Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-103/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, Seyidova Səriyyə Seyid qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibаrət tərkibdə; Məhkəmə iclas katibi Rəcili Aysel Naib qızının katibliyi, İddiaçı , Cavabdehin nümayəndəsi X2 iştirakları ilə; İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2544/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icra müqaviləsinin bağlanmış hesab olunması və dövlət reyestrində qeydə alınmasının cavabdehə həvalə olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia tələbinin “icra müqaviləsinin bağlanmış hesab olunması və dövlət reyestrində qeydə alınmasının cavabdehə həvalə olunması” sözlərini formal xəta hesab edib və iddia tələbini “Bakı ş., Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 80/1 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı ş., Əzizbəyov rayonu Türkan qəsəbəsində yerləşən ümumi sahəsi 500 kv.m olan 15 №-li bağ sahəsi Rabitə və İnformasiya Texnoloqiyaları Nazirliyi «xxxx» İB X4 Qovşağı «Rabitəçi» Bağçılıq Cəmiyyəti tərəfindən xx xxxxx 1991-ci il tarixdə ona İddiaçı icarəyə verilmişdir və bu barədə bağçının üzvlük kitabçası ilə yanaşı müxtəlif sxem və sənədlər təqdim etmişlər. Həmin torpaq sahəsi Bakı şəhəri Memarlıq və Şəhərsalma İdarəsinin verdiyi sxem əsasında işçilər arasında bölüşdürülərkən texniki səhv nəticəsində eni 5 metr, uzunluğu 218.metr olmaqla SEİB 3 saylı ETK-nın tərəfindən itirilmişdir. Nəticədə Birliyin işçilərinin bir neçəsi öz torpaq sahələrini hasara alan zaman sürüşərək X4 Qovşağının işçilərinə ayrılmış bağ sahəsinin ərazisinə keçmişlər və həmən ərazidə tikinti işləri, abadlıq və müxtəlif növ meyvə ağacları əkmişlər. Həmin ərazilərin sökülməsi mümkün olmadığından və real vəziyyəti nəzərə alaraq hər iki təşkilatın rəhbərləri və X1rşılıqlı razılaşması əsasında SEİB 3 saylı ETK-nın kollektivinə məxsus 30 sot torpaq sahəsini (№ 74, № 78, № 80 saylı bağ sahələri) texiki səhv nəticəsində KMTQ-yə aid tutulmuş bağ sahələrinin əvəzinə KMTQ ilə əvəzləşdirməyi qərara almışlar. Bu barədə xx xxx 2009-cu il tarixdə qarşılıqlı razılaşma aktıda bağlanmışdır. Beləliklə, KMTQ-nin «Rabitəçi» bağçılıq yoldaşlıq kollektivi üzvlərinin xx xxxx 2009-cu il tarixli Protokoluna əsasən, İddiaçı 15 saylı bağ sahəsinin əvəzinə 80/1 saylı 5 sotdan ibarət bağ sahəsi verilmişdir. İddiaçı qeyd olunan 80/1 saylı, 5 sotdan ibarət bağ sahəsinə uzun müddətdir ki, qulluq edir, torpağa dair verqiləri ödəyir və həmən sahəyə sahiblik edərək ondan istifadə edir. İddiaçı adına həmən sahəni özəlləşdirilməsi məqsədi ilə, Rabitə və Yüksək Texnoloqiyalar Nazirliyi «xxxx» MMC KMTQ «Rabitəçi» Bağçılıq Cəmiyyətinin rəsmi razılığını almaqla, diqər müvafiq sənədləri toplayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Qeyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə müraciət etdir. Lakin adı çəkilən idarədən ona imtina məktubu verilərək bildirdilər ki, icarə müqaviləsi, üzvlük kitabçası və sair sənədlər komitəyə təqdim olunmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2544/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İbrahim Kəlbiyev şikayətdə istinad edilmiş siyahını təqdim edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı şikayətə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Şəmkir rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayır. - KMTQ-nin “Rabitəçi” bağçılıq yoldaşlıq kollektivi üzvlərinin xx xxxx 2009-cu il tarixli protokolundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəsində yerləşən 15 saylı bağ sahəsinin əvəzinə 80/1 saylı bağ sahəsi İddiaçı verilmişdir. - KMTQ-nin “Rabitəçi” bağçılıq yoldaşlıq kollektivi üzvlərinin xx xxxxx 1991-ci il tarixli protokol siyahısından çıxarışdan görünür ki, İddiaçı 1991-ci ildən “xxxx” MMC KMTQ Əzizbəyov rayonu Türkan qəsəbəsi ərazisində “Rabitəçi” Bağçılıq Cəmiyyətinin üzvüdür. “Rabitəçi” Bağçılıq sahəsində 80/1 nömrəli bağ sahəsi 500 kv.metr İddiaçı məxsusdur. Tikilişi ilə birlikdə 80/1 nömrəli bağ sahəsinin özəlləşdirilməsinə “Rabitəçi” Bağçılıq Cəmiyyəti etiraz etmir. - 177 saylı, 7.07.2009-cu il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı Türkan bələdiyyəsinin inzibati ərazisində yerləşən bağ sahəsi üçün torpaq və əmlak vergisi borcu yoxdur. - 15 saylı, xx xxxxx 1991-ci il tarixli ictimai vəsiqədə qeyd edilmişdir ki, xx xxxxxx 1990-cı il tarixli 7/437 nömrəli qərar üzrə İMTT-na ayrılmış Türkan qəsəbəsindəki bağçılıq sahəsindən sahəsi 500 kv.m olan 15 saylı bağ sahəsi 3 saylı İMTQ-da işləyən İddiaçı verilmişdir. Bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı xx.xx.1991-ci ildə bağçılığ cəmiyyətinə üzv qəbul edilmişdir. Əzizbəyov (indiki Xəzər) rayonu, Türkan qəsəbəsində yerləşən 500 kv.m-dən ibarət olan 80/1 saylı bağ sahəsi xx.xx.1999-cu il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə etmək üçün verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 80/1 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2017-ci il tarixli ərizənizə baxılmışdır. Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adınız aşkar olunmadı.Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçrlıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış təqdim olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” AzərbaycanRespublikasıqanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsinə dair KMTQ-nin “Rabitəçi” bağçılıq yoldaşlıq kollektivi üzvlərinin xx xxxx 2009-cu il tarixli protokolu və bağçılıqyoldaşlıq kollektiv təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası ilə iddiaçıya bağ sahəsinin ayrıldığını, həmin sənədin isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas verdiyini nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və aşağıdakıları qeyd edir: "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının xx xxxx 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, digərləri ilə yanaşı, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən də göründüyü kimi cavabdehin dəlili iddiaçının adının siyahıda olmaması kimi göstərilmişdir. Bu halın aydınlaşdırılması üçün apellyasiya icraatı zamanı cavabdeh orqandan qeyd edilmiş siyahının məhkəməyə təqdim edilməsi tələb edilmiş və inzibati orqanın nümayəndəsi tərəfindən “3 №-li ИМТГ kollektivinin bağçılıq üzrə siyahısı” kollegiyaya təqdim edilmişdir. Təqdim edilmiş siyahıya baxış keçirən kollegiya müəyyən etmişdir ki, iddiaçının adı qeyd olunmuş siyahıda öz əksini tapmamışdır. Apellyasiya icraatı zamanı “3 №-li ИМТГ kollektivinin bağçılıq üzrə siyahısı” iddiaçıya təqdim edilmiş və iddiaçıya bağ sahəsinin verilməsinə dair adı qeyd edilmiş siyahının məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Sonuncu məhkəmə iclası zamanı iddiaçı tərəfindən xx.xx.2008-ci il tarixli bağ sahəsinin işçilərə verilməsi ilə bağlı siyahının protokolu (düzəlişlə), siyahıda adı çəkilən müxtəlif şəxslərin çıxarışları və xx xxxx 1990-cı il tarixli Bakı şəhər Xalq Deputatlar sovetinin qərarı təqdim edilmişdir. Kollegiya ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş çıxarışlardakı bağ nömrələri ilə təqdim edilmiş xx.xx.2008-ci il tarixli bağ sahəsinin işçilərə verilməsi ilə bağlı siyahının protokoldakı bağ nömrələri eyni deyildir. Həmçinin iddiaçı tərəfindən zəruri olan siyahı əvəzinə xx.xx.2008-ci il tarixli bağ sahəsinin işçilərə verilməsi ilə bağlı düzəliş edilmiş protokol təqdim edilmişdir. Qeyd edilmiş protokol isə iddiaçının adının siyahıda olmasına təsdiq etmir. Habelə iddiaçı tərəfindən təqdim edilmiş digər sənəd olan xx xxxx 1990-cı il tarixli Bakı şəhər Xalq Deputatlar sovetini qərarı ilə iddia predmeti olan bağ sahəsinin ona ayrılmasını sübut edilmir. Yəni, iddiaçı inzibati orqan tərəfindən verilmiş siyahını təkzib edən siyahı təqdim etmədiyindən və qeyd edilmiş bağ sahəsinin ona ayrılmasını təsdiq edən sənədlər təqdim edilmədiyindən məhkəmə kollegiyası cavabdehin imtinasını qanunsuz hesab etmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2544/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-1(103)-103/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-103/2020
04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver