Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1029/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi, pandemiyadan zərərçəkmiş kimi tanınması, mənfəət vergisinin son ödənilmə tarixinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, Ləman Ceyhun qızı Şükürovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi, pandemiyadan zərərçəkmiş kimi tanınması, mənfəət vergisinin son ödənilmə tarixinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 378/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC-yə məxsus elektron şəxsi hesabından çıxarışdan görünür ki, iddiaçının əsas fəaliyyət kodu kimi 18130 – çap işlərinin hazırlanması göstərilmişdir. “Pasha Bank” tərəfindən verilmiş MMC-yə məxsus hesab üzrə əməliyyatlar barədə məlumatlardan görünür ki, iddiaçıya Maliyyə Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixdə 1.413 manat məbləğində maddi yardım ödənilmişdir. https://www.taxes.gov.az/files/2/covid19/M2********.pdf elektron saytından məlumatlardan görünür ki, iddiaçı Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında 4852-ci sırada İddiaçı MMC (VÖEN **********) göstərilmişdir (artan yekunla, xx.xx.2020-ci il tarixə olan məlumat). Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda məktubda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılmasının mümkün olmadıgı nəzərinə çatdırılmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" **********315900 saylı xx.xx.2020-ci il tarixli qərardan görünür ki, MMC-yə 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 46819,66 manat əlavə vergi məbləği hesablanmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" **********341400 saylı xx.xx.2020-cı il tarixli qərardan görünür ki, MMC-yə 2019-cu il üçün mənfəət vergisi üzrə 12.273,94 manat məbləğində əlavə vergi hesablanmışdır. İddiaçı MMC Xüsusi karantin rejimi zamanı fəaliyyətinə tam məhdudiyyət qoyulduğuna və müəssisənin pandemiyadan zərər çəkmiş sahibkarlıq subyekti kimi maddi yardım almasına istinad edərək vergi orqanının qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarının qanunsuz və əsassız olduğunu bildirir və bununla bağlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia verərək “xx.xx.2020-ci il tarixli **********341400 saylı “Vergilərin, sosial sığorta və işsizlərin sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi, Vergi Məcəlləsinin XVİİİ fəslinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəalarının İddiaçı MMC-yə tətbiq edilməklə fəaliyyət sahəsinin pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin xx.xx.2020-ci il hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, dünyada baş vermis məlum COVİD-19 pandemiyası iddiaçıya öz mənfi təsirini göstərmişdir. Belə ki, 2020-ci ilin mart ayının sonlarında Azərbaycanda, xüsusən də Bakı şəhərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən tətbiq edilmiş xüsusi karantin rejimi ilə bağlı olaraq fəaliyyət göstərməyi tam və ya qismən məhdudlaşdırılmışdır. Məlumdur ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi adlı XVİİİ saylı fəsil əlavə edilmişdir. Əlavə edilmiş bu fəsildə məlum koronovirus pandemiyasından tam və ya qismən zərər çəkmiş sahələr üzrə vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müddəalar, tətbiq edilən güzəştlər və vergilərin ödənilmə müddəti müəyyən edilmişdir. Vergi Məcəlləsinin 222.5-ci maddəsində qeyd olunan fəslin müddəalarının hansı şəxslərə şamil edilməsi əks etdirilmişdir. Xüsusi karantin rejimi zamanı iddiaçının da fəaliyyətinə əsasən tam məhdudiyyət qoyulmuşdur. İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2020-ci il tarixdə **********315900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. Qərara əsasən 46819.68 manat məbləğində 2019-cu il üzrə mənfəət vergisi hesablanmış, uyğun olaraq 2020-ci ilin 1-ci və 2-ci rübü üzrə Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən hər rüb üzrə 11704.92 manat olmaqla, cəmi 23409.84 manat mənfəət vergisi üzrə cari hesablama aparmışdır. Vergi Məcəlləsinin 223.1-ci maddəsinə əsasən 222.5-ci maddəsində qeyd olunan vergi ödəyicilərinin Məcəllənin 151 və 201-ci maddələrə əsasən cari vergi ödəmələri üzrə hesablamaların və arayışların vergi orqanına təqdim edilməsinə dair müddəalar tətbiq edilmir. Eləcə də, Məcəllənin 223.2-ci maddəsi müvəqqəti vergi rejiminin tətbiq edildiyi mikrosahibkarlıq subyekti olmayan vergi ödəyicilərinə əvvəlki il üzrə mənfəət (gəlir) və əmlak vergisinin cari ilin sentyabr ayının 1 -dək ödəməyi müəyyən edir. Lakin, müəssisənin vergilər üzrə şəxsi hesab vərəqəsinə nəzər yetirdikdə görürük ki, vergi orqanları mənfəət vergisinin son ödənilmə tarixini xx.xx.2020-ci il müəyyən etmiş, 2020-ci il mənfəət vergisi üzrə cari hesablamaları (151.1) vərəqədə əks etdirmişdir. Buna görə də, hal-hazırda müəssisənin dövlət büdcəsinə 59558.89 manat vergi borcu, 9901.88 manat faiz borcu, 8682.75 manat təsdiqlənməmiş azalma (vergi qanunverciliyində və Vergi Məcəlləsində mövcud olmayan, hesablanma qaydası və forması vergi ödəyicilərinə məlum olmayan termin) olmaqla cəmi 78143.52 manat borcu yaranmışdır. Bu məsələ ilə bağlı dəfələrlə etdiyi müraciətlər hələ də cavablandırılmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddia tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********341400 nömrəli qərarın ləğv edilməsi hissəsinə münasibətdə aşağıdakıları bildirir. Vergi ödəyicisi tərəfindən 2019-cu il üçün hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 0,0 manat gəlir məbləği hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) barədə Vergilər Nazirliyinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) məlumat bazasında olan 745542,57 manat məbləğdən az göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********770300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş və müvafiq dövr üzrə kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində dəqiqləşdirilmiş bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər vergi orqanına təqdim edilməmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə baza məlumatlarına əsasən 2019-ci il ərzində ümumi gəliri 745092,57 manat, ümumi xərci isə 510994,17 manat (əmək haqqı xərci, sosial sığorta xərci, icarə xərci, və s.) müəyyən edilmiş və 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 46819,66 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********315900 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və ödənilməli mənfəət vergisinin 34545,72 manat olduğu göstərilmişdir. Dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşma tam aradan qaldırılmadığı, eyni zamanda mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müvafiq təsdiqedici sənədlər və ya əsaslandırılmış izahat məktubu vergi orqanına təqdim edilmədiyi üçün sonuncu dəqiqləşdirilmiş bəyannaməyə əsasən hesablanmış məbləğ azaldıldıqdan sonra qeyd edilən bəyannamə nəzərə alınmayaraq, kameral vergi yoxlaması ilə sənədlərlə təsdiqini tapmayan məbləğ bərpa edilərək, sonuncu kameral yoxlama ilə yenidən 12273,94 manat (46819,66- 34545,72=12273,94) əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-cı il tarixli **********341400 nömrəli qərar göndərilmişdir. Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəməli vergi ödəyicisinin vəzifəsidir. 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə ajd edilmişdir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Göründüyü kimi vergi ödəyicisi hesablanmış vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmağa cəhd göstərir. Əlavə olaraq bildiririk ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını yə qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-cı il tarixli **********341400 nömrəli qərar ilə hesablanmış vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri həmin qərarın ləğv edilməsi üçün əsas ola bilməz. İddia tələbinin Vergi Məcəlləsinin XVİİİ fəsilinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəalarının "xxxx" MMC-yə tətbiq etməklə fəaliyyət sahəsinin pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək, 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin xx.xx.2020-ci il hesab edilməsi hissəsinə münasibətdə isə bildirir ki, iddiaçının bu tələbi tamamilə əsassızdır. Məlum olduğu kimi, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VİQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi" adlı yeni XVİİİ fəsil əlavə edilmişdir. Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumlarj) istisna olmaqla) müvəqqəti vergi rejiminin tətbiq edildiyi fəaliyyət növlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 90-VİQD nömrəli Qanununun tətbiqi barədə" 2 iyun 2020-ci il 1047 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Vergi Məcəlləsinin 222.5.9-cu maddəsində “orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. Xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən və fəaliyyəti məhdudlaşdırılan iş və xidmət sahələri Nazirlər Kabinetinin 30 mart 2020-ci il 120, 31 mart 2020-ci il 122, 24 aprel 2020-ci il 147 və 01 may 2020-ci il tarixli 163 saylı Qərarlarında və 2 mart 2020-ci il, 7 mart 2020-ci il, 20 mart 2020-ci il, 18 aprel 2020-ci il, 1 may 2020-ci il tarixli Sərəncamlarında qeyd olunmuşdur. İddiaçı MMC-nin uçot-baza məlumatlarına əsasən fəaliyyət növləri (çap işlərinin hazırlanması, digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi, saxlama və anbarlara yığma və mərkəzi ofislərin fəaliyyəti) və 2020-ci il ərzində təqdim etdiyi elektron qaimə-faktura məlumatlarına əsasən (stiker, logo, broşur, bədc, baner, reklam panelləri, müxtəlif lövhələrin çapı) faktiki fəaliyyət növü olan poliqrafiya məhsullarının istehsalı üzrə fəaliyyət Vergi Məcəlləsinin 222.5-ci maddəsində (o cümlədən, 222.5.9-cü bəndinə əsasən Nazirlər Kabinetinin müvafiq qərarları ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinin siyahısında) qeyd olunan fəaliyyət sahələrinə aid edilmədiyindən cəmiyyətə müvəqqəti vergi rejimi şamil edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarının Əlavəsinin 4.23-cü bəndinə əsasən xüsusi karantin rejimi dövründə poliqrafiya məhsullarının istehsalı fəaliyyəti xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahələrə aid edilmjşdir. Həmin Qərarın 1.3-cü hissəsinə əsasən Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Qeyd edək ki, İddiaçı MMC tərifindən xx.xx.2020-ci il tarixdən etibarən bütün işçiləri barədə məlumatlar "icaze.e-gov.az" portalına daxil edilmiş və xüsusi karantin rejimi dövründə maneəsiz hərəkətinə imkan yaradılmışdır. Yuxarıda qeyd olunanları əsas tutaraq hesab edirik ki, "xxxx" MMC-nin fəaliyyət növünün Nazirlər Kabinetinin müvafiq qərarlarında, eyni zamanda Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığından həmin Məcəlləsinin XVİİİ fəslinin müddəaları iddiaçıya şamil oluna bilməz. Bildirir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020cı il tarixli **********341400 nömrəli qərar əsasında hesablanmış vergilərin qanuni və əsaslı olmasını təsdiq edən sübutlar, İddiaçı MMC-nin fəaliyyət növünün Nazirlər Kabinetimin müvafiq qərarlarında, eyni zamanda Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığından həmin Məcəllənin XVİİİ fəslinin müddəalarının iddiaçıya şamil olunmaması barədə sübutlar və əlavə məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi üzrə verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2088 nömrəli ekspert rəyinin mötəbər sübut kimi nəzərə alınmaması barədə xx.xx.2022-ci il tarixli **********695600 nömrəli mülahizə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Sübutların qiymətləndirilməsi zamanı həmin sübutların nəzərə alınmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-378/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********341400 saylı “Vergilərin, sosial sığorta və işsizlərin sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin XVİİİ fəslinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəaları İddiaçı MMC-yə (VÖEN **********) tətbiq edilməklə fəaliyyət sahəsi pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin xx.xx.2020-ci il hesab edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, işin faktiki halları baxımından məhkəmə tərəfindən Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinin tətbiqi anlaşılan deyildir. 2019-cu ilin mənfəət vergisi ilə bağlı vergi orqanı tərəfindən “DE PROMO" MMC-yə qərarda qeyd olunan bildiriş göndərilməmişdir. Dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi bilidiriş əsasında olsaydı əgər, onda mütləq qaydada vergi orqanı tərəfindən göndərilmiş bildirişin nömrəsi bəyannamədə qeyd olunmalı idi. “DE PROMO" MMC tərəfindən 2019-cu ilin mənfəət vergisi üzrə xx.xx.2020-ci il tarixdə təqdim edilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********341400 nömrəli qərar ilə əlavə verginin hesablanmasına əsas olmuş dəqiqləşdirilmiş bəyannamədən görünür ki, həmin bəyannamə bildiriş üzrə təqdim edilməmişdir. Bundan əlavə, məhkəmənin “cavabdehin iddiaçı barəsində gördüyü vergiyə cəlb etmə barədə qərarı mənfəət vergisinin bəyannaməsinin deyil, mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsindən sonrakı 30 gündən artıq müddət keçdikdən sonra baş vermişdir” dəlili də əsassızdır. İşə baxan birinci instansiya məhkəməsi vergilərin hesablanması üçün əsas olmuş halları və bununla əlaqədar tətbiq edilən maddi hüquq normalarının tələblərini nəzərə almadan, işin obyektiv, tam və hərtərəfli araşdırılması üçün əhəmiyyətli olan bütün halları araşdırmadan, işin faktiki hallarına uyğun olmayan qərar qəbul etdirmişdir. İddiaçı MMC-nin uçot-baza məlumatlarına əsasən fəaliyyət növləri (çap işlərinin hazırlanması, digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi, saxlama və anbarlara yığma və mərkəzi ofislərin fəaliyyəti) və 2020-ci il ərzində təqdim etdiyi elektron qaimə-faktura məlumatlarına əsasən (stiker, logo, broşur, bədc, baner, reklam panelləri, müxtəlif lövhələrin çapı) faktiki fəaliyyət növü olan poliqrafiya məhsullarının istehsalı üzrə fəaliyyət Vergi Məcəlləsinin 222.5-ci maddəsində (o cümlədən, 222.5.9-cü bəndinə əsasən Nazirlər Kabinetinin müvafiq qərarları ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinin siyahısında) qeyd olunan fəaliyyət sahələrinə aid edilmədiyindən cəmiyyətə müvəqqəti vergi rejimi şamil edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarının Əlavəsinin 4.23-cü bəndinə əsasən xüsusi karantin rejimi dövründə poliqrafiya məhsullarının istehsalı fəaliyyəti xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahələrə aid edilmişdir. Həmin Qərarın 1.3-cü hissəsinə əsasən Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az’' portalına daxil edildikdən sonra yol verilir. Qeyd edək ki, İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdən etibarən bütün işçiləri barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edilmiş və xüsusi karantin rejimi dövründə maneəsiz hərəkətinə imkan yaradılmışdır. Yuxarıda qeyd olunanları əsas tutaraq hesab edirik ki, İddiaçı MMC-nin fəaliyyət növünün Nazirlər Kabinetinin müvafiq qərarlarında, eyni zamanda Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığından həmin Məcəlləsinin XVİİİ fəslinin müddəaları iddiaçıya şamil oluna bilməz. Qeyd olunan məsələ ilə bağlı cavabdeh trəfindən təqdim edilmiş etirazda (zəruri sübutlar əlavə edilməklə) ətraflı münasibət bildirilməsinə baxmayaraq, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qərarda göstərilir: ’’Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə təhlil edərək ekspert rəyində əks olunmuş araşdırmanı mötəbər sübut kimi qəbul edir və buna dair cavabdehin ekspert rəyinə mülahizədə qeyd olunanları əsassız hesab edir. Məhkəmə hesab edir ki, verilmiş rəyin mötəbərliyinə şübhə doğuracaq sübutlar yoxdur. Rəydə tədqiqat prosesi ardıdı olaraq şərh olunmuş, gəlinən nəticə əsaslandırılmışdır. ” Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları (o cümlədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və vergilərin hesablanması üçün əsas olan 1 ədəd diskdə olan məlumatlar) nəzərə almamış, qiymətləndirməmiş, özünün mötəbər hesab etdiyi sübutları işin materiallarında olan digər sübutlarla tam və hərtərəfli araşdırmamış, qiymətləndirməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(112)- 378/2022 nömrəli qərardadına əsasən təyin edilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi üzrə verilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2088 nömrəli ekspert rəyinin nəticə hissəsi ilə razılaşmaqla kifayətlənmiş və həmin rəyi mötəbər sübut kimi nəzərə almışdır. Məhkəmənin iddianın təmin edilməsi üçün mötəbər hesab etdiyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2088 nömrəli ekspert rəyindən göründüyü kimi ekspert birinci sual üzrə “DE PROMO’’ MMC-nin işi üzrə bundan əvvəl verilmiş xx.xx.2021-ci il tarixli 9/7506 nömrəli ekspert rəyində olduğu kimi cavabdeh tərəfindən təqdim edilmiş mülahizədə göstərilən məlumatları və həmin sual ilə bağlı əvvəlki rəyin nəticə hissəsini təkrarən rəyə köçürmüş, eyni zamanda qoyulmuş sual üzrə ətraflı araşdırma və əsaslandırma aparmadan hesablanmış vergilərin düzgünlüyünün müəyyən olunmadığını qeyd etməklə kifayətlənmişdir. İş üzrə hər iki ekspert rəyinin ekspert Əziz Alqayev tərəfindən verildiyini və birinci sual üzrə rəylərdə eyni nəticənin qeyd olunduğunu nəzərə alsaq, əlavə ekspertiza tədqiqatı zamanı da ekspertin heç bir araşdırma aparmadığı müəyyən olunur. Bundan əlavə, ekspertiza tədqiqatına təqdim edilmiş ikinci və səkkizinci suallar üzrə rəydə gəlinmiş nəticəyə münasibətdə isə qeyd edirik ki, ekspert qeyd edilən suallara formal və natamam cavab verərək, xərc sənədlərinin iş materiallarında əks olunduğunu qeyd etmiş, lakin hansı sənədlərin xərc sənədləri olması barədə araşdırma və qeyd aparmadan sənədlərin adı, tarixi, və rekvizitlərinin iş materiallarında qeyd olunduğunu bildirmişdir. Göründüyü kimi, 7 (yeddi) sualın hər biri üzrə araşdırılmalı məsələlər cavabdeh tərəfindən təqdim edilmiş vəsatətdə xüsusi qeyd olunmasına baxmayaraq, ekspert aydınlaşdırılmalı olan halları ümumiyyətlə araşdırmamış və sualların hər birinə mahiyyəti üzrə cavab verməmişdir. Qeyd olunan hallar da xx.xx.2022-ci il tarixli 9/2088 nömrəli ekspert rəyinin əsassız olmasını sübut edən əsas hallardandır. Göründüyü kimi, ekspert qanunvericilikdə nəzərdə tutulmuş hüququndan istifadə etməmiş, ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün tədbirlər görməmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş suallara əsaslandırılmış cavablar verilməmişdir. Ekspertin əsası olmayan formal mülahizələri məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********341400 nömrəli qərarın ləğv edilməsi əsassız və işin faktiki hallarına uyğun deyil. Təəssüflər olsun ki, işin obyektiv, tam və hərtərəfli araşdırılması üçün xüsusi əhəmiyyətli olan və cavabdeh tərəfindən təqdim edilən sübutlar (o cümlədən diskdə olan məlumatlar) üzrə ekspertiza tədqiqatı aparılmamış, eyni zamanda məhkəmə tərəfindən ekspertiza tədqiqatına təqdim edilmiş suallar üzrə də ekspert tərəfindən əsaslandırılmış cavablar verilməmişdir. Göstərilən hallar işə mahiyyəti üzrə baxılan vaxt və sübutların qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qərarda göstərilir: “Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz hesab edən hər hansı bir əsas müəyyən edilməmişdir.” Məhkəmənin gəldiyi nəticəni aşağıda qeyd olunanlara əsasən əsassız hesab edirik. İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşmalar tam aradan qaldırılmadığı, eyni zamanda mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müvafiq təsdiqedici sənədlər və ya əsaslandırılmış izahat məktubu vergi orqanına təqdim edilmədiyi üçün kameral vergi yoxlaması ilə hesablanmış məbləğ azaldıldıqdan sonra qeyd edilən bəyannamə nəzərə alınmayaraq, kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği bərpa edilərək 12.273,94 manat əlavə vergi məbləği hesablanmış və bu barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020cı il tarixli **********341400 nömrəli qərar qəbul edilmişdir. Qərar tərəflər arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2013-cü il tarixli müqavilənin 2.1.1ci bəndinə əsasən xx.xx.2020-ci İİ tarixdə saat 15:12-də elektron üsulla vergi ödəyicisinə göndərilmişdir. Qərar xx.xx.2020-ci il tarixdə saat 16:30- da oxunduğuna görə həmin tarixdən də vergi ödəyicisinə təqdim edilmiş sayılır. Eyni zamanda həmin qərarın “vergi ödəyicisinin şikayət etmək hüquqlarının xülasəsi” hissəsində, qərardan onun təqdim olunduğu vaxtdan İnzibati- Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətinə birbaşa və ya qərarı göndərmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət etmək hüququnun olduğu vergi ödəyicisinə izah olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx.xx.2020-ci il saat 00:00-dan xx.xx.2020-ci il saat 00:00-dək dayandırılmış, həmin tarixdən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqinə başlanmışdır. İlk növbədə qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı MMC-nin uçot-baza məlumatlarına əsasən fəaliyyət növləri (çap işlərinin hazırlanması, digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi, saxlama və anbarlara yığma və mərkəzi ofislərin fəaliyyəti) və 2020-ci il ərzində təqdim etdiyi elektron qaimə-faktura məlumatlarına əsasən (stiker, logo, broşur, bədc, baner, reklam panelləri, müxtəlif lövhələrin çapı) faktiki fəaliyyət növü olan poliqrafiya məhsullarının istehsalı üzrə fəaliyyət olmuşdur. Qeyd etməyi zəruri hesab edirik ki, vergi orqanında olan uçot baza məlumatlarında İddiaçı MMC-nin əsas fəaliyyət kodu (18130) - “çap işlərinin hazırlanması” kimi göstərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarında (2020-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri üzrə “Müzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları barədə” bəyannamələr) isə fəaliyyət kodu (18122) - “çap işlərinin yerinə yetirilməsi ilə əlaqədar xidmətlər” kimi göstərilmişdir. Bundan əlavə, İddiaçı MMC-nin “depromo.az” saytında olan məlumatlardan da göründüyü kimi cəmiyyət poliqrafiya və çap məhsullarının istehsalının bütün növləri ilə məşğul olur, (məlumatlar əlavə olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli qərarının əlavəsinin 4.7.11-ci bəndinə əsasən çap və surətçıxarma xidmətləri və xx.xx.2020-ci il tarixli 208 nömrəli qərarının əlavəsinin 4.23-cü bəndinə əsasən poliqrafiya məhsullarının istehsalı fəaliyyəti xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahələrə aid edilmişdir. Həmin Qərarın 1.2.2-ci bəndinin 3-cü hissəsinə əsasən qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Qeyd edək ki, İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdən etibarən bütün işçiləri barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edilmiş və xüsusi karantin rejimi dövründə maneəsiz hərəkətinə imkan yaradılmışdır. Bunu təsdiq edən əsas hallardan biri də vergi orqanı tərəfindən İddiaçı MMC-nin uçot-baza məlumatlarına əsasən 2020-ci il üzrə gəlirlərinin araşdırılması zamanı müəssisə tərəfindən qarşı tərəflərə təqdim edilən elektron qaimə-fakturalarda göstərilən iş və xidmətlərin tərkibinin və coğrafiyasının (qaimələrdən görünür ki, müəssisə pandemiya dövründə Bakı şəhərində və ayrı-ayrı rayonlarda da iş və xidmətlər həyata keçirmişdir) geniş olduğu müəyyən edilmiş və bu onu göstərir ki, müəssisə pandemiya dövründə tam fəaliyyət göstərmişdir. Digər əsas səbəblərdən biri də ondan ibarətdir ki, İddiaçı MMC-nin vergi orqanına təqdim etdiyi “Müzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları barədə” bəyannamə (hesabat) məlumatlarına əsasən 2020-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri üzrə ümumi işçi sayı, eyni zamanda koronovirus pandemiyası dövründə iş cəlb edilən işçilər və faktiki iş günlərinin sayı barədə məlumatlar inzibati işin materiallarına əlavə edilməsi və sübutların qiymətləndirilməsi zamanı nəzərə alınması üçün xx.xx.2023-cü il tarixli **********894000 nömrəli məktubla Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş və işin materiallarında var. Vergi ödəyicisinin özü tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarından da göründüyü kimi pandemiya dövründə (2020-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri üzrə) İddiaçı MMC-nin işçilərinə aylar üzrə demək olar ki, tam tərkibdə (50 faizdən çox) işləməyə rəsmi icazə verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, Vergi Məcəlləsinin XVİİİ fəsilinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəaları cəmiyyətə tətbiq edilməməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq İddiaçı MMC nümayəndəsinin iştirakını təmin etməmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının MMC-nin direktoru Araz Mahmudov məhkəmənin elektron kabinetə ərizə ilə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bununla bağlı iclasın təxirə salınmasını xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 10 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının direktoru X7, iddiaçının nümayəndəsi və vəkili X5 və iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəmə icraatı dövründə iddia verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, kameral vergi yoxlamasının nəticəsi üzrə cavabdehin qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********315900 nömrəli qərarı ilə vergi ödəyicisi olan iddiaçıya baza məlumatlarına əsasən 2019-ci il ərzində ümumi gəliri 745092,57 manat, ümumi xərci isə 510994,17 manat (əmək haqqı xərci, sosial sığorta xərci, icarə xərci, və s.) müəyyən edilərək 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 46819,66 manat əlavə vergi məbləği hesablanmışdır. Sonradan cavabdeh xx.xx.2020-ci il tarixli **********315900 nömrəli qərarı ləgv etmiş, qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-cı il tarixli **********341400 nömrəli qərarla iddiaçıya sonuncu kameral yoxlama ilə yenidən 12273,94 manat (46819,66- 34545,72=12273,94) əlavə vergi məbləği hesablanmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********341400 saylı “Vergilərin, sosial sığorta və işsizlərin sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini, Vergi Məcəlləsinin XVİİİ fəslinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəalarının İddiaçı MMC-yə tətbiq edilməklə fəaliyyət sahəsinin pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin xx.xx.2020-ci il hesab edilməsi”ni tələb edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İşin tərəflər arasında mübahisələndirilən halı iddiaçının faktiki fəaliyyət sahəsinin koronavirus pandemiyası dövründə qismən məhdudlaşdırılan fəaliyyət sahəsinə aid olubolmaması, həmçinin həmin dövrdə işə çıxan işçilərin sayının 50 faizdən az olub-olmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 31 May 2020-ci il saat 00:00-dək dayandırılmış, həmin tarixdən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqinə başlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdə koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimini tənzimləmək məqsədilə 18-ci fəsil daxil edilmişdir. Həmin fəsilə aid olan Vergi Məcəlləsinin 222-ci maddəsində deyilir: 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). Vergi Məcəlləsinin 224.1-ci maddəsinə əsasən, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə; 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi; 224.1.3. bu Məcəllənin 222.5.1-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz; 224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz. Göründüyü kimi, 222.5-ci maddədə nəzərdə tutulmuş fəaliyyəti həyata keçirən şəxslərə, o cümlədən koronavirus pandemiyasının yayılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə fəaliyyəti ya tam, ya da qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə onların əldə etdikləri mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azadolma tətbiq etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçının fəaliyyət kodu “Hüquqi şəxs haqqında məlumat” blankında da qeyd olunduğu kimi (18130) – “çap işlərinin hazırlanması” olaraq göstərilmişdir. Oxşar işlər üzrə əsas araşdırılmalı olan məqamlardan birinin “sahibkarlıq subyektinin faktiki fəaliyyət sahəsinin koronavirus pandemiyası dövründə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahəsinə aid olub-olmaması” olduğunu nəzərə alan məhkəmə kollegiyası bu sahədə müvafiq araşdırma aparmışdır. Bu zaman məlum olmuşdur ki, hüquqi şəxsin mübahisəli dövrdə əsas faktiki fəaliyyət növü müxtəlif məhsulların satışı ilə bağlı olmuşdur ki, bunların da böyük əksəriyyəti rəsmi olaraq vergi orqanına bəyan etdiyi kimi- “çap işlərinin hazırlanması”ndan ibarət olmuşdur. Bu fakt həm də iş materiallarında olan “Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat” və iddiaçının 2020-ci il üzrə təqdim etdiyi elektron qaiməfakturalardakı məlumatlarla öz təsdiqini tapır. Həmin məlumatlara əsasən iddiaçı stiker, loqo, broşür, bədc, baner, reklam panelləri, lövhələrin çapı və s. işlərlə də məşğul olmuşdur. İddiaçı özü mübahisəli dövrdə faktiki olaraq məxtəlif məhsulların satışı və xidmətlərin göstərilməsi ilə məşğul olduğunu, yəni bu istiqamətdə fəaliyyət göstərdiyini, lakin fəaliyyət sahəsinin əsasən “poliqrafiya” ilə bağlı olduğunu bildirmişdir. İddiaçının 2020-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri üzrə vergi orqanına təqdim etdiyi bəyannamələrdə özü tərəfindən hüquqi şəxsin fəaliyyət kodu olaraq – 18122 – “çap işlərinin yerinə yetirilməsi ilə əlaqədar xidmətlər” göstərilmiş və həmin dövrdə fəaliyyətinin olduğu müəyyən olunur. Bu barədə məhkəmə kollegiyası bildirir ki, istər iddiaçının sahibkarlıq subyekti kimi vergi orqanında olan “hüquqi şəxs haqqında məlumat”ında əsas fəaliyyət sahəsi kimi göstərilən “çap işlərinin hazırlanması” (18130), istərsə də özünün təqdim etdiyi bəyannamələrdə faktiki fəaliyyət sahəsi kimi göstərdiyi “çap işlərinin yerinə yetirilməsi ilə əlaqədar xidmətlər” (18122), ya da məhkəmə iclaslarında bildirdiyi “poliqrafiya” xidməti, bu sahələrin hamısı xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahələr olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarının 4.7.11-ci bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 122 nömrəli Qərarının əlavəsinin 6.11-ci bəndində “çap və sürətçıxarma xidmətləri” xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələr sırasında göstərilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 208 nömrəli Qərarının əlavəsinin 4.23-cü bəndində “poliqrafiya məhsullarının istehsalatı” fəaliyyəti xüsusi karantin rejimi dövründə fəaliyəti icazə verilən sahələrə aid edilmişdir. Odur ki, iddiaçının mübahisələndirilən dövrdə əsas faktiki fəaliyyət göstərdiyi sahə qanunla xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahələr sırasında yer almış və iddiaçı müəssisənin həmin dövrdə müxtəlif məhsulların satışı və xidmətlərin göstərilməsi ilə məşğul olması onun təqdim etdiyi elektron qaimə-faktura məlumatları ilə də öz təsdiqini tapır. Həmçinin Kollegiya iddiaçı müəssisənin xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə fəaliyyət göstərməsi qənaətinə gələrkən onun tərəfindən vergi orqanına təqdim olunan hesabatlarda işçi sayının və həmin işçilərə əmək haqqının verildiyinin göstərməsini nəzərə alır. O ki qaldı iddiaçının pandemiyadan zərərçəkmiş şəxs qismində müvafiq maddi yardım alması faktına, bu barədə məhkəmə kollegiyası hesab edir ki, yalnız maddi yardımların edilməsi öz-özlüyündə vergi ödəyicisinə Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etmək imkanı vermir. Vergi ödəyicisinin fəaliyyəti yuxarıda qeyd edilən normativ sənədlərlə tam və qismən məhdudlaşdırıldıqda, bu hüquqdan istifadə edilə bilər. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etməyə hüquq qazanması yalnız o halda mümkündür ki, iddiaçının fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı ilə məhdudlaşdırılmış (tam və ya qismən) olsun. (Ali Məhkəmənin 2-1(102)-1651/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında da hüquqi mövqe belə əsaslandırılmışdı) Lakin hazırki işdə yuxarıda da qeyd olunduğu kimi, iddiaçının faktiki fəaliyyətinin tam məhdudlaşdırılması, yəni onun məşğul olduğu fəaliyyət sahəsinin xüsusi karantin rejimi dövründə qanunla fəaliyyətinə icazə verilməyən sahələrə aid olduğu müəyyən olunmur. Belə olan halda iddiaçı istinad etdiyi kimi, pandemiyadan zərərçəkmiş şəxs kimi tanınıb ona müvafiq güzəştlərin tətbiq olunması üçün qanunla müəyyən edilmiş şərtlərdən birincisini ödəmir. İkinci şərtə, yəni iddiaçının fəaliyyətinə işçilərin ümumi sayının 50 faizindən az olması şərtilə icazə verilməsi hallarına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu barədə müddəa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndində nəzərdə tutulmuşdur. Həmin bəndə görə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır. Göründüyü kimi, adı çəkilən Qərarın əlavəsində nə iddiaçının istinad etdiyi faktiki fəaliyyət sahəsi- “poliqrafiya məhsullarının istehsalatı” fəaliyyəti- 4.23-cü bəndi, nə də vergi orqanının istinad etdiyi fəaliyyət sahəsi- “çap və sürətçıxarma xidmətləri” 4.7.11-ci və ya 6.11-ci bəndləri öz əksini tapmamışdır. Buna baxmayaraq məhkəmə kollegiyası tərəfindən mübahisəli dövrdə iddiaçı müəssisənin işə cəlb olunan işçilərinin sayı ilə bağlı da müvafiq araşdırmalar aparılmışdır. Məlum olmuşdur ki, İddiaçı MMC-nin vergi orqanına təqdim etdiyi bəyannamələrdə “Koronavirus (COVİD-19) pandemiyası dövründə 2020-ci ilin 1-ci rübünün 1-ci, 2-ci və 3cü ayında işə cəlb olunan işçilərinin sayı- 8 olmuş, onlara əmək haqqı ödənilmiş, 2020-ci ilin 2-ci rübünün 1-ci, 2-ci və 3-cü ayında işə cəlb olunan işçilərinin sayı- 8 olmuş, onlara əmək haqqı ödənilmiş, 2020-ci ilin 3-cü rübünün 1-ci, 2-ci və 3-cü ayında isə işə cəlb olunan işçilərinin sayı- 7 olmuş və həmin işçilərə də əmək haqqı ödənilmişdir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün pandemiya dövründə İddiaçı MMC-yə (VÖEN **********) işçilərin işləməsi üçün icazələrin verilibverilməməsi, icazə verildiyi təqdirdə, həmin işçilərin neçə faizinin işə çıxmasına icazə verilməsi və neçə faiz işçinin işə çıxmasına məhdudiyyət qoyulması barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi ilə bağlı İnnovasiya və X4 məhkəmə sorğusu verilmişdir. Həmin sorğuya cavab olaraq məhkəməyə daxil olmuş məktuba MMC-nin işə çıxmasına icazə verilən işçilərinin siyahısı əlavə edilmişdir. Həmin siyahıdan aydın olmuşdu ki, pandemiya dövründə (2020-ci il üzrə) iddiaçı müəssisənin işə cəlb olunmasına icazə verilən işçilərinin sayı – 5 nəfər olmuşdu ki, bu da iddiaçının özünün bəyannamə məlumatında göstərdiyi ümumi işçi sayının (8 nəfərin) tam olaraq 50 faizindən çoxunu təşkil edir. Beləliklə, İddiaçı MMC-nin mübahisələndirilən dövr üzrə faktiki fəaliyyət göstərdiyi sahənin qanunla fəaliyyətinə icazə verilməyən sahələr sırasına aid edilmədiyi və həmin dövrdə işə cəlb olunan və işə çıxmasına icazə verilən işçilərinin sayı ümumi işçilərinin sayının 50 faizindən çox təşkil etdiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müəssisənin mübahisələndirilən dövr üzrə faktiki fəaliyyət göstərdiyi sahə pandemiyadan zərər çəkən sahə olmamışdır. Buna görə də bu əsasla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********341400 saylı “Vergilərin, sosial sığorta və işsizlərin sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi və Vergi Məcəlləsinin XVİİİ fəslinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəalarının İddiaçı MMC-yə tətbiq edilməklə fəaliyyət sahəsinin pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin xx.xx.2020-ci il hesab edilməsi barədə iddia tələbi təmin oluna bilməz. O ki qaldı birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi qənaətinə gələrkən müvafiq ekspert rəylərinə istinad etməsinə, bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisənin həll edilməsi üçün mübahisənin kökündə duran məsələnin nədən ibarət olduğuna diqqət yetirilməlidir. Burada əsas məsələ iddiaçının kameral verginin hesablandığı dövrdə vergidən yayınma halına yol veribvermədiyinin, yəni iddiaçının müvafiq dövrdə fəaliyyət göstərdiyi sahənin qanunla xüsusi karantin rejimi dövründə fəaliyyətiinə icazə verilən sahələr sırasına aid olub-olmadığının və işə cəlb olunan işçilərinin sayının ümumi işçi sayının 50%-dən çox olub-olmamasının, ümumiyyətlə, qeyd olunan yoxlama dövründə iddiaçı müəssisənin fəaliyyətinin olubolmadığının, işçilərinə əmək haqlarını verib-vermədiyinin müəyyən edilməsindən ibarətdir. Hansı ki, məhz bu məsələlərin həllindən sonra vergi orqanının qərarının düzgün olubolmamasına qiymət vermək olar. Deyilən məsələlər isə ekspert tərəfindən xüsusi bilik səviyyəsində qiymət verilməli olan məsələlər deyil, məhz məhkəmə araşdırması nəticəsində müəyyən edilə və hüquqi qiymətləndirilə bilən məsələlərdir. Bu baxımdan sözügedən məsələlərə məhkəmə tərəfindən yuxarıda qeyd olunduğu kimi, araşdırılıb qiymət verildiyi üçün bu hal, kameral vergi qərarının qanuniliyi və əsaslılığına birbaşa təsir edib, onun inzibati akt kimi qüvvəsinin hüquqi taleyini həll etmiş olur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya qaydasında keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyini kameral vergi qərarının yalnız mühasibatlıq sahəsində düzgünlüyünün yoxlanmasına dair olduğunu, hüquqi cəhətdən onun inzibati icraat qaydasında qəbulunun düzgün olub-olmadığına təsir etmədiyini nəzərə alaraq, bu mənada onu mötəbər sübut kimi qiymətləndirmir və hesab edir ki, həmin ekspert rəyində müəyyən olunan hallar heç də hazırki araşdırmalağa rəğmən vergi orqanının mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarının ləğvi üçün əsas vermir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olub, təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə vergi orqanı tərəfindən iddiaçının mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli qərarın qəbul edilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğu sübut olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 378/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-378/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1029/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1029/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver