Məhkəmə qərarları › İş №2-1(103)-103/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-103/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-103/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Əkbərov kamran Hüseyn oğlundan ibarət tərkibdə, X11 qızının katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-282/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş 23 avqust 2019-cu il tarixli, **********220400 saylı qərarın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati məhkəməsinin 2-1(112)-282/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Vergi Məcəlləsinin 130cu maddəsinin (Gəlirin və xərcin uçotu qaydası) 4-cü bəndinə əsaslanaraq (130.4 Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər.) cəmiyyətin mənfəət vergi hesablanması üçün kassa metodu ilə hesabatın aparılmasını seçmişdir. İddiaçı MMC AR Vergi Məcəlləsinin 131-ci maddəsində kassa metodu ilə gəlirin və xərcin uçotu prinsiplərinə əsaslanaraq, kassa metodu ilə uçot aparan vergi ödəyicisi olaraq, gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə alır və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmışdır. İddiaçı MMC AR VM-nin 132-ci maddəsini, yəni Kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı Kassa metodundan istifadə olunarkən xərcin çəkilməsi vaxtı haqqında 133-cü maddəni əsas tutaraq uçotu aparmışdır. AR Vergi Məcəlləsinin 133-ci maddəsinə əsəslanaraq xərcin tanınması kimi 2018-ci ildə 0.00 AZN, 2019- cu il 1 723 915.00 AZN (bundan 1 722 800.00 AZN AZERBAYCAN DAMİR YOLLARİ QSC-ə), 2020- ci il 117 935.61 AZN (bundan 117 035.78 AZN AZERBAYCAN DAMİR YOLLARİ QSC-ə) , 2021 ci ildə 0.00 AZN toplamda 1 841 850.61 AZN məxaric olmuşdur . AR Vergi məcəlləsinin 132-ci maddəsinə görə kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı kimi 2018-ci ildə 0.00 AZN, 2019-cu il 1 723 300.00 AZN, 2020- ci il 53 135.61 AZN, 2021 ci ildə 0.00 AZN toplamda 1 776 435.61 AZN mədaxil olmuşdur. AR Vergi Məcəlləsinin 121-ci maddəsinin 1-ci bəndinə əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Bu maddənin prinsiplərinə uyğun olaraq 5 il ərzində "xxxx" MMC 65 415.00 AZN zərər etmişdir. Lakin, vergi orqanın kameral hesablanması zamanı 2018-ci hesabat dövrünə xx.xx.2019 tarixli kameral hesablanması zamanı 252 715.60 AZN, 2019-ci hesabat dövrünə 62 694.53 AZN, 2019-ci hesabat dövrünə xx.xx.2021 tarixində 1 771.19 AZN əsassız öhdəlik hesablamışdır. Beləliklə, 317 510.44 AZN şəxsi vərərqində toplam hesablanmış mənfəət vergisi doğru hesablanmadığından "xxxx" MMC mənfəət verginin 2018 ci il üzrə 0.00 AZN, 2019 cu il üzrə 615.00 AZN zərər kimi tanınması, 2020 ci üzrə 64 800.00 AZN zərər tanınması, 2021 ci il üzrə 0.00 azn AZN tanınması qeyd edilməlidir. Baxmayaraq ki, kontragentlə bağladığımız müqaviləyə əsasən ölkədaxili və ölkəxarici daşınma xərclərinin də bizim öhdəliklərə daxil olması, Bakıdan Böyük Kəsik stansiyası, o cümlədən Gürcüstan Respublikasının Gardabani şəhərindən Poti şəhərinə qədər bütün nəqliyyat xərclərinin İddiaçı MMC-nə aid olmasını vergi orqanı nəzərə almamışdır. Halbuki, həmin 314 100.00 USD xərclər yetərincə böyük məbləğlərdən ibarətdir və hec cür bunu gəlirə aid etmək olmaz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirmiş, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun X4 Şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı MMC xx.xx.2018-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Deprtamentinin X10 Qeydiyyatı İdarəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, dövlət qeydiyyat nömrəsi **********, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyəti, maliyyə ili 1 yanvar – 31 dekabr, hüquqi ünvanı AZ1015, Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 95, mənzil 104 qanuni təmsilçisi X8, çıxarışın verildiyi tarix və nömrəsi, xx.xx.2018-ci il, **********078300. - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X10 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018- ci il tarixdə qeydiyyata alınmış İddiaçı MMC-nin nizamnaməsinin 1.1-ci bəndindən görünür ki, İddiaçı öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir. Nizamnamənin 1.2-ci bəndinə əsasən Cəmiyyətin hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 95, mənzil 104-dür. Nizamnamənin 2.2-ci bəndinə əsasən Cəmiyyətin iştirakçılarının nizamnamə kaptalındakı paylar aşağıdakı kimi müəyyən edilmişdir: X8 – 10 (on) manat, 10 (on) pay, 100 %, pul şəklində. - xx.xx.2018-ci il tarixli, hüq: 143 nömrəli "xxxx" QSC-nin Yük Daşımaları Departamentində, dəmiryolu infrastrukturunun ehtiyacları üçün tələb olunmayan, əsas vəsait sayılmayan, anbar qalıqlarının və əsas vəsaitlərin silinməsi nəticəsində əldə olunmuş material qiymətlilərinin özgəninkiləşdirilməsinə dair 02 mart 2018-ci il tarixində Bakı şəhərində təşkil edimliş qapalı hərracın nəticəsi olaraq Azərbaycan Respublikasının qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı MMC (bundan sonra “Alıcı” adlandırılacaq) baş direktor X8 şəxsində bir tərəfdən və "xxxx" QSC (bundan sonra “Satıcı” adlandırılacaq) sədrin 62/S saylı xx.xx.2017-ci il tarixli əmri əsasında yaradılmış Mərkəzi Hərrac Komissiyasının sədri imza səlahiyyətinə malik olan Sədrin birinci müavini X1 şəxsində digər tərəfdən (bundan sonra birlikdə “Tərəflər” adlanacaq), aşağıdakı şərtlərlə bu Müqaviləni (bundan sonra “Müqavilə” adlanacaq) bağladılar:” 1. Müqavilənin predmeti: 1.1. satıcı bu Müqavilənin 1.2.-ci bəndində qeyd edilmiş sayda istismara yararsız (silinmiş) refrejerator seksiyasının vaqonu, platforma vaqonu və 4-oxlu çən vaqonu (bundan sonra “Mal” adlanacaq) Alıcının mülkiyyətnə (təhvil) verməyi, Alıcı isə malı qəbul edib, bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini Satıcının hesabına ödəməyi öhdəsinə götürür. 1.2. Bu Müqavilə üzrə təhvil verilən mal aşağıdakılardan ibarətdir: refejerator seksiyasının vaqonu 1000 (bir min) ədəd; platforma vaqonu 300 (üç yüz) ədəd; 4 oxlu çən vaqonu 400 (dörd yüz ədəd). 1.3. Mal Alıcının mülkiyyətinə təhvil–təslim aktı əsasında "xxxx" QSC-nin Böyük-kəsik stansiyasında təhvil veriləcəkdir. - xx.xx.2018-ci il tarixli, hüq: 143 nömrəli müqaviləyə 1 №-li əlavədən (spesifikasiya) görünür ki, müqavilə üzrə malların ümumi dəyəri 2945000.00 manat təşkil etmişdir. - "xxxx" QSC ilə İddiaçı MMC arasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli “Yük vaqonlarınn təhvil-təslimi haqqında” aktın surətindən görünür ki, "xxxx" QSC sədrinin birinci müavini X2 bir tərəfdən, İddiaçı MMC-nin direktoru X8 digər tərəfdən, bu aktı tərtib etmişlər ondan ötrü ki, hüq 143 nömrəli, 16 mart 2018-ci il tarixli alğı-satqı müqaviləsinin şərtlərinə əsasən, xx.xx.2019-cu il tarixinə qədər İddiaçı MMC-yə 1101 (bir min bir yüz bir ) ədəd yük vaqonu təhvil verilmişdir. Təhvil verilən vaqonların növləri aşağıdakı kimidir: 1. Platforma vaqonu 268 (iki yüz altmış səkkiz) ədəd, 2. 4 oxlu çən vaqonu 317 ( üç yüz on yeddi) ədəd, 3. Refrijerator seksiyasının vaqonu 516 (beş yüz on altı) ədəd. İş materiallarına iddiaçı tərəfindən 2018-ci il vergi dövrü üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi, X13-fakturaları və elektron qaimələr əlavə edilmişdir. - “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********203800 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, bəyannamənin adı mənfəət vergisi, vergi dövrü 2018-ci il, bəyannamənin, hesabatın növü dəqiqləşdirilmiş, tərəflərindən 12 iyul 2019-cu il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda həmin məktubda göstərilən səbəblərdən kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməsi tələb olunmuşdur: həmin dövr üçün dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsi. - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 avqust 2019-cu il tarixli, **********220400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının surətindən görünür ki, iddiaçıya 2018-ci il mənfəət vergisi üzrə 213.248,00 manat məbləğində vergi borcu hesablanmışdır. - "xxxx" QSC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə tərtib edilmiş üzləşdirmə aktından görünür ki, "xxxx" QSC-nin Maliyyə və İqtisadiyyat İdarəsinin rəisi O.Yusibov, baş mühasib M.Əzizov, Gəlirlərin uçotu və təhlili şöbəsinin rəsii M.Rəhimov, Gəlirlərin uçotu və təhlili şöbəsinin mühasibi A.Əhmədova və digər tərəfdən İddiaçı MMCnin nümayəndələri arasında xx.xx.2021-ci il tarixinə qarşılıqlı üzləşmə aparılmış və aşağıdakı nəticəyə gəlinmişdir. Yekun qalıq 62700.01 manat. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan şəkildə həll edilmişdir. Məhkəmə yekun mövqeyində qeyd etmişdir ki, “... işdə olan sənədlərə əsasən gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapdığından, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq 2019-cu il vergi dövrünə aid edilməli olduğundan, iddiaçının təqdim etdiyi ciddi hesabat sənədləri olan xx.xx.2018-ci il tarixli 281033 №-li HX seriyalı “X13Fakturası” və xx.xx.2019-cu il tarixli, 709946 №-li, EAAP seriyalı “Elektron Qaimə” tərtib edildiyi il (2019) nəzərə alınaraq, gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər (malların təhviltəslimi haqqında aktlar) ciddi hesabat sənədləri olmadığından, həmçinin, 2018-ci ilin mənfəət vergisi bəyannaməsində 2019-cu ilin gəlir və xərclərinə aid məlumatlar öz təsdiqini tapdığından, həmin sənədlər əsasında tərtib edilən vergi bəyannaməsi Vergi Məcəlləsi ilə əsaslı hesab edilə bilmədiyindən, iş materiallarında Vergi orqanı tərəfindən iddiaçıdan 2018-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi barədə xx.xx.2019-cu il tarixli, **********203800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub mövcud olduğundan, vergi orqanı tərəfindən də, əlavə verginin hesablanmasına səbəb məhz vergi ödəyicisi tərəfindən 2018ci il üzrə xərcləri təsdiq edən sənədlərin təqdim edilməməsi olduğundan cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********220400 nömrəli qərar əsaslı hesab edilməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. 130.1. Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 132.2. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. İşdən aydın olur ki, vergi ödəyicisinin 2018-ci ilin mənfəət vergisi üzrə kassa metodu ilə təqdim etdiyi bəyannamədə ümumi gəlir 2266270,00 manat və gəlirdən çıxılan xərc məbləği isə 2068932,00 manat, vergiyə cəlb olunan mənfəəti isə 197338,00 manat və ondan hesablanmış mənfəət vergisi isə 39467,60 manat göstərilmişdir. Həmin bəyannamə üzrə aparılmış kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin göstərdiyi xərc məbləği ilə baza məlumatlarının müqayisəsi nəticəsində baza məlumatlarına əsasən sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan 1066240,00 manat məbləğində xərc müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********968400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə cari (dəqiqləşdirilmiş) vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2018-ci il mənfəət vergisi üzrə 213248,00 manat əlavə vergi məbləği hesablanmış və bu barədə, vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********473100 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Lakin, yuxarıda qeyd olunan uyğunsuzluq dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində yenidən yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********203800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2018ci il mənfəət vergisi üzrə 213248,00 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********220400 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Cavabdeh orqan mövqeyini əsaslandırarkən vergi ödəyicisinə vergilərin hesablanmasının əsas səbəbinin ödəyicinin qeyd etdiyi kimi vergi ödəyicisinin kassa metodu ilə işləməsinin vergi orqanı tərəfindən nəzərə alınmaması deyil, onun 2018-ci ilin mənfəət vergisi bəyannaməsində göstərdiyi xərc məbləğlərinin bir hissəsinin elektron baza məlumatları ilə təsdiqini tapmaması olmasını qeyd etmişdir. Kollegiya bildirir ki, vergi yoxlaması üzrə yoxlanılan dövr 2018-ci il olsa da, iddiaçı tərəfindən 2019-cu ilə aid olmuş xərclərin 2018-ci ilə aid vergi bəyannaməsində əks olunması müəyyən olunur. Belə ki, gəlirin əldə edilməsi ilə bağlı iddiaçının 1849400,18 (ƏDV daxil) xərci iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 281033 №-li HX seriyalı “X14-Fakturası” və xx.xx.2019-cu il tarixli, 709946 №-li, EAAP seriyalı “Elektron Qaimə” ilə təsdiqini tapır. O cümlədən, Platforma vaqonu 268 ədəd 361800.70 manat; 4 oxlu çən vaqonu 317 ədəd 507199,17 manat; Refrijerator seksiyasının vaqonu 516 ədəd 980400, 31 manat xərc ciddi hesabat sənədləri olan xx.xx.2019-cu il tarixli, 281033 №-li HX seriyalı “X13-Fakturası” və xx.xx.2019-cu il tarixli, 709946 №-li EAAP seriyalı “Elektron Qaimə” ilə müəyyən edilir. İş materiallarında gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-yə dair ciddi hesabat sənədi olan xərc sənədləri (e-qaimə fakturalar, vergi hesab fakturalar və s.) mövcuddur. Həmçinin, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğ və təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Bundan əlavə, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi kassa metoduna və vergi qanunvericiliyinə uyğundur. Məhkəmə araşdırması zamanı qeyd edilən faktiki halların əksini təsdiq edən hər hansı dəlil müəyyən edilməmişdir. AR VM-in 94.0-cı maddəsinə əsasən, verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək iddiaçının üzərinə düşsə də nə birinci instansiya məhkəməsinə, nə də ki apelyasiya instansiya məhkəməsinə 2018-ci il üzrə vergi orqanına təqdim edilən bəyannamədə qeyd edilən xərclərin həqiqətən 2018-ci il tarixə aid olması ilə bağlı sübut təqdim edilməmişdir. İddiaçı tərəf mövqeyini əsaslandırarkən, həmçinin qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli mübahisələndirilən qərarla 213.248,00 manat məbləğində vergi borcu müəyyənləşdirildiyi təqdirdə vergi ödəyicisinə ünvanlanan 2022-ci il tarixli bildirişlərdə borc məbləği 71 000 manat və ya 76 000 manat müəyyənləşdirilib. İş materiallarına əlavə edilmiş vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən və cavabdehin nümayəndəsinin izahatından da aydın olur ki, iddiaçının qeyd etdiyi bildrişlər 2022-ci il tarixinə aid olmaqla həmin ilə uyğun vergi borcu qeyd edilmişdir. Belə ki, vergi ödəyicisinin 2018-ci il üzrə fəaliyyətinin yoxlanılması nəticəsində xx.xx.2019-cu il tarixli qərarın qəbul edildiyi zaman balansında 201.000 manat artıq ödəməsi olduğundan 213.248,00 manat vergi borcundan silinmişdir. Növbəti fəaliyyətləri üzrə hesablanan vergi borcları (ƏDV, mənfəət vergisi və s.) ilə birgə isə bildirişlərdə qeyd edilən məbləğ toplanmışdır. Göründüyü kimi, iddiaçının apelyasiya şikayətinin dəlilləri formal mülahizlərdən ibarət olmaqla, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda, kollegiya Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 9/5635 saylı ekspert rəyinin mötəbərliyinə münasibətdə bildirir ki, rəydə qeyd edilmişdir ki, “... təqdim edilmiş sənədlərdən, o cümlədən X6 göründüyü kimi çatdırılma xərcləri “Trans Servis 2018" MMC-nin üzərində olmuş, bu YGB-nin 10-cu qrafasında DAP POTİ olaraq qeyd edilmişdir. X16 Bəyannaməsinə əsas isə Azman GMBH şirkəti ilə 'Trans Servis 2018” MMC arasında bağlanmış müqavilədir. Qeyd edilən müqavilənin 4 hissəsinin birinci bəndinə əsasən Satıcı, yəni İddiaçı MMC yükü Poti limanına öz hesabına çatdırılmasını təmin edir və malı Poti limanında Alıcıya təhvil verir. Müqavilə şərtlərinə əsasən satılmış 550 ədəd vaqon qarşılığında Alıcının ödəyəcəyi 2.266.270,00 azn məbləğində vəsaitin bir hissəsi Azərbaycan Respublikasının Böyük Kəsik yük stansiyasından Gürcüstan Respublikasının Poti limanına qədər həmin 550 vaqonun çatdırılma xərcini təşkil edir. Göründüyü kimi, İddiaçı MMC ilə Alıcı arasında barter müqaviləsi bağlanılaraq, Poti limanına qədər olan hissədəki xərcin vaqonların bir hissəsi ilə əvəzləşdirilməsi razılaşdırılmışdır. Lakin vergi orqanı tərəfindən həmin xərclər də nəzərə alınmamışdır. Həmçinin qeyd edilir ki, vergi orqanı tərəfindən xərc sənədlərinin əksər hissəsi nəzərə alınmadan gəlirdən bir qism xərclər çıxıldıqdan ponra qalan hissəyə birbaşa 20% vergi dərəcəsi tətbiq edilərək əlavə olaraq mənfəət vergisi hesablanmışdır.” Göründüyü kimi, ekspert inzibati orqan tərəfindən iddiaçıya hesablanmış vergi məxləğinin əsaslılığını müəyyən edərkən müəssisələr arasında bağlanmış xx.xx.2019-cu il tarixli, S/AVM/45/2018 saylı barter müqaviləsinə istinad etmiş, vergi orqanı tərəfindən həmiin müqavilə əsasında iddiaçının xərclərinin nəzərə alınmalı mövqeyi ilə rəy vermişdir. Həmçinin, iddiaçı tərəf də apelyasiya şikayətində sözügedən müqaviləyə əsasən, nəqliyyat xərclərinin İddiaçı MMC-yə aid olmasının 2018-ci il üzrə xərc qismində nəzərə alınmadığını bildirmişdir. Bu dəlillə bağlı kollegiya bildirir ki, iddiaçı tərəfindən sözügedən barter müqaviləsi birinci instansiya məhkəməsi baxışı zamanı nə təyin edilmiş ekspertizaya, nə də sonrasında məhkəmənin araşdırmasına təqdim edilməmiş, yalnız apelyasiya baxışı zamanı mövcudluğu irəli sürülərək sonradan təqdim edilmişdir. Həmçinin, işdən aydın görünür ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya bəyan edilən xərcləri təsdiqləyən **********203800 və **********968400 nömrəli uyğunsuzluq məktubları göndərilmiş, lakin müvafiq barter müqaviləsi inzibati orqana da təqdim edilməmişdir. Sadalananlardan əlavə, kollegiya həmçinin qeyd edir ki, müvafiq müqavilə vergi ödəyicisinin keçərli xərc sənədi kimi nəzərə alınsa belə, S/AVM/45/2018 saylı müqavilə xx.xx.2019-cu ildə bağlanmış olduğundan, həmin xərc vergi orqanı tərəfindən vergi ödəyicisinin 2018-ci il deyil, 2019-cu ilə aid xərci kimi nəzərə alına bilərdi. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası xx.xx.2019-cu il tarixli, S/AVM/45/2018 saylı barter müqaviləsinə əsaslanmaqla verilmiş 9/5635 saylı ekspert rəyini mötəbər dəlil qismində qiymətləndirmir. Yuxarıda sadalananlara əsasən, kollegiya hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********220400 nömrəli qərar qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işin hallarına uyğun maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə əsassız olduğundan apelyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-282/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Səadət Bəktaşi Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar