Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1024/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncama dəyişiklik edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11893/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 186 saylı xx.xx.2015-ci il tarixli sərəncamına dəyişiklik edib, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2942 “B” məhəlləsi, Neapol küçəsi 24 nömrəli binanın yaşayış sahəsi 42,94 kv.m. olan 3 otaqlı 16 nömrəli mənzilin onun adına sənədləşdirilməsi öhdəliyinin cavabdeh İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: «Bakı şəhəri Cavabdeh başçısının 186 saylı xx.xx.2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2942 “B” məhəlləsi, Neapol küçəsi 24 nömrəli binanın yaşayış sahəsi 42,94 kv.m. olan 3 otaqlı 16 nömrəli mənzil 4 nəfər ailə tərkibi ilə iddiaçının mərhum həyat yoldaşı X1 verilmişdir. Həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı mənzili özəlləşdirərək dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müracət etmiş, lakin imtinada bildirilmişdir ki, müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim edilməmişdir. Ona görə də, cavabdehə müraciət edərək həyat yoldaşının adına verilən sərəncama dəyişiklik edilərək mənzilin iddiaçının adına sənədləşdirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh işə əlavə olunmuş iddiaçının müraciətlərinə ünvanladığı xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarında imtinanın əsası kimi bildirmişdir ki, Nərimanov RİH-nin xx.xx.2015-ci il tarixli , 186 saylı sərəncamına əsasən iddiaçının mərhum həyat yoldaşı və ailə üzvləri ünvan 1 ünvanına yalnız pasport qeydiyyatına alınmaqla yaşadıqları üçün nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 62.2-ci maddəsində nəzərədə tutulan birtipli sosial kirayə müqaviləsinin forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyindən, ərizənin təmin edilməsi imkan xaricindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11893/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçıya cavabdeh inzibati orqanın sərəncamını nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsinə, eləcə də, iddiaçıya müddətin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı sənədin təqdim edilməsi ilə bağlı hüquqi yardımın göstərilməsinə baxmayaraq, onun tərəfindən hər hansı ərizənin və ya təsdiqedici sənədlərin təqdim edilməməsinə, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünə əsaslanaraq məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, məhkəmə qərardadda qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 7 il müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş, müddətin üzürlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırılması zamanı sübuta yetməmiş, iş materiallarına əsasən iddia müddətinin 1 ildən artıq olduğundan məhkəmə müddətin üzürlü hesab edilməsi üçün iddiaçıya ərizə verməsi təklifini irəli sürməyi məqsədə müvafiq hesab etməmişdir. Qərardad qanunsuz və əsassızdır. Belə ki, o, cavabdehin sərəncamını mübahisələndirmir, həmin sərəncam qanuni və əsaslıdır. Çünki, Bakı şəhəri, Nərimanov rayonu, İcra Hakimiyyəti Başçısının 26 saylı, xx.xx.1985- ci il tarixli qərarına əsasən həyat yoldaşım X4 xx.xx.1983-cü il tarixdən Bakı Baş Tikinti Trestinin 1 l№li İMTT-nin 15 №li Tİ-də işlədiyinə görə iş yeri üzrə mənzil növbəsinə götürüldüyü nəzərə alınaraq, ona 4 nəfər ailə tərkibi ilə mənzil verilmişdir. Həmin Sərəncamla F.K.Kərimov ailə üzvüləri ilə birlikdə mənzil növbəsində çıxarılmışdır. Həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmiş, bundan sonra həmin mənzili özəlləşdirmək üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müracət etmiş, lakin **********16 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, onun adına icra hakimiyyəti orqanının sərəncamı təqdim edilməmişdir. Ona görə də, xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək mənzilin onun adına sənədləşdirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Hesab edir ki, məhkəməyə müraciət etmək hüququnun olmadığını göstərməkdə məhkəmə, səhv nəticəyə gəlmiş və odur ki, qərardad hazırkı vəziyyətdə qanuni və əsasslı sayılmamalıdır.” Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi məhkəm iclasına gəlməmiş İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçınn apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Cavabdeh Başçısının 186 saylı, xx.xx.2015-ci il tarixli sərəncamının surətindən görünür ki, həmin sərəncamda aşağıdakı göstərişlər verilmişdir: -“11 № İMTT-nin 15 № Tİ-nin müdiriyyəti və Həmkərlar İttifaqı Komitəsinin xx.xx.1994-cü il tarixli 11 № birgə iclas protokolun təsdiq edilsin. -Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2942 “B” məhəlləsi, Neapol küçəsi 24 nömrəli binanın yaşayış sahəsi 42,94 kv.m. olan 3 otaqlı 16 nömrəli mənzil 4 nəfər ailə tərkibi ilə (özü 1962-ci il təvəllüdlü X4, arvadı 1965-ci il təvəllüdlü İddiaçı, oğlu 1992-ci il təvəllüdlü X5 və qızı 1993-cü il təvəllüdlü X6) vətəndaş X2 verilsin; - vətəndaş Fərrux Kərəm oğlu məsi və onun ailə üzvləri ilə birlikdə mənzil növbəsindən çıxarılsın.” İddiaçı hazırkı tələbində həmin sərəncamına dəyişiklik edib, mənzilin onun adına sənədləşdirilməsi öhdəliyinin onun üzərinə qoyulmasını tələb edir. İddiaçının hazırkı apellyasiya şikayətinin dəlillərindən və onun hazırkı məhkəmə iclasında izahatında ifadə etdiyi mövqeyindən aydın olur ki, o, heç də Cavabdeh başçısının 186 saylı, xx.xx.2015-ci il tarixli sərəncamını mübahisələndirmir. Əksinə, həmin qərarın qanuni və əsaslı hesab edərək razı olduğunu bildirir və məqsədinin həmin mənzili öz adına özəlləşdirmək üçün cavabdehdən mənzilə dair onun adına sərəncam verilməsini tələb edir. Onun məqsədi dolayısı ilə onun hazırkı idda tələbindən də görünür. Beləliklə də, əslində, iddiaçının məqsədi məcburetmə haqqında iddia vasitəsilə cavabdeh tərəfindən mənzilin onun adına rəsmiləşdirilməsi barədə tamamilə yeni bir sərəncam verilməsini tələb edir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçı ilə həmin mənzilə dair kirayə müqaviləsi bağlanması barədə sərəncam qəbul ediləcəyi təqdirdə, bu hal iddiaçının məqsədinə və arzuladığı inzibati akta tamamilə uyğun olmaqla onun mənafeyini ehtiva edir. Birinci instansiya məhkəməsi tərəfindən isə iddia ərizəsinin mahiyyətinə və hazırkı iddianı qaldırmaqda iddiaçının məqsədinə düzgün hüquqi qiymət verilməmiş, ona onun hüquqları izah edilməklə, hansı iddia tələbini konkret olaraq irəli sürülməsini məqsədəuyğun olmasında kifəyət qədər yardım göstərilməmiş, bütün bunlar son nəticədə, məhkəmə tərəfindən iddianın növünə düzgün qiymət verilməməsinə gətirib çıxarmaqla, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi ilə nəticələnmişdir. Halbuki, İPM-in 13-cü maddəsinin tələbinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Eyni zamanda, həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası üzrə «Vinterverp Niderlanda qarşı» (A33(1979)) işdə Məhkəmə bildirmişdir ki, «Hüquqi müəəyyənlik prinsipi lazımi qaydada əlçatan olan və kifayət qədər dəqiq ifadə edilən, yəni «qanun» anlayışının tələblərinə cavab verən dövlətdaxili normativ aktların mövcud olmasını və onlara riayət edilməsini nəzərdə tutur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu vurğulayan dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11893/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, qeyd olunanlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11893/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1024/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1024/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver