Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1028/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - DƏDRX-nin 1s. Bakı Əİ) qarşı «müvafiq icra orqanının hərəkətsizliyinə dair» iddia tələbi ilə əlaqədar inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3676/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiyaəsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh DƏDRX-nin 1s. Bakı Əİ-nə qarşı «müvafiq icra orqanının hərəkətsizliyinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus olan Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 65 ünvanda yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququnun qeydə alınması və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC hüquqi şəxs olaraq xx.xx.2003-cü ildə qeydə alınmışdır, mübahisə predmeti olan əmlak kompleksinin yerləşdiyi, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 65 ünvanda yerləşən torpaq sahəsinin sahibidir. İddiaçı MMC ona məxsus torpaq üzərində yerləşən xx.xx.2012-ci il tarixdən özəlləşmiş «xxxxxxxxxxxxxxxxxx» ASC-nin əsas təsisçisi olaraq ümumi nizamnamə kapitalının 170975 ədəd 341950 manat məbləğində səhminin 164313 ədəd 328626 manat məbləğində 96,1% səhm paketinə sahib olmuşdur. «xxxxxxxxxxxxxxxxxx» ASC-i səhmdarlarının ümumi yığıncağı Cəmiyyətin ləğv olunması və əmlakın qiymətləndirilərək torpaq sahibi İddiaçı MMC-yə satılması barədə xx.xx.2015-ci il tarixli qərar qəbul etmişdir. «xxxxxxxxxxxxxxxxxx» ASC-nin əsas səhmdarı və onun əmlakının yerləşdiyi torpaq sahəsinin sahibi olaraq İddiaçı MMC qanunvericiliyə əsasən ona məxsus 164313 ədəd 328626 manat səhmin müqabilində həmin məbləğdə əmlak almış, 13324 manat dəyərində olan qalıq əmlakı isə daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında əldə edilmişdir. Bununla da İddiaçı MMC əmlak kompleksinin tam sahibi olmuşdur. İddiaçı MMC qeyd olunan əmlak kompleksinin qeydə alınması və texniki pasportun verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinanın əsası kimi «C» tikilisində perimetrik ölçü fərqinin olması, «B» tikilisində rekonstruksiya işlərinin aparılması, «A, G, E, D» tikililərində bitişik əlavə tikililərin inşa edilməsi, ərazidən elektrik xəttinin keçməsi, əmlak kompleksinin dövlət əmlakı olması, əlavə tikililərdə isə 1993-cü ildən 7 məcburi köçkün ailəsinin məskünlaşması göstərilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, birinci istansiya məhkəməsində işə baxılarkən iş üzrə cavabdeh DƏDRX-nin 1s. Bakı Əİ iddiaya dair «Etiraz»ını məhkəməyə təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş alqısatqı müqaviləsinə əsasən əmlak İddiaçı MMC-yə tam satılmamışdır və yerdə qalan hissəyə dair ləğv edilmiş hüquqi şəxsin qalıq əmlakının səhmdarlar arasında bölgüsünü əks etdirən hesabatında, iştirakçıların təqdim edilmiş təhvil təslim aktında əmlaka dair payların təhvil verilməsi barədə qeydlər aparılmamışdır, həmçinin daşınmaz əmlakla bağlı Binəqədi rayon Məhkəməsinin 2(001)-13091/17 nömrəli iş üzrə sorğu daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı idarəyə daxil olmamışdır. Bundan əlavə əmlak kompleksinin «C» tikilisində perimetrik ölçü fərqlərinin olduğu, «B» tikilisində rekonstruksiya işləri aparılaraq əlavə 2-ci mərtəbənin (A, G, E, D tikililəri də daxil olmaqla həmin tikililərə bitişik əlavə tikililərin) inşa edildiyi və ərazidən elektrik xətlərinin keçdiyi müəyyən edilmişdir. Bununla əlaqədar ərizənin icrası mümkün olmamışdır. Binəqədi rayon məhkəməsindən 2(001)-13091/17 nömrəli iş üzrə daxil olmuş sorğudan görünür ki, İddiaçı MMC-nin X3, X5 və X6 qarşı qanunsuz tikililərin sökülməsi və zərərin ödənilməsi tələbinə dair mülki iş vardır. Sözügedən daşınmaz əmlaka yerində aparılmış baxış zamanı müəyyən edilmişdir ki, A, G, E, D tikililərində məcburi köçkün ailələri məskunlaşmışdır və tikililər onlar tərəfindən inşa edilmişdir. AN – İ № 0580751, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 65 ünvanda yerləşən əmlak kompleksinin ü/s 2010,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin aşağıda göstərilən hissələri İddiaçı MMC-yə satılmışdır: Liter D-də ü/s 83,8 kv.m. olan yarımstansiyadan 59,0 kv.m. hissə, liter E-də ü/s 30,2 kv.m. olan nasosxana, liter F-dən ü/s 8,4 kv.m. olan gözətçi otağı (cəmi 97,6 kv.m hissə). Sözügedən daşınmaz əmlaka dair paylı mülkiyyət hüququ üzrə İddiaçı MMC və «xxxxxxxxxxxxxxxxxx» ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəsi, xx.xx.2012-ci tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışda isə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 65 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə Liter A-da sahəsi 302,2 kv.m. olan inzibati binadan, Liter B-də sahəsi 947,4 kv.m. olan istehsal sexindən, Liter Cdə sahəsi 514,5 kv.m. olan istehsal sexindən, Liter D-də sahəsi 83,8 kv.m. olan yarımstansiyadan, Liter E-də sahəsi 30,2 kv.m olan nasosxanadan, Liter F-də sahəsi 8,4 kv.m. olan gözətçi otağından, Liter G-də sahəsi 124,4 kv.m. olan anbardan (cəmi 2010,9 kv.m.) ibarətdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3676/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qəqarı ilə iddia tələbi təmin edilərək, İddiaçı MMC-nin Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 65 ünvanda yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququnun qeydə alınması və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1s. Bakı Əİ-nin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh DƏDRX-nin 1s. Bakı Əİ apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və İddiaçı MMC-nin iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddiaya qarşı verilmiş «Etiraz»a uyğun olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi İ.Kəlbiyev iddiaya qarşı verilmiş etirazın və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə 2-1(81)-3676/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarının ləğv edilməsini və iddiasının təmin edilməməsi barə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi E.Səfərəliyev iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğuna görə dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3676/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, birici instansiya məhkəməsi təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 65 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət kimi «xxxxxxxxxxxxxxxxxx» ASC-nin adına, həmin ünvanda yerləşən 1,47344 ha torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, sonradan «xxxxxxxxxxxxxxxxxx» ASC-nin səhmdarları tərəfindən həmin səhmdar cəmiyyətinin ləğv edilməsi, «xxxxxxxxxxxxxxxxxx» ASC-nin əmlakının həmin əmlakın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi, həmçinin «xxxxxxxxxxxxxxxxxx» ASC-nin əsas səhmdarı olan İddiaçı MMC-yə satılması qərara alınmışdır, xx.xx.2016-cı ildə «xxxxxxxxxxxxxxxxxx» ASC-nin səhmdarlarının ümumi yığıncağının qalıq əmlakın səhmdarlar arasında bölgüsü barədə xx.xx.2015-ci il tarixli qərarına uyğun olaraq ümumi səhm paketinin 96,12%-i, 322069,62 manat dəyərində əmlakları – 2 mərtəbəli inzibati binanın, 1 mərtəbəli 2 ədəd istehsal sexinin, 1 mərtəbəli yarımstansiyanın, 1 mərtəbəli anbarın, talvarın, yeraltı su anbarının, asfalt örtüyün, abadlaşdımanın (yaşıllıq, kommunikasiya və s.), soba qurğusunun, daş hasarın, dəmir darvazanın, beton hasarın «xxxxxxxxxxxxxxxxxx» ASC-nin ləğvetmə komissiyası tərəfindən iddiaçıya təhvil verilməsi həyata keçirilmişdir, həmçinin xx.xx.2016-cı ildə «xxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 65 ünvanda yerləşən ümumi sahəsi 83,8 kv metr olan yarımstansiyadan 59,0 kv metr, liter E-də sahəsi 30,2 kv metrdən ibarət nasosxana, Liter F-dən ümumi sahəsi 8,4 kv metr olan gözətçi otağı (cəmi 97,6 kv metr hissə) iddiaçıya satılmışdır və bu barədə notariat qaydasında təsdiq edilmiş müqavilə tərtib edilmişdir.İddiaçı həmin əmlaklar da daxil olmaqla torpaq sahəsi ilə birlikdə əldə etdiyi əmlak kompleksinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və texniki psportun tərtib edilməsi brədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi əmlakı qanuni əsaslarla, notariat qaydasında təsdiq edilmiş müqavilə və səhmdarı olduğu təsərrüfat cəmiyyəti ləğv edildikdə ona məxsus olan 96,1% səhm paketinə uyğun olaraq əmlakın bölüşdürülməsi nəticəsində səhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncağının qərarına əsasən əldə etmişdir və həmin əmlakla bağlı üçüncü şəxslərin mübahisəsi və tələbi mövcud deyildir, cavabdehin iddia tələbinə etirazda göstərdiyi əsaslara gəldikdə isə məhkəmə tərəfindən iddiaçıya məxsus ünvan 5 ünvanda yerləşən əmlak kompleksinə yerində baxış keçirilərkən ərazidən elektrik xətlərinin keçmədiyi, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin daş hasarın içində olması, kompleksin inzibati binasının sag tərəfində torpaq sahəsinin bir hissəsinin yüngül dəmir hasarla ayrılması və orada məktəbin fəaliyyət göstərməsi, kompleksin inzibati binasının sol tərəfində yararsız vəziyyətdə olan tikililərin mövcud olmasını müəyyən edilmişdir. Ərazidə iddiaçı tərəfindən hər hansı bir əlavə tikililərin inşa edilməsi və artırmaların aparılması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi ərazidə qaçqınların məskunlaşması və onlar tərəfindən tikililərin inşa edilməsi barədə cavabdehin etirazına münasibətdə isə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələrinə əsasən həqiqətən də fiziki şəxslər tərəfindən iddiaçıya məxsus ərazini əhatəyə almış daş hasarın üzərində tikililər inşa edilmişdir, lakin iddiaçı həmin tikililər üzərində mülkiyyət hüquqlarınn qeydə alınmasını tələb etmir, əksinə məhkəmədə iddia qaldıraraq qeyd edilən qanunsuz tikililərin sökülməsini tələb etmişdir və iddiaçının qeyd edilən tələbləri də məhkəmə qətnaməsi ilə təmin edilmişdir. Birinci instansiya məhkəməsi göstərilən bütün hallara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli İddiaçı MMC-yə məxsus olan Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 65 ünvanda yerləşən əmlak kompleksi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Məhkəmə kollegiyası işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları və qanunvericiliyin tələblərini əsas götürərək, birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq, aşadığakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi «Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 65 ünvanda yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququnun qeydə alınması və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi»ndən ibarət olmuş və birinci instansiya məhkəməsi də qabul etdiyi 2-1(81)-3676/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbini iddia ərizəsində göstərdiyi məzmunda təmin etmişdir. Lakin işə apellyasiya qaydasında baxılarkən tərəflərin nümayəndəlinin izahatlarından, məhkəmə kollegiyasının tələbi ilə iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən «xxxxxxxxxxxxxxxxxx» ASC-nin adına xx.xx.2012-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş «Texniki Pasport»dan müəyyən olunur ki, sözügedən ünvanda yerləşən əmlak kompleksi ümumi tikilialtı sahəsi 2.119,9 m2 olan «A», «B», «C», «D», «E», «F» və «G» olan əsas tikililərdən və ümumi tikilialtı sahəsi 177,1 m2 olan digər tikililərdən ibarətdir və iddiaçının nümayəndəsinin izahatından müəyyən olunur ki, iddiaçı hazırkı iddia ilə həmin tikililər (əmlak kompleksi) üzərində mülkiyyət hüququnun qeydə alınmasının və texniki pasportun tərtib edilərək verilməsini tələb edir. Qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli «Texniki Pasport»dan müəyyən olunur ki, mübahisəli ünvandakı ərazidə yaşayan 6 məcburi köçkün ailəsi tərəfindən «A», «C», «D» və «G» tikililərinə əlavə olaraq 365,0 m2 ölçüdə tikililər inşa edilmişdir. Eyni zamanda, cavabdeh DƏDRX-nin 1s. Bakı Əİ-nin iddiaçının müraciətinə imtina məktubundan, iddiaya dair «Etiraz»ındna və aellyasiya şikayətindən də belə müəyyən olunur ki, iddiçının müraciətindən imtina olunması onunla əlaqədar olmuşdur ki, mübahisəli əmlak kompleksinin «C» tikilisində perimetrik ölçü fərqləri olmuş, «B» tikilisində rekonstruksiya işləri aparılaraq əlavə 2-ci mərtəbənin və «A», «G», «E» və «D» tikililəri də daxil olmaqla həmin tikililərə bitişik əlavə tikililərin inşa edilmiş və ərazidən elektrik xətlərinin keçdiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh vəsatət verərək işin qeyd olunan hallarının araşdırmılması məqsədi ilə ekspertiza keçirilməsini xahiş etsə də vəsatət təmin edilməmiş, məhkəmə mübahisəli ərazidə yerli baxış keçirilməsini qərara almış, xx xxxxxx 2019-cu il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 65 ünvanda yerləşən obyektədə yerində müayinə apararaq müvafiq protokol tərtib etmiş və həmin protokolda mübahisəli əmlak kompleksinin yerli baxış nəticəsində müəyyən edilmiş tikililərlə əlaqədar «Sxem»i (i.v. 81) öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsində aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixdə yerli baxış nəticəsində tərtib etdiyi «Sxem»lə (i.v. 81) iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli «Texniki Pasport»da olan göstəricilər arasında uyğunsuzluqlar vardır. Belə ki, sözügedən «Sxem»də «İnzibati bina» kimi qeyd olunan tikili «Texniki Pasport»da «B» literi ilə «İstehsalat sexi» kimi öz əksini tapmış, «Sxem»də «Məktəb» kimi qeyd olunan tikili isə «Texniki Pasport»da «A» literi ilə «İnzibati bina» kimi qeyd olunmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi tərtib etdiyi «Sxem»də əks olunan tikililərin heç birinin ölçüləri qeyd olunmamışdır və yerli baxış protokolunda qeyd olunmuşdur ki, həmin sxemdə «İnzibati bina» kimi göstərilən tikilinin «sol tərəfində yararsız tikililər mövcuddur». İşin belə halında məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmin olunaraq “Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 65 ünvanda yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququnun qeydə alınması və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” nəticəsi qeyri-müəyyənlik yaradır. Belə ki, məhkəmənin gəldiyi nəticəsindən mübahisəli ünvanda yerləşən hansı tikilinin, hansı ölçülərlə mülkiyyət hüququnun qeydə alınmalı olması və müvafiq texniki pasportun tərtib edilərək verilməsini müyyən etmək mümkün deyil. Bundan başqa, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixdə yerli baxış nəticəsində tərtib etdiyi «Sxem»də ərazidə ölçüləri göstərilməyən «yararsız tikililər»in mövcudluğu qeyd edilsə də, mübahisələndirilən 2-1(81)-3676/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardan həmin «yararsız tikililər»in də qeydiyyata alınmalı olması və ya olmamasını müəyyən etmək mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin sadalanan hallarını nəzərə almamış, mübahisəli ünvanda yerləşən əmlak kompleksinə daxil olan tikililərin dəqiq sayı və ölçülərini müəyyən edilmədən, iddiaçının həmin tikililərin hansının üzərində və hansı ölçülərlə qeydə alınma aparılması barədə iddiası olmasını müəyyən etmədən və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya yardım etmədən iddia tələbini yuxarıda qeyd olunan qaydada təmin etmişdir. Halbuki, məhkəmə kollegiyasının qənaətinə görə, qeyd edilən şəkildə iddia tələbinin təmini gələcəkdə qərar qanuni qüvvəyə mindiyi təqdirdə qərarın icrasını qeyri-mümkün edə və yeni inzibati mübahisələrə yol aça bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsi ilə isə müəyyən edilmişdir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinin tələbinə əsasən Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Prosesual qanunvericidyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati icraat qaydasında işə baxan məhkəmə mübahisənin düzgün həlli məqsədilə işdə iştirak edən şəxsələrin izahatları və təqdim etdiyi sübutlarla kifayətlənmədən əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalıdır. Lakin qanunvericiliyin bu tələbləri hazırkı işə baxan 1-ci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, göstərilənləri məcmu halında qiymətləndirərək, məhkəmə kollegiyası cavabdeh DƏDRX-nin 1s. Bakı Əİtərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3676/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarıləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə məhkəməsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3676/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsiüçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1028/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1028/2020
27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver