gələcək perspektivinin olmadığını və özünün şəxsi keyfiyyətlərinin qənaətbəxş olmamasını, verilmiş cəzalardan nəticə çıxarmamasını, başqa hərbiçilərə pis nümunə olduğu nəzərə alınaraq gizir İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların Şərəf Məhkəməsi haqqında Əsasnamənin 5.2.6-cı maddəsini və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır.” XRXX-nin N saylı hərbi hissənin xx.xx.2022-ci tarixli Təqdimatında qeyd edilmişdir ki, gizir İddiaçı, Xüsusi Riskli Xilasetmə Xidmətinin Su hövzələrində xüsusi riskli xilasetmə taborunda (N saylı hərbi hissə) xidmət etdiyi müddət ərzində adı çəkilən hərbi qulluqçuya bir neçə intizam cəzaları tətbiq edilmişdir: 1. Daxili nizam-intizam qaydalarını ciddi şəkildə pozduğuna görə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” xx.xx.2020-ci il tarixdə XRXX-nin rəisi tərəfindən; 2. Səhər yerbəyerinə gecikdiyinə görə “Töhmət“ xx.xx.2021-ci il tarixdə Hərbi hissə komandiri tərəfindən N. Səhər yerbəyerinə gecikdiyinə görə “Şiddətli töhmət“ xx.xx.2021-ci il tarixdə Hərbi hissə komandiri tərəfindən; 4. Səhər yerbəyerinə gecikdiyinə görə “Şiddətli töhmət“ xx.xx.2022-ci il tarixdə Hərbi hissə komandiri tərəfindən. İntizamın və qayda-qanunun bərpası işində komandirlərinə köməklik göstərməyə meyilli olmamış və səy göstərməyə çalışmamışdır. Müəyyən müddət xidmətində nisbətən dönüş yaratsa da, yenidən nöqsanlara yol vermişdir. Bir sıra intizam tənbehi tədbirlərinin tətbiq edilməsinə baxmayaraq hərbi xidmətində dönüş yaratmamışdır. Komandirləri tərəfindən dəfələrlə fərdi söhbətin aparılmasına baxmayaraq öz üzərində yetərincə çalışmamışdır. xx.xx.2022-ci il tarixdə gizir İddiaçı patrul nəfəri növbətçiliyi zamanı təyin olunmuş marşrut üzrə hərəkət etməli olduğu ərazidə olmamış, qazanxana operatorları üçün təyin edilmiş otaqda günün nizam qaydalarını kobud surətdə pozaraq digər hərbi qulluqçularla birgə domino oynamışdır. Bu hal hərbi hissə üzrə cavabdeh baş leytenant X25 tərəfindən aşkar edilmişdir. Gizir İddiaçı əvvəllər ona tutulan iradlardan və tətbiq edilmiş intizam cəzalarından nəticə çıxarmadığına, başqa hərbiçilərə pis nümunə olduğuna görə hərbi qulluqçu barəsində xx.xx.2022-ci il tarixində hərbi hissədə “Şərəf məhkəməsi” keçirilmiş və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə“nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılması barəsində qərar qəbul edilmişdir. Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılır, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayonu idarəsinə qeydiyyata alınmaq üçün göndərilməsi məqsədə uyğundur”. Azərbaycan Respublikası Cavabdeh xx.xx.2022-ci il tarixli, 046N/ş nömrəli Əmrdən çıxarışından görünür ki, Gizir İddiaçı ehtiyata buraxılması haqqında "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən və Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin 21 yanvar 2011-ci il tarixli 004 nömrəli Əmrinin 1.2-ci bəndini rəhbər tutaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin Su hövzələrində xüsusi riskli xilasetmə taborunun (N saylı hərbi hissə) Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc-xilasetmə katerləri taqımının təlimatçı-dalğıcı gizir İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması Əmr edilmişdir. Xüsusi Riskli Xilasetmə Xidməti N saylı Hərbi Hissə Komandirinin xx.xx.2022-ci il tarixli 151/ş nömrəli Əmrindən Çıxarışından görünür ki, Gizir İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması haqqında Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 0N noyabr 2022-ci il tarixli 046N/ş nömrəli əmrini rəhbər tutaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin Su hövzələrində xüsusi riskli xilasetmə taborunun (N saylı hərbi hissə) Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc xilasetmə katerləri taqımının təlimatçı-dalğıcı vəzifəsinə təyin edilmiş gizir İddiaçı 05 noyabr 2022-ci il tarixdən hərbi hissənin siyahısından, bütün növ təminatlardan çıxarılması, hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə göndərilməsi əmr edilmişdir. İddiaçı Xidmət Vərəqəsindən görünür ki, ona xx.xx.2020-ci il tarixli hərəkətinə görə xx.xx.2020-ci il tarixli 0175/ş nömrəli Əmr ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” edilmiş, xx.xx.2021-ci il tarixli hərəkətinə görə xx.xx.2021-ci il tarixli 091/ş nömrəli Əmr ilə “Töhmət” edilmiş, xx.xx.2021-ci il tarixli hərəkətinə görə xx.xx.2021-ci il tarixli 128/ş nömrəli Əmr ilə “Şiddətli töhmət” edilmiş, xx.xx.2022-ci il tarixli hərəkətinə görə xx.xx.2022-ci il tarixli 120/ş nömrəli Əmr ilə “Şiddətli töhmət” edilmişdir. Qeyd olunmalıdır ki, İddiaçı dəfələrlə daxili nizam-intizam qaydalarını ciddi şəkildə pozduğuna, həmçinin dəfələrlə səhər yerbəyerinə gecikdiyinə görə onun barəsində tədbirlər görülərkən, onun izahatları alınmış və o, izahatlarında nöqsanlarını qəbul edərək bir daha onlara yol verməyəcəyini vəd etmiş, hətta belə nöqsana təkrar yol verəcəyi təqdirdə həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə tərxis edilməyinə etiraz etməyəcəyini bildirmişdir. Bu barədə izahatları işə əlavə olunmuşdur. Bununla yanaşı iddiaçı ilə yol verdiyi nöqsanlarla bağlı aparılmış söhbətlərə dair müvafiq qeydlər də işə əlavə olunmuş “Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün şəxsi heyətlə fərdi söhbətlər Kitabı”nda öz təsdiqini tapır. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. 2.2-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasının 1997-ci il N oktyabr tarixli, N77-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə görə bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamənin 2-ci bəndinə görə bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. 156-cı bəndinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). 168-ci bəndinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N0 may 2015-ci il tarixli 24 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamənin: N.1-ci bəndinə əsasən şərəf məhkəmələri yalnız aşağıdakı işlərə baxır: (.....) N.1.2-ci bəndinə əsasən hərbi qulluqçular tərəfindən hərbi intizam və ictimai qaydaların kobud şəkildə pozulması; (....) N.1.4-ci bəndinə əsasən vəzifə borclarını layiqincə yerinə yetirməmə və ümumiyyətlə vəzifə borclarına məsuliyyətsiz yanaşma hallarının baş verməsi (....) N.2-ci-ci bəndinə əsasən hərbi qulluqçular şərəf məhkəmələrinə o zaman cəlb edilir ki, onlara Silahlı Qüvvələrin İntizam Nizamnaməsinə uyğun olaraq verilmiş intizam cəzası öz tərbiyəvi təsirini gödtərməmiş olsun. 4.8-ci bəndinə əsasən kiçik zabitlərin məhkəmə iclasında baş zabitlər, gizirlərin, miçmanların məhkəmə iclasında zabitlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının məhkəmə iclasında gizirlər və zabitlər iştirak edə bilərlər. Baş zabitlərin məhkəmə iclasında isə yalnız baş zabitlər iştirak edir. 5.2-ci bəndinə əsasən məhkəmə məhkəməyə cəlb edilən şəxsin təqsirini müəyyən etdikdə aşağıdakı ictimai tədbirlərdən birinin komandanlıq tərəfindən tətbiq edilməsi üçün qərar qəbul edir: 5.2.1 ictimai xəbərdarlıq etmək; 5.2.2 ictimai məzəmmət elan etmək; 5.2.N ittimai töhmət elan etmək; 5.2.4 bir pillə aşağı vəzifəyə təyin edilməsi barədə vəsatət qaldırmaq; 5.2.5 hərbi rütbənin bir pillə aşağı salınması barədə vəsatət qaldırmaq; 5.2.6 xidməti uyğunsuzluğa görə Azərbaycan Silahlı qvvələrindən ehtiyata uraxılma barədə vəsatət qaldırmaq. 5.9-cu bəndinə əsasən məhkəmə hərbi qulluqçunun (....) xidməti uyğunsuzluğa görə Azərbaycan Silahlı qvvələrindən ehtiyata uraxılma barədə vəsatət qaldırdığı halda məhkəmənin qərarı komandirin (rəisin) rəyi ilə birlikdə 1 ay müddətindən gec olmayaraq müvafiq qərar qəbul edilməsi üçün məsələyə baxmağa səlahiyyəti olan rəisə təqdim edilir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı Xüsusi Riskli Xilasetmə Xidmətinin Su hövzələrində xüsusi riskli xilasetmə taborunda N saylı hərbi hissədə xidmət etdiyi müddətdə barəsində Daxili nizam-intizam qaydalarını pozduğuna görə xx.xx.2020-ci il tarixdə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”, xx.xx.2021-ci il tarixdə “Töhmət, xx.xx.2021-ci il tarixdə “Şiddətli töhmət“ intizam cəzaları tətbiq edilmişdir. İddiaçı barəsində mübahisələndirilən əmrdən əvvəl qəbul edilmiş sonuncu tənbeh tədbiri səhər yerbəyerinə gecikdiyinə görə xx.xx.2022-ci il tarixdə tətiq edilmiş “Şiddətli töhmət“ intizam cəzası olmuşdur. Lakin 28 oktyabr 2022-ci il tarixdə hərbi hissə üzrə Patrul nəfəri növbətçiliyi zamanı qazanxana operatorları üçün ayrılmış otaqda digər hərbiçilərlə domino oynaması hərbi hissə üzrə cavabdeh baş leytenant X25 və mobil qrup rəhbəri vəzifələrini yerinə yetirən baş leytenant X10, hərbi hissənin əməliyyat növbətçisi gizir X11 tərəfindən aşkar edilmiş, bu barədə aşkar edən adları çəkilən hərbi qulluqçular və Maddi texniki təminat bölüyünün Avtomobil taqımının baş sürücüsü gizir X5, mobil qrup nəfərləri Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Qəza xilasetmə taqımının mütəxəssis xilasedicisi gizir X8, Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc xilasetmə taqımının təlimatçı dalğıcı gizir Babaşov Elçin Uğur oğlu tərəfindən akt tərtib edilmiş və nizam qaydalarını kobud surətdə pozulması faktı həmin hərbi quluqçular tərəfindən bilavasitə təsdiq edilmişdir. Bundan sona yol verdiyi intizam pozuntusu ilə bağlı iddiaçı barəsində xx.xx.2022-ci il tarixində hərbi hissədə “Şərəf məhkəməsi” keçirilmiş və şərəf məhkəməsi iddiaçının “Hərbi xidmətkeçmə haqqında Əsasnamə“nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılması barəsində qərar qəbul edərək bu barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçı sonuncu intizam pozuntusu ilə bağlı hərbi hissə rəhbərliyinə verdiyi xx.xx.2022-ci il tarixli yazılı izahatında xidmət zamanı patrul ximəti üçün təyin edilmiş xidmət yerini tərk edərək qazanxana operatoru otağında domino oynadığını etiraf etmişdir. Eyni zamanda inzibati icaat zamanı izahatları alınmış hərbi qulluqçular birinci instansiya məhkəməsində iclasda şahid qismində yazılı izahatların məzmununa uyğun izahatlar vermişlər. Belə ki, 998N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin baş köməkçisi baş leytenant X25 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixidə hərbi hissə üzrə cavabdeh olduğu zaman axşam saat 20:50 də mobil qrup rəhbəri baş leytenant X10 və hərbi hissənin əməliyyat növbətçisi gizir X11 ilə birlikdə hərbi hissənin patrul nəfərlərinin xidmətini yoxlamağa çıxdıqlarını, ərazidə olduqları müddətdə təyin olunmuş marşurut üzrə patrul nəfərlərini görmədiklərindən hərbi hissəyə düzülüş verdiklərini, düzülüşdə 4 hərbi qulluqçunun sırada olmadığını aşkar etdiklərini, həmin 4 hərbi qulluqçunun harada olduğunu müəyyən etmək üçün hərbi hissənin ərazisində axtarış apardıqlarını, qazanxanın yanından keçəndə domino səsləri eşitdiklərini, bu səbəbdən qazanxana operatorları üçün ayrılmış otağa daxil olduqda həmin gün növbətçi olan patrul nəfərləri gizir İddiaçı, gizir X12, mobil qrup nəfərləri gizir X16, gizir Babaşov Elçin Uğur oğlu və qazanxana operatoru X1N nizam qaydalarını pozaraq domino oynadıqlarını aşkar etdiklərini və bu barədə tərəflərindən akt tərtib edildiyini bildirdi. Birinci instansiya məhkəməsində iclasda şahid X10 və X11 şahid X17 izahatına uyğun izahat vermişlər. X2 ifadəsində xx.xx.2022-ci il tarixində hərbi hissə üzrə patrul xidmətində olduğunu, sutka ərzində 4 nəfər patrul xidmətində olmaqla, 2 nəfər-2 nəfər olaraq növbəyə çıxdıqlarını, növbə zamanı 4 saatdan bir asudə vaxtın olduğunu, xidmət zamanı ərazinin təhlükəsizliyinə riayət etməli olduqlarını, yalnız asudə vaxtda istirahət edə bildiklərini, həmin günü axşam saatlarında patrul xidmətində asudə olmayan vaxtda gizir İddiaçılə qazaxana operatoru otağında olmaqla domino oynadıqlarını, X25, X10 və X6 otağa daxil olaraq bu halı aşkar etdiklərini, yol verdiyi intizam pzountusuna görə ondan izahat alındığını, ona şiddətli töhmət intizam cəzası verildiyini bildirmişdir. X4 28 oktyabr 2022-ci il tarixində İddiaçı, X12, Babaşov Elçin Uğur oğlu ilə birlikdə domino oynadıqlarını bildirmişdir. Şahid Babaşov Elçin Uğur oğlu ifadəsində 2021-ci ilin noyabrından xidmət etdiyini, 28 oktyabr 2022-ci il tarixdə axşam saatlarında asudə vaxı olduğunu, çölə çıxıb səs-küy eşitdiyi yoldaşların qazanxana operatoru üçün ayrılmış otaqda domino oynadıqlarını görüb yaxınlaşdığını, Bəhruza oyundan qalxmasını və yerini ona veməsini, hərbi hissənin əməliyyat növbətçisi gizir X11 içəri girəndə Bəhruzun da içəridə olduğunu, domino oynamağa icazə verilməməsinin bilmədiyini, bilmiş olsa idi nə özünün oynayacağı, nə də Bəhruzun oynamasına icazə verməyəcəyini, izahat yazdığını, ilk dəfə şiddətli töhmət aldığını, şərəf məhkəməsində iştirak etdiyini bildirmişdir. İddiaçı barəsində təqdim edilmiş Xüsusi Riskli Xilasetmə Xidməti Su Hövzələri Xüsusi Riskli Xilasetmə Taboru N saylı Hərbi Hissənin Su Hövzələri Xüsusi Riskli Xilasetmə bölüyünün şəxsi heyətlə fərdi söhbətlər Kitabından görünür ki, iddiaçıyla xidmət dövründə xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində fərdi söhbətlər aparılmışdır. İşin apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş: Xüsusi Riskli Xilasetmə Xidməti N saylı Hərbi Hissə Komandirinin 151/ş nömrəli 05 noyabr 2022-ci il tarixli Əmrindən Çıxarışdan müəyyən olunur ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin Su hövzələrində xüsusi riskli xilasetmə taborunun (N saylı hərbi hissə) Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc xilasetmə katerləri taqımının təlimatçı-dalğıcı vəzifəsinə təyin edilmiş gizir İddiaçı 05 noyabr 2022-ci il tarixdən hərbi hissənin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin 0669/ş nömrəli xx.xx.2019-cu il tarixli Əmrindən Çıxarışdan müəyyən olunur ki, Ehtiyatda olan əsgər İddiaçı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilsin və Xidmətin Su hövzələrində xüsusi riskli xilasetmə taborunun (N saylı hərbi hissə) Su hövzələrində xüsusi riskli xilasetmə bölüyünün Dalğıc taqımının təlimatçı dalğıcı əzifəsinə təyin edilmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon idarəsində qeydiyyatdadır.Əsgər İddiaçı kiçik gizir hərbi rütbəsi verilmişdir. Həmçinin iddiaçı barəsində tərtib edilmiş Söhbət vərəqəsindən müəyyən olunur ki, N saylı Hərbi Hissənin Su Hövzələri Xüsusi Riskli Xilasetmə bölüyünün Dalğıc xilasetmə katerləri Taqımının Təlimatçı gizir İddiaçıllə ehtiyata buraxılmamışdan qabaq onunla söhbət aparılmışdır. Azərbaycan Respublikasının 1994-cü il 2N sentyabr tarixli 885 nömərli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 4N-cü bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı yaxud ictimai asayişi pozarsa komadir(rəis) ona vəzifə borcunun xatırlatmalı, lazım gələrsə intizam cəzası verməlidir. Həmin Əsasnamənin 44 -cü bəndinin 2ci abzasına əsasən Bundan əlavə, zabitlərin, gizilərin, mişmanların və müddətindən artıq xidmət edən hərni qulluqçuların nalayiq hərəkətlərinə zabitlər, gizirlər, miçmanlar və müddətindən artıq xidmət hərbi qulluqçularının şərəf məhkəmələrində baxıla bilər. Gizirlərə və miçmanlara: a)məzəmmət; b)töhmət; v)şiddətli töhmət; q)hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ)vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d)aşağı vəzifəyə keçirmə; e)gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma; ə)xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; z)kiçik gizir və kiçik miçmanları hərbi rütbələrindən məhrm edib həqiqi hərbi xidmət başa çatanadək müddətli xidmət hərbi qulluqçuların siyahısına keçirmə; i)sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib ehtiyata buraxma intizam cəzaları verilə bilər. Əsasnamənin 85-ci bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınmalıır. 89-cu bəndinə əsasən dəfələrlə nalayiq hərəkət etdikdə hərbi intizamın və ictimai asayişin qrup halında pozulmasında iştirak etdikdə nalayiq hərəkət xidməti vəzifəsini yerinə yetirərkən döyüş növbəsində olarkən ya da sərxoş halda törətdikdə nalayiq hərəkət ictimai asayişin kobud surətdə pozulmasına gətirib çıxartdıqda hərbi qulluqçuya verilən intizam cəzası ciddiləşdirilir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı xidmət keçdiyi müddətdə mütəmadi olaraq intizam pozuntularına yol verdiyindən ona intizam cəzaları tətbiq edildiyini, xidmət müddətində yalnız 1 dəfə xx.xx.2021-ci il tarixdə FHN işçilərinin peşə bayramı münasibəti ilə əvvəllər verilmiş intizam cəzasının götürülməsi barədə həvəsləndirmə tədbiri tətbiq edildiyini, iddiaçıya xidməti ilə bağlı müvafiq iradlar tutularaq davamlı nizam-intizam barədə fərdi, profilaktik söhbətlər aparıldığı, ehtiyata buraxılmazdan az əvvəl xx.xx.2022-ci il tarixdə şiddətli töhmət cəzası verildiyini, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə patrul nəfəri növbəliyi zamanı asudə olmayan vaxtda, bilavasitə növbə zamanı xidmət yerini tərk etdiyi, qazanxana operatorları üçün ayrılmış otaqda olduğu, orada xidmətindən kənar domino oynadığının aşkar edildiyini, pozuntunun hərbi hissənin qulluqçuları tərəfindən aşkar edilərək aktlaşdırıldığını, şərəf məhkəməsində iddiaçının hərbi xidmətə laqeyd yanaşması, xidmət yerinə mütəmadi olaraq gecikdiyi, hərbi intizamnın aşağı olması, verilən cəzalardan nəticə çıxarmamasını nəzərə alaraq barəsində ehtiyata buraxılma barədə qərar qəbul edilərək, komandanlıq qarşısında vəsatət qaldırıldığını nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmiş, barəsində seçilmiş intizam cəzası iddiaçının yol verdiyi intizam xətasına və xidmətə olan münasibətinə mütənasib olmuş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçı barəsində cavabdeh tərəfindən mübahisələndirilən əmrin qəbul edilməsində istər inzibati icraat haqqında hüquq normalarının, istərsə də maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmədiyi üçün həmin əmr qanunvericiliyin tələbləri baxımından qanuni olmuşdur. Belə olan halda iddiaçının “əmrin ləğv edilməsi” barədə tələbi əsassız olub təmin edilmədiyi üçün onun bu tələbinə əlavə tələb kimi verdiyi “işə bərpa” barədə tələbi də əsassız olub təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7956/202N saylı 20 sentyabr 202N-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7956/202N saylı 20 sentyabr 202N-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1022/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1022/2024
24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver