Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1029/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X4 və X7 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpası və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8781/2023 nömrəli 14 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın ona təyin edilmiş əlilliyin dayandırılmasının ləğv edilməsini, ona təyin edilmiş əlilliyin bərpa olunmasının və cavabdehin qanunsuz hərəkətləri ucbatından ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 5.000 manatın ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi və onun tam reabilitasiya olması hissəsində 30 mart 2023-cü il tarixli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının ləğv edilməsini, İddiaçı təyin edilmiş əlilliyin dayandırıldığı tarixdən (ödənilməmiş aylar üzrə pensiya ödənişinin həyata keçirilməsi üçün) bərpa edilməsinin və maddi və mənəvi zərərin əvəzi olaraq, ümumilikdə 5000 manat məbləğində pulun ödənilməsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2019-cu il tarixdə təyin olunmuş üçüncü dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmuşdur (Diaqnoz: Uzun müddət dekompensasiya altı aydan çox vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar). Bu günə kimi də xəstəliyi ilə əlaqədar müalicəsini qanunvericilikdə və səhiyyə orqanları tərəfindən müəyyən olunmuş vaxtlarda aparır. 2023-cü ilin mart ayında ona əlilliyə görə təyin edilmiş pensiya ödənilmədi. Bundan sonra ona məlum oldu ki, cavabdeh inzibati orqan, ona təyin edilmiş əlilliyi birtərəfli qaydada qanunsuz olaraq dayandırmışdır. Halbuki, o, aldığı pensiya ilə tələbatlarını ödəyir, gündəlik dərmanlarını alır. Artıq bir neçə aydır onun sağlamlığı və həyatı üçün vacib olan dərmanları ala bilmir. Bu da onun səhhətinin daha da ağırlaşmasına səbəb olur. Onda mövcud olan xəstəliyə görə işləyə bilmir ki, gəlir əldə edib dərmanlarını alsın. Bütün bunlar cavabdehin qanunsuz hərəkətləri ucbatından baş verir. Ona ilkin əlillik təyinatı 2019-cu il tarixli qərarla 5 illik müddətə təyin edilsə də, sonradan onu müddəti bitmədən dayandırarkən, cavabdeh inzibati icraat haqqında hüquq normalarına riayət etməmiş, onu inzibati icraata cəlb etmədən ona təyin edilmiş əlilliyi əsassız olaraq dayandırmış, aşkar şəkildə onun ilkin əlillik təyinatına olan etimadını pozmuşdur. Cavabdehin inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirmədiyi, onun qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. Cavabdeh əlilliyin dayandırılması məsələsini həll edərkən həm Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanunun və onun əsasında yaradılmış qayda və qərarların əlilliyin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Buna görə cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə ehtimalların hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə əlilliyini dayandıra bilməzdi. Çünki ona əlilliyin təyin edilməsi barədə inzibati akt onun üçün əlverişli inzibati aktdır və onu belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya bu nəticələri məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbir də məhz öz hüquqi formasına görə inzibati aktın qəbul olunması ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla dayandırıla bilər. Bu baxımdan, cavabdeh inzibati orqan onun üçün əlverişli inzibati akt olan əlilliyin təyin edilməsi qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda, belə bir aktı qəbul etməməsi, yalnız əlilliyi dayandırdıqdan sonra, onun müraciətinə cavab olaraq məktubla məlumat verməklə kifayətlənməsi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Bundan əlavə, cavabdeh bu qanunsuz hərəkətləri ilə ona maddi və mənəvi ziyan vurmuşdur. Hesab edir ki, cavabdeh bunun əvəzi olaraq ona 5.000 manat ödəməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 14 avqust 2023-ci il tarixli qərardadı ilə iddia maddi və mənəvi zərərin ödənilməsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)- 8781/2023 nömrəli, 14 avqust 2023-ci il tarixli qərarı ilə iddia mahiyyəti üzrə qiymətləndirilən hissədə təmin edilmiş, İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi və onun tam reabilitasiya olması hissəsində 30 mart 2023-cü il tarixli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı ləğv edilmiş, İddiaçı təyin edilmiş əlilliyin dayandırıldığı tarixdən (ödənilməmiş aylar üzrə pensiya ödənişinin həyata keçirilməsi üçün) bərpa edilməsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpası, maddi və mənəvi zərərin ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial adi qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi və onun tam reabilitasiya olması hissəsində 30 mart 2023- cü il tarixli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının ləğv edilməsini, İddiaçı təyin edilmiş əlilliyin dayandırıldığı tarixdən (ödənilməmiş aylar üzrə pensiya ödənişinin həyata keçirilməsi üçün) bərpa edilməsinin və maddi və mənəvi zərərin əvəzi olaraq, ümumilikdə 5000 manat məbləğində pulun ödənilməsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertizavə Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əlillik vəziyyətinə 26 saylı Şəhər Poliklinikasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik, X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F80-F89 - Psixoloji inkişaf pozğunluqları => F89 - Psixoloji inkişafın dəqiqləşdirilməmiş pozğunluğu, Diaqnozun mətni: Uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (DSMF məlumatlarına əsasən) Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9.F45-F45.9,F48- F48.9).” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2023-cü il tarixində 3-17-4/2- F/4325/2023 nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixli qərarla barəsində Tam reabiltasiya barədə qərar qəbul edilmişdir. Qərar əsasında əlillik altsisteminə X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F80-F89 - Psixoloji inkişaf pozğunluqları => F89 - Psixoloji inkişafın dəqiqləşdirilməmiş pozğunluğu, Diaqnozun mətni: Uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (DSMF məlumatlarına əsasən) Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilmişdir.” məlumatları işlənmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli göndəriş əsasında 5 il müddətinə əlillik verilməsinə baxmayaraq, əlilliyin qiymətləndirilməsini imzalayan ekspert komissiyasının üzvləri tərəfindən qiymətləndirmənin imzalanma tarixi xx.xx.2022-ci il tarixinə aiddir. Bu hal isə şəxsin əlilliyinin şübhəli əsaslarla almasına dəlalət etmişdir. Bu səbəbdən də daxili audit yoxlaması ilə bağlı təkrar qiymətləndirmənin həyata keçirilməsi tam qanuni və əsaslı olmuşdur. Məhkəmə tərəfindən hansı səbəbdən müayinənin xx.xx.2022-ci il tarixində imzalanmasının araşdırılması zəruridir. Bundan əlavə məhkəmə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq məhkəmə tibbi ekspertizası təyin etməmiş və orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bu isə işin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.1982-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı zahirən səliqəli olmuş, ünsiyyətə həvəslə daxil olmuş, suallara ətraflı cavablar vermiş, dərmanlar haqqında ətraflı məlumat verə bilməmiş, hər hansı psixopatoloji hal aşkar edilməmiş, yalnız xx.xx.2018-xx.xx.2018-ci il tarixli 1 saylı RPX-nın stasionar müalicə sənədi təqdim etmişdir. xx.xx.2018-ci il tarixli Naxçıvan Muxtar Respublikası Y.Budaqov adına X3 qeydiyyatda olmamasına dair 2071 nömrəli arayış və Atatürk Universiteti Tibb Fakültəsi “X11” epikrizi təqdim etmişdir ki, orada da xx.xx.2018-ci ildən sonra dərman almaması ilə bağlı məlumat göstərilmişdir. Anamnetik məlumatlar, obyektiv müayinə və təqdim edilmiş sənədlərə əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “Tam reabilitasiya” barəsində qərar qəbul edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin T329/2024 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, 1982-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. O, hazırda qeyd edilən xəstəliklərdən əziyyət çəksə də, onun əyani müayinəsi zamanı hər hansı psixopatoloji hal aşkar edilməmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2019-cu ildə ilkin olaraq 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlillik təyin edilmişdir, diaqnoz - Uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli qərarına əsasən iddiaçı xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmiş, müayinə və təqdim edilmiş sənədlərə əsasən Tibbisosial ekspert komissiyası tərəfindən “Tam reabilitasiya” barəsində qərar qəbul edilmişdir. Hazırda iddiaçı ona təyin edilmiş əlilliyin ləğv edilməsi və onun tam reabilitasiya olması hissəsində 30 mart 2023-cü il tarixli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının ləğv edilməsini və ona təyin edilmiş əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsini xahiş edir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən hazırki iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, iddiaçının adına tərtib edilmiş sənədlərə və özünün məhkəmə-tibbi müayinəsinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin T329/2024 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının əyani müayinəsi zamanı hər hansı psixopatoloji hal aşkar edilməmişdir və diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçıda diaqnoz nəzərə alınmaqla onun əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmamışdır, bu səbəbdən də ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmamışdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Bundan başqa, mübahisələndirilən inzibati aktın cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun icraatın aparılması qaydalarının pozulması nəticəsində qəbul edilməsi ilə bağlı iddiaçının mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırki halda isə iddiaçı cavabdeh tərəfindən dəvət olunaraq əyani müayinədən keçirilmiş və sonra mübahisələndirilən qərar qəbul edilmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8781/2023 nömrəli, 14 avqust 2023-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1029/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1029/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver