Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1023/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X3 (“Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1969-cu il tarixdə Goranboy rayonunda anadan olmuş, ünvan 1 mənzil 8 ünvanında qeydiyyatdadır, iddia ərizəsində ünvan 2əhəllə, ev 10, mən. 42 ünvanı qeyd edilmişdir) cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X6 X5 üzrə Mərkəzi Filialı) qarşı “pensiyanın təyin olunması” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3902/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X1rşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı 2-ci qrup əlil olduğuna görə 2016-cı ilin fevral ayından etibarən verilməli olan pensiya pulunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Döyüşlər zamanı bir neçə dəfə yaralanaraq ağır bədən xəsarətləri almışdır. Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlərlə bağlı xx xxxxxx 2016-cı il tarixdə iddiaçıya ikinci qrup əlillik verilmişdir. 2010-cu il tarixdən pensiya alır. Lakin 2016-cı ilin fevral ayından etibarən verilməli olan ikinci qrup əlilliklə bağlı pensiya pulu bu günki günədək ona verilməmişdir. Cavabdeh orqana ərizə ilə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, vətəndaş hüquqlarının bərpa edilməsi və 2016-cı ilin fevral ayından etibarən ikinci qrup əlilliyə görə verilməli olan pensiya pulunun verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3902/2019 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X1rşı iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı 2-ci qrup əlil olduğuna görə 2016cı ilin fevral ayından etibarən verilməli olan pensiya pulunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-l(81)-3902/2019 saylı, xx xxxxxx 2019-cu il (mətnə uyğun) tarixli Qərarını apellyasiya qaydasında ləğv edib, iddia tələbinin təmin olunması barədə yeni Qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Döyüşlər zamanı bir neçə dəfə yaralanaraq ağır bədən xəsarətləri almış, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlərlə bağlı xx xxxxxx 2016-cı il tarixdə ona ikinci qrup əlillik verilmişdir. 2010cu il tarixdən pensiya alır. Lakin 2016-cı ilin fevral ayından etibarən verilməli olan ikinci qrup əlilliklə bağlı pensiya pulu bu günki günədək ona verilməmişdir. Onun iştirakı olmadan keçirilən məhkəmə iclasında qeyd etdiyi faktlar araşdırılmamış və əsassız olaraq iş üzrə xx xxxxxx 2019-cu il tarixli, 2-l(81)-3902/2019 saylı qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində qərarın tarixinin xx xxxxxxx 2019-cu il və xx xxxxxx 2020-ci il kimi qeyd edilməsini texniki xəta kimi qəbul edir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3902/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertizası və Reabilitasiya Xidməti tərəfindən verilmiş müayinə olunma barədə xx.xx.2016-cı il tarixli, № xxxxxxx0001 nömrəli məlumata əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən ikinci qrup əlillik verilmişdir. (TSEK diaqnozu – üzvi mənşəli emosional labil pozuntu, mikro ocaqlı üzvi qabarıq asteno nevrotik vəziyyət. Postkontuzion sindrom. Fakal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, qıcolmalar. Əlilliyin müəyyən olunması meyarı: 2.2. İkinci dərəcəli əlillik – qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri) - 053785 №, xx.xx.2016-cı il tarixli əlillik vəsiqəsinə əsasən İddiaçı ikinci qrup (Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) əlildir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. İş materiallarından müəyyən edildiyi kimi iddiaçıya xx xxxx 2010- cu il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqi əsasında hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. xx xxxxxx 2016-cı il tarixdən iddiaçıya ikinçi dərəcəli əlillik müəyyən edilmişdir. İddiaçı hazırda 2-ci qrup əlil olduğuna görə 2016-cı ilin fevral ayından əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilmiş qanunvericilik normasından göründüyü kimi əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməsi istisna edilmişdir. İddiaçının hazırkı tələbi yaşa görə müəyyən edilmiş əmək pensiyasından ikinci qrup əlillik üçün müəyyən edilən pensiyaya keçmək olduğundan, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bu tələbi əsassızdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia ərizəsində, iclasın təxirə salınması barədə ərizəsində qeyd edilmiş əlaqə nömrəsinə SMS xəbərdarlıqları göndərilmiş və SMS bildirişi onun tərəfindən qəbul edilmişdir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizəsində məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etməsi, iddiaçının məhkəmə iclası barədə məlumatlı olduğu nəticəsinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3902/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3902/2019 nömrəli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1023/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1023/2020
18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver